SÜXURDOĞURAN
SÜKAN
OBASTAN VİKİ
Süjet
Süjet (fr. sujet - əşya, predmet) — Ədəbi əsərin məzmununu təşkil edən, ardıcıl inkişaf edən hadisələr. Fransız sözü olub,əsərdə təsvir olunan mahiyyət və hadisə deməkdir. Süjet ssenariyə oxşar struktura malikdir: aydın başlınğıc, dinamik inkişaf, kulminasiya və final. Bədii filmdə adətən 3, ən çox 7 süjet xətti olur. D.N.Uşakovun lüğətində bədii əsərin əsas məzmununun şərh edildiyi hərəkət və hadisələrin məcmusu. == Süjet nədir? == Əsli fransızca olan süjet sözünün bədii ədəbiyyatda mənası hərəkət, hadisə və tiplərin əsərdəki məzmunla əlaqədar olan məcmusudur. O, xarakterləri açmaq, konkret hadisələri cəmləşdirmək üçün bir vasitədir. Süjet epik, dramatik, hətta lirik əsərlərdə də olur.
Sadə süjet
Sadə süjet — Sadə süjet (ES) nağıl mətninin süjet quruluşunun əsas vahidini təyin etmək üçün Litva folklorşünası Bronislava Karbelite tərəfindən gətirilən termindir. Alim bu terminin mənasını belə izah edir: "Elementar süjet, qəhrəman bir şeyə çatdıqda iki personajın və ya onların qruplarının bir toqquşmasını (bəzən — bir obrazın obyektiv şərtlərlə toqquşmasını) təsvir edən mətn parçaları və ya müstəqil mətnlərdir. Elementar süjetin qəhrəmanı taleyi özündə təsvir olunan xarakterdir; qəhrəmanın məqsədi toqquşmanın əldə olunan müsbət, yaxud mənfi nəticəsinə görə qurulur. Hər elementar süjetdə mütləq üç quruluş elementi mövcuddur — ilkin vəziyyət, qəhrəmanın hərəkəti və nəticə. Kerberlite, beş böyük elementar süjet qrupunu müəyyənləşdirmişdir: düşmənlərdən xilas olmağa və onlar üzərində hökmranlığa təşəbbüs; rahatlıq yaradan obyektlərin alınması; ailədə, cəmiyyətdə bərabər, yaxud yüksək mövqe əldə etməyə təşəbbüs; gəlin, yaxud kürəkən axtarışı; klanın və ya ailənin bütövlüyü, tamlığı uğrunda edilən təşəbbüs.Folklorşünaslar folklorun digər növləri üçün də müxtəlif və fərqli elementar süjet qrupları ayırd edə bilər. Məsələn, epik süjetlər üçün sadə epik süjetlərin 8 növünü fərqləndirmək mümkündür. == İstinadlar == == Ədəbiyyat == Кербелите Б.П. — Историческое развитие структур и семантики сказок (на материале литовских волшебных сказок). Автореферат докторской диссертации. 1989 Кербелите Б.П. — Типы народных сказок. Структурно-семантическая классификация литовских народных сказок".
Yenidənyazma (süjet)
Yenidənyazma və ya rebut (ing. Reboot) — eyni personajlardan və ideyalardan istifadə edən, lakin seriyada əvvəlki əsərlərdə baş tutan hadisələrə məhəl qoymayan, yeni süjet xətti yaradan bədii əsərin (film, kompüter oyunu, komiks və s.) yeni versiyası. Yenidənyazma seriyadakı köhnə girişlərin süjetini ləğv etmədiyi təqdirdə, bu, yumşaq yenidənyazma adlanır və hər halda, bir çox cəhətdən hekayəni sıfırdan başladır.Yenidənyazmanın əsas məqsədi yeni fanatlar cəlb etmək və gəliri artırmaq üçün seriyanı "canlandırmaq"dır. Beləliklə, yenidənyazma köhnəlmiş seriyanı xilas etmək cəhdi kimi qiymətləndirilə bilər. Bundan əlavə, seriyanın sıfırdan başlaması qazanc baxımından kifayət qədər təhlükəsiz layihədir, çünki tanınmış personajların olduğu əsərin artıq mövcud fanatları var və buna görə də tamamilə orijinal əsərdən daha az risklidir.
Mozalan kinojurnalının cizgi süjetlərinin siyahısı
== Gənc memar (film, 1978) == === Məzmunu === Filmdə "Gənclərə geniş yol" şüarındakı mənalara toxunulmuşdur. Lakin heç də hər yerdə bu şüara əməl edilmir. Öz layihəsini qəbul etdirmək istəyən gənc memarın başına gələn əhvalat əks etdirilir. === Film haqqında === "Mozalan" Satirik Kinojurnalı № 41, 1-ci süjet === Filmin heyəti === ==== Film üzərində işləyənlər ==== Müəllif : Tahir Piriyev Rejissor : Əsgər Məmmədov Operator : Antonina Korotnitskaya Rəssamlar : Əsgər Məmmədov, Tahir Piriyev Səs operatoru : Kamal Seyidov Musiqilərindən İstifadə edilən Bəstəkar : Xəyyam Mirzəzadə ("Günlərin Bir Günündə..." cizgi filmindən) (titrlərdə yoxdur) Baş Redaktor : Eyvaz Borçalı === Xarici keçid === ==== Video ==== ===== İzlə ===== YouTube Filmi izlə sayt YouTube == Qozbeli qəbir düzəldərmi? (film, 1972) == === Məzmunu === Filmdə anonim məktubların doğurduğu nəticələr öz əksini tapır. === Film haqqında === "Mozalan" Satirik Kinojurnalı № 6, 1-ci süjet === Filmin heyəti === ==== Film üzərində işləyənlər ==== Müəllif : İntiqam Qasımzadə Rejissorlar : Nazim Məmmədov, Bəhmən Əliyev Quruluşçu rəssam : Kamil Nəcəfzadə Operator : Aleksandr Milov Səs operatoru : Ələkbər Həsənzadə Baş redaktor : Eyvaz Borçalı === Xarici keçid === ==== Video ==== ===== İzlə ===== YouTube Filmi izlə sayt YouTube == Sınaq (film, 1985) == === Məzmunu === Filmdə alverçilik problemlərinə toxunulur. === Film haqqında === "Mozalan" Satirik Kinojurnalı № 96, 2-ci süjet === Filmin heyəti === ==== Film üzərində işləyənlər ==== Müəllif : M. Lipskerov Rejissor : Vahid Talıbov Rəssam : Elçin Axundov Operator : Ramiz Ağayev Səs operatoru : Akif Nuriyev Redaktor : Vidadi Paşayev ==== Filmi səsləndirən ==== Ramiz Əzizbəyli-Robot (titrlərdə yoxdur) === Xarici keçid === Filmi izlə sayt YouTube == Yerli kadr təsdiqə gedir (film, 1973) == === Məzmunu === Filmdə işə düzəlmək istəyən maralın əvvəl buynuzunu çıxarırlar, sonra qulaqlarını uzadırlar.
Mozalan kinojurnalının süjetlərinin siyahısı
== Tarixi == Kinojurnal 1970-ci ildə təsis edilmişdir.1974-cü ildə "Dəyirman bildiyini eləyir" və "Keyfiyyət nişanı" sənədli süjetlərində jurnal Bakı ət kombinatının və Bakı karamel fabrikinin məhsulunu kəskin tənqid etmişdir.1976-cı ilin əvvəllərində “Mozalan” kinojurnalı “Qunduzdan söhbət açaq” süjetində Qarayazı xəzli heyvanlar sovxozunun pis vəziyyətindən bəhs etmişdir.1978-ci ildə jurnalda göstərilmiş tənqidi materialların yoxlanması nəticəsində bəzi vəzifəli şəxslər məsuliyyətə cəlb olunmuşlar.1971-79 illərdə rüblük, 1980 ildən isə ildə 8 nömrəsi buraxılmışdır.İndiyə qədər 180-dən çox nömrə istehsal etmişdir. Hər nömrədə isə 3-4 süjet vardır. Bunlar bədii, sənədli və hətta cizgi süjetləridir. Kinojurnal "Azərbaycanfilm" kinostudiyasının nəzdində yaradılmışdır. Məqsəd ölkədəki neqativ hallara qarşı mübarizə aparmaq, satira diliylə xalqa çatdırmaq və dərs verməkdir. Anidən müxtəlif istehsalat obyektlərində peyda olmaq, oradakı əyri-əskikləri lentə almaq, bütün respublikanı xəbərdar etmək mozalançıların əsas iş üsullarından idi. Vaxtında bir çoxunun qorxulu röyasına çevrilən "Mozalan" 2007-ci ildən fəaliyyətinə qaldığı yerdən davam edir. Kinojurnalın hazırkı baş redaktoru yazıçı-ssenarist Orxan Fikrətoğludur. = Xronologiya = == Mozalan № 1 (1971) == Hörmətli alim yoldaşlar (film, 1971) (Qısametrajlı bədii süjet — Mozalan №:1) "Yüz vədə bir borcu ödəməz" (film, 1971) (Qısametrajlı sənədli süjet — Mozalan №:1) Çay daşının göz yaşı... (film, 1971) (Qısametrajlı sənədli süjet — Mozalan №:1) == Mozalan №2 (1971) == Şəbih (film, 1971) (Qısametrajlı bədii süjet — Mozalan №:2) Vətəndaş sərnişinlər...
Süjetli xalçalar
Azərbayanda süjetli və mövzulu xalçaların toxunması qədim tarixə və zəngin ənənələrə malikdir. Azərbaycanda belə xalçalar tarixən ölkənin cənubunda Təbriz şəhərində toxunub. Təbriz şəhərində süjetli xalçaların istehsalının yüksəlməsi 16-cı yüzilliyə təsadüf edir. Məhz bu dövrə Təbriz miniatür məktəbinin çiçəklənməsi düşür. Aparılan tədqiqatlar göstərir ki, bu məktəbin rəssamları miniatür rəngkarlığı ilə kifayətlənməyərək, həm də dekorativ sənətin bir çox növləri (bədii parça, memarlıq ornamentləri, zərgərlik nümunələri və s.) üçün eskiz və cizgilər hazırlamışdılar. Həmin rəssamlar eyni zamanda zəngin, bədii xalçalar üçün bəzək və rəsmlər, müxtəlif ov, savaş, eşq və məhəbbət, saray həyatına həsr olunmuş kompozisiyalar da yaradırdılar. Süjetli xalçalar başlıca olaraq şəkil kimi divardan asılmaqdan ötrü toxunurdu. Onların toxunmasında yüksək keyfiyyətli yun, zərif iplik istifadə edilirdi. Yüksək sıxlıq və zərif xov bu xalçaların əsas texniki xüsusiyyətlərindən sayıla bilər. Ov səhnələri bu tipli xalçaların başlıja süjetini təşkil edirdi.

Digər lüğətlərdə

внутриматерико́вый воссыла́ться жело́нка зубрёж изво́зничать накаля́ть одарённость отрешённый перема́нивание подключа́ться пронунсиаме́нто укомплектова́ть взревнова́ть засекре́тить лими́т освещённость при́быльно тире трясу drumming Mayo барий вровень испражниться растерять