SÜKAN

i. (gəmidə) rudder; helm; (avtomobildə) (streering) wheel; (velosipeddə) handle-bars pl.; ~ arxasına keçmək (həm müst., həm də məc.) to take* the helm; (maşın sürmək) to take* the wheel; ~ arxasında (məc., müst.) at the wheel; ~ arxasında oturmaq to steer

SÜJETSİZ
SÜKANÇI
OBASTAN VİKİ
Sükan hidrogücləndiricisi
Sükan hidrogücləndiricisi - sükan idarə mexanizminin tərkib hissəi olub, avtomobilin hidravlik sistemi vasitəsilə hərəkət zamanı avtomobilin idarə olunmasını asanlaşdırır və əksəlaqəni saxlayaraq verilmiş trayektoriya üzrə hərəkətin stabilliyini təmin edir. Sükan hidrogücləndiricisi elə quraşdırılmışdır ki, onun sıradan çıxması zamanı sükanın idarə edilməsi pozulmayır, bu halda sükan sadəcə ağır işləyir. === Quruluşu === Hidrogücləndirici özündə qapalı hidravlik sistemi təsvir edir. Buraya nasos, təzyiq tənzimləyicisi, hidravlik maye qabı, ventili və hidrosilindri idarəedən siistem daxildirlər. Avtomobilin mühərrikindən hərəkət alan nasos, mayeni lazımi səviyyədə saxlayan təzyiq tənzimləyicisi və maye qabı hidrogücləndiricidə təzyiq meyillənməsini stabilləşdirməyə xidmət edir. İkitərəfli gücləndirici hidrosilindr müasir avtomobillrdə adətən sükanın idarə sistemindəki darağa birləşdirilir və onun hərəkətinə güc verir. Ventil sükan valına bərkidilir və ona düşən momentə uyğun reaksiya verir. Sükanın dönmə hərəkətini ventilin işləməsinə çevirmək üçün çoxlu sayda üsullar mövcuddur. Bunların əksəriyyəti valda hərəkətli hissənin yerləşdirilməsinə əsaslanır. Müasir avtomobillərdə valın hərəkətli hissəsi rolunu torsion oynayır.
Gəmi sükanı
Gəmi sükanı, dəniz nəqliyyatı və avianəqliyyat vasitələrində defolt hərəkətini həyata keçirmək üçün nəzərdə tutulan şaquli stabilizatordakı nəzarət səthi. Gəmi sükanının iki növü mövcuddur - hidravlik və joystick. == Aviasiyada == Təyyarələrdə sükanı hündürlük sükanından ayırmaq üçün çox vaxt istiqamət sükanı terminindən istifadə olunur. Uçuş zamanı təyyarənin bütün hərəkətləri təyyarədəki təzyiq paylanmasından asılıdır. Sabit qanadlı bir təyyarə üçün əsas nəzarət səthləri, bu səthlərin axına qarşı dayanması və onu pozması, bununla da yüksək təzyiq zonası yaratması prinsipi ilə işləyirlər. Nəzarət səthləri işlədikdə, təyyarənin iki əks tərəfindəki təzyiq simmetriyası pozulur, bu da istənilən hərəkəti təmin edir. === İş prinsipi === Gəmi sükanı, ümumiyyətlə, quyruqun arxa kənarına yerləşdirilir. Pilot sol pedala basanda sükan sola dönür və rulda yüksək təzyiq zonası yaranır. Sükan sıfıra çatmayana qədər (notrlanmadıqca), təyyarə əyilməyə davam edir. Bəzi təyyarələrdə rulda trim nişanı vardır.
Hündürlük sükanı
Hündürlük sükanı — eninə ox ətrafında fırlanmanı həyata keçirən təyyarənin aerodinamik idarəetmə orqanıdır. Hündürlük sükanı uçan təyyarənin tanqajının dəyişməsinə səbəb olan hərəkətli idarə olunan səthdir. Aerodinamik sxemdən asılı olaraq hündürlük sükanı təyyarənin müxtəlif yerlərində quraşdırıla bilər. Normal sxemə görə, hündürlük sükanları stabilizatorların arxa kənarlarında yerləşən quyruq lələki elementləridir. Səsdən surətli təyyarələrin əksəriyyətində yüksəklik hündürlük sükanların funksiyasını tam dövriyyəli stabilizatorlar yerinə yetirir. "Ördək" sxemi hündürlük sükanların qabaqda yerləşməsini nəzərdə tutur; "quyruqsuz" sxemi isə, hündürlük sükanlarının elevonlarla dəyişdirilməsini nəzərdə tutur. Təyyarənin tangajla idarə edilməsi pilot tərəfindən sükan çarxını özünə götürməklə və ya özündən geri qaytarmaqla həyata keçirilir. Hündürlük sükanları bu zaman müvafiq olaraq yuxarı və ya aşağı sapdırılır, kabrirləşdirici və ya şığıyıcı an yaradır, və təyyarənin burnu yuxarı qalxır və ya aşağı düşür.
Sükanla idarə
Sükanla idarə — nəqliyyat vasitələrinin hərəkət istiqamətinin sükanla idarə sistemidir. O, təkərlərin (və ya digər hərəkət vasitələri, məsələn: xizək) vəziyəti ilə sükan arasında (dönmə bucağı) proporsional əlaqə yaradan mexanizmlərdən ibarətdir. == Avtomobillərin sükanla idarəsi == 4WS (4 Wheel Steering, ingil. 4 idarə olunan təkər) — avtomobilin arxa təkərlərini döndərən sistem. Yüksək sürətlərdə arxa təkərlər (eynilə qabaq təkərlər kimi) dönmə istiqamətinə dönürlər, bu kəskin manevrlərdə avtomobilin stabilliyini artırır. Kiçik sürətlərdə isə əks hal baş verir: arxa təkərlər qabaqdakıların əksinə dönərək manevretmə qabiliyyətini yüksəldir və dönmə radiusunu kiçildirlər. Avtomobillərdə sükanla idarə sükanön fırlanma hərəkətini idarə olunan təkərlərin dönməsinə çevirən mexaniki reduktor və dartıcı sistemdən ibarətdir. Sükanın və təkərin dönmə bucaqları arasındakı nisbət adətən 15:1 … 25:1 arasında yerləşir və ötürmə nisbəti adlanır. Təkərlərin müxtəlif bucaqlara dönməsini təmin edən dartıcılar sisteminə sükan trapesiyasını təşkil edir. == Traktorların sükanla idarəsi == Traktorlarda quruluşundan asılı olaraq iki idarəetmə növü məlumdur: qabaq təkərlərin dönməsi *avtomobillərə analoji olaraq) və ya yarımçərçivələrin dönməsi.
Sükanla idarənin gücləndiriciləri
Sükanla idarənin gücləndiriciləri - sükanla idarədə sükana tətbiq olunan gücü azaltmaq və bununla idraə komfortunu artıqrmaq məqsədi daşıyan mexanizm və sistemlərlərdir. Minik avtmobillərində bel gücləndiricilərin olması mütləq deyil. Yek avtomobillərində isə onsuz idarə çox çətin olur, ona görə də, burada güclındiricilər konstruksiyanın tərkib hissəsi sayılır. === Növləri === Sükan elektrik gücləndiricisi, Sükan elektro-hidravlik gücləndiricisi, Sükan hidrogücləndiricisi, Sükanın mexaniki gücləndiricisi- burada effekt ötürmə nisbətinin artırılması hesabına əldə edilir. Sükan pnevmogücləndiricisi. === Tarixi === İlk sükan gücləndiricisi keçən əsrin 30-cu illərində ağır texnika sayılan karxana yük maşınlarnda tətbiq olunmuşdur. Əvvəlcə əyləc kompressoruna qoşulmuş, sadə konstruksiyaya malik pnevmogücləndiricilər mövcud idi. Ancaq hidravlika daha təmiz və dəqiq olduğundan, onun mürəkkəbliyinə və bahalığına baxmayaraq tezliklə istifadə olubnmağa başlayır. Buna görə də, minik avtomobillərində o önə çəkilir. 1951-ci ildə Amerikada istehsal olunan Chrysler Crown Imperial avtomobillərində hidrogücləndiricilər standart düyüm kimi quraşdırılır.
İstiqamət sükanı
İstiqamət sükanı — quyruq lələkində yerləşən və təyyarənin normal oxa nisbətən idarə olunması üçün nəzərdə tutulan təyyarə idarəetmə orqanı (yəni, istiqamət sükanın köməyi ilə yellənmənin bucağı dəyişir). Kilə bərkidilən hərəkətli müstəvidir. İstiqamət sükanına təsir pilotun kabinəsində yerləşən pedalları basmaqla həyata keçirilir. Ağır magistral avialaynerlərdə istiqamət sükanı, əsasən, qaçış və yüyürmə zamanı kursun düzəldilməsi üçün istifadə olunur. Eyni zamanda, səsdən surətli təyyarələrdə uçuşun yüksək sürətlərində döndərmə radiusu həddindən artıq böyük olur, buna görə də "məzənnə üzrə çarpaz siqnal" deyilən yellənmə kanalına yeridilir. Eyni zamanda, təyyarənin yellənməyə girməsi ilə eleronların bir proporsional bucaqa sapması ilə eyni vaxtda sükan çarxı dönərək istiqamət sükanıda rədd edilir.
Sükansız avtomobil
Özügedən avtomobil və ya avtonom avtomobil həmçinin sükansız avtomobil içində saxladıqları avtomatik idarə sistemləri sayəsində bir sürücüyə ehtiyac duymadan yolu, nəqliyyat axınını və ətrafını dərk edərək sürücünün müdaxiləsi olmadan gedə bilən avtomobillərdir. Özügedən avtomobilləri radar, GPS, odometr, kompüter görüşü kimi texnologiyalar və texnikalar istifadə edərək ətrafındakı cisimləri dərk edə bilməkdədir. Avtonom avtomobillərin tarixinə baxanda 1920–1930-cu illərdə bəzi gözə dəyən sistemlər avtonom avtomobillərin müjdəsini çoxdan vermişdirlər. Öz-özünə gedə bilən ilk modellər 1980-ci illərdə ortaya çıxmışdı. İlk avtomobil 1984-cü ildə Karnegi Mellon Universitetinin həyata keçirdiyi navlab və ALV layihələri ilə həyata keçirildi. Bu layihəni 1987-ci ildə Mercedes-Benz firmasının və Bundesver Universitetinin bir yerdə həyata keçirtdiyi Eureka Prometheus layihəsi izlədi. Bu iki avtomobilədən sonra saysız şirkət minlərlə avtonom avtomobillər istehsal etdilər və bu avtomobillərin bəziləri hal-hazırda bir neçə ölkədə nəqliyyata açılmış vəziyyətdədirlər. Özügedən avtomobilləri nəqliyyat sektorunda bir inqilaba yol açaraq avtomatik texnika sektorunda da böuük bir çevrilişə səbəb olacaq kimi görünür. Sürücüsüz nəqliyyat vasitəsi texnologiyalarındakı sürətli inkişaf çok yaxın bir zamanda Henri Fordun oyununun qaydalarını böyük ölçüdə dəyişdirəcək. Xüsusilə avtomatik texnikalar sənayesi bu inkişafdan ən çox təsir alan sənayelərdən biri olacaq.

Digər lüğətlərdə

антимилитари́зм аристократи́чный дельфи́новые коря́вый ландри́н миллио́нщица морфе́ма обесче́щиваться примёрзлый припы́ливаться неудо́бь сказуемый нитроэма́ль псевдотуберкулёз пузы́ристость cabbalistic equestrianism fictionist geezo Kailyard school succession загрубеть известись молчком окочуриться сечение