SÜKUNƏT

is. [ ər. ]
1. Sakitlik, aram, asayiş, rahatlıq.
Yandıraram sükutu da, sükunəti də; Qəlbimi alovlandıran yaşamaq-yaratmaq gözüylə. R.Rza.
[Nuriyyə:] Bu aydınlıq çöllərin mehriban sükunəti… indi mənə anlaşılmaz bir təsəlli, məchul bir ümid təlqin edirdi. İ.Əfəndiyev.
O, sükunət içində ömrünü başa vurdu. B.Vahabzadə.

□ Sükunət etmək1) aram tutmaq, sakit olmaq;
2) sakin olmaq.
Otellonun əsli ərəbdir, Afrika qitəsinin şimal səmtində sükunət edən Marokko tayfasındandır. F.Köçərli.

2. xüs. Durğunluq. Cismin sükunət halı.

Синонимы

  • SÜKUNƏT durğunluq — sakitlik — səssizlik
  • SÜKUNƏT aram — asayiş — rahatlıq — əmin-amanlıq — istirahət — dinclik — asudəlik — arxayınlıq
SÜKUN
SÜKUT

Значение слова в других словарях

водяно́й зно́йкий каби́нный лицева́ние набракова́ть опьянённость постоя́лое произноше́ние спра́вный уду́шливо чистова́я вя́тский да́ун транспорта́бельный чини́ться штаб-офице́р карикатура blue blood bombardon high grade inelaborate magnum sumptuously калечить подружка