SÜKUT

is. [ ər. ]
1. Susma, danışmama, dinməmə.
// Sakitlik.
Bir qədər sükutdan sonra Tahir söhbətin mövzusunu dəyişdi… M.Hüseyn.
Gör nələr danışır o qərib sükut; Bəli, sükutun da öz dili vardır. N.Xəzri.

□ Sükut etmək – dinməmək, danışmamaq, susmaq.
Heç yazmayım, dedim, istəyim söndü; Qələm sükut etdi, könlüm düşündü. Ə.Cavad.
Bəxtiyar-bəxtiyar açılar səhər; Dünya sükut edib səni dinləyər; Sən danışanda. N.Xəzri.

Sükuta dalmaq (batmaq), sükuta qərq olmaq – bax sükut etmək.
Dostlar … gözlərini bir-birinə zilləyib, sükuta daldılar. M.Hüseyn.
Birdən-birə aləm sükuta dalır. Mir Cəlal.
Sevgisiz, yoldaşsız bir gözəl kimi; Sükuta qərq olub yaşardın, əlbət. M.Dilbazi.

Sükuta getmək – bir müddət danışmamaq, dinməmək, səsini çıxarmamaq.
Cənnətəlinin … məzəli hoppanmalarının bəxş etdiyi təsir sayəsində cavanlar bir müddət sükuta getdilər. Çəmənzəminli.

Sükutu pozmaq – danışmağa başlamaq, sakitliyi pozmaq.
Kənarda dayanıb deyilənlərə qulaq asan Mürsəl sükutu pozdu. Ə.Vəliyev.
Müəllim sükutu pozdu. S.Vəliyev.

2. Aram, rahatlıq.
Dilbər, sən gedəndən bəri könlümün; Nə səbri, sükutu, nə qərarı var. Q.Zakir.

Синонимы

  • SÜKUT sükut bax sakitlik
  • SÜKUT sakitlik — susma — səssizlik — dinməzlik

Антонимы

  • SÜKUT SÜKUT – HAY-KÜY Sükut gərmiş qanadını evlərə, eşiklərə (H.Hüseynzadə); Bu hay-küy ona çox mənasız görünürdü (Mir Cəlal)
SÜKUNƏT
SÜQUT
OBASTAN VİKİ
Sükut dərəsi
Sükut dərəsi (ing. Valley of Silence və ya Western Cwm)- Everest zirvəsi, Lhotze yamacının ətəyində yerləşən geniş, düz, bir qədər dalğalı buzlaq vadisidir. Gələcək zirvə cəhdləri üçün marşrutlar axtaran, Everestin yuxarı hissələrini tədqiq edən İngilis İstiqlal Ekspedisiyasının tərkibində olan Corc Mallori vadini 1921-ci ildə gördüyü zaman onu "Cwm" adlandırdı. Cwm uels dilində "vadi" deməkdir. Müasir alpinistlər, Sükut dərəsi vasitəsilə həmçinin Everest zirvəsinə çıxırlar; bura Xumbu buz divarından sonra cənub-şərq yolunda yerləşir. Vadinin mərkəzi hissəsi bu buzlağın ən yuxarısına qədər uzanan böyük eninə yarıqlarla parçalanmışdır. Yuxarı dırmaşan alpinistlər bu yarıqları keçmək məcburiyyətindədirlər. Burada Nuptsenin ətəyi boyunca "Nuptse Blade" adı verilən dar bir keçid yolu var (ing. Nuptse corner). Lakin bura Everestin 2400 metr yüksəkliyindəki heyrətamiz mənzərələri təqdim edir (dağın zirvəsi Baza düşərgəsindən görünmür; alpinistlər buranı ilk dəfə burada görürlər).
Bir dəqiqəlik sükut
Bir dəqiqəlik sükut və ya sükut anı — qısamüddətli düşüncə, zikr, dua, meditasiya və səssizlik anı. Bayrağın yarıyadək endirilməsi kimi, bir dəqiqəlik sükut da əsasən hörmət əlaməti olaraq, xüsusilə də yaxın zamanlarda vəfat edən şəxslərin matəmini saxlamaq və ya faciəvi tarixi hadisəni yad etmək məqsədilə edilir. == Mənşə == Kvakerlər 300 ildən çoxdur ki, yığıncaqlarında bir dəqiqəlik sükut da daxil olmaqla, səssiz dua edirlər. Sükutda inanclara dair heç bir bəyanat və ya fərziyyələr olmadığına və dilin şərh edilməsini tələb etmədiklərinə görə müxtəlif dini və mədəni kökləri olan şəxslər bir araya gəldikdə, hər hansı bir ibadət və ya mərasimlə müqayisədə daha asan, rahat qəbul edilir və istifadə olunur. Pensilvaniyada müstəmləkə dövründə Kvakerlər və digər amerikalılar hər hansı hadisə zamanı bir araya gələr və səssizcə ibadət edərdilər, lakin hər iki qrup da bunun ənənəvi inanc sistemini dəyişdirdiyini düşünürdü. Zaman keçdikcə, qeyri-məzhəb və mübahisəsiz ictimai mərasimlərə münasibətdə Kvaker tərzinin səmərəli olması bir çox cəmiyyətlərdə, eləcə də ingilisdilli dövlətlərdə, demək olar ki, bu davranışın universal istifadə edilməsinə gətirib çıxardı. Həmçinin müxtəlif qrupların iştirakının gözlənildiyi, lakin eyni inancları bölüşmək məcburiyyətində olmayan bir çox qurumlarda da belədir; məsələn, hökumət, məktəblər, kommersiya şirkətləri və ordu kimi. Bir dəqiqə anma mərasimləri üçün ümumi zaman müddətidir. Təşkilatçılar fərqli zaman müddəti də seçə bilərlər. Bu da adətən yad edilən mərasimlə bu və ya digər dərəcədə bağlı olur.
Sükut (film, 2018)
Sükut - Film Azərbaycan Dövlət Mədəniyyət və Turizm Nazirliyinin sifarişilə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası tərəfindən istehsal edilmişdir. == Məzmun == Arifin həyat yoldaşı ölümcül xəstəliyə dücar olandan sonra onun həyatı da alt üst olur. Keçmiş hərbçi indi var gücü ilə səy göstərməlidir ki, ayaq üstə qalmağı bacarsın.
Yapon mədəniyyətində sükut
Yapon mədəniyyətində sükut — sükut istənilən mədəniyyətdə mühüm ünsiyyət rolunu oynaya bilər, yapon mədəniyyətində isə xüsusi əhəmiyyət kəsb edir . Sükut (timmoku) Yaponiyada ünsiyyət sənətinin bir hissəsi hesab olunur. . Yapon mədəniyyətinə görə sükutun vacibliyinin beş səbəbi var: səmimi hisslərin ifadəsi kimi səssizlik, əxlaq norması kimi səssizlik, nümayişkaranə davranış kimi utancaqlıq və səssizlik və qarşılıqlı anlaşma hissi olaraq səssizlik . == Səssizlik — səmimi duyğuların ifadəsi kimi == Yapon mədəniyyətində səssizlik, daxili mən olan və ürək, ağıl, duyğular, səmimi hisslər mənasını verən "Kokoro" ilə əlaqələndirilir. Yapon mədəniyyətinə görə nitq potensial aldadıcı və yalan olduğundan, əsl dürüstlük sözlə ifadə edilə bilməz. Buna görə də sükut əsl kokoronun şahididir . Beləliklə, Yaponiyada az danışan və fikirlərini mümkün qədər lakonik şəkildə ifadə edən insanı səmimi və vicdanlı hesab etmək olar. Belə insanlara, adətən, daha çox etibar edilir . == Əxlaq norması kimi səssizlik == Yapon mədəniyyəti ictimai harmoniyaya xüsusi diqqət ayırır. Yaponların mədəniyyətində güclü duyğuları ifadə etməklə bağlı söylənilməyən bir tabu var .
Sükut kodeksi (film, 1985)
Sükut kodeksi — 1985-ci ildə Çak Norrisin iştirakı ilə çəkilmiş ABŞ filmidir. Filmdəki hadisələr 1984-cü ildə Çikaqoda baş verən hadisələri əhatə edir. == Məzmun == Narkotik istehsalı ilə məşğul olan mafiya başçısı Komaçonu ələ keçirmək üçün Çikaqonun polis heyəti plan hazırlayır. Lakin bu əməliyyat zamanı Toni Lunanın adamları peyda olur. Müxtəlif atışmalar əsnasında polis heyəti, həmçinin, Kamaço yaralanır və narkotiklər aradan götürülür. Bir müddət sonra narkotik satıcılarını tapmaq isə Eddi Kyusaka həvalə olunur… == Rollarda == == İstinadlar == == Xarici keçidlər == Sükut kodeksi — Internet Movie Database saytında.
Sükut pozuntusu (film, 2014)
"Sükut pozuntusu" — rejissor Qüdrət Həmidovun 2014-cü ildə "Nərimanfilm" kinostudiyasında ekranlaşdırdığı film. == Məzmun == Yaşlı qadın (Nuriyyə Əhmədova) oğlunun ölümündən sonra sükut içinə qapanır və cəmiyyətdən özünü ayırır. Sükut onun ən yaxın dostuna çevrilir. Onun həyatında hər şey elə səssiz olur ki, anidən gələn bir telefon zəngi onun sükutunu pozur. Bir neçə zəngdən sonra o, aydınlaşdırır ki, onun telefon nömrəsi səhvən bir qəzet elanında yazılıb. Telefon bir dəqiqə susmur, hamı qəzetdəki elana görə zəng edir. Yaşlı qadın bir tərəfdən gələn zənglərə sevinir başqa bir tərəfdən isə sükuta xəyanət etmək istəmir. Ona görə də o, hər gələn telefon zənginə cavab verir və özü-özü ilə mübarizə aparır. Lakin sükut xəyanəti sevmir, ya sükutun dostu ol ya da o sənin düşmənin olacaq. == Film haqqında == Filmdə Akif İslamzadənin ifasında "Ötən günlər" mahnısından istifadə edilmişdir.

Значение слова в других словарях

благотвори́тель гневи́ть посыла́ться пропа́хнуть радиоакти́вность растеря́ха седе́льный аннигиля́ция дока́шивание дра́жный литера́торский незлобиво первонача́льность стрекота́ние счётчица хандра́ экспро́мтом шмировать blown-up edger gallery practice retired жупел зарубцовываться конфликт