SÜLH

SÜLH – MÜHARİBƏ Biz Vətən məcnunu, el aşiqi, sülh əsgəriyik; Biz Vətən naminə ölsək, dirilərdən diriyik (B.Vahabzadə); Dövlət başçıları danışanadək; Mənim müharibəm davam edəcək! (S.Vurğun).

SÜKUT
SÜRƏTLƏ
OBASTAN VİKİ
"Nobel" sülh mükafatı
Nobel Sülh Mükafatı — Dünyada sülh və əminamanlıq uğrunda əmək sərf etmiş, mübarizə aparmış şəxslərə və təşkilatlara təqdim edilir.
"Sülh göyərçini" abidəsi
"Sülh göyərçini" abidəsi — Sumqayıt şəhərində memarlıq abidəsi, şəhərin əsas rəmzlərindən biri. Sumqayıt şəhərinin sülh və əmin-amanlıq şəhəri olmasını simvolizə edir. == Tarixi == Abidə 1978-ci ildə Sumqayıtın dənizkənarı parkında ucaldılmışdır. Abidə betondan tökülmüşdür. Alçaq səthi postament üzərində yerləşdirilmiş göyərçin heykəli qanadlarını açaraq sanki uçmağa hazırlaşmış vəziyyətdə icra olunub. == Müəllifləri == Müəllifləri Sumqayıt şəhərinin baş rəssamı, Əməkdar incəsənət xadimi Vaqif Nəzirov və rəssam-heykəltaraş Asim Quliyevdir. Əsər Moskvada nümayiş edilmiş və medala layiq görülmüşdür. == Bərpası == Abidə 2008-ci ilin yanvar ayının 5-də rekonstruksiya edilib.
Abo sülh müqaviləsi
Abo sülh müqaviləsi — 1743-cü ildə Rusiya imperiyası ilə İsveç arasında bağlanmışdı. Müqavilə Rusiya-İsveç müharibəsində (1741-1743) İsveçin məğlubiyyətini təsdiqlədi. Avqustun 7-də Finlandiyanın Abo şəhərində bağlanmışdı. == Şərtlər == Danışıqlarda Rusiya, rus taxtının vəliəhdi Pyotr Fyodoroviçin dayısı Holşteyn şəhzadəsi Adolf Fridrixin İsveç taxtına vəliəhd seçilməsi şərti ilə öz ərazi iddialarını məhdudlaşdıracağına razılıq verdi. İsveç tərəfi bu təklifi qəbul etdi. Müqavilənin 21-ci maddəsi yərəflər arasında "əbədi sülh və dostluq" müəyyən edir, Rusiya və İsveç düşmən ittifaqlarda yer almayacağı barədə təəhhüd götürürdü. 1721-ci il Niştadt müqaviləsinin təsdiqi olaraq Rusiyanın Pribaltikada əraziyə sahib olmasını qəbul etdi. Kummene çayı sərhəd müəyyən edildi == Nəticə == Abo sülh müqaviləsi Rusiyanın Pribaltika və Baltik dənizində vəziyyətini,onun şm.-q sərhədlərinin müdafiəsini daha da möhkəmləndirdi.
Amasya sülh müqaviləsi
Amasya sülh müqaviləsi — Səfəvilər ilə Osmanlılar arasında imzalanmış ilk sülh müqaviləsi. 29 may 1555-ci ildə imzalanmışdır. Müqavilə iki dövlət arasında Çaldıran döyüşü (1514) ilə başlayan uzunmüddətli müharibələri yekunlaşdırıb. Müqavilə 1578-ci ilə qədər davam edib və Osmanlıların növbəti dəfə Azərbaycana hücum etməsi ilə pozulmuşdur. Beləki 1578-ci ildə Osmanlı ordusu Amasya müqaviləsinin şərtlərini pozub Səfəvi sərhədlərini keçdi. Bununla da Osmanlı-Səfəvi müharibələrinin 1578–1590 mərhələsi başladı. Müqavilə ilə Ərəb İraqı Bağdad da daxil olmaqla, Osmanlılara verilmiş, beləliklə Osmanlı dövləti İran körfəzinə daxil olma imkanı əldə etmişdir, Gürcüstan isə iki dövlət arasında bölünmüşdür. Səfəvi dövləti Təbriz də daxil olmaqla, şimal-qərb sərhədlərini qorumağı bacarmışdır. == Arxa planı == Osmanlı-Səfəvi rəqabəti XVI əsrin birinci yarısında müharibələrə və sülh dövrünə şahidlik etmişdir. 1501-ci ildə yaradılmış Səfəvi dövləti rəhbərlərinin dini və şəxsi hakimiyyət kultu Anadoludakı bir çox türk tayfalarını özünə cəlb edirdi.
Badaxos sülh müqaviləsi.
Badaxos sülh müqaviləsi (1801) - Portuqaliyanın Fransa və İspaniyaya qarşı müharibədə məğlub olması nəticəsində 1801-ci il 6 dekabrda İspaniyanın Badaxos şəhərində bağlanmış sülh müqaviləsi. == Haqqında == Müharibəyə səbəb I Napoleon Bonapartın Böyük Britaniya ilə münasibətləri kəsmək tələbinin Portuqaliya tərəfindən rədd edilməsi idi. Badaxos sülh müqaviləsi İspaniya-Portuqaliya (11 maddə) və Fransa-Portuqaliya (6 maddə) sülh və dostluq müqavilələrindən ibarətdir. Portuqaliya öz portlarını Böyük Britaniya donanması üçün bağlamağı, müttəfiqlərin donanmaları üçün açmağı, Fransaya Qvineyanın bir hissəsini verməyi, Fransa ilə onun üçün əlverişli olan ticarət müqaviləsini bağlamağı və ona 20 milyon frank məbləğində təzminat ödəməyi, İspaniya ilə müttəfiq ittifaqını bərpa etməyi və Badaxos şəhərinə iddialardan əl çəkməyi öhdəsinə götürürdü.İspaniya işğal etdiyi Alenteju və Alqarvi əyalətlərini (ətrafı ilə birlikdə Olivensa qalası və Qvadiana çayının sağsahil torpaqları istisna olmaqla) Portuqaliyaya qaytarırdı. Trafalqar vuruşmasında (1805) Fransa-İspaniya donanması ingilislər tərəfindən darmadağın edildikdən sonra Portuqaliya Badaxos sülh müqaviləsinin şərtlərini pozdu və öz portlarını Böyük Britaniya ölkələri üçün açdı. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası. III cild. Bakı,2011. səh. 11.
Bağdad sülh müqaviləsi
Bağdad sülh müqaviləsi — Səfəvilər və Osmanlı dövləti arasında bağlanan sülh müqaviləsi. 6 yanvar 1733-cü ildə bağlanmışdır. == Arxa plan == Nadir xan II Təhmasibin imzaladığı Kirmanşah sülh müqaviləsi ilə razılaşmadı və Osmanlı qüvvələri üzərinə yenidən hücuma keçdi. Osmanlı dövləti Nadirin hücumunun Qafqazdan olacağını gözləsə də, Nadir gözlənilməz formada İraqdan hücum etdi. Samarra döyüşündə məğlub olan Nadir sonradan qüvvələrini cəmləşdirib əsas Osmanlı ordusunu Kərkük döyüşündə darmadağın etdi. Bu zaman əsnasında Bağdad şəhəri uzun müddət mühasirədə saxlanıldı. Köməyə göndərilən orduların məğlubiyyətə uğradılmasından sonra Bağdaddakı Osmanlı canişini Əhməd paşa sülh danışıqlarına başlamaq xahişi ilə öz elçisini Nadirin düşərgəsinə göndərdi. == Şərtlər == Tarixi ədəbiyyatda olan məlumata görə, Nadirlə Əhməd paşa arasında sülh müqaviləsi ilə bağlı danışıqlar 1733-cü il dekabr ayının ortalarında aparıldı və həmin ayın 19-da sülh razılaşması əldə edildi. Bağdad qalası hələlik osmanlıların əlində qalmaqla, razılaşmada Nadirin əsas tələbi öz əksini tapdı. Birincisi, Osmanlı sarayı son 10 il ərzində ələ keçirdiyi torpaqları geri qaytarmalı və 1639-cu ildə Osmanlı sarayı ilə Səfəvi sarayı arasında imzalanmış müqavilədə göstərilən sərhəd xətti bərpa edilməli idi.
Belqrad sülh müqaviləsi
Belqrad sülh müqaviləsi — Osmanlı imperiyası ilə Rusiya arasında bağlanmış müqavilə == Arxaplan == 1724-cü il Rusiya-Osmanlı müqaviləsi tərəflər arasındakı ziddiyyətləri həll etmədi. Qara dənizə çıxmağa və Krım xanlığına zərbə vurmağa çalışan Rusiya Avstriyanın təsiri altında Osmanlı dövləti ilə müharibəyə başladı. T.Mustafazadə haqlı olaraq yazmışdır ki, "Rusiya-Osmanlı münasibətlərinin kəskinləşməsi nəhayət iki dövlət arasında açıq müharibəyə gətirib çıxartdı. ... İki imperiya arasında münasibətlərin kəskinləşməsində onların Xəzəryanı regionda, xüsusilə də Azərbaycanda maraq və mənafelərinin toqquşması da çox mühüm rol oynamışdır. Ona görə XVIII əsrin 20-30-cu illərində Azərbaycanda Rusiya-Osmanlı ziddiyyətlərinin 1735-1739-cu illər Rusiya-Osmanlı müharibəsinin əsas səbəblərindən biri olduğunu güman etmək düzgün olar...". Müharibədə rus qoşunlarına B.K.Minix (1683-1767) komandanlıq edirdi. Ruslar 1736 və 1737-ci illər kampaniyasının gedişində Krım xanlığının paytaxtı Baxçasarayı tutmağa nail oldular, ikinci paytaxt hesab olunan Qarasu da general-feldmarşal P.Lassi tərəfindən yandırıldı. Avstriya Rusiya ilə 1726-cı il Vyana ittifaq müqaviləsinə uyğun olaraq Osmanlı dövlətinə müharibə elan etdi. Rusiya 1732-ci il Rəşt və 1735-ci il Gəncə müqavilələrinə baxmayaraq, İranla antiosmanlı ittifaqına nail ola bilmədi.
Beynəlxalq Sülh Bürosu
Beynəlxalq Sülh Bürosu (ing. International Peace Bureau) — dünyanın ən qədim barışıq təşkilatı, 1891-ci ildə təsis edilmişdir. == Tarixi == Təşkilat 1891-ci ildə Romada keçirilmiş Beynəlxalq Sülh Konqresinin yekunlarına əsasən yaradılmışdır. Büronun təsisçilərindən biri, həmçinin onun ilk sədri danimarkalı siyasətçi Fredrik Bayer 1908-ci ildə Nobel Sülh Mükafatını aldı. Eli Dyukommen təşkilatın birinci baş katibi idi və 1902-ci ildə Nobel Sülh Mükafatına layiq görülmüşdü. 1906-cı ildə Dyukommen ölümünə qədər qurumun katibi olaraq işi davam etdirdi və yerinə İsveçrə hüquqşünası olan və Nobel Sülh Mükafatçısı Alber Qoba gəldi. === BSB-nun əsas vəzifələri === Beynəlxalq Sülh Bürosunun əsas vəzifələri beynəlxalq konfransların təşkili və keçirilməsi, sülhün təbliği, həmçinin pasifist qrup və müəssisələrin arasında əlaqələrin saxlanması idi. Büro, beynəlxalq hüquq çərçivəsində 7 əsas prinsip tərtib etmişdir. Xalqların/ölkələrin vəzifələri və mənəvi dəyərləri eyni insanların vəzifələri və mənəviyyatları olaraq qəbul edilir. Bir insanın başqalarını öz üzərində mühakimə etmək və icra etmək hüququ olmadığı kimi, bir dövlət də digərinə hökm edə və müharibə elan edə bilməz.
Beynəlxalq Sülh Günü
Beynəlxalq Sülh Günü — 21 sentyabr tarixində bütün dünyada qeyd olunan bayram. Beynəlxalq Sülh Günü BMT-nin 30 noyabr 1981-ci ildəki qərarı ilə bütün dünyada qeyd olunur. Dünyanın 192 ölkəsi yekdil olaraq bu qərarın lehinə səs vermişdir. 1999-cu ildə rejissor Ceremi Cilli insan cəmiyyətinin əsas problemləri və nisbətən təcili həll olunmalı olan məsələlər barəsində "Peace one day"i yaratdı. Onun əsas cəhd etdiyi o idi ki, heç olmasa ildə bircə gün bütün dünyada insan zorakılığının baş verməsinin qarşısını alsın, atəşkəs olsun. 21 sentyabr nəinki yalnız xalqlar arasında, həmçinin, ailələrdə, məktəblərdə köklü zorakılığa qarşı mübarizənin əldə olunmasına nail olmaq üçün bir gündür. Bu səbəbdən də 21 Sentyabr bütün planet insanları üçün çox vacibdir. Bugünki gün üçün əsas məqsədlərdən biri 2012-ci ilə kimi 3 milyard insanı bu günə cəlb etməkdir, bu səbəbdən də yaşından, irqindən, milliyətindən, dinindən və cinsindən asılı olmayaraq, sülhə nail olmaq istəyən hər kəsin yardımına ehtiyac var.
Buxarest sülh müqaviləsi
Buxarest sülh müqaviləsi — Rusiya imperiyası ilə Osmanlı imperiyası arasında bağlanmış müqavilədir. Müqavilə nəticəsində 1806-1812 Rusiya-Osmanlı müharibəsinə son qoyulmuşdur. Sülh danışıqları hələ 1811-ci ilin oktyabrında Jurjevdə, türklərin əsas qüvvələrinin Ruşşuk yaxınlığında (indiki Ruse, Bolqarıstan) məğlubiyyətindən və onların əksər hissəsinin Slobodzeya yaxınlığında mühasirəyə alınmasından sonra başlanmışdır. Sultanın nümayəndəsi Qalib-əfəndi, eləcə də ingilis və fransız diplomatları hər yolla danışıqları ləngitməyə çalışmış, lakin Kutuzov Napoleonun Rusiyaya hücumu başlamazdan bir ay əvvəl danışıqları başa çatdırmışdır. Osmanlı dövləti də öz növbəsində müharibədən mümkün qədər az ziyanla çıxmaq istəyirdi. Uzun danışıqlardan sonra 28 may 1812-ci ildə Buxarestdə sülh müqaviləsi imzalandı. Buxarest sülh müqaviləsi 16 açıq və 2 gizli maddədən ibarət idi. Müqaviləni Rusiya tərəfdən Mixail Kutuzov, Osmanlı tərəfdən Əhməd paşa imzalamışdır. Müqaviləyə əsasən Prut çayı sərhəd qəbul edildi. Osmanlı dövləti Cənubi Qafqazdakı rus işğallarını tanımalı oldu.
Sülh
Sülh — hansısa dövlətin, böyük ərazinin əhalisinin müəyyən dövr ərzində digər dövlətlə açıq müharibə vəziyyətində olmaması zamanı. Sülh dövlətlərin bir-biri ilə münasibətlərinin qeyri-zorakılıq şəraitində qurması, bir-birinin milli maraqlarını uzlaşdırması və bütün bunların müqavilə ilə təsdiqləməsi nəticəsində mümkün olur. Sülh şəraiti müharibə nəticəsində pozulur. Sülhsüz nə ictimai, nə də şəxsi təhlükəsizlik mümkün olmur. R.Ceksonun hesablamalarına görə 1945-ci ildən sonra dünyada cəmi 26 gün müharibəsiz keçib. == Sülh və müharibə == İstənilən müharibənin istəyi sülhdür. == Həmçinin bax == Cəmiyyət Nobel Sülh mükafatı BMT == Mənbə == Яндекс.
Yurdda sülh, cahanda sülh
Yurdda sülh, cahanda sülh! (türk. Yurtta sulh, cihanda sulh) — şüarı Türkiyə Respublikasının qurucusu və ilk prezidenti, dövlət xadimi, marşal Mustafa Kamal Atatürk tərəfindən səsləndirilmişdir. Atatürk 20 aprel 1931-ci ildə Anadolu turları zamanı ilk dəfə ictimaiyyət qarşısında Yurdda sülh, cahanda sülh! şüarını tələffüz edib. Bu şüar sonradan Türkiyə Cümhuriyyətinin xarici siyasətinin əsas istiqamətlərindən birinə çevrildi. == Tarixi == Türkiyə Respublikasının qurucusu və ilk prezidenti Mustafa Kamal Atatürk 20 aprel 1931-ci ildə Anadolu səfəri zamanı ilk dəfə ictimaiyyət qarşısında Yurdda sülh, cahanda sülh! şüarını səsləndirmişdir. Əslində şüarın cümləsi genişdir. Atatürk nitqində "Hesab edirəm ki, Cümhuriyyət Xalq Partiyasının qəti ümumi siyasətini ifadə etmək üçün aşağıdakı qısa cümlə kifayətdir: Yurdda sülh, cahanda sülh üçün çalışırıq".“Yurdda sülh, cahanda sülh” şüarı bundan sonra Türkiyədə dövlət idarəçiliyinin və istənilən dövlət fəaliyyətinin mərkəzi prinsipi kimi qəbul edildi.
Riyad Sülh
Riyad əs-Sülh (ərəb. رياض الصلح‎; 1894, Sayda – 17 iyul 1951, Amman) — Livan Ərəb Respublikasının 1-ci baş naziri. == Həyatı == Riyad Sülh Livanın cənubundakı Sayda şəhərində, 1894-cü ildə anadan olmuşdur. Livana köçən Misir və qismən-Fələstin mənşəli ərəb ailəsində görkəmli bir sünni torpaq sahibi idi. Rza Sülh, Nəbətiyyədə və Sayda'da bir islahatçı sub-qubernator və bir lider millətçi ərəb lideri idi. 1915-ci ildə Rza Sülh Osmanlı qüvvələri tərəfindən mühakimə olundu və Smirna'ya, Osmanlı İmperiyasına sürgünə getdi. Sonra Osmanlı valisi olaraq vəzifə yerinə yetirdi.Həmçinin Dəməşqdə Emir Feysəl hökumətində daxili işlər naziri vəzifəsini də icra etmişdir Sülh Paris Universitetində hüquq və siyasi elmlər üzrə təhsil almışdır. Atası Osmanlı Məclisində millət vəkili olduğu üçün gəncliyinin çox hissəsini İstanbulda keçirdi. == Karyera == Sülh iki dəfə Livanın baş naziri vəzifəsini icra etdi. Onun ilk müddəti Livan müstəqillik qazandıqdan dərhal sonra (25 sentyabr 1943 - 10 yanvar 1945) olmuşdur.
Sülh (Neftçala)
Sülh — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == 1 sentyabr 2004-cü ildə Yenikənd kənd inzibati ərazi dairəsi tərkibindəki Sülh qəsəbəsinə kənd statusu verilmışdir.
Sülh Korpusu
Sülh Korpusu — ABŞ hökumətinin qeyri-siyasi, qeyri-dini agentliyidir. Sülh Korpusu 1961-ci ildə prezident Con F.Kennedi tərəfindən yaradılmışdır. Sülh Korpusunun əsas məqsədi maraq göstərən ölkələrə amerikalı könüllüləri göndərməklə dünyada sülh və dostluğun yayılmasına kömək etməkdən ibarətdir. Sülh Korpusu sülh və dostluq quraraq mədəniyyət mübadilə proqramları ilə ölkələr arasında qarşılıqlı anlaşmanın dərinləşdirilməsinə təkan verir. 1961-ci ildən bu vaxtadək 200.000 Sülh Korpusu könüllüsü dünyanın 139 ölkəsində xidmət etmişdir. Sülh Korpusu proqramı Azərbaycanda 2003-cü ildən fəaliyyət göstərir. Könüllülər Azərbaycanda İngilis dilinin tədrisi, Gənclərin İnkişafı və İqtisadi İnkişaf sahələri üzrə texniki biliklərə olan ehtiyacların ödənilməsinə köməklik göstərir, Amerika və Azərbaycan xalqları arasında dostluğu daha da möhkəmləndirirlər. Könüllülərin aylıq xərcləri və onların sağlamlığı ilə bağlı xərclər Sülh Korpusu tərəfindən ödənilir. Könüllünü qəbul edən təşkilat həmin Könüllüyə heç bir maliyyə ayırmır. Onlardan yalnız Könüllünün işinə nəzarət etmək və onun səmərəli işləməsi üçün lazım olan dəstəyi təmin etmək tələb olunur.
Sülh Tağı
Sülh tağı - ABŞ-Kanada sərhəddində, Bleyn və Surrey şəhərləri arasında yerləşən abidə. Hündürlüyü 20.5 metrdir. Abidə 1921-ci ildə Samuel Hills tərəfindən tikdirilmişdir. Abidənin tikilməsində məqsəd 1814-cü ildə bağlanan Qent müqaviləsi nəticəsində yaranan ABŞ-Kanada sülh münasibətlərinin yüzilliyini qeyd etmək olmuşdu. Abidə tam olaraq ABŞ-Kanada sərhəddində, Ştatlararası 5 və Avtomaqistral 99 arasında şimal-cənub hərəkət zolaqlarının arasındakı yaşıllıq ərazidə yerləşir. Abidənin tacında hər iki ölkənin bayrağı dalğalanır. Frizin üzərində ABŞ tərəfdə “Children of a common mother” (Bir ananın övladları), Kanada tərəfində isə “Brethren dwelling together in unity” (Birlik içərisində yaşayan qardaşlar) yazısı həkk olunmuşdur. Tağın daxilində iki dəmir qapı yerləşdirilmişdir. Burada “May These Gates Never Closed” (Bu qapılar heçvaxt bağlanmasın) yazılmışdır. Abidə hər iki tərəfdən Sülh Tağı Parkı ilə əhatə olunub.
Sülh ağacı
"Sülh ağacı" abidəsi Bakı şəhərində yerləşir. Abidə 17 may 2015-ci il tarixdə üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Dövlət Bayrağı Meydanının yaxınlığında, Yeni Bulvarın ərazisində qoyulmuşdur. == Müəllif == “Sülh ağacı” abidəsinin müəllifi YUNESKO-nun “Sülh naminə incəsənət xadimi” Hedva Serdir. == Quruluşu == Abidənin quruluşunda təbiətdən ilhamlanan sevgi və ümid dolu səmaya ucalan əllər təsvir olunub. == Abidənin ideyası == “Sülh ağacı” xalqlar arasında anlaşma rəmzi kimi qəbul edilir, münaqişələri həll etməyi, dünyada sülhü yaymağı təbliğ edir. “Sülh ağacı”, həmçinin YUNESKO-nun tolerantlıq, sülh simvolu hesab olunur.
Sülh müqavilələri
== A ==
Sülh müqaviləsi
Sülh müqaviləsi —müharibə edən tərəflər arasında müharibənin rəsmi olaraq sona çatdığı (atəşkəsdən sonra) vəziyyətlə əlaqədar iki və ya daha çox dövlət və ya hökumət arasında sülh üçün imzalanan bir müqavilədir. Müharibənin başa çatdırılmasından, yəni atəşkəs müqaviləsindən fərqli olaraq, daimi müqavilədir.
Sülh dividendi
Sülh dividendi — ABŞ Prezidenti Corc H. V. Buş və Birləşmiş Krallığın Baş naziri Marqaret Tetçer tərəfindən ön plana çıxarılmış, 1988–1991-ci illərdə Sovet İttifaqının dağılması fonunda müdafiə xərclərinin azalmasının iqtisadi faydasını təsvir edən siyasi şüar. Termin tez-tez Soyuq müharibənin sonunda, bir çox Qərb dövlətlərinin hərbi xərcləri əhəmiyyətli dərəcədə azaltması fonunda istifadə olunmuşdur. == Etibarlılıq == İqtisadiyyatlar böyük bir münaqişənin sona çatmasından sonra resessiyaya məruz qalır, çünki iqtisadiyyat uyğunlaşmaq və yenidən qurulmaq məcburiyyətində olur. Buna baxmayaraq, sülh dividendləri potensial uzunmüddətli faydaya aid edilir, çünki dövlət büdcəsinin müdafiə xərcləri üçün ayrılmış hissəsinin ən azı bir qisminin sosial proqramlara və/yaxud vergi dərəcələrinin azalmasına yönəldildiyi güman edilir. Real iqtisadiyyatlarda sülh dividendlərinin mövcudluğu hələ də müzakirə olunur, lakin bəzi araşdırmalar onun reallığına işarə edir.Soyuq müharibənin başa çatması nəticəsində yaranan sülh dividendləri ilə bağlı siyasi müzakirə hansı ölkələrin hərbi xərclərinin azaldılması, hansı ölkələrin azaldılmaması ilə bağlı müzakirələri əhatə edir. Müdafiə xərclərinin azalması halları əsasən Qərbi Avropa və Rusiya Federasiyasında diqqətə gəlmişdir. 1985–1993-cü illərdə hərbi xərcləri sürətlə azalmış və 1993–1999-cu illərdə sabit qalmış ABŞ 11 sentyabr 2001-ci ildən sonra Terrorizmlə müharibə, Əfqanıstan müharibəsi və İraq müharibəsi də daxil olmaqla münaqişələrin maliyyələşdirilməsini kəskin şəkildə artırmışdır. ABŞ intellektualı Noam Çomski, əksinə, ABŞ-nin hərbi kompleksə böyük sərmayə qoymasının təhlükəsizlik səbəbi ilə bağlı olmadığını, əksinə, bu sənayenin korporasiyalarının və onların tərəfdaşlarının xeyrinə kütləvi dövlət hərbi xərcləri vasitəsilə texnoloji yeniliyi azaltmaq üçün siyasi konsensual mexanizm olduğunu irəli sürmüşdür. Bəzilərinə görə, SSRİ-nin süqutu ABŞ-yə ölkə daxilində hərbi xərcləri istədiyi kimi əsaslandırmaq üçün yeni xarici müharibələr axtarmağa imkan yaratmışdır.2022-ci ildə Rusiyanın Ukraynaya hücumundan sonra sülh dividendinin bitdiyi iddia edilmişdir.
Sülh heykəli
Sülh Heykəli (Koreya: 평화의 소녀상, Pyeonghwaui sonyeosang; Yapon: 平和の少女像, Heiwano shōjo-zō), tez-tez Sonyeosang kimi qısaldılır (Koreya dilində və ya yapon dilində "Shōjo statusu" və bəzən "Rahatlıq Qadını Heykəli" (慰安婦像, Ianfu-zo), İkinci Dünya Müharibəsi zamanı (xüsusilə, 2-ci Dünya Müharibəsi zamanı) Yapon ordusu tərəfindən evfemik olaraq rahatlıq qadınları kimi tanınan cinsi köləlik qurbanlarının simvoludur. İkinci Çin-Yapon müharibəsinin başlanğıcı Sakit okean müharibəsinin sonuna qədər). Sülh heykəli ilk dəfə Seulda Yaponiya hökumətini qurbanlardan üzr istəməyə və onlara hörmət etməyə çağırmaq üçün ucaldılıb. Bununla belə, o vaxtdan bəri müxtəlif partiyalar arasında təmsilçilik döyüşləri yerinə çevrilmişdir. == Tarixi == Çərşənbə nümayişi 1992-ci ildə başladı və təxminən 20 il sonra Sülh Heykəlinin ideyası Yaponiya tərəfindən Hərbi Seksual Köləlik üçün Hazırlanan Qadınlar üçün Koreya Şurası tərəfindən təklif edildi. Daha dəqiq desək, şura Yaponiyanın Seuldakı səfirliyinin qarşısında Yaponiya imperator ordusu tərəfindən cinsi köləlik qurbanı olan qadınların ağrılarını xatırlamaq üçün xatirə daşı qoyulmasını təklif edib. Bu təklif 2011-ci il dekabrın 14-də səfirliyin qarşısında bürünc heykəl qoyulanda reallaşıb. Sülh heykəlini Kim Seo-kyung və Kim Eun-sung cütlüyü hazırlayıb. O, Seulun mərkəzindəki Yaponiya səfirliyinə oturmuş və nəzər salan kiçik əlləri və qısa saçlı, chima jeogori (19-cu əsrin sonu - 20-ci əsrin əvvəllərində hanbokun dəyişdirilmiş forması) geyinmiş bir qızı təsvir edir. Yaponiya dəfələrlə heykəlin götürülməsini tələb edib, lakin Seul və xüsusilə də qurbanlar bu tələbləri rədd edərək, Yaponiya hökumətinin heç vaxt öz ordusunun qadınların rahatlığı məsələsində birbaşa iştirakını rəsmi olaraq qəbul etmədiyini iddia edərək, bu tələbləri rədd ediblər.
Şərəflə sülh
Şərəflə sülh (ing. Peace with Honor) — ABŞ Prezidenti Riçard Niksonun 23 yanvar 1973-cü ildə Vyetnam müharibəsini bitirəcək Paris sülh sazişini təsvir etmək üçün çıxışında istifadə etdiyi ifadə. Bu ifadə Niksonun 1968-ci ildə seçki kampaniyası zamanı verdiyi vədin fərqli bir variantıdır. O bu zaman demişdir: "Mən sizə söz verirəm ki, Vyetnamdakı müharibəni şərəflə bitirəcəyik". Razılaşmada atəşkəsin dörd gün sonra baş tutacağı qeyd edilmişdir. Plana görə, atəşkəsdən sonra altmış gün ərzində Şimali Vyetnam hakimiyyəti bütün ABŞ müharibə məhbuslarını azad edəcək və bütün ABŞ qoşunları Cənubi Vyetnamdan çıxacaqdılar. 29 mart 1973-cü ildə sonuncu ABŞ əsgəri Vyetnamı tərk etmişdir. 30 aprel 1975-ci ildə Sayqon Şimali Vyetnam qoşunlarının əlinə keçmişdir.
Gendemian sülh müqaviləsi
Gendemian sülh müqaviləsi — Rusiya ilə Xivə xanlığı arasında bağlanmış sülh müqaviləsi. == Sülh müqaviləsinin imzalanması == 1873-cü ilin iyun ayında Xivə xanlığı rus qoşunları tərəfindən işğal edildikdən sonra 24 avqust 1873-cü ildə Rusiyanın Türküstan general-qubernatoru K.F.Kaufman və Xivə xanı II Səid Məhəmməd-Rahim arasında Gendemian sülh müqaviləsi imzalanmışdır. Bu müqavilənin adı onun imzalandığı yerin - Xivə xanının yay iqamətgahı yerləşən Gendemian bağının adı ilə əlaqədar olmuşdur. == Sülhün şərtləri == Gendemian sülh müqaviləsini imzalamaqla Xivə xanı özünün Rusiyanın vassalı olduğunu etiraf edirdi. Müqavilənin mətnində qeyd olunurdu ki, xan özünü "Ümumrusiya imperatorunun itaətkar nökəri" hesab edir. Gendemian sülh müqaviləsinə əsasən Xivə xanlığı müstəqil xarici siyasətdən imtina edir, Rusiya hakimiyyətinin razılığı və icazəsi olmadan heç bir hərbi əməliyyata başlamamağı öhdəsinə götürürdü. Xanlığın Amudərya çayının sağ sahilindəki torpaqları Rusiyanın tərkibinə birləşdirilirdi. Rus tacirləri xanlığın ərzisinə gömrüksüz mal gətirmək və ticarət etmək hüququ alırdılar. Xanlıqda quldarlıq və qul ticarəti ləğv olunurdu. Sulh müqaviləsinə əsasən xan "əbədi olaraq quldarlığı və insan ticarətini ləğv etmək" öhdəliyinı yerinə yetirməli idi.
Gülüstan sülh müqaviləsi
Gülüstan sülh müqaviləsi ( rus. Гюлистанский договор) — 1813-cü ilin 12 oktyabr tarixində Rusiya imperiyası ilə Qacar dövləti arasında imzalanan müqavilə. 1804-cü ildən 1813-cü ilə qədər davam edən Birinci Rusiya-İran müharibəsini bitirən bu müqavilənin imzalanması 1 yanvar 1813-cü ildə general Kotlyarevskinin Lənkəranı tutması ilə daha da sürətləndi.Müqavilə Dağıstanın, Gürcüstanın, bu günki Azərbaycan Respublikasının əksər hissəsinin və hal-hazırkı Ermənistan Respublikasının şimal torpaqlarının Rusiya imperiyasına keçməsini rəsmiləşdirirdi.Müqavilənin mətni Böyük Britaniyanın Qacar imperiyasındakı nümayəndəsi olan və hakimiyyətə böyük təsir gücünə malik olan Ser Qor Ousli tərəfindən hazırlandı. Müqaviləni Rusiya tərəfindən Nikolay Rtişev, Qacarlar tərəfindən Mirzə Əbülhəsən xan Elçi imzaladı.Bu müqavilənin nəticəsi olaraq Cənubi Qafqazın əksər hissəsi Rusiya imperiyasının hakimiyyəti altına keçdi. İkinci Rusiya-İran müharibəsindən sonra Rusiya Cənubi Qafqazı bütünlüklə tutdu və bunu Türkmənçay müqaviləsində Qacar dövləti tərəfindən təsdiq edilməsinə nail oldu.Gülüstan müqaviləsi və ondan sonra imzalanan Türkmənçay müqaviləsi nəticəsində azərbaycanlılar iki yerə parçalandı. == Arxa plan == Rusiya imperiyasının Qafqazda işğalçı fəaliyyəti Qacarları ciddi şəkildə narahat edirdi. Bunun qarşısını almaq üçün Fətəli şahın vəliəhdi Abbas Mirzə Rusiyaya qarşı 1805-ci ilin yazında hərbi əməliyyatlara başladı. 1813-cü ilə qədər davam edən döyüşlər sonunda Qacarlar ağır formada məğlub edildilər. Artıq hərbi əməliyyatların Təbriz ərazisinə keçmə təhlükəsi yarandı. Bunun qarşısını almaq üçün Abbas Mirzə sülh danışıqlarına başlamağa icazə verdi.
Himeyuri Sülh Muzeyi
Himeyuri Sülh Muzeyi (ひめゆり平和祈念資料館, Himeyuri Heyva Kinen Şiryokan) – Yaponiyanın Okinava prefekturasının İtoman şəhərində yerləşən muzey. Muzey Okinava döyüşü zamanı yaralı yapon əsgərlərə tibbi yardım göstərmiş Himeyuri tələbələrinə həsr olunmuşdur. == Tarixi == "Himeyuri" sözü Okinava prefekturasının iki qadınlar məktəbini bildirmək üçün istifadə olunur. Onların 1916-cı ildə yaratdıqları jurnalın adından yaranan bu söz bu məktəblərdə təhsil alan şəxsləri adlandırmaq üçün istifadə olunmağa başlanmışdır.İkinci dünya müharibəsi zamanı Himeyuri tələbələri Okinava döyüşündə yaralanan yapon əsgərlərə tibbi yardım göstərmək məqsədilə səfərbər olmuşdurlar. Müharibə nəticəsində əsgərlərə qayğı göstərən 136 Himeyuri tələbəsi və müəllimi ölmüşdür. Himeyuri Sülh Muzeyi 1989-cu ildə bu şəxslərin fədakarlığını anmaq və müharibə xatirələrini nümayiş etdirmək məqsədilə yaradılmışdır. == Xüsusiyyətlər == Muzey Himeyuri qülləsinin yaxınlığında yerləşir. İki məktəbin əsas binası əsasında modelləşdirən muzey binasında müharibədən əvvəlki dövrü təsvir edən sənədlər, sahə xəstəxanasının dioraması və sağ qalmış Himeyuri tələbələrinin mesajları sərgilənir. Muzey ziyarətçilərini Okinava döyüşündən bir il əvvəl – 1944-cü ildə məzun olmuş sinifin fotosu qarşılayır.Muzeyin birinci sərgi zalı məktəblərin həyatına həsr olunub. İkinci sərgi zalında isə Himeyuri tələbələrinin vəzifələri və xəstəxana kimi istifadə olunmuş Haebaru mağarasının modeli sərgilənir.
ABŞ-ın Sülh Korpusu
Sülh Korpusu — ABŞ hökumətinin qeyri-siyasi, qeyri-dini agentliyidir. Sülh Korpusu 1961-ci ildə prezident Con F.Kennedi tərəfindən yaradılmışdır. Sülh Korpusunun əsas məqsədi maraq göstərən ölkələrə amerikalı könüllüləri göndərməklə dünyada sülh və dostluğun yayılmasına kömək etməkdən ibarətdir. Sülh Korpusu sülh və dostluq quraraq mədəniyyət mübadilə proqramları ilə ölkələr arasında qarşılıqlı anlaşmanın dərinləşdirilməsinə təkan verir. 1961-ci ildən bu vaxtadək 200.000 Sülh Korpusu könüllüsü dünyanın 139 ölkəsində xidmət etmişdir. Sülh Korpusu proqramı Azərbaycanda 2003-cü ildən fəaliyyət göstərir. Könüllülər Azərbaycanda İngilis dilinin tədrisi, Gənclərin İnkişafı və İqtisadi İnkişaf sahələri üzrə texniki biliklərə olan ehtiyacların ödənilməsinə köməklik göstərir, Amerika və Azərbaycan xalqları arasında dostluğu daha da möhkəmləndirirlər. Könüllülərin aylıq xərcləri və onların sağlamlığı ilə bağlı xərclər Sülh Korpusu tərəfindən ödənilir. Könüllünü qəbul edən təşkilat həmin Könüllüyə heç bir maliyyə ayırmır. Onlardan yalnız Könüllünün işinə nəzarət etmək və onun səmərəli işləməsi üçün lazım olan dəstəyi təmin etmək tələb olunur.
Amyen sülhü
Amyen yaxud Amien sülhü. 1802-ci ildə Fransa ile İngiltərə arasında bağlanmış bu sülhə əsasən İngiltərə Fransanın Avropada işğallarını tanıdı. İngiltərə Seylon və Trinidad adalarında hakimiyyətini saxladı, Hollandiya, Almaniya, İtaliya və İsveçrənin işlərinə qarışmaqdan əl çəkdi. Malta adasını "Malta cəngavərləri" cəmiyətinə qaytardı. Fransa Misirdən əl çəkdi. 2-ci antifransız koalisiyası dağıldı.
Antalkid sülhü
Antalkid sülhü, Şah sülhü — e.ə. 386-cı ildə Sard şərqində Afina və Fiv başda olmaqla yunan şəhər-dövlətləri koalisiyası ilə Sparta arasında imzalanmışdır. == Haqqında == Sparta diplomatı Antalkidin adı ilə adlanır. Əhəməni şahı II Artakserkin irəli sürdüyü şərtlər əsasında bağlanmışdır (digər adı da buradandır). Antalkid sülhü nəticəsində Kiçik Asiya və Kiprdəki yunan şəhərləri İranın hakimiyyəti altına keçmiş, Peloponnes ittifaqından başqa Yunanıstandakı bütün siyasi birliklər qadağan edilmişdir. Antalkid sülhünün şərtlərinə nəzarətin Spartaya həvalə edilməsi onun Yunanıstanda hökmranlığını möhkəmləndirdi. Beləliklə, Antalkid sülhü Yunan-İran müharibələri (e.ə. 500–449) dövründə yunanların qazandığı itirildi. Antalkid sülhü siyasi pərakəndəliyi və daxili çəkişmələri gücləndirdi. Ksenofontun «Yunan tarixi» adlı əsərində Antalki sülhünün mətni verilmişdir.
Atatürk Beynəlxalq Sülh Mükafatı
Atatürk Beynəlxalq Sülh Mükafatı — 1986–2002-ci illərdə Türkiyədə verilən və Mustafa Kamal Atatürkün şərəfinə adlandırılan yüksək dövlət mükafatı. Mükafat dünyada sülhə töhfə vermiş insanlara verilirdi. == Tarixi == Atatürk Beynəlxalq Sülh Mükafatı 1986–2002-ci illərdə Türkiyədə təqdim edilən yüksək dövlət mükafatı olub. Mükafat Mustafa Kamal Atatürkün Yurdda sülh, cahanda sülh! sözlərinə əsaslanaraq təsis edilmiş və dünyada sülhə töhfə vermiş insanlara verilirdi. Bu səbəbdən mükafata Atatürkün adı verilmişdi. Mükafat prezident Kənan Evrenin prezidentliyi dövründə, Atatürk Mədəniyyət Dil və Tarix Dərnəyi tərəfindən təsis edilib.Mükafat qeyri-hökumət təşkilatlarının üzvləri, Türkiyə universitetləri Senatı, həmçinin Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatının baş katibləri tərəfindən irəli sürülmüş namizədlərə təqdim edilirdi. Namizədləri Türkiyə Prezidenti, Türkiyə Böyük Millət Məclisinin sədri də təqdim edə bilərdi. Mükafat 2000-ci ildən sonra 13 il ərzində verilməməsi səbəbindən, 2013-cü ildə onun yalnız beş ildən bir verilməsi qərara alındı. Lakin 17.08.2013-cü il tarixli Rəsmi Qəzetdə dərc edilən "Atatürk Beynəlxalq Sülh Mükafatı Əsasnaməsinin Ləğv Edilməsi" ilə mükafat ləğv edildi.
Azərbaycan Sülhməramlı Qüvvələri
Azərbaycan Sülhməramlı Qüvvələri (ing. Azerbaijani peacekeeping forces) və ya Bakı N vahidi (ing. Baku N unit) — Azərbaycan Quru Qoşunlarının əsas sülhməramlı hərbi vahidi. 1999-cu ilin sentyabr ayından başlayaraq Azərbaycan Silahlı Qüvvələri Kosovoda, Əfqanıstanda və İraqda Beynəlxalq Sülhməramlı Ordu tərkibində sülhməramlı fəaliyyət aparıblar. Azərbaycan Silahlı Qüvvələri tərkibində Azərbaycanın Sülhməramlı ordusu 1997-ci ildə yaranmış, sonradan Azərbaycan sülhməramlı bölməsi adı altında birləşmişdir. == Fəaliyyət == === Kosovo === 17 fevral, 2008-ci ildə Kosovo parlamenti müstəqillik elan etdikdən sonra, 26 fevral, 2008-ci ildə Azərbaycanın Prezidenti İlham Əliyev Kosovadan Azərbaycanın sülhməramlı bölməsinin çıxarılması ilə bağlı Milli Məclisə müraciət etdi. Müraciətə Milli Məclis tərəfindən 4 mart, 2008 tarixdə baxıldı və 87 səslə (3 səs əleyhinə, 2 səs bitərəf) qəbul edildi. Azərbaycan sülhməramlı bölməsi 34 hərbçidən ibarət idi ki, bunlardan da biri zabit, biri çavuş və 32-si əsgər idi. Azərbaycan sülhməramlı bölməsi Kosovada Türkiyə sülhməramlı qoşunlarının tərkibində xidmət edirdi. Azərbaycan hərbçiləri Kosovada 18 kəndə nəzarət edirdilər.
Azərbaycan Xalq Cümhuriyyətinin Paris Sülh Konfransındakı Nümayəndə Heyəti
Azərbaycan Xalq Cümhuriyyətinin Paris Sülh Konfransındakı Nümayəndə Heyəti — 1918-ci ilin dekabr ayının 28-də Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin Paris Sülh Konfransına göndərilməsi üçün formalaşdırdığı heyət. == Haqqında == 1918-ci ilin dekabr ayının 28-də isə parlament Paris Sülh Konfransına gedəcək nümayəndə heyətinin tərkibini seçdi. Bu tərkibə Əlimərdan bəy Topçubaşov (sədr), Məmmədhəsən Hacınski (sədr müavini), Əkbər ağa Şeyxülislamov, Əhməd bəy Ağayev, Məhəmməd Məhərrəmov, Ceyhun Hacıbəyli və Mir Yaqub Mehdiyev daxil oldu. Nümayəndə Heyəti hələ İstanbulda ikən ciddi təşkilatlanmış və dəqiq iş bölgüsü aparmışdı. Heyətin tərkibində üç bölmə - siyasət və milli məsələlər, iqtisadiyyat və kommersiya, təbliğat və məlumat bölmələri yaradılmış və üzvlər ixtisas və maraq səviyyələrinə uyğun şəkildə həmin bölmələrdə fəaliyyətə cəlb olunmuşdular. Bununla bir sırada Nümayəndə Heyətinin hər bir üzvünün görəcəyi konkret iş, məsuliyyət daşıyacağısahə də müəyyənləşdirilmişdi. 1919-ci il yanvarın 20-də Paris sülh konfransında iştirak edəcək Azərbaycan nümayəndə heyəti İstanbula gəldi. Lakin Fransa hökuməti onların Parisə gəlməsinə viza vermədi. Topçubaşovun və onun başçılıq etdiyi nümayəndə heyətinin Parisə buraxılmaması onlarda və Azərbaycan hökumətində narahatlıq yaradırdı. Bu zaman Əlimərdan bəy Topçubaşov Türkiyə, İran, Rusiya, Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Fransa diplomatları və nümayəndələri ilə görüşlər keçirmiş, onlara Azərbaycanın siyasi və iqtisadi vəziyyəti haqqında məlumat vermiş, Azərbaycanın bir müstəqil dövlət kimi öz ölkələri tərəfindən tanınmasına köməklik göstərmələrini xahiş etmişdir.
Azərbaycan sülhməramlı əməliyyatlarda
Azərbaycan Sülhməramlı Qüvvələri (ing. Azerbaijani peacekeeping forces) və ya Bakı N vahidi (ing. Baku N unit) — Azərbaycan Quru Qoşunlarının əsas sülhməramlı hərbi vahidi. 1999-cu ilin sentyabr ayından başlayaraq Azərbaycan Silahlı Qüvvələri Kosovoda, Əfqanıstanda və İraqda Beynəlxalq Sülhməramlı Ordu tərkibində sülhməramlı fəaliyyət aparıblar. Azərbaycan Silahlı Qüvvələri tərkibində Azərbaycanın Sülhməramlı ordusu 1997-ci ildə yaranmış, sonradan Azərbaycan sülhməramlı bölməsi adı altında birləşmişdir. == Fəaliyyət == === Kosovo === 17 fevral, 2008-ci ildə Kosovo parlamenti müstəqillik elan etdikdən sonra, 26 fevral, 2008-ci ildə Azərbaycanın Prezidenti İlham Əliyev Kosovadan Azərbaycanın sülhməramlı bölməsinin çıxarılması ilə bağlı Milli Məclisə müraciət etdi. Müraciətə Milli Məclis tərəfindən 4 mart, 2008 tarixdə baxıldı və 87 səslə (3 səs əleyhinə, 2 səs bitərəf) qəbul edildi. Azərbaycan sülhməramlı bölməsi 34 hərbçidən ibarət idi ki, bunlardan da biri zabit, biri çavuş və 32-si əsgər idi. Azərbaycan sülhməramlı bölməsi Kosovada Türkiyə sülhməramlı qoşunlarının tərkibində xidmət edirdi. Azərbaycan hərbçiləri Kosovada 18 kəndə nəzarət edirdilər.
BMT Baş katibinin Sülh Quruculuğu Fondu
BMT Baş Katibinin Sülh Quruculuğu Fondu risk altında olan və ya zorakı münaqişələrdən təsirlənən ölkələrdə və ya vəziyyətlərdə sülhü təmin etmək üçün təşkilatın ilk müraciət etdiyi maliyyə alətidir. PBF BMT qurumları, hökumətlər, regional təşkilatlar, çoxtərəfli banklar, milli çox donorlu trast fondları və ya vətəndaş cəmiyyəti təşkilatları ilə investisiya edə bilər. 2006-cı ildən 2020-ci ilə qədər PBF 62 alıcı ölkəyə təxminən 1,47 milyard dollar ayırıb. == Əsas prinsipləri == Fond uğurla sülh quruculuğuna mane olan amillər arasında resursların, xüsusilə də maliyyə resurslarının çatışmazlığı olduğunu nəzərə alaraq yaradılmışdır. Beləliklə, fond sülh prosesinin ilkin mərhələlərində kritik dəstəyi genişləndirməyi hədəfləyir. Onun dizaynı bir neçə əsas prinsipləri özündə cəmləşdirir: Sülh proseslərinə milli mülkiyyətin tanınması Kritik sülh quruculuğu ixtiralarına başlamaq üçün "katalizator" kimi xidmət etmək ehtiyacı Birləşmiş Millətlər Təşkilatının Agentliklərindən, fondlarından və proqramlarından milli qurumlar tərəfindən layihənin həyata keçirilməsinə dəstək olmaq üçün alıcı kimi istifadə etmək Ölkə səviyyəsində ödəniş prosesi kimi fəaliyyət göstərmək2006-cı ilin oktyabrında təsis edildiyi vaxtdan Sülh Quruculuğu Fondu obyekti hazırda Sülh Quruculuğu Komissiyası tərəfindən nəzərdən keçirilən iki ölkə, Burundi və Syerra Leone üçün aktivləşdirilib. Baş katib bu ilin əvvəlində bu iki ölkə üçün hər biri üçün 35 milyon ABŞ dolları ayırıb.
BMT Sülhməramlı Qüvvələri
1948-ci ildə qurulmuş birləşmiş millətlər təşkilatının dünyanın müxtəlif qaynar nöqtələrində baş verən münaqişələrin qabağını almaq və ya qısa-müddətli həll yolu gətirmək üçün tərkibində olan hərbi-silahlı qüvvələrdir. Şablon olaraq insanların beynində birləşmiş millətlər və tabeçiliyində olan qüvvələrin heç bir işə yaramadığı və sülh üçün effektiv mübarizə aparmadığı fikri olsa da, hazırda BMT sülhməramlı qüvvələri Kosovo, Əfqanıstan, Haiti, Kipr, Livan, Suriya, Cənubi Sudan və Şimali Sudan Mali,və s. dünyanın onlarca qaynar münaqişə nöqtəsində vəziyyət tənzimləməklə məşğuldurlar. Məsəl üçün əgər BMT suriyanın qolan təpələrinə nəzarət etməsə idi indi o ərazilər uğrunda suriya ilə israil arasında münaqişə daha da gərginləşərdi və israil beynəlxalq hüquq normalarına məhəl qoymayıb qolan təpələrini öz ərazisinə ilhaq etdiyi üçün onu beynəlxalq aləmə öz ərazisi kimi tanıtmağa nail ola bilərdi.
Bağdad sülhü
Birləşmiş Millətlər Təşkilatının Kosmik Məkanın Sülh Məqsədlərilə İstifadəsi Komitəsi
Birləşmiş Millətlər Təşkilatının Kosmik Məkanın Sülh Məqsədlərilə İstifadəsi Komitəsi (ing. United Nations Committee on the Peaceful Uses of Outer Space (COPUOS)), 1959-cu ildə (Sputnikin buraxılmasından qısa müddət sonra) Birləşmiş Millətlər Təşkilatının 1472 (XIV) saylı qətnaməsi ilə Ad hoc komitə kimi yaradılmış və 1962-ci ildə daimi komitəyə çevrilmiş katibliyini Birləşmiş Millətlər Təşkilatının Kosmik İşlər Bürosunun etdiyi komitədir. Komitə, Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış təşkilatları kimi beynəlxalq bir müqavilə ilə müstəqil bir beynəlxalq təşkilat olaraq deyil, Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinin bir institutu olaraq yaradılmışdır. Komitənin 2016-cı il tarixində 83 üzvü olmuşdur.COPUOS-un missiyası “kosmosun dinc istifadəsində beynəlxalq əməkdaşlığın əhatə dairəsini öyrənmək, Birləşmiş Millətlər Təşkilatının himayəsi altında bu sahədəki proqramları planlaşdırmaq, kosmos haqqında davamlı tədqiqatları və məlumatların yayılmasını təşviq etmək və kosmosun kəşfindən yaranan hüquqi problemləri öyrənmək” kimi müəyyənləşdirilmişdir. == Tarix == Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin kosmosa dair 18 dekabr 1958-ci il tarixli və 1348 (XIII) saylı ilk qətnaməsində kosmosun dinc məqsədlər üçün istifadəsinin vacibliyi vurğulanmış və bu məqsədlə Birləşmiş Millətlər Təşkilatının Kosmik Məkanın Sülh Məqsədlərilə İstifadəsi Komitəsinin yaradılmasına qərar verilmişdir. Bu komitə 1959-cu ildə fəaliyyətə başlamışdır. 1962-ci ildə “hüquq alt komitəsi” və “elm və texnologiya alt komitəsi” adlı iki alt komitəyə ayrılmışdır. Komitə, kosmosla əlaqəli hüquqi və texniki məsələlərin Birləşmiş Millətlər Təşkilatı qarşısında müzakirə edilərək qərar veriləcəyi ilk platforma olaraq yaradılmışdır.
Brest-Litovsk sülh müqaviləsi
Brest-Litovsk sülh müqaviləsi – Rusiya Sovet Federativ Sosialist Respublikasının yeni bolşevik hökuməti ilə İttifaq Dövlətləri (və ya Dördlər ittifaqı — Almaniya İmperiyası, Avstriya-Macarıstan İmperiyası, Osmanlı dövləti və Bolqarıstan krallığı) arasında imzalanmış sülh müqaviləsi. Sülh müqaviləsi Osmanlı dövlətinin torpaq qazandığı son müqavilədir. Müqavilə 2 aylıq sürən danışıqların nəticəsində, Ukraynanın Alman nəzarəti altında olan Bialstok-Grodna əyalətinin Brest-Litovsk şəhərində (Polyak dilində: Brześć Litewski, Alman dilində: Friedensvertrag von Brest-Litowsk, 1945-ci ildən bəri sadəcə Brest) imzalandı. Müqavilə bolşevik hökuməti tərəfinin müharibədə Almaniya və Avstriya-Macarıstan qüvvələrinin irəliləməsinin dayandırılması mövzusu üzərində idi. Bununla da, Sovet Rusiyası keçmiş Rusiya imperiyasının İttifaq ölkələrinə dair heç bir öhdəliyini yerinə yetirməmişdir. Müqavilə 1918-ci il martın 3-də Brest-Litovskda imzalanmış, martın 15-də 4-cü Ümumrusiya Fövqəladə Sovetlər Qurultayı, sonra isə 22 martda Almaniya reyxstaqının razılıq verməsindən sonra, martın 26-da Almaniya imperatoru II Vilhelm tərəfindən təsdiq olunmuşdur. == Müharibənin arxa planı == === Son hərbi manevrlər === === Ərazi dəyişiklikləri === Sülh müqaviləsi Rusiyanın I Dünya müharibəsindən çıxması ilə nəticələndi. Müqaviləyə əsasən, Bolşevik Rusiyası Baltikyanı ərazilərini Almaniyaya verərək idarəçilikdən imtina etdi, bu ərazilər Almaniyanın vassalına çevrilərək kiçik krallıqlara bölündü. Rusiya həmçinin Cənubi Qafqazda yerləşən əyalətini — Qarsı Osmanlı İmperiyasına verərək oradan imtina etdi və Ukrayna Xalq Respublikasının müstəqilliyini tanıdı. Konqresdə Polşanın müqavilədə qeyd olunmaması və Almanların Polşa təmsilçilərinin iştirakını tanımaması mübahisələrə və etirazlara səbəb oldu.
Brest-Litovsk sülh müqaviləsinə əlavə məxvi saziş
Almaniya-Rusiya sazişi (1918, 27 avqust), Bakı məsələsi ilə bağlı olduğundan bəzən Bakı sazişi də adlanır. == Arxa fon == Azərbaycan Xalq Cümhuriyyəti yarandığı zaman onun ən yaxın müttəfiqi olan Osmanlı dövləti Birinci Dünya müharibəsində (1914–1918) Almaniya ilə bir cəbhədə vuruşurdu. Osmanlı ilə müttəfiq olmasına baxmayaraq, Almaniya Azərbaycana münasibətdə fərqli siyasət yeridirdi. Almaniya, türk-azərbaycan qoşunlarının Bakını ciddi ehtiyac duyduğu neftdən məhrum olacağından narahat idi. Bakını yenidənə ələ keçirməyə cəhd göstərən bolşevik Rusiyası da Almaniyanın diplomatik yardımına nail olmaq istəyirdi. Rusiya türklərin Bakıda, həmçinin bütün Azərbaycanda möhkəmlənməsinə hər vasitə ilə mane olmağa çalışırdı. Buna görə də ümumi maraqlarla bağlı olaraq, Azərbaycan məsələsində onların arasında yaxınlaşma baş verdi və bu 3 aya qədər şəkən danışıqlardan sonra, 1918-ci il avqustun 27-də Berlində Almaniya ilə sovet Rusiyası arasında Brest müqaviləsinə əlavə məxfi sazişin imzalanması ilə nəticələndi. == Sazişin mahiyyəti == 8 fəsil və 17 maddədən ibarət Almaniya-Rusiya məxfi sazişini Berlindəki rus səfiri A.İoffe və Almaniya Xarici İşlər Nazirliyinin məsul şəxsləri, gizli müşavirləri- xarici işlər idarəsinin katibi, istefada olan kontr-admiral Pavel fon Hintse və xarici işlər idarəsinin direktoru İohannes Krüge imzalamışlar. Sazişdə Ukrayna, Krım, Qara dəniz sahili, Qafqazla bağlı məsələlər və bir sıra digər məsələlər də əksini tapmışdır. Sazişin altıncı fəslinə görə, Rusiya Sovet Federativ Sosialist Respublikası Gürcüstanın müstəqil dövlət kimi Almaniya tərəfindən tanınmasına öz razılığını bildirirdi.
Brest sülhü
Brest-Litovsk sülh müqaviləsi – Rusiya Sovet Federativ Sosialist Respublikasının yeni bolşevik hökuməti ilə İttifaq Dövlətləri (və ya Dördlər ittifaqı — Almaniya İmperiyası, Avstriya-Macarıstan İmperiyası, Osmanlı dövləti və Bolqarıstan krallığı) arasında imzalanmış sülh müqaviləsi. Sülh müqaviləsi Osmanlı dövlətinin torpaq qazandığı son müqavilədir. Müqavilə 2 aylıq sürən danışıqların nəticəsində, Ukraynanın Alman nəzarəti altında olan Bialstok-Grodna əyalətinin Brest-Litovsk şəhərində (Polyak dilində: Brześć Litewski, Alman dilində: Friedensvertrag von Brest-Litowsk, 1945-ci ildən bəri sadəcə Brest) imzalandı. Müqavilə bolşevik hökuməti tərəfinin müharibədə Almaniya və Avstriya-Macarıstan qüvvələrinin irəliləməsinin dayandırılması mövzusu üzərində idi. Bununla da, Sovet Rusiyası keçmiş Rusiya imperiyasının İttifaq ölkələrinə dair heç bir öhdəliyini yerinə yetirməmişdir. Müqavilə 1918-ci il martın 3-də Brest-Litovskda imzalanmış, martın 15-də 4-cü Ümumrusiya Fövqəladə Sovetlər Qurultayı, sonra isə 22 martda Almaniya reyxstaqının razılıq verməsindən sonra, martın 26-da Almaniya imperatoru II Vilhelm tərəfindən təsdiq olunmuşdur. == Müharibənin arxa planı == === Son hərbi manevrlər === === Ərazi dəyişiklikləri === Sülh müqaviləsi Rusiyanın I Dünya müharibəsindən çıxması ilə nəticələndi. Müqaviləyə əsasən, Bolşevik Rusiyası Baltikyanı ərazilərini Almaniyaya verərək idarəçilikdən imtina etdi, bu ərazilər Almaniyanın vassalına çevrilərək kiçik krallıqlara bölündü. Rusiya həmçinin Cənubi Qafqazda yerləşən əyalətini — Qarsı Osmanlı İmperiyasına verərək oradan imtina etdi və Ukrayna Xalq Respublikasının müstəqilliyini tanıdı. Konqresdə Polşanın müqavilədə qeyd olunmaması və Almanların Polşa təmsilçilərinin iştirakını tanımaması mübahisələrə və etirazlara səbəb oldu.
Brest sülhü (1918)
Brest-Litovsk sülh müqaviləsi – Rusiya Sovet Federativ Sosialist Respublikasının yeni bolşevik hökuməti ilə İttifaq Dövlətləri (və ya Dördlər ittifaqı — Almaniya İmperiyası, Avstriya-Macarıstan İmperiyası, Osmanlı dövləti və Bolqarıstan krallığı) arasında imzalanmış sülh müqaviləsi. Sülh müqaviləsi Osmanlı dövlətinin torpaq qazandığı son müqavilədir. Müqavilə 2 aylıq sürən danışıqların nəticəsində, Ukraynanın Alman nəzarəti altında olan Bialstok-Grodna əyalətinin Brest-Litovsk şəhərində (Polyak dilində: Brześć Litewski, Alman dilində: Friedensvertrag von Brest-Litowsk, 1945-ci ildən bəri sadəcə Brest) imzalandı. Müqavilə bolşevik hökuməti tərəfinin müharibədə Almaniya və Avstriya-Macarıstan qüvvələrinin irəliləməsinin dayandırılması mövzusu üzərində idi. Bununla da, Sovet Rusiyası keçmiş Rusiya imperiyasının İttifaq ölkələrinə dair heç bir öhdəliyini yerinə yetirməmişdir. Müqavilə 1918-ci il martın 3-də Brest-Litovskda imzalanmış, martın 15-də 4-cü Ümumrusiya Fövqəladə Sovetlər Qurultayı, sonra isə 22 martda Almaniya reyxstaqının razılıq verməsindən sonra, martın 26-da Almaniya imperatoru II Vilhelm tərəfindən təsdiq olunmuşdur. == Müharibənin arxa planı == === Son hərbi manevrlər === === Ərazi dəyişiklikləri === Sülh müqaviləsi Rusiyanın I Dünya müharibəsindən çıxması ilə nəticələndi. Müqaviləyə əsasən, Bolşevik Rusiyası Baltikyanı ərazilərini Almaniyaya verərək idarəçilikdən imtina etdi, bu ərazilər Almaniyanın vassalına çevrilərək kiçik krallıqlara bölündü. Rusiya həmçinin Cənubi Qafqazda yerləşən əyalətini — Qarsı Osmanlı İmperiyasına verərək oradan imtina etdi və Ukrayna Xalq Respublikasının müstəqilliyini tanıdı. Konqresdə Polşanın müqavilədə qeyd olunmaması və Almanların Polşa təmsilçilərinin iştirakını tanımaması mübahisələrə və etirazlara səbəb oldu.

Digər lüğətlərdə

единоли́чник завяза́ться мыльня́нка пло́тно подстава́ть удесятере́ние четырёхпо́льный вторсырьё зашта́тный опи́сывать по-сиби́рски подвя́лить сосе́д устраши́ться airlifting Englishwoman hexadic Kaffir microbalance rel биквадратный выплатить накануне простота строптивость