SÜQUT

is. [ ər. ] Düşmə, aşağı enmə, yıxılma, dağılma. Təhkimçilik üsulunun süqutu. Roma imperiyasının süqutu.
– Bu şadlıq gecəsində Eldəniz xanədanının süqutuna əsas qoyuldu və hökmdarlara qarşı … sui-qəsdin müqəddiməsi başlandı. M.S.Ordubadi.

□ Süqut etmək – yıxılmaq, dağılmaq, düşmək, məhv olmaq. Ənisə çox yaxşı bilirdi ki, ər evinə getməklə istər özünün, istər atası Məşədi Əhmədin maddi həyatı qismən yoluna düşə bilər.
Fəqət mənəviyyatca özü süqut edəcəkdi. S.Hüseyn.

Синонимы

  • SÜQUT yıxılma — enmə — düşmə
SÜKUT
SÜLALƏ
OBASTAN VİKİ
Kabilin süqutu (2021)
Kabilin süqutu — 15 avqust 2021-ci ildə Əfqanıstanın paytaxtı Kabil şəhərinin Taliban qüvvələri tərəfindən ələ keçirilməsi. Şəhərin tutulması Əfqanıstan Prezidenti Əşrəf Qəninin ölkəni tərk etməsindən bir neçə saat sonra baş tutdu. Kabilin süqutundan əvvəl artıq Əfqanıstanın əyalət mərkəzlərinin bir çoxu Taliban tərəfindən ələ keçirilmişdi. Bu proses ümumən ABŞ-nin Əfqanıstanı tərk etməsi ilə başlandı.Əfqanıstan hökuməti və Taliban arasındakı danışıqlarda hakimiyyətin sülh yolu ilə ötürülməsi haqqında qərar qəbul edildi. Lakin hökumət iqtidarın keçid hökumətinə verilməsini istəsə də, Taliban bunu qəbul etmir və iqtidarın birbaşa onlara verilməsini tələb edir. Həmçinin bəzi "NATO" qüvvələri Əfqanıstanda qalaraq öz vətəndaşlarının təxliyəsi üçün təhlükəsizliyi təmin edirlər. == Arxa plan == Taliban və ona müttəfiq olan silahlı qruplar 1 may 2021 -ci ildə, ABŞ qoşunlarının əksəriyyətinin Əfqanıstandan çıxarılması ilə paralel olaraq Əfqanıstan hökumətinin nəzarət etdiyi ərazilərə genişmiqyaslı hücumlar başlatdılar. Bu basqınlara tab gətirməyən Əfqanıstan Ordusunda xaos yarandı və avqustun ortalarına qədər yalnız iki silahlı qrup fəaliyyətini davam etdirdi. Bunlara Kabildə yerləşən 201-ci korpus və 111-ci diviziya daxil idi. Mehtarlam, Şaran, Qardez, Əsədabad şəhərlərinin və digər şəhərlərin, həmçinin Kabilin şərqindəki rayonların da ələ keçirilməsi ilə paytaxt mühasirəyə salındı.
Klassik Mayya sivilizasiyasının süqutu
Klassik Mayya sivilizasiyasının süqutu – inkişaf etmiş Klassik Mayya sivilizasiyasının VIII-IX əsrlərdə naməlum səbəblərdən süqut etməsi. Mayya xarabalıqlarına oyulmuş rəqəmlər Mayya mədəniyyətinin nə vaxt başa çatdığını göstərir. Kopanda qeyd edilən son tarix 820-ci ilə aiddir və digər Mayya şəhərləri də bunun ardınca tək-tək məhv olmuşdur: Naranxo 849-cu ildə, Karakol 859-cu ildə və Tikal 879-cu ildə.Süqut Xristofer Kolumbun Amerikaya gəlməsindən 600 il öncə baş verdiyindən və hansısa başqa xalqın onları məhv etməsi barədə izin olmaması Mayya mədəniyyətinin süqut etməsinin səbəbləri haqqında bir çox nəzəriyyələrin yaranmasına səbəb olmuşdur. == Səbəblər == Bir nəzəriyyəyə görə Mayya mədəniyyəti ekoloji problemlərə görə məhv olmuşdur. Məsələn, mayyalıların yerlərini genişləndirmək üçün meşələri məhv etdiyi irəli sürüldü. Bəzi alimlər zəlzələ, qasırğa, quraqlıq kimi təbii fəlakətlərin baş verdiyini irəli sürdülər. Hansısa xəstəliyin də mayyalılar arasında yayıldığı nəzəriyyələrdən biridir. 1995-ci ildə orta Yukatanda Çikankanub gölünün dibində 800-1000-ci illərə aid dövrdən qalan çpküntülərin tərkibində xeyli kalsium sulfat tapmışdırlar. Kalsium sulfat ancaq göldə çox az su varsa, xüsusilə quraqlıq zamanı dibə çökür. Devid Hodel bu cür quraqlığın Mayyanın sonunu gətirdiyini düşünmüşdür.Arxeoloq Erik Tompsonun versiyasına görə Meksika körfəzindən gəlmiş bir xalq şimaldakı Mayya şəhərlərinə hücum etmişdir.
Konstantinopolun süqutu
Konstantinopolun süqutu (türk. İstanbul'un fethi) qərbi mənbələrdə Konstantinopolun çökməsi adlandırılır (yun. Άλωση της Κωνσταντινούπολης) — 6 aprel-29 may 1453-cü ildə baş verən mühasirənin nəticəsində Osmanlı hökmdarı II Mehmedin komandanlığındakı birliklərin Bizans İmperiyasının paytaxtı olan Konstantinopolu ələ keçirməsi.Konstantinopol əvvəllər də dəfələrlə mühasirəyə alınmışdı. VII-VIII əsrlərdə Əməvilər və Abbasilər tərəfindən şəhər mühasirəyə alındı, lakin bu mühasirələr uğursuz oldu. Osmanlılar da şəhəri daha əvvəllər mühasirəyə almışdı. Osmanlılar Mateos Kantakuzinosu Bizans İmperiyasının taxtına keçirmələrinə qarşılıq olaraq Çimpə qalasını almışdılar və Rumelidə ilk dəfə torpaq ələ keçirmişdilər. Rumeliyə keçdikdən sonra sərhədlərini genişləndirən Osmanlı ilk dəfə 1395-ci ildə I Bəyazidin komandanlığı altında Konstantinopolu mühasirəyə aldı. Bəzi mənbələrdə 1391-ci ildə baş verən fərqli bir mühasirədən də bəhs edilir. I Bəyazidin mühasirəsində mancanaqlardan istifadə edilmişdi. Mühasirə vaxtında Macarıstan krallığı indiki Bolqarıstan ərazisinə hücum etdi və mühasirə başa çatdı.
Qədim Roma: Bir imperiyanın yüksəlişi və süqutu
Qədim Roma: Bir imperiyanın yüksəlişi və süqutu (Orijinal adı: Ancient Rome: the Rise and Fall of the Roman Empire), BBC-nin 2006-cı ildə istehsal etmiş olduğu sənədli film janrında olan serialıdır. Serialın hər bir bölümündə Roma imperiyasının fərqli bir dövrü təhlil edilmişdir. İlk dəfə 21 sentyabr 2006-cı ildə yayımlanmış sənədli film seriyasını Mark Hedgecoe çəkmişdir. Türkiyədə NTV tərəfindən yayımlanmışdır.
Sumqayıt-SSRİ-nin süqutunun başlanğıcı
Sumqayıt – SSRİ-nin süqutunun başlanğıcı — Aslan İsmayılovun 1988-ci ildə Azərbaycan SSR-in Sumqayıt şəhərində baş verən hadisələrdən bəhs edən tarixi-didaktik əsəri.Kitabın azərbaycanca və türkçəsinin və kitabın saytının təqdimat mərasimi 26 may 2010-cu ildə bir tədbirlə baş tutmuşdur. Kitabı türk dilinə Elmira Məmmədova tərcümə etmişdir. 2011-ci ildə kitab Vaqif İsmayıl və Vüsal Kazımlı tərəfindən ingilis dilinə tərcümə olunaraq nəşr olunub. Kitabın yeni nəşrinin təqdimatı isə 29 fevral 2013-cü ildə tarixçi Cəmil Həsənlinin də qonaq olduğu tədbirlə baş tutmuşdur. == Məzmun == Kitabda müəllif Aslan İsmayılovun 1988-ci ilin Sumqayıt hadisələri ilə bağlı Azərbaycan SSR Ali Məhkəməsinin 1989-cu ildə Bakıda keçirilmiş iclasında dövlət ittihamını müdafiə edən prokuror kimi bu faciə ilə bağlı görüb-eşitdikləri qələmə alınıb. Aslan İsmayılov kitab və onun süjeti haqda belə demişdir: Xəbərdarlığın sonu == İstinadlar == == Həmçinin bax == Aslan İsmayılov Sumqayıt hadisələri (1988) == Xarici keçidlər == Rəsmi saytı (az.) (ing.) (rus.) Kitabı yüklə (az.) Aslan Ismayilov. "Sumqayıt SSRİ-nin süqutunun başlanğıcı kitabının təqdimatı. 26.05.2010" ( (az.)). YouTube. 2010-05-26.
Troya: Şəhərin süqutu (miniserial, 2018)
Troya: Şəhərin süqutu (ing. Troy: Fall of a City) — Troya müharibəsindən, həmçinin Paris və Yelenanın sevgisindən bəhs edən Böyük Britaniya-ABŞ mini-serialıdır. BBC One telekanalının sifarişi ilə çəkilmiş teleserialın prodüsserliyi BBC One və Netflix tərəfindən həyata keçirilmiş, yayımına isə 17 fevral 2018-ci ildən Böyük Britaniyada BBC One telekanalında, NEtflix isə digər ərazilərdə başlamışdır. == Rollarda == Lui Hanter - Paris Bella Dayne - Troyalı Yelena Devid Srelfall - Priam Frensis O'Konnor - Hekuba Tom Veston-Cons - Hektor Cozef Mavl - Odissey Xloya Pirri - Andromaxa Conni Harris - Aqamemnon Devid Qiyasi - Axilles Conas Armstronq - Menelay Alfred Enox - Eney Eymi-Ffion Edvards - Kassandra Hakim Kae-Kazım - Zevs Kris Fişer - Deifob Kristian Şumbi - Troil Aleks Lanipekun - Pandar Conatan Pinaar - Litos Devid Averi - Ksantias Leks Kinq - Afrodita Emi Luis Vilson - Briseida İndci Bekmann - Hera Şamila Miller - Afina Diarmeyd Murtaq - Hermes Tando Hopa - Artemida Nina Milner - Pentesileya Qreys Hoqq-Robinson - Hermiona == İstehsalı == Əsas çəkilişləri Keyptaunda aparılmış teleserial səkkiz seriyadan ibarətdir. Seriyalar Devid Farr, Nensi Harris, Mika Vatkins və Co Barton tərəfindən yazılmış ssenari əsasında Oven Harris və Mark Brozelin rejissorluğu ilə çəkilmişdir. == İstinadlar == == Xarici keçidlər == Troy: Fall of a City — Internet Movie Database saytında.
Çexoslovakiyanın süqutu
Çexoslovakiyanın süqutu (çex. sametový rozvod) — sülh və rəsmi qaydada Çexoslovakiyanın bir dövlət olaraq yoxa çıxması. Çexoslovakiyanın parçalanması rəsmi olaraq 1 yanvar 1993-cü ildə gerçəkləşmişdir. Bu həmdə bir inqilab idi. Bu ayrılmanın nəticəsində sosializm və planlı iqtisadiyyatdan kapitalizmə və bazar iqtisadiyyatına keçid baş vermişdir. Üstəlik bu ayrılma və dəyişikliklər olduqca sakit bir məcrada baş vermişdir. == Öncəki vəziyyət == Çexoslovakiyanın parçalanması məhz etnik məsələlərdən (daha dəqiq milli elitar təbəqə, sadə şəxslər deyil) qaynaqlanırdı. Bu heçdə sırf iqtisadi səbəbdən baş verməmiş bir parçalanma idi. Sovetlər birliyinin həcminə nəzər yetirdikdə olduqca kiçik bir parçalanma olmuşdur. Etnik problemlər sonda iqtisadi vəziyyətin pisləşməsinə səbəb olmuşdur.
Konstantinopolun mühasirəsi və süqutu (1204)
Konstantinopolun mühasirəsi və süqutu — 13 aprel 1204-cü ildə səlibçilərin qoşunları tərəfindən Konstantinopol şəhərinin ələ keçirilməsi. Şəhərin süqutu orta əsrlər tarixinin epoxal hadisələrindən biri idi və bütün Avropa üçün geniş nəticələrə səbəb oldu. Şəhər ələ keçirilmədən öncə iki dəfə olduqca gərgin mühasirəsirəyə alınmışdı. 1203-cü və 1204-cü illərin mühasirəsi zamanı Venesiya donanması və Qərbi Avropa (əsasən Fransa) quru ordusu qüvvələrini birləşdirdi. Şəhərin ələ keçirilməsindən sonra 1182-ci ildə yunanların latınların qırğınının bir növ qisası olan yunan pravoslav əhalisinin kütləvi soyğunçuluqları və qətlləri başladı. Mayın 9-da Flandriyalı Bolduin I Bolduin adı ilə yeni imperator elan edildi və Latın imperiyası quruldu. Bu, səlibçilərin işğal etdiyi ərazilərdə silsilə "Latın" dövlətlərin formalaşmasının başlanğıcını qoydu. Lakin buna baxmayaraq, yunan zadəganları səlibçilərə tabe olmadı və mübarizəni davam etdirdi. Bizans əsilzadələri tərəfindən Egey dənizi sahillərində Nikeya imperiyası (1204-1261) yaradıldı və 57 ildən sonra Konstantinopol səlibçilərdən azad olundu. == Səbəbi == Konstantinopolun süqutunun bir neçə səbəbi var idi.

Значение слова в других словарях

бино́кль декали́тр зава́риваться посрами́ться проковыля́ть семе́йная ситуацио́нный астрометри́ческий земно́й поклон незамыслова́тость обса́харивать подмыва́ть подноси́ться распу́тать ски́тский удиви́ться autobiography bawbee fanatically halyard Librium memory store nice-nelly peyote swarm attack