SÜRMƏK I f. Çapmaq. Nəbigil atlarını minib iki boy sürməmişdilər, Şəfi bəyi Çay Tumasda gördülər (“Qaçaq Nəbi”).
SÜRMƏK II f. Maşını idarə etmək. Əgər o, maşın sürməyi bacarmasaydı, yağış buğdanı tamam isladacaqdı (Q.İlkin).
SÜRMƏK III f. Gün keçirmək, yaşamaq. Bu dünyada çəkdim olmazın cəfa; Bu zalımlar qoymur sürək bir səfa (“Qaçaq Nəbi”).
SÜRMƏK IV f. Şumlamaq, əkmək. Kəndlimiz yer süpürür ay işığında (S.Vurğun).
SÜRMƏK V f. Çox çəkmək, davam etmək. Lakin çox sürmədi təbəssüm əfsus! Üzü ciddiləşdi bir an içində (H.Billuri).
SÜRMƏK VI f. Düşmək, çıxmaq. Barmağım qapı arasında qalmışdı, indi dırnağım sürür.