SÜRVƏ

сущ. бот. шалфей, ламраяпар (гзаф йисарин са хъач, гъвечӀи кул).
SÜRÜŞMƏK
SÜS
OBASTAN VİKİ
Sürvə
Adaçayı (lat. Salvia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Sürvə çiçək qruplarında toplanan efir yağlarına görə becərilir. Onun çiçək qruplarında 0,11–0,3 % efir yağı vardır. Bu yağların tərkibinə linalilasetat (58–70 %), linalol (10–15 %) və başqa maddələr daxildir. Sürvə yağı və ondan hazırlanan məhsullar ətriyyat kosmetika sənayesində, qida və əczaçılıq sənayesində istifadə edilir. Sürvənin meyvələrində 31 %-ə qədər quruyan yağ vardır. İstehsal tullantılarından qiymətli ətir tənzimləyicisi – sklyarol alınır. Sürvə bitkisi gözəl bal verən bitkidir. Sürvə elə də çox qədimdən becərilən bitki deyildir.
Vəzili sürvə
Ənbər sürvə
Dağıstan sürvəsi
Dərman sürvəsi
Həbəşstan sürvəsi
Müşk sürvəsi
Sürvəyarpaq qatrankolu
Sürvəyarpaq buxurkolu
Sürvəyarpaq buxurkolu (lat. Cistus salviifolius) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin buxurkolukimilər fəsiləsinin buxurkolu cinsinə aid bitki növü. Aralıq dənizi sahillərində yayılmışdır. Avropada, Asiyada, İranda, Türkiyədə, Qafqazda təbii halda bitir. Hündürlüyü 50-80 sm olan torpaqqoruyucu koldur. Yarpaqları ellipsvarı və ya yumurtavarı-uzunsovdur. Qısa saplaqlı, üstü qırışlı, ulduzvarı tükcüklərlə örtülmüşdür. Çiçəkləri tək və ya 2-3 ədədi bir yerdə toplaşmışdır. Ləçəkləri yumurtavarı, ağ bünövrəsi sarı xallıdır. Kasayarpaqları enli-yumurtavarı, kütuclu və boz rənglidir.

Значение слова в других словарях