– Sürülər, itlər, çobanlar ormana, sərin kölgəliklər altına çəkilmişdi…
Ferma işçiləri sürünü qarşıladı.
// Bir yerdə saxlanan bir cür quş, balıq və digər heyvan qrupu.
Bir neçə həftə az qala ayaq altında üzən ördək sürüsü, indi Qara daşlardan otuz-otuz beş addım uzaqda idi.
// məc. Qarmaqarışıq, nizamsız böyük insan dəstəsi.
◊ Bir sürü – çoxluq bildirir.
[Mirzə:] Bizim bir balaca hesabımız var, ondan ötrü gəlmişəm, vəssalam, nə lazım qardaş, kasıb adamam, bir sürü külfət sahibiyəm, zarafat deyil.
[Ağa:] Kəndin bir sürü itləri tökülüb üstümə, başladılar məni dartışdırmağa.