SÜRÜ

сущ.
1. стадо:
1) группа животных, обычно одного вида, пасущихся вместе; гурт. Qoyun sürüsü стадо овец (отара), quzu sürüsü стадо ягнят, inək sürüsü стадо коров, maral sürüləri оленьи стада; sürünü otarmaq пасти стадо
2) группа животных, птиц, рыб одного вида, держащихся вместе; стая. Dələ sürüsü стадо белок, ördək sürüsü стадо уток
3) перен. разг. , пренебр. большая неорганизованная группа людей, толпа. Bir sürü adam стадо людей, sürü ilə gəliblər пришли стадом
4) поголовье сельскохозяйственных животных. Kolxozun sürüsü колхозное стадо, safcinsli sürü чистопородное стадо
2. стая (группа животных одного вида, держащихся вместе); свора. Canavar sürüsü стая волков, it sürüsü свора собак
II
прил. стадный
◊ at ilxısı köpək sürüsü о большой группе людей; целая орава; sürüdən ayrı düşmək отбиться от (своего) стада; bir sürü uşaq (oğlan) целая орава детей (мальчишек), sürü halında yaşayan стадный (живущий стадом). Sürü halında yaşayan heyvan стадное животное; sürü halında yaşama стадный образ жизни
SÜRTÜŞMƏK
SÜRÜ-SÜRÜ
OBASTAN VİKİ
Sürü
Sürü — canlılar qrupu. Davranışında qarşılıqlı əlaqə olan, bir növə mənsub məməlilər qrupu; yəni müəyyən vaxtda eyni çür davranan, çox vaxt fəaliyyətiti eyni olan (məs, balinaların eyni vaxtda suyun üzünə çıxması) və vahid hərəkət istiqamətinə malik heyvanlar. Sürü yaratmaq balinakimilər, çüt və təkdırnaqlılar, meymunlar üçün daha çox xarakterikdir. Sürünün tərkibi və böyüklüyü dəyişkəndir. Ədəbiyyatda sürü termini daha geniş mənada bir çox heyvanın bir yerə toplanmasına aid edilir. Məs, çəyirtkə sürüsü, balıq sürüsü. Ayrı-ayrı təsərrüfatlarda saxlanmaq, kökəldilmək və otarılmaq üçün formalaşmış heyvan qrupu. Ətlik istiqamətli qaramal sürüsü (naxır), qoyun sürüsü və at sürüsü (ilxı) və s. olur. Təsərrüfatda eyni cinsdən olan heyvanların ümumi miqdarı.
Sürü psixologiyası
Sürü psixologiyası (ing. Bandwagon Effect) ifadəsi 1848-ci ildə Amerikanın siyasi sistemində istifadə edilməyə başlandı. Dan Rays adında bir təlxək o zamanların orkestr avtomobilini (Bandwagon) istifadə edərək siyasi turlara qatılmışdı. Orkestr avtomobili həvəsli musiqilərlə turlara çıxır və "orkestra qatıl" şüarıyla insanların diqqətini çəkirdi. Bunun sayəsində əldə etdiyi məşhurluğuna görə seçkilərdə böyük bir müvəffəqiyyət qazanmışdır. Bu ifadənin təməlində bu hadisə dayanır və buna görə sürü psixologiyası ingilis dilində "Bandwagon Effect" (Orkestr maşını təsiri) olaraq adlandırılır. İngilis alimlər bundan illər əvvəl bir araşdırma edir. Yığdıqları qoyun sürülərini bir məkana həbs edib üzərlərində təcrübə aparırlar. Aralarından seçdikləri 10 qoyunu digər qoyunların içindən ayırıb tək istiqamətə dönmələrini təmin edirlər. Təkrar digər qoyunların içinə buraxılanda qoyunlar sürü halında, başdakı 10 fərqli qoyuna ayaq uydurmağa başlayır.
Sürü (dəqiqləşdirmə)
Sürü — canlılar qrupu. Sürü (teleserial, 2023) — teleserial.
Sürü (teleserial, 2023)
Sürü (ing. Swarm) — Canin Nabers və Donald Qlover tərəfindən yaradılmış amerikan qorxu-komediya serialı. Serial pop ulduzunun böyük pərəstişkarı olan gənc qız Dredən bəhs edir. == Süjet == Serial məşhur müğənni Ni'Jahın "Sürü" kimi bilinən fandomunun üzvü olan Dre adlı qızdan bəhs edir.
2019 Abankayda torpaq sürüşməsi
2019 Abankayda torpaq sürüşməsi — 27 yanvar 2019-cu ildə Perunun Abankay şəhərində baş vermiş torpaq sürüşməsi. Hadisə nəticəsində toy mərasimi keçirilən otelin bir hissəsinin çökməsi zamanı ən azı 15 nəfər həlak olmuş, 34 nəfər isə yaralanmışdır. 100 nəfərin iştirak etdiyi "Alhambra" mehmanxanasında baş verən torpaq sürüşməsi otelin yıxılmasına səbəb olmuşdur. Torpaq sürüşməsi günün əvvəlində baş verən aramsız yağışların nəticəsində baş vermişdir.
Azərbaycanda yayılmış sürünənlərin siyahısı
Azərbaycanda yayılmış sürünənlərin siyahısı Azərbaycan ərazisində 3 növ Tısbağa, 29 növ və 3 yarımnöv Kərtənkələ, 30 növ ilan vardır, Timsahların və Dimdikbaşlar nümayəndələrinə rast gəlinmir.
Azərbaycanın Qırmızı kitabına düşən sürünənlər
Azərbaycanın Qırmızı kitabına düşən sürünənlər
Balaca sürücü (film, 2017)
Balaca sürücü (ing. Baby Driver) — Edqar Raytın rejissoru və ssenari müəllifi olduğu 2017-ci ildə çəkilmiş döyüş, komediya və cinayət filmi. Filmdə baş rollarda Anzel Elqort, Kevin Speysi, Lili Ceyms, Eiza Qonzalez, Con Hamm, Yami Foks və Con Berntal yer alır. == Məzmun == Balaca ləqəbli gənc oğlan sükan arxasında özünə rəqib tanımır. Bundan başqa, o, hər zaman musiqi dinləməyi xoşlayır. Onun həyatı başdan-ayağa adrenalinlə doludur. Qanqster qrupunun sürücüsü işləyən gənc bir gün aşiq olur və oyundan çıxmaq istəyir. Lakin bu bataqlıqdan çıxmaq elə də asan olmur.
Ceyms Braun (BMX sürücüsü)
Ceyms Braun (26 iyun 1989) — Kanadalı peşəkar kişi BMX velosipedçisi. Ceyms Braun Kanadanı beynəlxalq yarışlarda təmsil edir. == Karyerası == Ceyms Braun 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 33.897 saniyəlik nəticəsi ilə 71-ci yeri tutdu.
Ermənistanda yayılmış sürünənlərin siyahısı
Ermənistanda yayılmış sürünənlərin siyahısı Ermənistanda (Əski Azərbaycan torpaqlarında) ərazisində 3 növ Tısbağa, 26 növdən az olmayan Kərtənkələ, 22 növdən az olmayaraq İlan vardır, Timsahların və Dimdikbaşlar nümayəndələrinə rast gəlinmir.
George Russell (yarış sürücüsü)
Corc Uilyam Russell (ing. George Russell; 15 fevral 1998) — Britaniyalı Formula 1 sürücüsüdür. 2017-ci ildə GP3 və 2018-ci ildə Formula 2 çempionu olduqdan sonra 2019-cu ildə Williams komandası ilə Formula 1 yarışlarına başladı. O, 2022 mövsümündə Mercedes komandası üçün yarışacaq . == Həyatı == Russell Norfolk ştatının King's Lynn şəhərində atası Stiv və anası Alisonun iki bacısı ilə birlikdə ən kiçiyi olub: bacısı Cara və böyük qardaşı Benjy. Russel 7 yaşında kartinqlə məşğul olub, vaxtının çox hissəsini kartinq treklərində və həm də rəqabətli kartinqlə məşğul olan qardaşı Benji ətrafında keçirib. Wisbech, Cambridgeshire-də böyüyən Russell, yarış komandalarına daha yaxın olmaq üçün 18 yaşında Milton Keynsə köçməzdən əvvəl Wisbech Grammar School-da təhsil almışdır. Atası kimi o da Wolverhampton Wanderers Futbol Klubunun azarkeşidir.
Gürcüstanda yayılmış sürünənlərin siyahısı
Gürcüstanda yayılmış sürünənlərin siyahısı Gürcüstan ərazisində 3 növ Tısbağa, 29 növdən az olmayan Kərtənkələ, 24 növdən az olmayaraq İlan vardır, Timsahların və Dimdikbaşlar nümayəndələrinə rast gəlinmir.
Kölgələr sürünür (film, 1958)
== Məzmun == Filmdə elmdə həqiqətlərin üzə çıxarılması naminə aparılan mübarizədən danışılır, müxtəlif yollarla alimlik adı almış, cəmiyyətimizə yad olan adamlar ifşa edilir. == Film haqqında == Filmin mövzusu arxeoloqların həyatından götürülmüşdür. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi : Qılman Musayev Quruluşçu rejissor : İsmayıl Əfəndiyev, Şua Şeyxov Quruluşçu operator : Əsgər İsmayılov Quruluşçu rəssam : Məmməd Hüseynov Bəstəkar : Rauf Hacıyev Mahnıların Mətni : Rəsul Rza Səs operatoru : V. İşunin Rejissor : Yusif Yulduz Redaktor : Əhmədağa Qurbanov Məsləhətçi : H. Sultanov (geoloji-mineraloji elmlər doktoru), T. Bünyadov (tarix elmləri namizədi) Çalır : Üzeyir Hacıbəyov Adına Azərbaycan Dövlət Simfonik Orkestri Dirijor : Niyazi Filmin direktoru : Əli Məmmədov Mahnı İfa edən : Şövkət Ələkbərova, Mirzə Babayev (titrlərdə yoxdur) Rejissor assistenti : Əlisəttar Məlikov === Rollarda === İsmayıl Dağıstanlı — Zahidov Ələsgər Ələkbərov — Rəşid Sərdarlı Əli Zeynalov — İmamzadə Möhsün Sənani — Cavadov Leyla Bədirbəyli — Leyla Mirzə Babayev — Cəlil Sürəyya Qasımova — Afət Ələkbər Hüseynzadə — Murtuz Məmmədrza Şeyxzamanov — Qafar Niyazov Rəhilə Cabbarova — Cahan Münəvvər Kələntərli — Məsmə İ. Tağızadə — Əmirahov Osman Həqqi — Səlim Əşrəf Yusifzadə Barat Şəkinskaya — katibə S. Kasiyeva Süleyman Tağızadə Ağahüseyn Cavadov — elmi işçi Pyotr Yudin — Britaniya kəşfiyyatçısı Əhməd Əhmədov (Əhməd Anatollu kimi) — kəndli Bahadur Əliyev — elmi işçi Hacıməmməd Qafqazlı — elmi işçi V. Məcnunbəyova F. Həşimov İsmayıl Əfəndiyev — Kərim Əliheydər Həsənzadə — qonaq === Filmi səsləndirən === Hökümə Qurbanova-Afət (Sürəyya Qasımova) (titrlərdə yoxdur) == Mənbə == Şəmsəddin Abbasov. "Sovet Azərbaycanının kinosu" //Kommunist.- 1958.- 29 avqust. Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр.
Könüllünü tale aparır, könülsüzü sürüyür
Ducunt volentem fata, nolentem trahunt (azərb. könüllünü tale aparır, könülsüzü sürüyür)‎) ifadəsi ilk dəfə yunan filosofu stoist Kleanf tərəfindən söylənilmiş, sonralar Roma stoisizmi nümayəndəsi Lusi Anna Seneka tərəfindən tərcümə edilmişdir.
Ləzə sürüşməsi-sel axını (Qusar, 1993)
Ləzə sürüşməsi-sel axını (Qusar, 1993) — 1993-cü ilin sentyabrın 10-da Qusar rayonunun Ləzə kəndi ərazisində baş vermiş sürüşmə-sel axını. == Tarixi == 1993-cü ilin sentyabrın 8-də mərkəzi Xəzər dənizində yerləşən 4 bal gücündə zəlzələ olmuşdur. Bu zaman Ləzədə zəif yer titrəməsi müşahidə olunmuş, yaşayış evlərində çatlar əmələ gəlmişdir. Sentyabrın 9-da isə kənd sakinləri qəribə bir təbiət hadisəsinin şahidi olmuşlar. Qəflətən uçmuş qayanın altında qalan qoyunların leşləri üzərində saysız-hesabsız qartallar dövrə vururdu. Sentyabrın 10-da isə səhər tezdən qopan dəhşətli gurultudan oyanan ləzəlilər kənddəki şəlalədən palçıq axdığının şahidi olurlar. Alimlərin qeyd etdikləri kimi, sentyabrın 9–10-da yağan yağışlardan sonra burada sürüşmə-sel prosesi başlanmışdır. Proses yağışdan sonra sürüşmə və qismən də uçqun kimi başlamış, hərəkətə gələn kütlə Ləzə çayının mənbəyindən onun qollarının yatağına toplanmışdır. 2400–2500 m. yüksəklikdən hərəkət edərək çay dərəsinə daxil olmuşdur.
Məna sürüşməsi
Məna sürüşməsi — sözün istifadəsinin təkamülü ilə əlaqəli dil dəyişikliyinin forması, sözün müasir mənasında onun əsl (tarixi) söz ilə fərqlənməsi. Diaxronik (və ya tarixi) dilçilikdə məna sürüşməsi sözün bir mənasından başqa mənasına keçməkdir. == Nümunələr == Kişi - Əvvəlcə söz sadəcə "insan" (qadınlar da daxil) demək idi. Hal-hazırda başqa türk dillərində "kişi", "keşe", "kisi" və s formalarında "insan" mənasını daşıyır. Tanrı - əvvəlcə "göy, asiman" demək idi. Hun türkləri bu sözü "göy, asiman" mənasında "teŋri" şəklində istifadə edirdilər, onlar isə bu sözü çincə "çeŋli" sözündən törədiblər. Qızıl - sözün əsl mənası "qırmızı"dır. Azərbaycan dilində "qızılbaş", "qızılgül" kimi sözlərdə də "qırmızı" mənasını daşıyır, lakin müasir Azərbaycan dilində məna sürüşməsi oldu.
Məni Cəhənnəmə Sürüklə (film)
Məni cəhənnəmə sürüklə (ing. Drag Me to Hell) — Amerika istehsalı olan qorxu/triller filmidir. Sem Reiminin rejissorluq etdiyi bu film 2009-cu ildə nümayiş olunub. == Məzmun == Los-Ancelesdə yaşayan və bir bankda işləyən Kristin Braun öz həyatından çox məmnundur. Klayton Dalton adlı professor ən yaxın dostu olan Kristin öz həyatını yaşamaqdadır. Lakin bu sakitçilik elə də uzun çəkmir. Belə ki, bir gün Silvia Qanuş adlı yaşlı qadın müştəri banka gələrək Kristindən müəyyən şərtlər altında kredit istəyir. Kristin bu məsələnin ona aid olmadığını lakin müdir ilə danışa biləcəyini deyir. Müdür isə ona onu göndərməsini deyərək razılıq vermir. Buna bərk əsəbiləşən Silvia bunun Kristinin ucbatından olduğunu fikirləşərək ona dəhşətli cadu edir.
Məni Cəhənnəmə Sürüklə (film, 2009)
Məni cəhənnəmə sürüklə (ing. Drag Me to Hell) — Amerika istehsalı olan qorxu/triller filmidir. Sem Reiminin rejissorluq etdiyi bu film 2009-cu ildə nümayiş olunub. == Məzmun == Los-Ancelesdə yaşayan və bir bankda işləyən Kristin Braun öz həyatından çox məmnundur. Klayton Dalton adlı professor ən yaxın dostu olan Kristin öz həyatını yaşamaqdadır. Lakin bu sakitçilik elə də uzun çəkmir. Belə ki, bir gün Silvia Qanuş adlı yaşlı qadın müştəri banka gələrək Kristindən müəyyən şərtlər altında kredit istəyir. Kristin bu məsələnin ona aid olmadığını lakin müdir ilə danışa biləcəyini deyir. Müdür isə ona onu göndərməsini deyərək razılıq vermir. Buna bərk əsəbiləşən Silvia bunun Kristinin ucbatından olduğunu fikirləşərək ona dəhşətli cadu edir.
Naxçıvan Texniki Peşə və Sürücülük Məktəbi
Naxçıvan Texniki Peşə və Sürücülük Məktəbi — Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərmiş orta-ixtisas təhsili müəssisəsi. == Tarixi == Məktəb 2010-cu ildə Naxçıvan Avtomobil Məktəbinin bazasında Naxçıvan Texniki Peşə və Sürücülük Məktəbi yaradılmışdır. == Kompleksi == 15 avqust 2012-ci ildə Naxçıvan şəhərində Texniki Peşə və Sürücülük Məktəb Kompleksinin açılışı olmuşdur. Açılış mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov iştirak etmişdir. Məktəbdə dörd elektron lövhəli sinif, iki metodiki kabinə, iki avtotrenajor sinfi yaradılmışdır. Bütün sinif otaqları lazımi avadanlıqla təchiz edilmişdir. Yaradılan şərait məktəbdə təhsil alan müdavimlərin sürücülük və texniki peşələrə yiyələnmələrinə, yol hərəkəti qaydalarını dərindən mənimsəmələrinə imkan verir. İki mərtəbədən ibarət olan binada 23 sinif otağı vardır. Sinif otaqlarında nəzəri dərslərin keçilməsi üçün yüksək şərait yaradılmış, məlumat stendləri, müxtəlif avtomobil və kənd təsərrüfatı texnikalarının hissələri qoyulmuşdur. Biri yük, digəri isə minik maşını tipli avtotrenajorlar Azərbaycanda ilk dəfə olaraq Naxçıvan Texniki Peşə və Sürücülük Məktəbində tətbiq olunmuşdur.
Panurq sürüsü
Panurq sürüsü — öz rəhbərinə kor-koranə tabe olan, onun hərəkətlərini təqlid edən və ya onun iradəsinə tabe olan insan qrupunu nəzərdə tutan ifadə. Eyni zamanda, bu cür itaətkarlıq bəzən ən ağır nəticələrə gətirib çıxara bilər. "Panurq sürüsü" ifadəsi öz yaranmasını XVI əsr fransız yazıçısı Fransua Rablenin "Qarqantüa və Pantaqrüel" əsərinə borcludur. == Mənşəyi == "Qarqantüa və Pantaqrüel"in dördüncü kitabında əsas qəhrəmanlardan biri Panurq qoyun ticarəti ilə məşğul olan Dindeno (fr. Dindenault) ilə savaşır. Pantaqrüelin xahişi ilə baş tutan barışıqdan sonra, Panurq tacirdən onun qoyunlarının birini satın almaq istəyir. Tələb olunan qiyməti ödədikdən sonra sürüdəki "ən gözəl və ən iri" qoyunu seçib götürür. Tacir bu uğurlu al-verinə sevindiyi vaxt, Panurq heç bir söz demədən seçdiyi qoyunu dənizə atır. Bunun ardınca digər qoyunlar da özlərini dənizə atmağa başlayırlar. Basabas düşür və bütün qoyunlar özlərini digərlərindən əvvəl dənizə atmaq üstündə yarışırlar.
Parazit sürüklənmə
Parazit sürüklənmə — bir maye içində nisbi hərəkət edən cismə özünün mövcudluğu səbəbindən təsir edən sürütlənmə qüvvəsidir. Parazit sürüklənmə; maye element və cisim arasındakı sürtünməyə görə olur. Obyekt sürtünmə cərəyanı ilə cərəyan qarşısında bir səd yaradır. Cərəyan; bu səddi aşmaq üçün obyektin ətrafından dolanır. Bu dolanma ətrafında səthdə sürüşən maye ilə cisim arasındakı sürtünmə qüvvəsi cismi cərəyan istiqamətində sürükləməyə çalışır. Bundan əlavə, mayenin ətaləti də cismə axın istiqamətində təsir göstərir. Bu qüvvələrin nəticəsində cism axın istiqamətində hərəkət etməyə məcbur olur. == Aerodinamikada == Parazit sürüklənmə; Səthi sürtünməyə (skin friction), sürüklənənin formasına (form drag) və təyyarə hissələrinin birləşmə nöqtələrinə (interference drag) əsaslanır. “Səthin sürtünmə sürüklənməsi” və “forma sürüklənməsi” bəzən birlikdə “profil sürüklənməsi” adlandırılır. Səthi sürtünmə sürüşməsi nəqliyyat vasitəsinin səthi və onun üzərindən axan hava arasındakı sürtünmə nəticəsində yaranır və aşağıdakı amillərdən asılıdır: təyyarənin səthi sahəsi, səthi pürüzlülük (buzlanma və s.), sərhəd qatındakı hava axınının müntəzəm və ya turbulent olması, hava sürəti, aerofoilin qalınlığı, hücum bucağı Şəkil sürüklənməsi hava axınına müqavimət göstərən səthlərin arxasındakı türbülansa əsaslanır.
Parazit sürütlənmə
Parazit sürüklənmə — bir maye içində nisbi hərəkət edən cismə özünün mövcudluğu səbəbindən təsir edən sürütlənmə qüvvəsidir. Parazit sürüklənmə; maye element və cisim arasındakı sürtünməyə görə olur. Obyekt sürtünmə cərəyanı ilə cərəyan qarşısında bir səd yaradır. Cərəyan; bu səddi aşmaq üçün obyektin ətrafından dolanır. Bu dolanma ətrafında səthdə sürüşən maye ilə cisim arasındakı sürtünmə qüvvəsi cismi cərəyan istiqamətində sürükləməyə çalışır. Bundan əlavə, mayenin ətaləti də cismə axın istiqamətində təsir göstərir. Bu qüvvələrin nəticəsində cism axın istiqamətində hərəkət etməyə məcbur olur. == Aerodinamikada == Parazit sürüklənmə; Səthi sürtünməyə (skin friction), sürüklənənin formasına (form drag) və təyyarə hissələrinin birləşmə nöqtələrinə (interference drag) əsaslanır. “Səthin sürtünmə sürüklənməsi” və “forma sürüklənməsi” bəzən birlikdə “profil sürüklənməsi” adlandırılır. Səthi sürtünmə sürüşməsi nəqliyyat vasitəsinin səthi və onun üzərindən axan hava arasındakı sürtünmə nəticəsində yaranır və aşağıdakı amillərdən asılıdır: təyyarənin səthi sahəsi, səthi pürüzlülük (buzlanma və s.), sərhəd qatındakı hava axınının müntəzəm və ya turbulent olması, hava sürəti, aerofoilin qalınlığı, hücum bucağı Şəkil sürüklənməsi hava axınına müqavimət göstərən səthlərin arxasındakı türbülansa əsaslanır.
Qırmızıya sürüşmə
Qırmızıya sürüşmə — elektromaqnit şüalanmasının tezliyinin azalması, Dopler effektinin təzahür formalarından biri. Spektrin görünən hissəsindəki xətlərin spektrin qırmızı ucuna doğru sürüşməsi. Başqa tezlikli, məsələn radiotezlikli şüalanmalarda da müşahidə olunur. Qırmızıya sürüşmə termini kosmoloji qırmızıya sürüşmə və qravitasiya qırmızıya sürüşməsi mənasında işlədilir. Kosmoloji qırmızıya sürüşmə bizdən çox uzaq olan mənbələrin (qalaktikalar, kvazarlar və s.) şüalanma tezliyinin azalmasıdır. İlk dəfə 1914-cü ildə müşahidə edilmişdir. Qırmızıya sürüşmə bir neçə qalaktika istisna olmaqla (bunlarda şüalanmanın tezliyi artır, mavi və ya bənovşəyi yerdəyişmə baş verir) bütün qalaktikalarda müşahidə olunur və onun qiyməti bütün tezliklər üçün qalaktikanın müşahidə edildiyi istiqamətdən asılı deyil. Qırmızıya sürüşmə spektr xəttinin tezliyinin nisbi dəyişməsi (z) ilə xarakterizə olunur və qalaktikaya qədər məsafə ilə düz mütənasibidir: Δz=Δλ / λ =Hr / c (Habbl qanunu). Burada, r – qalaktikaya qədər məsafə, c – işıq sürəti, H – Habbl sabitidir (kainatın genişlənmə sürətini xarakterizə edir, ilk yaxınlaşmada istiqamətdən asılı deyil). Qalaktikanın spektrindəki qırmızıya sürüşməni ölçərək Habbl qanununa əsasən həmin qalaktikaya qədər məsafəni təyin etmək olur.
Rio-de-Janeyroda daşqın və sürüşmə (2011)
Rio-de-Janeyroda daşqın və sürüşmə (2011) — təbii fəlakət 2011-ci ilin yanvar ayında baş vermişdir. Rio-de-Janeyro ştatının Terezopolis, Nova-Friburqu, Petropolis və Sumidoru şəhərləri fəlakətdən daha çox zərər görmüşdü. Daşqın və sürüşmə zamanı ən azı 893 nəfər həlak olmuşdur. Nova-Friburqu rayonunda 424 nəfər, Terezopolisdə 373 nəfər, Petropolisdə 71 nəfər, Sumidoruda 21 nəfər, San Xose do Vale do Rio Pretoda 4 nəfər, Bom Cardimdə 1 nəfər. Braziliya Prezidenti Dilma Rusef ölkədə üç günlük matəm elan etmişdir. Qiymətləndirməyə görə bölgəyə dəyən zərərin 2 milyard Braziliya dolları dəyərində zərər dəymişdir. Fəlakətin əsas səbəbi El-Ninyo hadisəsi olmuşdur.
Salim Sürünool
Salim Sürünool (tuvaca: Салим Сазыгович Сүрүң-оол d. 15 aprel 1924 – ö. 10 aprel 1995) – Tuvanın Qərbi Xemçik bölgəsindəki Akka kəndində anadan olan tuvalı şair, nasir və tərcüməçi. Tuva millətinin milli yazıçılarından biri və müasir Tuva ədəbiyyatında tanınmış şəxslərdən biri olmuşdur. == Həyatı == Sürünool 1924-cü ilin 15 aprelində Tuva Respublikasının Barıın-Hemçik kojuunun Akka kəndində anadan olmuşdur. Qızıl Majalık ibtidai məktəbini, Qızıl şəhərindəki müəllim məktəbini, sovet partiya məktəbini və sonra da Dövlət Müəllim İnistitutunu bitirmişdir. == Yaradıcılığı == Süürünool ədəbi fəaliyyətinə 1946-cı ildə başlamışdır. “Baştayqı Nom” (İlk kitab) adlı şerlərinin antologiyası 1952-ci ildə nəşr edilmişdir. Çox sayda dərs kitabını, rusca-tuvac, tuvaca-rusca və Tuva dilinin izahlı lüğətinin hazırlanmasında iştirak etmişdir. Tuva dilinə Puşkinin 3 əsərini, Lermontovun mənzumələrini, Erşovun mənzum nağılını, Lu Sinnin romanını və başqa bir çox ədəbi əsərləri tərcümə etmişdir.
Sürünən mahoniya
Sürünən mahoniya (lat. Mahonia repens) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin mahoniya cinsinə aid bitki növü. == Təbii yayılması == Şimali Amerikada, Britaniyadan Yeni Meksika və Kaliforniyaya qədər yayılmışdır. == Botaniki təsviri == Sərilmiş budaqlara malik, hündürlüyü 0,25-0,5 m-ə qədər olan koldur. Yarpaqları 3-7 ədəd enli yumurtavari, 3-6 sm uzunluğunda, tutqun göyümsov yaşıl, dərivari, kənarları iti dişli yarpaqcıqdan ibarətdir. Çiçək saplaqları 2-3 sm uzunluğundadır. Çiçək salxımları uclarda yerləşib, 3-7 sm uzunluqdadır. Meyvələri qara, zəif tüklüdür, avqustun ortaları yetişir. Mahoniya toxumlarla, yarım-oduncaqlaşmış qələmlərlə, yarpaq tumurcuğu və kök zoğları ilə çoxalır. == Ekologiyası == Quraqlığa davamlıdır.
Sürünən qarağac
Sürünən qarağac (lat. Ulmus pumila) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin qarağackimilər fəsiləsinin qarağac cinsinə aid bitki növü. == Təbii yayılması == Çinin şimal-qərbi və şimal-şərqində, Qazaxıstan, Qərbi Sibir, Monqoliya, Tibet, Hindistan, Koreya, Cənubi Avropa və Şimali Amerikada yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü təxminən 25 m, gövdəsinin diametri 1m olan ağacdır. Zoğların qabığı hamar, bozumtul — qonur, tünd boz və ya parlaq boz rəngli, kobud, bəzi yerlərdə çatlayır bilər. Budaqları açıq sarımtıl-boz, açıq boz-qonur rəngli, hamar və ya tükcüklü, pulcuqludur. Qış tumurcuqları yumurtavari və şarşəkilli formadadır. Yarpaqları ellipsvari-oval, ellipsvari-lansetvari və ya yumurtavari-lansetvari formalı, uzunluğu 2–8 sm, eni 1,2–3,5 sm, ucu biz və simmetrik bünövrəlidir. == Ekologiyası == Öz arealında quraqlı rayonlarında kol kimi bitir. == Azərbaycanda yayılması == Respublikamızda yaşıllaşdırmada bir çox rayonlarda mədəni şəraitdə becərilir.
Sürünən qaymaqçiçəyi
Sürünən qaymaqçiçəyi (lat. Ranunculus repens) — qaymaqçiçəyikimilər fəsiləsinin qaymaqçiçəyi cinsinə aid bitki növü. Hündürlüyü 15-40 sm olan çoxillik bitkidir. Avropa, Asiya və Şimal-Qərbi Afrikada rast gəlinir. Rütübətli və kölgəlik yerlərdə, su ilə gətirilmiş torpaqlarda – çayların sahilində, rütubətli çəmənliklərdə, kolluqların arasında, meşə bataqlıqlarında, sahələrdə və bostanlarda bitir.
Sürünən qaytarma
Potentilla reptans (lat. Potentilla reptans) — gülçiçəyikimilər fəsiləsinin qaytarma cinsinə aid bitki növü. Gövdəsi çox uzun, sürünən, kök bağlayan və tüklü çoxillik ot bitkisidir. Kökümsovu qalındır. == Yarpaq == Kökətrafı yarpaqları uzun saplaqdadır, yarpaqcıqları 5-7 ədəd olub, barmaqvaridir. Gövdə yarpaqları daha qısa saplaqda yerləşmişdir; yarpaqcıqlar əksinəyumurtaşəkilli və ya uzanmış yumurtaşəkillidir, qaidəsi pazşəkilli, yuxarı hissədə dəyirmi dişli, üst tərəfdən çılpaq, alt tərəfdən qismən tüklüdür. == Çiçək == Çiçəkləri tək və ya 2 ədəddir, diametri 2 sm-dir. Çiçək saplağı qoltuqda yerləşib, uzundur, uzunluğuna görə yarpaqları keçir və ya onlara bərabərdir. Ləçəklərinin uzunluğu 8–10 mm olub, qızılı-sarı rəngdədir, əksinəürəkşəkillidir, kasa yarpağından uzundur. == Meyvə == Meyvələri qırışlıdır, təpə sütuncuğu uzunluğuna görə meyvə ilə eynidir.

Digər lüğətlərdə

борода́вка кальма́р обва́рка ока́лываться продра́ться сапони́т сба́вить стоя́честь субси́дия переплете́ние са́па широконо́сые обезьяны экономи́зм э́нский сениор acetylene Father Christmas gnosis highfalutin out-islander quickener smacker unglorified канун поволочь