SÜRÜŞ

Çağdaş dilimizdə -ış4 şəkilçisi qayıdış feili düzəltmir (və ya çox az hallarda düzəldir: büz-üş, sür-üş...), amma keçmişdə bu vəzifəni yerinə yetirib. “Aparmaq” mənasında sür feili olub, indi də maşını sür tipli cümlələrdə ona yaxın anlamda işlədilir. Bu kök zəminində sürgün kəlməsi yaranıb, sürümək feili mövcuddur (-ı4 şə­kilçisi feildən feil düzəldib: sürsürümək ... və s.). Sürüş həmin sür feilindən düzəlmiş qayıdış növdür. Sürün forması da var və bu da qayıdış növdür, amma sürüşsürün leksik məna baxımından ciddi surətdə fərqlənir: həm məna, həm də forma (son səs) dəyişmələrə məruz qalmışdır. Dırmaşdırmanmaq sözləri də həmin qəlibə uyğun əmələ gəlib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

SÜRÜMƏK
SÜRÜŞMƏK
OBASTAN VİKİ
2019 Abankayda torpaq sürüşməsi
2019 Abankayda torpaq sürüşməsi — 27 yanvar 2019-cu ildə Perunun Abankay şəhərində baş vermiş torpaq sürüşməsi. Hadisə nəticəsində toy mərasimi keçirilən otelin bir hissəsinin çökməsi zamanı ən azı 15 nəfər həlak olmuş, 34 nəfər isə yaralanmışdır. 100 nəfərin iştirak etdiyi "Alhambra" mehmanxanasında baş verən torpaq sürüşməsi otelin yıxılmasına səbəb olmuşdur. Torpaq sürüşməsi günün əvvəlində baş verən aramsız yağışların nəticəsində baş vermişdir.
Ləzə sürüşməsi-sel axını (Qusar, 1993)
Ləzə sürüşməsi-sel axını (Qusar, 1993) — 1993-cü ilin sentyabrın 10-da Qusar rayonunun Ləzə kəndi ərazisində baş vermiş sürüşmə-sel axını. == Tarixi == 1993-cü ilin sentyabrın 8-də mərkəzi Xəzər dənizində yerləşən 4 bal gücündə zəlzələ olmuşdur. Bu zaman Ləzədə zəif yer titrəməsi müşahidə olunmuş, yaşayış evlərində çatlar əmələ gəlmişdir. Sentyabrın 9-da isə kənd sakinləri qəribə bir təbiət hadisəsinin şahidi olmuşlar. Qəflətən uçmuş qayanın altında qalan qoyunların leşləri üzərində saysız-hesabsız qartallar dövrə vururdu. Sentyabrın 10-da isə səhər tezdən qopan dəhşətli gurultudan oyanan ləzəlilər kənddəki şəlalədən palçıq axdığının şahidi olurlar. Alimlərin qeyd etdikləri kimi, sentyabrın 9–10-da yağan yağışlardan sonra burada sürüşmə-sel prosesi başlanmışdır. Proses yağışdan sonra sürüşmə və qismən də uçqun kimi başlamış, hərəkətə gələn kütlə Ləzə çayının mənbəyindən onun qollarının yatağına toplanmışdır. 2400–2500 m. yüksəklikdən hərəkət edərək çay dərəsinə daxil olmuşdur.
Məna sürüşməsi
Məna sürüşməsi — sözün istifadəsinin təkamülü ilə əlaqəli dil dəyişikliyinin forması, sözün müasir mənasında onun əsl (tarixi) söz ilə fərqlənməsi. Diaxronik (və ya tarixi) dilçilikdə məna sürüşməsi sözün bir mənasından başqa mənasına keçməkdir. == Nümunələr == Kişi - Əvvəlcə söz sadəcə "insan" (qadınlar da daxil) demək idi. Hal-hazırda başqa türk dillərində "kişi", "keşe", "kisi" və s formalarında "insan" mənasını daşıyır. Tanrı - əvvəlcə "göy, asiman" demək idi. Hun türkləri bu sözü "göy, asiman" mənasında "teŋri" şəklində istifadə edirdilər, onlar isə bu sözü çincə "çeŋli" sözündən törədiblər. Qızıl - sözün əsl mənası "qırmızı"dır. Azərbaycan dilində "qızılbaş", "qızılgül" kimi sözlərdə də "qırmızı" mənasını daşıyır, lakin müasir Azərbaycan dilində məna sürüşməsi oldu.
Qırmızıya sürüşmə
Qırmızıya sürüşmə — elektromaqnit şüalanmasının tezliyinin azalması, Dopler effektinin təzahür formalarından biri. Spektrin görünən hissəsindəki xətlərin spektrin qırmızı ucuna doğru sürüşməsi. Başqa tezlikli, məsələn radiotezlikli şüalanmalarda da müşahidə olunur. Qırmızıya sürüşmə termini kosmoloji qırmızıya sürüşmə və qravitasiya qırmızıya sürüşməsi mənasında işlədilir. Kosmoloji qırmızıya sürüşmə bizdən çox uzaq olan mənbələrin (qalaktikalar, kvazarlar və s.) şüalanma tezliyinin azalmasıdır. İlk dəfə 1914-cü ildə müşahidə edilmişdir. Qırmızıya sürüşmə bir neçə qalaktika istisna olmaqla (bunlarda şüalanmanın tezliyi artır, mavi və ya bənovşəyi yerdəyişmə baş verir) bütün qalaktikalarda müşahidə olunur və onun qiyməti bütün tezliklər üçün qalaktikanın müşahidə edildiyi istiqamətdən asılı deyil. Qırmızıya sürüşmə spektr xəttinin tezliyinin nisbi dəyişməsi (z) ilə xarakterizə olunur və qalaktikaya qədər məsafə ilə düz mütənasibidir: Δz=Δλ / λ =Hr / c (Habbl qanunu). Burada, r – qalaktikaya qədər məsafə, c – işıq sürəti, H – Habbl sabitidir (kainatın genişlənmə sürətini xarakterizə edir, ilk yaxınlaşmada istiqamətdən asılı deyil). Qalaktikanın spektrindəki qırmızıya sürüşməni ölçərək Habbl qanununa əsasən həmin qalaktikaya qədər məsafəni təyin etmək olur.
Rio-de-Janeyroda daşqın və sürüşmə (2011)
Rio-de-Janeyroda daşqın və sürüşmə (2011) — təbii fəlakət 2011-ci ilin yanvar ayında baş vermişdir. Rio-de-Janeyro ştatının Terezopolis, Nova-Friburqu, Petropolis və Sumidoru şəhərləri fəlakətdən daha çox zərər görmüşdü. Daşqın və sürüşmə zamanı ən azı 893 nəfər həlak olmuşdur. Nova-Friburqu rayonunda 424 nəfər, Terezopolisdə 373 nəfər, Petropolisdə 71 nəfər, Sumidoruda 21 nəfər, San Xose do Vale do Rio Pretoda 4 nəfər, Bom Cardimdə 1 nəfər. Braziliya Prezidenti Dilma Rusef ölkədə üç günlük matəm elan etmişdir. Qiymətləndirməyə görə bölgəyə dəyən zərərin 2 milyard Braziliya dolları dəyərində zərər dəymişdir. Fəlakətin əsas səbəbi El-Ninyo hadisəsi olmuşdur.
Sürüşdürmə registri
Sürüşdürmə registri (shift register,сдвиговый регистр,kaydırma yazmacı)-hər sinxronlaşdırma dövrəsində bütün bitləri bir mərtəbə sürüşdürülən elektron sxem. Registr xəttidirsə, hər dövrədə bit bir uca əlavə olunur, obirindən isə “itir”. “İtmiş” bit yenidən başlanğıca daxil edildikdə sürüşdürmə registri “dövrə düşür”. Paralel ötürülən verilənlərin ardıcıl ötürülən verilənlərə çevrilməsi zamanı sürüşdürmə registri çox faydalı olur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı,774 s.
Sürüşkən
Sürüşkən — uşaqların sürüşərək düşdüyü oyun vasitəsi. Uşaq oyun meydançalarında olur. Bəzi bölgələrdə xalq arasında buna "züvül" də deyilir. Sürüşkən — futbol topu. 1993-cü ildə istehsal edilən və daha çox sürüşkənliyi ilə seçilən bu topla yağışlı havada oynamaq qeyri-mümkündür.
Sürüşkən (dəqiqləşdirmə)
Sürüşkən — uşaqların sürüşərək düşdüyü oyun vasitəsi. Uşaq oyun meydançalarında olur. Bəzi bölgələrdə xalq arasında buna "züvül" də deyilir. Sürüşkən — futbol topu. 1993-cü ildə istehsal edilən və daha çox sürüşkənliyi ilə seçilən bu topla yağışlı havada oynamaq qeyri-mümkündür.
Sürüşmə (1991)
== Məzmun == Film leninçi-bolşevik S.M.Kirovun Bakının ən uca yerində-Dağüstü parkda ucaldılmış möhtəşəm heykəlinin götürülməsi hadisəsi fonunda tarixi yaddaşımızın ağ ləkələrindən bəhs edir. == Film haqqında == Filmdə Azərbaycan ədəbiyyatı klassiklərinin əsərlərindən və kino-foto sənədlərdən istifadə edilmişdir.
Sürüşmə (film, 1991)
== Məzmun == Film leninçi-bolşevik S.M.Kirovun Bakının ən uca yerində-Dağüstü parkda ucaldılmış möhtəşəm heykəlinin götürülməsi hadisəsi fonunda tarixi yaddaşımızın ağ ləkələrindən bəhs edir. == Film haqqında == Filmdə Azərbaycan ədəbiyyatı klassiklərinin əsərlərindən və kino-foto sənədlərdən istifadə edilmişdir.
Sürüşən daşlar
Sürüşən daşlar, həmçinin yelkənli daşlar, yeriyən daşlar, yuvarlanan daşlar adı ilə də bilinən bu hadisə daşların heçbir insan və ya heyvan müdaxiləsi olmadan yumuşaq torpağın üzəri ilə sürüşməsi kimi qeydə alınmış hadisədir.Qaya hərəkətləri ən müxtəlif yerlərdə qeydə alınsa da bunlar içindən ən çox nəzərə çarpanı (hərəkət məsafəsinə görə) Kaliforniyanın Ölüm Dərəsi Milli Parkındakı sürüşmələrdir. == Əfsanələr == Yerli xalq arasında bəzən bu yer lənətli yer kimi də sayılırdı. Bəzi əfsanələrə görə isə hətta bu daşların şəkil dəyiştirə bilən məxluqlar olduğu və ya yad planetlilər tərəfindən kosmosdan buraya yerləştirildiyi deyilirdi. == Təsfiri == Qayaların yerləştiyi ərazi köhnə bir göl yatağıdır və bu qayalar bəzən 200 metrə qədər hərələt edə bilir. İlk əvvəllər qayaların küləyin gücü ilə hərəkətə gəldiyi iddiası irəli sürülsə də sonralar 350 kiloqrama qədər çatan bu qayaların torpağın da quru və çat olmasına görə bu cür hərəkət edə bilməsi iddiası yalanlandı.İçin ən maraqlı yanı isə o idi ki, bu qayaların indiyə kimi hərəkət etdiklərini hələ heç kəs görməmişdi. Qayalar bir gecənin içində yerlərini dəyişərək səhər torpaqda iz salırdılar. Bu izlər əksərən düz olsa da bəzən ixtiyari formada ola bilərdi. == Qayaların sirri == Hərəkət edən bu qayalar haqqında ilk araşdırmalar 1915-ci ildən başladı.2013-cü ildə GPS üzərindən daha dəqiq elmi araşdırmalar ilə qayaların sirri ortaya çıxdı. Belə ki, elmi araşdırmalara görə Ölüm vadisində gecələr tempratur çox soyuq olduğundan bu göl yatağında suyun donmasına səbəb olur. Qayaların daha intensiv hərəkəridekabr ayının 20-si yanvar ayında müşahidə edildi.Belə ki, 60-a yaxın qayanın hərəkəti aşkarlandı və hətta bəzisinin 224m hərəkət etdiyi üzə çıxdı.Bu hadisənin Dekabrda daha intensiv baş verməsinin səbəbi sirrin suyun donması ilə əlaqədar olmasında olduğunu göstərdi.
Sürüşən vektorlar
Sürüşən vektorlar - başlanğıc nöqtəsi düz xətt üzərində ixtiyari götürülə bilən vektordur. Deməli,sürüşən vektoru yerləşdiyi düz xətt üzərində istənilən qaydada sürüşdürmək olar. Bu zaman vektorun istiqaməti dəyişməməlidir. Sərbəst vektorlardan fərqli olaraq, sürüşən vektorlar bir düz xətdən başqa düz xəttə köçürülə bilməz. Bərk cismə tətbiq olunan qüvvə Sərbəst vektora nümunədir. Sərbəst vektor anlayışı fizikada tətbiq olunur. == Ədəbiyyat == 1. M.Mərdanov, S.Mirzəyev, Ş. Sadıqov Məktəblinin riyaziyyatdan izahlı lüğəti. Bakı 2016, "Radius nəşriyyatı", 296 səh. 2.
Torpaq sürüşməsi
Torpaq sürüşməsi — ağırlıq qüvvəsinin təsiri altında torpaq kütləsinin və təbəqəli süxurların qopub yamac boyu sürüşərək yerdəyişməsi. Sürüşmə ən çox suyadavamlı süxur qatları ilə sulu süxur qatları üst- üstə yerləşdiyi yamaclarda baş verir. Yağış sularının hopub keçirməyən qatın üzərində yığılması Sürüşmə əmələ gətirir. Sürüşmə abraziya, eroziya, aşınma, seysmik hadisələr və b. təbii proseslər, həmçinin yerin geoloji şəraitini nəzərə almadan insan tərəfindən görülən işlərin təsiri nəticəsində yaranır. Sürüşmə əkin sahələrinə, sənaye müəssislərinə, yaşayış məntəqələrinə, yollara və s. böyük zərər vurur. Onlarla mübarizə etmək üçün sahilbərkitmə və drenaj qurğularından istifadə olunur, yamaclar yerə dirək vurulması və ağac əkilməsi yolu ilə bərkidilir və digər işlər görülür. Azərbaycan Respublikasında Sürüşmələr Bakı şəhəri rayonunda, Böyük Qafqazın cənub və şimali-şərq makroyamaclarında, Lerik və Yardımlı rayonlarında yayılmışdır. Torpaq sürüşmələri dağ süxurları, torpaq kütlələrinin dağ yamacları, yarğanlar, çay, göl, dənizlərin sıldırım sahilləri boyu öz ağırlığının təsiri altında sürüşərək yerini aşağıya doğru dəyişməsidir.
Kolka–Karmadon buz və qaya sürüşməsi
Kolka buzlağı enməsi — 20 sentyabr 2002-ci ildə Şimali Osetiyada Karmadon dərəsində baş vermiş fəlakət. Onun nəticəsində "Rabitəçi" (rus. «Связной») filminin çəkiliş qrupu və onun tərkibindəki aktyor və rejissor Sergey Bodrov da daxil olmaqla 125 nəfər öldü və itkin düşdü. == Hadisələrin irəliləməsi == 20 sentyabr 2002-ci ildə Karmadon dərəsində baş verən Rusiya tarixində ən böyük buzlaq fəlakəti ən azı 125 nəfərin həyatına son qoydu. Rəsmi məlumatlara görə, qlasial selinin enməsi zamanı 19 nəfər ölüb, 106 nəfər itkin düşüb, onlar içərisində o cümlədən Şimali Osetiyada “Rabitəçi” (rus. «Связной») filmini çəkən kinorejissor kiçik Sergey Bodrovun (27.12.1971 — 20.09.2002) çəkiliş qrupundan 42 nəfər.20 sentyabr 2002-ci ildə 20:08 saatları radələrində başlayaraq buz-palçıq-daş axını Genaldon çayı vadisi boyunca 150-200 km/s sürətlə təxminən 20 km irəliləyərək binaları, istirahət mərkəzlərini və elektrik xətlərini dağıtdı. Genaldon çayının və onun qollarının bəndlənməsi nəticəsində bir neçə bəndlənmiş göl əmələ gəlmişdir. 2002-ci il fəlakəti bir çox cəhətdən mütəxəssislər və səlahiyyətlilər üçün gözlənilməz oldu, çünki bu hadisədən 33 il əvvəl baş verən buzlaq enməsi hamar və yavaş hərəkət ilə müşayət olunmuşdu və heç bir dağıdıcı nəticələr göstərməmişdir. Bundan əlavə, bəzi versiyalara görə, buzlaqların irəliləməsi Kolka buzlağının tipik pulsasiyası ilə əlaqəli deyil idi (buzlaqşünasların proqnozlarına görə, belə hadisə təxminən 2030-cu ildə baş verməli idi), həmin ehtimallara görə, buzlağın qəfil enməsi seysmik, vulkanik və meteoroloji xarakterli kompleksli səbəblərdən baş vermişdir. == Fəlakətin səbəbləri haqqında hipotezlər == 2002-ci ildə Genaldon vadisində baş vermiş buzlaq fəlakətinin səbəbləri haqqında vahid bir versiya yoxdur.
Torpaq sürüşmələri
Torpaq sürüşməsi — ağırlıq qüvvəsinin təsiri altında torpaq kütləsinin və təbəqəli süxurların qopub yamac boyu sürüşərək yerdəyişməsi. Sürüşmə ən çox suyadavamlı süxur qatları ilə sulu süxur qatları üst- üstə yerləşdiyi yamaclarda baş verir. Yağış sularının hopub keçirməyən qatın üzərində yığılması Sürüşmə əmələ gətirir. Sürüşmə abraziya, eroziya, aşınma, seysmik hadisələr və b. təbii proseslər, həmçinin yerin geoloji şəraitini nəzərə almadan insan tərəfindən görülən işlərin təsiri nəticəsində yaranır. Sürüşmə əkin sahələrinə, sənaye müəssislərinə, yaşayış məntəqələrinə, yollara və s. böyük zərər vurur. Onlarla mübarizə etmək üçün sahilbərkitmə və drenaj qurğularından istifadə olunur, yamaclar yerə dirək vurulması və ağac əkilməsi yolu ilə bərkidilir və digər işlər görülür. Azərbaycan Respublikasında Sürüşmələr Bakı şəhəri rayonunda, Böyük Qafqazın cənub və şimali-şərq makroyamaclarında, Lerik və Yardımlı rayonlarında yayılmışdır. Torpaq sürüşmələri dağ süxurları, torpaq kütlələrinin dağ yamacları, yarğanlar, çay, göl, dənizlərin sıldırım sahilləri boyu öz ağırlığının təsiri altında sürüşərək yerini aşağıya doğru dəyişməsidir.
Şovidə torpaq sürüşməsi
Şovidə torpaq sürüşməsi (gürc. შოვის ტრაგედია) — Gürcüstanda I dərəcəli inzibati – ərazi vahidlərindən olan Raça-Leçxumi və Aşağı Svaneti bölgəsində yerləşən Şovi kurort qəsəbəsində 2023-cü ilin 3 avqust tarixində, yerli vaxtla saat 16:00-da baş vemriş torpaq sürüşməsi. Kurort qəsəbəsində insanların çox olduğu vaxtda baş verən sürüşmə nəticəsində 33 nəfər həlak olub. Həlak olanlar arasında 18 yaşlı Samirə İsayeva adlı Gürcüstan azərbaycanlısı, Davit Beriaşvili, Giorgi Qoqinaşvili, Ukrayna vətəndaşı Alina Polikovskasiya və Rusiya vətəndaşı Kseniya Triçeva da var. == Hadisə == Torpaq sürüşməsinin Şovi qəsəbəsinin şimal hissəsində yerləşən Sunset Shovi otel kompleksinin ərazisinsdən başladığı bildirilir. 2023-cü ilin 3 avqust tarixində baş vermiş torpaq sürüşməsi nəticəsində ümumilikdə 12 vətəndaşın meyitinin şəxsiyyəti müəyyən edilib. Hazırda 17 nəfər itkin düşmüş hesab olunur. Şovidə xilasetmə əməliyyatında 400 xilasedici və 200 hərbçi iştirak edir. Sərhəd polisinin helikopterləri və xüsusi texnikası cəlb olunub. Avqustun 4-də Gürcüstanın regional inkişaf və infrastruktur naziri İrakli Karseladze bildirib ki, xilasedicilər sürüşmə zonasında olan 50-yə yaxın insanla əlaqə yarada bilməyiblər.
гидроэнергоресу́рсы лапшеви́дный окульту́ривание пастушо́к примиря́ющий публицисти́чность суему́дрый энзи́мы как об стену горо́х многомото́рный недержа́ние мочи разочарова́ться ребя́ческий спя́тить фальшь хоть часто́тность crunch dillenia doubloon ladies' misspelt slippy кругом перерабатывающий