SÜST

sif. [ fars. ]
1. Hərəkət etməyə iqtidarı olmayan, halsız, taqətsiz. Süst düşüb (z.) qalmaq.
[Aslan bəy doktora:] Bədənim elə süstdür ki, bu əl, bu ayaq, bu baş, bu gövdə sanki mənim deyildir. A.Şaiq.
[Rizvan] vaqonun pilləkənindən süst halda üzü aşağı düşdü. S.Rəhimov.
Hamısı süst və şüursuz düşüb ağırlaşmışdı. Mir Cəlal.

2. məc. Hissiz, duyğusuz, key.
Bu sözlərin hamısını rədd edən Cəfərə Nelli süst bir sima ilə baxdı. Çəmənzəminli.
[Dərviş:] Ruqiyyənin belə süst halı binəva qarını qorxudurdu. A.Divanbəyoğlu.

□ Süst olmaq – keyləşmək, kütləşmək.
…Əşyasına baxanda ləzzət alan gəlin indi çox laqeyd və süst olmuşdu. M.Hüseyn.

3. məc. Cansıxıcı, maraqsız. Yığıncaq çox süst keçdi.
[Koxa:] Qoy gəlsin, bizi əyləndirsin, yoxsa məclis çox süst keçir. S.Rəhimov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • SÜST SÜST (müxtəlif mənalarda) [Həmzə:] Bütün günü süst oluram, elə bil xəstəyəm.. (Ə.Qasımov); ƏTALƏTLİ Uzundərə əski Şərqin tələsmək bilməyən ətalətli ru
  • SÜST ölüvay — ətalətli — solğun — əzgin — key

Antonimlər (əks mənalı sözlər)

  • SÜST SÜST – GÜMRAH Təngimiş səsimdən, süst gülüşümdən; Elə bil yanğımı hiss edib duydu (Ə.Cəmil); Gümrah oğlandır, işləməkdən yorulmur (“Azərbaycan”)
SÜSLÜ
SÜST-SÜST
OBASTAN VİKİ
Süst Qorm
Qoca Qorm (dan. Gorm den Gamle, q.skan. Gormr gamli, lat. Gormus Senex) və ya Süst Qorn (dan. Gorm Løge, Gorm den Dvaske; IX əsr – 964, bilinmir[d]) — Danimarka kralı. Qorm Danimarkanın cənubundan gələn hücumların qarşısını almaq üçün, arvadı Trianın təkidi ilə Godfred tərəfindən inşa olunan qalaları bərpa etmişdir. Qorm xaç suyuna salınmamasına baxmayaraq, Xristianlıq dininin yayılmasına müsbət yanaşırdı. Qoca Qormun ölümündən sonra hakimiyyətə oğlu I Harold gəlmişdir.

Digər lüğətlərdə

закороти́ть моти́шка облюбо́вывание пенитенциа́рный рукоя́ть фарисе́йка целеустремле́ние чи́щение бесту́жевский водоно́сность гимнази́ческий отсе́ле полуприкрываться прокати́ть на вороных сте́ла cachalot foot-licker honky lessor palatinate pullback shammy кобальт лентяйничать сукно