sınamaq
sıravi
OBASTAN VİKİ
Bennettitlər (sıra)
Bennettitlər (lat. Bennettitales) — toxumlu qıjılar sinfinə aid bitki sırası.
Sıra
Sıra — bir neçə mənası vardır: Sıra — eyni situasiyada və statusda olan insanların, eyni tipli əşyaların bir sırada düzülüşü. Sıra — hansısa halın bir-birinin ardınca müəyyən qaydada düzülüşü. Sıra — ardıcıllıq. Sıra (riyaziyyat) — sonsuz sayda toplananların cəmi. Sıra (hərb) - hərbiçilərin çiyin-çiyinə bir xətt üzrə düzülüşü.
Marşansiya (sıra)
Marşansiya (lat. Marchantiales) — marşansiya (Marchantiidae) yarımsinfinə aid sırası. Bu sırasının nümayəndələrinin tallomu mürəkkəb anatomik quruluşa malikdir. Nümayəndələrinin əksəriyyətinin tallomunun üst qatında assimilyasiyaedici hava qatı, sadə quruluşlu ağızcıqlar, alt tərəfində amfiqastr adlanan pulcuqlar yerləşir. Sadə və dilcikşəkilli rizoidləri olur. Arxeqoni və anteridilər tallomun üst tərəfinin əsasən çuxur hissəsində yerləşir, bəzən qametofitin toxumasına söykənirlər. İnkişaf etmiş növlərdə isə onlar tallomun dirsəyinin üstündəki lövhəciklərin üzərində inkişaf edir. == Təsnifatı == Marşansiya sıranın ən geniş yayılmış fəsiləsi Marşansiyakimilər (Marchantiaceae) fəsiləsidir.
Qaraçöhrə (sıra)
Qaraçöhrə (lat. Taxales) — i̇ynəyarpaqlılar sinfinə aid bitki sırası.
Qatırquyruğu (sıra)
Qatırquyruğu (lat. Equisetales) — qatırquyruğukimilər şöbəsinin qatırquyruğu sinfinə aid bitki sırası.
Riniya (sıra)
Rhynia gwynne-vaughanii (lat. Rhynia gwynne-vaughanii) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin kəndirkimilər fəsiləsinin riniya cinsinə aid bitki növü.
Salviniya (sıra)
Salviniya (lat. Salviniales) — bitkilər aləminin qıjıkimilər şöbəsinin qıjılar sinfinə aid bitki dəstəsi. == Fəsilələri == Marsileaceae Mirb. in Lam. & Mirb. 1802 Salviniaceae Martinov 1820 == Sinonimləri == "Hydropteridales" Marsileales Bartl. in Mart. 1835 Pilulariales Bercht.
Sıra (hərb)
Sıra - hərbi qulluqçuların piyada və maşınlarla birgə hərəkəti üçün Nizamnamə ilə düzülüşünə deyilir.
Sıra (riyaziyyat)
Sıra (riyaziyyat) — sonsuz ədədlər ardıcıllığının elementlərindən düzəldilmiş cəm. Sıra (riyaziyyat) iki baxımdam öyrənilir: riyazi analizdə; kompleks analizdə; == Ədəbiyyat == В. А. Зорич. Глава III. Предел. § 1. Предел последовательности, Математический анализ, часть I, М, Наука, 1981, стр.104-114,стр.544, Ю. С. Богданов — «Лекции по математическому анализу» — Часть 2 — Минск — Издательство БГУ им. В. И. Ленина — 1978.
Sıra sayı
Sıra sayları — əşyanın sırasını bildirən, "neçənci?", bəzən də "hansı?" sualına cavab olan saylardır. Sıra sayları samitlə bitən müəyyən miqdar saylarının sonuna -ıncı⁴, saitlə bitənlərin sonuna -ncı⁴ şəkilçisi artırmaqla düzəlir. Məs: beş-inci, altı-ncı və s. Əvvəl, axır, son, filan tipli sözlər də -ıncı⁴ şəkilçi qəbul edərək sıra məzmunu ifadə edə bilir. Məs: axır-ıncı (adam), əvvəl-inci (şəkil) və s. Sıra sayları bəzən "hansı?" sualına da cavab verir. Məsələn, birinci (hansı?) mərtəbə, axırıncı (hansı?) cərgə və s. Sıra saylarından sonra gələn isimlər bəzən cəm şəkilçisi qəbul edə bilir. Məsələn: beşinci siniflər, 30-cu illər, birinci sıralar və s. Sıra sayları başqa saylara nisbətən daha çox isimsiz işlənə bilir, yəni isimləşir.
Yungermani (sıra)
Yungermani (lat. Jungermanniidae) — Jungermanniopsida sinfinə aid yarımsinif. Yungermani sırası ən geniş sıra olub, 20 fəsilə, 200 cins və 5000 növü özündə cəmləşdirir. Bu sıraya iki cərgədə düzülmüş yarpağı və qarın hissəsində bir cərgədə düzülmüş amfiqastrı olan, tam sərilən, yarpaqlı gövdəli formalar daxildir. Metzgerilərin yarpaqlı gövdəli formalarının yarpaqlarından fərqli olaraq yungermanilərin hər yarpağı iki hüceyrədən əmələ gəlib və böyümə nöqtəsinin yaxınlığında inkişaf edir. Əksər hallarda yarpaqlar iki çıxıntılıdır. Üst tərəfdəki iri çıxıntı yuxarıdakı hüceyrədən, alt tərəfdəki kiçik çıxıntı aşağıdakı hüceyrədən formalaşır. Bəzən alt çıxıntı inkişaf etmir. Yungermanilər ciyərotu mamırları içərisində ən polimorf qrup olub, geniş ekoloji coğrafi amplitudaya malikdir. == Yayılması == Yungermanilər əsasən tropik və subtropik vilayətlərin rütubətli ərazilərində, bir hissəsi soyuq iqlimi olan tundrada, bəzi nümayəndələri isə hətta quru vilayətlərdə inkişaf edir.
Kordilyer (sıra dağlar)
Kordilyer (sıra dağlar) - (rus. кордильера, ing. cordillera) fiziki coğrafiya və geomorfologiyada ümumi məfhum olub, müəyyən məsafədə uzanmış və müəyyən dərəcədə paralel dağ silsilələrini ifadə etmək üçün istifadə edilir (ona bitişik dərələr, hövzələr, platolar, düzənliklər, yaylalar, çaylar və göllərlə birlikdə). Kordilyerlərin ayrı-ayrı hissələri müxtəlif istiqamətli ola bilər, lakin əsas istiqamət bir olur (mis: Cənubi Amerikada And paralel dağ sistemləri). Məfhum Cənubi Amerikada ayrılıqda dağ sistemlərini ifadə etmək işlədilir.
Sualtı sıra dağları
Bütün okeanlarda və bəzi dənizlərdə dibin 4-5 km və daha artıq qalxmış uzun , ensiz dağlarıdır. Sualtı sıra dağlarının bəzilərinin zirvələri su səthindən yuxarı qalxıb, ada əmələ gətirir.
Yaşıl mamırlar (sıra)
Yaşıl mamırlar (lat. Bryales) — mamırkimilər şöbəsinin yarpaqlı mamırlar sinfinə aid sıra. Yarpaqlı mamırlar sinfinə aid olan bu sıranın nümayəndələri çoxillik bitki növləridir. Sıra 16 fəsilənin 62 cinsinə aid 2000-ə yaxın növü əhatə edir. Bu sıraya daxil olan növlərin hündürlüyü 30 sm-dək ola bilir. == Təsnifatı == Yaşıl mamırlar sırasına 5 fəsilə daxildir: Brуасеае — Yaşıl mamırlar və ya Schwägr.. 17 cinsə aid 1300 növ. Leptostomataceae — Schwägr. Mniaceae — Schwägr. Phyllodrepaniaceae — Schwägr.
Əsl qıjılar (sıra)
Böyük Qafqaz sıra dağları
Böyük Qafqaz — Xəzər dənizi ilə Qara dəniz arasında yerləşən dağ sistemi; Alp-Himalay dağ qurşağının tərkib hissəsi. Cənub-şərq hissəsi Azərbaycan Respublikası ərazisinə daxildir. == Oroqrafik təsvir == Böyük Qafqazın çox hissəsini təşkil edən Baş Qafqaz silsiləsi Azərbaycan Respublikasının ərazisində Gürcüstan Respublikası və Rusiyanın Dağıstan Respublikası ilə sərhəddəki Tinov-Rosso (3385 m) zirvəsindən başlayaraq cənub-şərq istiqamətində uzanır. Silsilənin Tinov-Rosso və Bazardüzü zirvələri arasındakı hissəsinin yalnız cənub yamacı (şimal yamacı Rusiyanın Dağıstan ərazisinə düşür)və Bazardüzü zirvəsindən cənubdakı hissəsinin isə hər iki yamacı Azərbaycan ərazisinə daxildir. Baş Qafqaz silsiləsinin yan hissəsi heç bir yerdə çay dərələri ilə kəsilmir (buna görə o, bəzən Suayrıcı silsilə də adlanır). Silsilənin çox yerində hündürlüyü 3000 m-dən, mərkəzi hissəsində isə 4000 m-dən artıqdır (Bazardüzü — 4466 m, Tufandağ — 4191 m, Bazaryurd — 4126 m). Babadağ zirvəsindən (3629 m) cənub-şərqdə həmin silsilə tədricən alçalmağa və genişlənməyə başlayır. Baş Qafqaz silsiləsi Dübrar zirvəsindən (2205 m) şimal-şərqə doğru yelpikvarı şəkildə genişlənərək Xəzər dənizinə tərəf getdikcə alçalan və çay dərələri ilə bir-birindən ayrılan Gədi-Kürkeçidağ, Aladaş, Kəmçi və s. silsilələrə bölünür. Həmin silsilələr çoxlu daha kiçik və alçaq silsilələrə ayrılaraq Qobustan adlanan alçaq dağlıq sahəyə keçir, oradan da Abşeron yarımadasınadək davam edir.
Böyük Suayırıcı sıra dağları
Böyük Suayırıcı sıra dağları və ya Böyük Suayırıcı silsilə (ing. Great Dividing Range) — Avstraliyanın şərq və cənub-şərq sahilləri boyunca 4000 km-ə qədər uzanan dağ silsiləsi. Neogen-antropogen dövründə yaranmışdır. Dağlar əsasən əhəngdaşı, qranit, qneys və vulkanik suxurlardan ibarətdir. Dağda neft, qaz, daş kömür, boz kömür (liqnit), qalay, polimetal filizlər, qızıl, mis, titan-maqnetit qumlar var.
1896 Yay Olimpiya Oyunları medal sıralanması
1896 Yay Olimpiya Oyunları - 1896-cı ildə Yunanıstanın paytaxtı Afinada keçirilmişdir.
1900 Yay Olimpiya Oyunları medal sıralanması
1900 Yay Olimpiya Oyunları — 1900-cü ildə Fransanın paytaxtı Parisdə keçirilmişdir.
1904 Yay Olimpiya Oyunları medal sıralanması
1904 Yay Olimpiya Oyunları - 1904-cü ildə ABŞ-nin Sent-Luis keçirilmişdir.
1908 Yay Olimpiya Oyunları medal sıralanması
1908 Yay Olimpiya Oyunları - 1908-ci ildə Böyük Britaniyanın paytaxtı Londonda keçirilmişdir.
1960 Yay Paralimpiya Oyunlarının medal sıralanması
Aşağıdakı siyahıda 1960-cı il Roma Yay Paralimpiya Oyunlarında ölkələrin qazandığı medalların siyahısı verilmişdir: == Medal sıralanması == Ev sahibi ölkə tünd fonda göstərilmişdir.
1964 Yay Paralimpiya Oyunları medal sıralanması
Aşağıdakı siyahıda 1964-cü il Tokio Yay Paralimpiya Oyunlarında ölkələrin qazandığı medalların siyahısı verilmişdir: == Medal sıralanması == Ev sahibi ölkə tünd fonda göstərilmişdir.
1968 Yay Paralimpiya Oyunları medal sıralanması
Aşağıdakı siyahıda 1968-cı il Tel-Əviv Yay Paralimpiya Oyunlarında ölkələrin qazandığı medalların siyahısı verilmişdir: == Medal sıralanması == Ev sahibi ölkə tünd fonda göstərilmişdir.
2000 Yay Olimpiya Oyunlarının medal sıralanması
2000 Yay Olimpiya Oyunlarında medal sıralanması
2002 Qış Olimpiya Oyunları medal sıralanması
== Medal sıralanması ==
2006 Qış Olimpiya Oyunları medal sıralanması
2006 Qış Olimpiya Oyunları və ya rəsmi adı ilə XX Qış Olimpiya Oyunları qış idman növləri üzrə fevralın 10-dan 26-na gədər İtaliyanın Turin şəhərində baş tutdu. Ümumi olaraq 80 dövlətin 2 508 idmançısı 7 müxtəlif idman növü üzrə 15 yarışda mübarizə apardı. Turin Olimpiadasında Kanadalı konkisürən Kindi Klassen hamıdan çox, 5 medal (1 qızıl, 2 gümüş və 2 bürünc) qazandı. Cənubi Koreyalı şort-trekçi An Hyun-Soo və Jin Sun-Yu, Almaniyalı biatlonçu Mixail Qreis isə hərəyə üç qızıl medal qazandı.
2008 Yay Olimpiya Oyunları medal sıralanması
2008 Yay Olimpiya Oyunlarının mükafatları Beynəlxalq Olimpiya Komitəsi tərəfindən verilmişdir. 2008 Yay Olimpiya Oyunları Çinin paytaxtı Pekin şəhərində 8 avqust - 24 avqust tarixləri arasında keçirilmişdi. 2008 Yay Olimpiya Oyunlarında 11.028 idmançı 28 idman növündə 302 ədəd medal uğrunda mübarizə aparmışdlr. Marşall adaları, Monteneqro və Tuvalu ilk dəfə Olimpiya Oyunlarında iştirak etmiş; Tacikistan və Toqo isə ilk Olimpiya medallarını qazanmışdılar. Monqolustan 2008 Yay Olimpiya Oyunlarına qədər Olimpiyadalarda gümüş və bürünc medallar almış, tarixinin ilk qızıl medalını isə bu olimpiya oyunlarında əldə etmişdir.
2010 Qış Olimpiya Oyunları medal sıralanmadı
2010 Qış Olimpiya Oyunları və ya rəsmi adı ilə XXI Qış Olimpiya Oyunları qış idman növləri üzrə fevralın 12-dən 28-nə gədər Kanadanın Vankuver şəhərində baş tutdu. Ümumi olaraq 82 dövlətin 2 632 idmançısı 7 müxtəlif idman növü üzrə 15 yarışda mübarizə apardı. Vankuver Olimpiadasında 86 medal dəsti uğrunda mübarizə getdi.Vankuver Olimpiadasında 26 ölkənin idmançıları ən azı bir medal qazandı, həmin ölkələrdən 19-u ən azı bir qızıl medal qazandı. Kanada ilk dəfə ev sahibi olduğu Olimpiya Oyunlarında qızıl medal qazandı; buna gədər Kanada 1976-cı ildə Monrealda və 1988-ci ildə Kalqaridə qızıl medal qazana bilmədi. Həmçinin Kanada idmançıları tarixində ilk dəfə medal sıralanmasında birinci yeri tutdu, bundan savayı Kanada Qış Olimpiya Oyunlarında ən çox qızıl medal qazanan ölkə oldu, (14). Buna gədər SSRİ 1976-cı ildə və Norveç 2002-ci ildə 13 qızıl medal qazandı. Amerika Birləşmiş Ştatları isə Qış Olimpiya Oyunlarında ən çox medal qazanan ölkə olaraq yeni rekorda imza atdı, (37). Keçmiş rekord 2002-ci ildə Almaniya tərəfindən qeydə alındı, (36). Belarus və Slovakiyanın idmançıları tarixində ilk dəfə olaraq Qış Olimpiya Oyunlarında qızıl medal qazandı.Norveç xizəkçisi Marit Börgen Vankuver Olimpiadasında ən çox medal qazanan idmançı oldu, beş medal (üç qızıl, bir gümüş və bir bürünc) və həmçinin Çinli şort-trekçi Van Men üç qızıl medal qazanaraq, ən çox qızıl medal qazanan idmançıdan biri oldu. == Medal sıralanması == Vankuver Olimpiadasında kişilərin fərdi biatlon yarışlarında qızıl medal Norveç qazandı.
2010 Qış Olimpiya Oyunları medal sıralanması
2010 Qış Olimpiya Oyunları və ya rəsmi adı ilə XXI Qış Olimpiya Oyunları qış idman növləri üzrə fevralın 12-dən 28-nə gədər Kanadanın Vankuver şəhərində baş tutdu. Ümumi olaraq 82 dövlətin 2 632 idmançısı 7 müxtəlif idman növü üzrə 15 yarışda mübarizə apardı. Vankuver Olimpiadasında 86 medal dəsti uğrunda mübarizə getdi.Vankuver Olimpiadasında 26 ölkənin idmançıları ən azı bir medal qazandı, həmin ölkələrdən 19-u ən azı bir qızıl medal qazandı. Kanada ilk dəfə ev sahibi olduğu Olimpiya Oyunlarında qızıl medal qazandı; buna gədər Kanada 1976-cı ildə Monrealda və 1988-ci ildə Kalqaridə qızıl medal qazana bilmədi. Həmçinin Kanada idmançıları tarixində ilk dəfə medal sıralanmasında birinci yeri tutdu, bundan savayı Kanada Qış Olimpiya Oyunlarında ən çox qızıl medal qazanan ölkə oldu, (14). Buna gədər SSRİ 1976-cı ildə və Norveç 2002-ci ildə 13 qızıl medal qazandı. Amerika Birləşmiş Ştatları isə Qış Olimpiya Oyunlarında ən çox medal qazanan ölkə olaraq yeni rekorda imza atdı, (37). Keçmiş rekord 2002-ci ildə Almaniya tərəfindən qeydə alındı, (36). Belarus və Slovakiyanın idmançıları tarixində ilk dəfə olaraq Qış Olimpiya Oyunlarında qızıl medal qazandı.Norveç xizəkçisi Marit Börgen Vankuver Olimpiadasında ən çox medal qazanan idmançı oldu, beş medal (üç qızıl, bir gümüş və bir bürünc) və həmçinin Çinli şort-trekçi Van Men üç qızıl medal qazanaraq, ən çox qızıl medal qazanan idmançıdan biri oldu. == Medal sıralanması == Vankuver Olimpiadasında kişilərin fərdi biatlon yarışlarında qızıl medal Norveç qazandı.
2012 Yay Olimpiya Oyunları medal sıralanması
== Ümumi məlumat == 2012 Yay Olimpiya Oyunlarının mükafatları Beynəlxalq Olimpiya Komitəsi tərəfindən yarışlarda ilk üç yeri tutan idmançıya verilir. 2012 Yay Olimpiya Oyunları Böyük Britaniyanın paytaxtı London şəhərində 27 iyul — 12 avqust tarixləri arasında keçirilmişdir. 204 ölkədən 10.500 idmançı 26 idman növündə 302 ədəd medal uğrunda mübarizə aparmışdır.Azərbaycan London Olimpiadasında 26 idman növünün 16 növündə idmançısı ilə iştirak edirdi. 2004-cü il Afina Olimpiadasında medal təsnifatına görə Azərbaycan ümumkomanda hesabında 50-ci, 2008-ci il Pekin Olimpiadasında 40-cı, 2012 London Yay Olimpiya Oyunlarında isə 29–30-cu yerlə başa vurdu.
2014 Qış Olimpiya Oyunları medal sıralanması
2014 Qış Olimpiya Oyunları və ya rəsmi adı ilə XXII Qış Olimpiya Oyunları qış idman növləri üzrə fevralın 7-dən 23-nə gədər Rusiya Federasiyasının Soçi şəhərində baş tutdu. Ümumi olaraq 88 dövlətin 2 873 idmançısı 7 müxtəlif idman növü üzrə 15 yarışda mübarizə apardı. Soçi Olimpiadasında Niderland konkisürmə idman növü üzrə dörd yarışda podiuma qalxdı (bütün üç əyarlı medalı Niderland qazandı) və yeni rekord müəyyənləşdirdi; kişilərin 500 metr, 5 000 metr, 10 000 metr və qadınların 1 500 metr məsafəyə yarışlarda.Soçi Olimpiadasında Sloveniya tarixində birinci dəfə Qış Olimpiya Oyunlarının qızıl medalını qazandı. Həmdə bu uğuru qazanan dağ xizəkçisi Tina Maze Soçi Olimpiadasını iki qızıl medalla baş vurdu. İtaliyalı sanoçsu Armini Zöggeler isə Soçi Olimpiadasında da medal qazanmağ ilə ardıcıl 6 Olimpiya Oyunlarında , həmdə bir yarışda medal qazanan birinci idmançı oldu.Soçi Olimpiadasında Niderlandlı konkisürən İreen Vüst hamıdan çox, 5 medal (2 qızıl və 3 gümüş) qazandı. Rusiyalı şort-trekçi Viktor An, Norveçli xizəkçi Marit Bjorgen və Belaruslu biatlonçu Darya Domraçeva isə hərəyə üç qızıl medal qazandı. == Medal sıralanması == Medal sıralanması Beynəlxalq Olimpiya Komitəsinin (BOK) məlumatına əsasən hazırlanıb. BOK-un standartlarına görə medal sıralanmasında ən əsas qızıl medalların sayı üstün tutulur. Daha sonra diqqətə gümüş medalların sayı, sonda isə bürünc medalların sayı diqqətə alınır. XXII Qış Olimpiya Oyunlarında 98 qızıl, 98 gümüş və 98 bürünc medalın təqdim edilməsi nəzərdə tutuldu.
2015 Avropa Oyunları medal sıralanması
2015 Avropa Oyunları və ya rəsmi adı ilə I Avropa Oyunları — yay idman növləri üzrə avropa qitəsində yerləşən, habelə Avropa Olimpiya Komitələrinin üzvü olan dövlətlər arasında iyunun 12-dən 28-nə qədər Azərbaycannın paytaxtı Baкı şəhərində baş tutan idman oyunları. Ümumi olaraq, 50 dövlətin 5 898 idmançısı, 27 müxtəlif idman növü üzrə 30 yarışda mübarizə apardı. Tarixdə birinci dəfə baş tutan Avropa Oyunlarında Rusiya yığması 79-u qızıl, 40-ı gümüş, 45-i bürünc medal olmağla, cəmi 164 medal qazandı. Ev sahibi Azərbaycan yığması isə, 21-si qızıl, 15-i gümüş, 20-si bürünc olmağıa, cəmi 56 medalla iкinci yeri tutdu. Üçüncü yeri isə 66 medal qazanan Almaniya yığması tutdu. I Avropa Oyunlarında Rusiyalı üzgüçü Marina Kameneva hamıdan çox 9 medal (6 qızıl, 1 gümüş və 2 bürünc) qazandı. Digər Rusiyalı üzgüçü Arina Openışeva isə 7 qızıl və 1 gümüş medal qazandı. == Medal sıralanması == Medal sıralanması Avropa Olimpiya Komitəsinin məlumatına əsasən hazırlanıb. Komitənin standartlarına görə medal sıralanmasında ən əsas qızıl medalların sayı üstün tutulur. Daha sonra diqqətə gümüş medalların sayı, sonda isə bürünc medalların sayı diqqətə alınır.
2016 Yay Olimpiya Oyunları medal sıralanması
== Medal sıralanması ==
2017 İslam Həmrəyliyi Oyunlarının medal sıralaması
2017 İslam Həmrəyliyi Oyunları və ya IV İslam Həmrəyliyi Oyunları (qeyri rəsmi adı Bakı 2017 İslam Həmrəyliyi Oyunları) — 2017-ci ildə 12–22 may tarixləri arasında Azərbaycanın paytaxtı Bakı şəhərində baş tutmuşdur. Yarışda 21 idman növü üzrə 56 dövlətin 6000-ə yaxın idmançısı mübarizə aparmışdır. Medalların sayına görə Türkiyə yığması fərqlənmişdir. Belə ki, Türkiyə yığması ümumilikdə 195 medal qazanmaqla yekunda medal sayında brinci pilləni tutmuşdur. Türkiyə yığması həmçinin gümüş və bürünc medalların sayında da ilk pillədə qərarlaşmışdır. Lakin Azərbaycan yığması əldə etdiyi qızıl medalların sayına görə son nəticədə medal sıralamasını birinci pillədə bitirməyə nail olmuşdur. 14 ölkənin yığması isə turniri medalsız başa vurmuşdur. Buraya Albaniya. Bruney, Burkina-Faso, Çad, Qəmər adaları, Qabon, Qvineya, Maldiv adaları, Mavritaniya, Niger, Syerra-Leone, Toqo, Somali və Fələstin yığma komandaları daxildir.
2020 Yay Paralimpiya Oyunları medal sıralanması
Aşağıdakı siyahıda 2020-cı il Tokio Yay Paralimpiya Oyunlarında ölkələrin qazandığı medalların siyahısı verilmişdir: == Medalların sıralanması == Ev sahibi ölkə tünd fonda göstərilmişdir.
Adaların dünyada sahəsinə görə sıralaması
Bu sıralamada Dünyada sahəsi 1,000 km² qədər olan adalar göstərilmişdir.
Arxa sıradakılar (teleserial, 2007)
== Məzmunu == Arxa Sıradakılar, MinT Prodakşn tərəfindən FOX kanalı üçün hazırlanan Türk dram serialıdır. Serialın quruluşunu Birol Güvən, ekranlaşmasını isə Hamdi Alkan öz üzərinə götürmüşdür. 30 Sentyabr 2007-ci ildə yayıma başlamışdır. 27 Noyabr 2011-ci ildə sona çatan serial, TNT kanalında təzə bölümləri ilə yenidən başlamışdır. TNT-nin bağlanacağı qərarı çıxanda bütün seriallar bitirilmişdir. Bu səbəblə Arxa Sıradakılar 193-cü bölümdə, final bölümü yayımlanmışdır. Həmçinin serial FOX-dan TNT-yə transfer olanda serialın prodüser şirkəti də dəyişmişdir. Əvvəlcədən quruluşunu MinT Quruluşun üzərinə götürdüyü serialının quruluşunu TNT-yə keçdikdə, Best Quruluşu öz üzərinə götürmüşdür. Gənclik serialı olan Arxa Sıradakılar dəstə halında davalar, narkotik, xərac alınması ilə izah edilir. Hadisələrin əsas məkanı; İllərdir universitetə bir tələbə belə göndərməmiş, unudulmuş bir məktəbdir.
Azərbaycanda adaların sahəsinə görə sıralaması
Azərbaycan ərazisində olan adaların böyük əksəriyyəti Xəzər dənizi akvatoriyasına daxildir. Ümumilikdə məhəlli sularında 50-ə yaxın irili xırdalı adalar vardır. Onlardan sahəsi 0,1 km² yüksək olan adalar on birdir. Digərlərinin sahəsi çox kiçik olmaqla yanaşı dəniz səviyəsinin qalxması ilə suyun dibinə gömülür. Onların böyük əksəriyyəti su səhinə çıxan kiçik qayalıqlar və ya adacıqlardır. Bu adalar ümümilikdə iki arxipelaqda birləşirlər: Bakı arxipelaqı və Abşeron arxipelaqı. Bakı arxipelaqı — Abşeron yarımadasının cənubunda sahil ətrafı su akvatoriyasında yerləşən Böyük Zirə, Daş Zirə, Kiçik Zirə (və ya Qum adası), Zənbil, Səngi Muğan, Çigil, Gil, Qarasu, Xərə Zirə, İqnat daşı (Daşlı ada), Kür daşı, Adsız, Qutan, Tava, Karvansaray, Xanlar, Daş adalar qövsü, Baburi adaları daxildir. Arxipelaqa daxil olan adaların böyük hissəsi Palcıq vulkanı məşəllidir. Bunlardan Gil, Xərə Zirə, Səngi Muğan, Qara su və Çigil adalarını misal gətirmək olar. Daş adalar və sualtı adalar tektonik məşəllidir.
Azərbaycanda göllərin sahəsinə görə sıralaması
== İstinadlar ==
Bitki sıralarının siyahısı
Viridiplantae yarımaləminə aid dəstələrın siyahısı. == Şöbə: Chlorophyta == Viridiplantae yarımaləminin Chlorophyta şöbəsinə aid dəstələr. == Sinif: Pedinophyceae == Viridiplantae yarımaləminin Pedinophyceae sinfinə aid dəstələr. Dəstə: Pedinomonadales Dəstə: Scourfieldiales == Sinif: Prasinophyceae == Viridiplantae yarımaləminin Prasinophyceae sinfinə aid dəstələr. Dəstə: Chlorodendrales Dəstə: Mamiellales Dəstə: Pseudoscourfieldiales Dəstə: Pyramimonadales == Sinifüstü: UTC klad == === Sinif: Chlorophyceae === Viridiplantae yarımaləminin Chlorophyceae sinfinə aid dəstələr. Dəstə: Chaetopeltidales Dəstə: Chaetophorales Dəstə: Chlamydomonadales Dəstə: Chlorococcales Dəstə: Chlorosarcinales Dəstə: Oedogoniales Dəstə: Sphaeropleales Dəstə: Tetrasporales === Sinif: Trebouxiophyceae === Viridiplantae yarımaləminin Trebouxiophyceae sinfinə aid dəstələr. Dəstə: Chlorellales Dəstə: Microthamniales Dəstə: Prasiolales === Sinif: Ulvophyceae === Viridiplantae yarımaləminin Ulvophyceae sinfinə aid dəstələr. Dəstə: Bryopsidales Dəstə: Cladophorales Dəstə: Dasycladales Dəstə: Ignatiales Dəstə: Oltmannsiellopsidales Dəstə: Trentepohliales Dəstə: Ulotrichales Dəstə: Ulvales == İnfraaləm: Streptophyta == Viridiplantae yarımaləminin Streptophyta infraaləminə aid dəstələr. === Sinif: Klebsormidiophyceae === Viridiplantae yarımaləminin Klebsormidiophyceae sinfinə aid dəstələr. Dəstə: Klebsormidiales == Phragmoplastophyta == === Sinif: Charophyceae === Viridiplantae yarımaləminin Charophyceae sinfinə aid dəstələr.

Digər lüğətlərdə

аквариуми́ст булими́я до́пинг-контро́ль изыска́ть небо́сь оползти́ передви́жничество разлипа́ть различа́ться сезо́нница чуди́ть шевио́т электромонта́ж да́льше - больше несво́йственный неуклю́жесть обга́живать проморга́ть пустячо́к скра́шиваться pectase spatially аргонавт многострунный эллин