SIX

прил. 1. къалин, сигъ (мес. чӀарар); сигъдиз (къалиндиз, мукъвал-мукъвал) экъечӀнавай, хилер (пешер) сад сада акӀанвай (мес. там, валар); 2. нареч. сигъ; сигъдиз, сад-сада акӀана, сад-садав агатна, гзаф мукьвал (мес. акъвазун); сад-сада акӀурна (мес. эцигун); // прил. сигъ, гзаф мукьва (мес. алакъа).
SIĞORTALI
SIX-SIX
OBASTAN VİKİ
Sıx meşədə
Sıx meşədə (藪の中, Yabu no naka) — Yaponiya yazıçısı Rünoske Akutaqava tərəfindən yazılmış, ilk dəfə 1922-ci ildə nəşr edilmiş hekayə. Bu, 2014-cü ildə "The Telegraph" tərəfindən "bütün zamanların 10 ən yaxşı Asiya romanı" siyahısına daxil edilmişdir. "Sıx meşədə" hekayəsinə bir neçə dəfə başqa medialarda əsər tərtib edilmişdir. Akira Kurosava tərəfindən 1950-ci ildə hekayə əsasında çəkilmiş "Raşomon" filmi bir neçə mükafata layiq görülmüşdür. Hekayə cəsədi Kioto yaxınlığındakı bambuk meşəsində tapılmış gənc samuray Kanazava no Takehironun dəhşətli ölümü ətrafında cərəyan edir. Əvvəlki hadisələr ilk növbədə ətrafda olanlar, köməkçi polis məmurunun və onun tanışı, sonra isə üç əsas personajın – samuray, arvadı Masaqo və quldur Tacomarunun ifadələrinə əsasən təqdim edilir, lakin məlumatların ziddiyyətli olmasına görə həqiqət gizli qalır. == Nəşri == "Sıx meşədə" ilk dəfə Yaponiya aylıq ədəbiyyatı jurnal olan "Şinço"nun 1922-ci il yanvar sayında çıxmışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Murray, Giles. Breaking into Japanese Literature. Kodansha.
Sıx qarağac
Ulmus minor subsp. minor (lat. Ulmus minor subsp. minor) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin qarağackimilər fəsiləsinin qarağac cinsinın kiçik qarağac növünə aid bitki yarımnövü. == Təbii yayılması == Yabanı halda Şimali İranda və Qafqazda bitir. == Botaniki təsviri == Hündürlüyü 20 m-ə çatan ağacdır. Zoğları əvvəlcə sıx tüklü olur, sonralar tədricən tüksüzləşir, bozumtul-qonur və ya çılpaq, bəzən parıldayan, qırmızımtıl-qonur, tünd qəhvəyi rəngdədir. Yarpaqları uzunsov, ellipsvari və ya tərs-oval formalı, dərivari, üst tərəfdən çılpaq, parlaq, yaşıl, alt tərəfdən açıq-yaşıl, məxməri tüklüdür. Ayanın kənarı tam və ya enli, küt dişli, qaidəsi ürəkvari və ya zəif pazvari, üçbucaqlı və ya sivridir. Yarpaqların saplağı 0,5–1,5 sm uzunluqdadır.
Sıx dovşanalması
Sıx dovşanalması (lat. Cotoneaster adpressus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü. == Təbii yayılması == Təbii şəraitdə Çinin qərb rayonlarında bitir. == Botaniki təsviri == 1,5 m hündürlüyündə alçaqboylu koldur. Şaxələnmiş formasına və yerə yapışan zoğlarına görə bu cür adlanır. Xırda, tünd yaşıl rəngli yarpaqları budaqların üzərində sıx yerləşir. May ayından başlayaraq iyulun əvvəllərinə qədər çiçəkləyir. Çiçəkləmə dövründə çoxsaylı çəhrayı çiçəkləri onu bəzəyir, payızda çətiri al qırmızı meyvələrlə əhatə olunur. 9 yaşından bol çiçəkləyir və meyvə verir. Meyvələri oktyabr-noyabr aylarında tam yetişir.
May sıxıntısı (film, 1999)
May sıxıntısı — 1999-cu ildə rejissor və ssenarist Nuri Bilgə Ceylanın çəkdiyi Türkiyə filmi. == Film haqqında == Rejissorun ilk rəngli filmi və avtobioqrafik seriyanın ardı kimi yadda qalır. Bu filmdə də "Qəsəbə"də olduğu kimi rejissorun valideynləri, əmioğlusu Emin Toprak və dostu Müzəffər Özdəmir çəkilir. Film Nurinin böyüdüyü Yenicədə çəkilir. Yenə sırf bir mövzu yoxdu. Rejissor görüntülərlə və tamaşaçı düşüncələri ilə uyğunlaşdırılmış film çəkir. Bu dəfə xronometraj 2 saatdan da çox olur. Amma bu dəfə də filmin büdcəsi çox az olduğundan açıqlanmağa ehtiyac duyulmur. "May buludları" "Siyad mükafatları"nda, "Antalya", "İstanbul", "Ankara", "Buenos Ayres" və "İsgəndəriyyə" film festivallarında bolluca mükafatlar qazanır və rejissorun ildən ilə daha iddialı olduğunu sübuta yetirir.
Neftin sıxlığı
Neftin sıxlığı – neft və neft məhsullarının əhəmiyyətli və geniş istifadə olunan keyfiyyət göstəricilərindən biridir. Sıxlıq müəyyən temperaturda vahid həcmin kütləsi kimi müəyyən olunur və kq/m3, q/sm3 və ya q/ml ilə ifadə olunur.Praktikada çox vaxt ölçüsüz kəmiyyətdən – nisbi sıxlıqdan istifadə olunur. == Nisbi sıxlıq == Nisbi sıxlıq – neftin təyin olunma temperaturunda kütləsinin standart temperaturda (tst) eyni həcmdə götürülmüş suyun kütləsinə olan nisbətidir. Standart temperatur kimi su və neft məhsulları üçün ABŞ-da və İngiltərədə tst=15,60C, digər ölkələrdə, o cümlədən Azərbaycanda standart tst=+40C, təyin etmə temperaturu ttəy=200C qəbul olmuşdur. Nisbi sıxlıq ρ4 20 işarə olunur. Əksər neftlər və neft fraksiyaları üçün, xüsusən də böyük olmayan temperatur intervalında (0-500C-yə qədər) nisbətən az miqdarda bərk parafinlərə və aromatik karbohidrogenlərə malik neft fraksiyaları üçün sıxlığın temperaturdan asılılığı xətti xarakter daşıyır və aşağıdakı formul ilə ifadə olunur: ρ2= ρ1 – γ (t2 – t1) t1 – ölçmənin başlanğıc temperaturu, 0C; t2 - ölçmənin son temperaturu, 0C; γ - t2 – t1=1 olduqda, 10C -ə dəyişən sıxlığa düzəliş; ρ1 və ρ 2 uyğun olaraq t1 və t2 temperaturunda maddənin sıxlığıdır. Neft məhsulları üçün düzəliş qiymətləri γ = 0,00093 – 0,00132 (ρ4 20 – 0,7) formulu üzrə hesablanır. Karbohidrogenlərin nisbi sıxlığı aşağıdakı ardıcıllıq üzrə artır: Aromatik karbohidrogenlər > naftenlər> olefinlər>alkanlar. Əksər neftlərin sıxlıqları vahiddən kiçik olub. 0,80-0,9 q/sm3-a qədər olur.
Optik sıxlıq
Optik sıxlıq — işığın uducu mühitdə, aşkarlanmış fotolövhələrdə, işıq süzgəclərində və s. optik sistemlərdə udulmasını xarakterizə edən optik parametr. Buraxma əmsalının ( τ {\displaystyle \tau } ) tərs qiymətinin onluq loqarifmi ilə təyin olunur: D = lg ⁡ ( 1 / τ {\displaystyle D=\lg(1/\tau } ), yaxud D = lg ⁡ F d a x F x a r {\displaystyle D=\lg {\frac {F_{dax}}{F_{xar}}}} . Burada Fdax və Fxar uyğun olaraq verilmiş dalğa uzunluğuna malik işığın obyektə daxil olma və ondan xaric olma intensivliyidir. D=4 olması o deməkdir ki, işıq 104=10 000 dəfə zəifləyib, yəni insana bu, mütləq qara obyekt kimi görsənir. Optik sıxlıq monoxromatik şüalanma zamanı additiv kəmiyyətdir, yəni ardıcıl qoyulmuş bir neçə obyektin optik sıxlığı bu obyektlərin optik sıxlıqının additiv cə-minə bərabərdir. Şüalanma qeyri-monoxromatik olduqda, udma qabiliyyətinə malik olan obyektlərin optik sıxlığı ayrı-ayrı obyektlərin optik sıxlığının cəmindən kiçikdir. Səpici olmayan bircins mühitlər monoxromatik şüalanmaya məruz qaldıqda (uducu layın üzlərindən qayıtma nəzərə alınmadıqda) onların optik sıxlıqğı D= κ {\displaystyle \kappa } cl kimi təyin olunur (c—konsentrasiya, l—uducu mühit layının qalınlığı, κ {\displaystyle \kappa } —maddə-nin vahid konsentrasiyasın müvafiq udma əmsalıdır). Uducu layın işıq düşən və çıxan üzlərindən qayıtma baş verdiyi nəzərə alındıqda D = κ {\displaystyle \kappa } cl— lg[(1— R1) (1— R2)] olur (R1 və R2 uducu mühit üzlərinin qaytarma əmsallarıdır). Mühit qismən səpici olduqda optik sıxlıq düşən işıq dəstəsinin forma və ölçülərindən asılı olur.
Sıxlaşdırıcı sürtkülər
Sıxlaşdırıcı sürtkülər – boru kəmərlərinin bağlayıcı armaturlarının, müxtəlif birləşmələrin boşluqlarının – yivli, flans və s. hermetikləşməsi üçün işlədilir. Onlar maye, qaz, buxar, tozların sıx olmayan hissələrə girməsinin qarşısını almağa kömək edirlər. Onlardan texnikanın konservasiyası zamanı saxlanılan məmulatların, maşınların, mexanizmlərin daxilinə rütubətin və korroziyal-aktiv maddələrin düşməsinin qarşısını aımaq üçün də istifadə edirlər. == Funksiyası == Sıxlaşdırıcı sürtkülər kipləşmədən başqa hissələrin çoxunda antifriksion və mühafizə sürtküləri funksiyalarını yerinə yetirirlər. Sıxlaşdırıcı sürtkülərin bəziləri karbohidrogenli yanacaqla, raket yanacağı komponentləri ilə və başqa aqressiv mayelərlə, su ilə onların buxarları ilə və s. kontakt şəraitində istifadə olunur. == İrəli sürülən tələblər == Sıxlaşdırıcı sürtkülərə aşağıdakı tələblər irəli sürülür: – yüklənmənin təsiri altında temperatur artdıqda və başqa amillərin təsirindən dağılmamağı və sıxıcılardan axmaması; – saxlanma şəraitində və sıxlaşdırıcı qurğularda öz xassələrinin dəyişməməsi; – antifriksion və mühafizə sürtküləri funksiyalarını yerinə yetirərkən uyğun xassələrin zəruri səviyyəsinə malik olması. == Fiziki — kimyəvi xassələri == Sıxlaşdırıcı sürtkülər ən müxtəlif şəraitdə: qurğunun kipləşdirməyə qədər və sonrakı təzyiq dəyişmələrində, vakuum şəraitdə, temperaturun 50-dən 2000C-dək, ayrı-ayrı birləşmələrdə isə hətta 10000C və daha çox dəyişmələrində işlənə bilər. Sıxlaşdırıcı sürtkülərin elastiki plastiklik xassələri qurğuların sıxlaşdırılmasına qədərki və sonrakı təzyiq dəyişmələri şəraitində istifadə zamanı xüsusi əhəmiyyət kəsb edir.
Sıxlıq
Sıxlıq — cismin kütləsinin onun həcminə nisbətinə bərabər olan fiziki kəmiyyətə deyilir. BS-də vahidi kq/m³-dir. Sıxlıq skalyar kəmiyyətdir. Maddələrin sıxlıqları müxtəlif olur. Suyun sıxlığı 1000 kq/m³-dir. == Düsturu == Sıxlığın düsturu aşağıdakı kimi ifadə olunur: ρ = m V , {\displaystyle \rho ={\frac {m}{V}},} Burada "m" — cismin kütləsi, "V" — cismin həcmidir. Sıxlığın BS-də vahidi kq/m³, SQS-də isə q/sm³-dir. Bəzən qazların sıxlıqlarını hesablayan zaman aşağıdakı düsturdan istifadə edilir. ρ = M V m , {\displaystyle \rho ={\frac {M}{V_{m}}},} Burada "M" — qazın molyar kütləsi, V m {\displaystyle V_{m}} — qazın molyar həcmidir (normal həcmdə qazın həcmi 22,4 l/mol-dur).
Sıxtoraşen
Şıx Dursun (əvvəlki adı: Sıxtoraşen) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Qırmızı Bazar qəsəbə inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Sıxtoraşen kəndi Şıx Dursun kəndi adlandırılmışdır. 2 oktyabr 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Şıx Dursun kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində yenidən Azərbaycan Respublikasının nəzarətinə qayıdıb. == Toponimikası == XIX əsrin 20-ci illərində İrandan köçüb gəlmiş erməni ailələri burada məskunlaşdıqdan sonra kəndi Sıxtoraşen (erm. "sarımsaqlı kənd") adlandırmışdılar. 1992-ci ildə kəndin əvvəlki adı bərpa edilmişdir. Kənd Şeyx Dursun adlı şəxsin adını daşıyır. == Tarixi == === Tarixi abidələri === Şıx Dursun kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd Köndələnçayın (Arazın qolu) sahilində yerləşir.
Sıxyarpaq gəvən
Sıxyarpaqlı gəvən
Sıxçiçək akasiya
Sıxçiçək akasiya (lat. Acacia pycnantha) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. == Arealı == Avstraliya üçün endemik növdür. == Sinonimləri == Acacia leiophylla "Benth., p.p." Acacia petiolaris Lehm. Acacia pycnantha var. petiolaris H.Vilm.
Sıxçiçək sığırquyruğu
Uca sığırquyruğu (lat. Verbascum densiflorum) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin qaraşəngikimilər fəsiləsinin sığırquyruğu cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Uca sığırquyruğu iriçiçəkli keçəyəbənzər tükcüklü, birinci il inkişaf edərək kök üstündə olan çətir və yarpaqlar, ikinci il isə generativ gövdə əmələ gətirir. Gövdəsi budaqlanmayan hündürlüyü 2 m-ə qədərdir. Kök üstündə olan yarpaqları oturaq və ya qısasaplaqlı, uzunsov və ya uzunsov-ellipsşəkilli, iriçəpərli kənarları, gövdəsi növbəli, bütün uzunluğu boyu sallanmış buğumarasından, aşağı hissəsi uzunsov, yuxarı hissəsi yumurtavari, itiuclu olub, kənarları dişlidir. Çiçəkləri sarı, azacıq qeyri-düzgün və beşüzvlü, olub, 3-4,5 sm diametrinə bərabərdir. Meyvəsi qutucuqdur. İyun-avqust aylarında çiçəkləyir. Bütün bu növlər sarı və ya çəhrayı rəngli, erkəkcik sapından ibarət olmaqla, aydın görünən tükcüklərdən ibarətdir. Çəmənliklərdə, meşənin kənarında, qumluqlarda, dağ döşündə yamaclarda, dəmir yollarının kənarlarında, istifadəsiz və təzə meşə salınan yerlərdə rast gəlinir.
Sıxçiçək zirinc
Tamkənarlı zirinc (lat. Berberis integerrima) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü. == Təbii yayılması == Qafqazda və Türkiyədə yayılıb. == Botaniki təsviri == Hündürlüyü 4 m-ə çatan çoxşaxəli koldur. Qopartikanları alt budaqlarda sadədir. Cavan budaqlarının qabığı sarımtıl rənglidir. Yarpaqları tərd-yumurtavari və ya uzunsovdur, saplağa tərəf daralandır, üst hissədəkilər tamkənarlı, aşağıdakılar yuxarı yönəlmiş tikanlı-dişlidir. Çiçəkləri çoxçiçəkli sıx salxımlarda yerləşir. Giləmeyvələri yumurtavari, girdədir, bəzən bir qədər uzunsov olur, uzunluğu 5-6 mm-dir, təqribən çiçək saplağına bərabərdir, turşdur. Aprel-may aylarında çiçəkləyir.
Sıxçiçək öküzboğan
Sıxçiçək öküzboğan (lat. Bupleurum densiflorum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin öküzboğan cinsinə aid bitki növü.
Sıxçiçəkli bellevaliya (Yabanı sünbülçiçək)
Sıxçiçəkli kəpənəkçiçəyi
Aconitum anthora (lat. Aconitum anthora) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin kəpənəkçiçək cinsinə aid bitki növü.
Sıxçiçəkli şam
Pinus densiflora (lat. Pinus densiflora) — şamkimilər fəsiləsinin şam ağacı cinsinə aid bitki növü. Yaponiya , Koreya və Çin in dağ meşələrində dəniz səviyyəsindən 1000–2000 m hündürlükdə, Tunberqa şamı (Pinus Thunbergii Parl.), Zibolda tsuqası (Tsuga Sieboldii Carr.), həmişəyaşıl palıdlarla, müxtəlif iynəyarpaqlı, yarpağı tökülən ağaclarla birlikdə bitir. Hündürlüyü 20–35 m-ədək, gövdəsinin diametri 1-1,3 m olan ağacdır. Qabığı açıq qırmızımtıl-qonur, hamar, nazikdir. Qoca gövdələrin aşağı hissəsi tünd-qonur rəngli olub, dərin uzunsov çatlara bölünür. Yaşlandıqda çətirvarı budaqları hündür, üfüqi yaruslarla yerləşir. Zoğları sarımtıl-qonur, mum örtüklüdür. Tumurcuqları silindrik, ucu biz, qırmızı-qonur, enli-neştərvaridir. Tumurcuqların qabıqları tünd-qonur, kənarlarında sıx yerləşmiş açıq saçaqlıdır.
Uzunmüddətli sıxılma sindromu
Uzunmüddətli sıxılma sindromu (Travmatik toksikoz, Kraş-sindrom) (ing. Crush syndrome) — Bədənin hər hansı bir hissəsinin 2-4 saat və daha çox sıxılması nəticəsində zədələnmiş yerdən distalda yerli qan dövranının pozulmasına və yumşaq toxumaların dağılmasına uzunmuddətli sıxılma sindromu deyilir. == Tarixi == Sindromu ilk dəfə 1918-ci ildə Birinci Dünya müharibəsi zamanı fransız cərrah Kenyu (E. Quenu, 1918) tərəfindən təsvir edilmişdir. 1941-ci ildə, İkinci Dünya müharibəsi dövründə, alman təyyarələri tərəfindən Londonun bombalanması zamanı qurbanların müalicəsində iştirak edən İngilis alimi Bayuoters (E. Bywaters) Bu sindromu araşdırılması zamanı nozoloji müstəqil bir vahid olaraq təcrid etmişdir (qurbanların % 3,5-də müşahidə edilmişdir). == Kliniki əlamətləri == Bu sindromun əsas kliniki əlamətləri sıxılmış toxumalar azad olduqdan sonra başlayır. Uzunmüddətli sıxılma sindromu toxuma və üzvlərdə baş vermiş zədəyə görə aşağıdakı qaydada təsnif olunur: toxumanın sıxılma növünə görə (sıxılma, əzilmə); yerləşməsinə görə (yuxarı, aşağı ətraflar, çanaq, qarın, döş); müştərəkliyinə görə (örtük toxumaların cırılması, sınıqlar, damar, sinir, daxili üzvlərin, baş-beyin və onurğa beyin zədələnmələri ilə); qarışıqlığına görə (yanıq, donma, şüalanma, zəhərləyici maddələrin iştirakı ilə); dərəcəsinə görə (yüngül, orta, ağır); dövrünə görə (sıxılma, erkən şok, böyrək çatışmazlığı, gecikmiş fəsadlar və sağalma); fəsadlarına görə (ətrafların, daxili üzvlərin sıxılması, irinli infeksiyanın inkişafı). == Yaranma səbəbəi == Təbii fəlakətlər (zəlzələ), texniki (şaxtaların uçması), istehsalat, nəqliyyat qəzaları, partlayışlar (bomba) zamanı insan bədəninin hər hansı bir hissəsi üzərinə sıxıcı amillərin (beton, dəmir lövhələr, ağır mexanizmlər, torpaq, ağac) təsirindən toxumalar dağılır (əzilir, didilir), sıxılır və yerli qan dövranı pozulur. Sıxılmış toxumalarda irimənfəzli arterial və venoz damarların sıxılması ilə əlaqədar mikrosirkulyasiya pozulur. Toxumalarda kəskin hipoksiya, metabolik asidoz inkişaf edir və işemik nekroz yaranır. == Uzunmüddətli sıxılma sindromu dövrə ayrılır == Uzunmüddətli sıxılma sindromunun kliniki gedişi üç dövrə ayrılır: şok dövrü - ödemin artması və damar çatışmazlığı 1-3 gün davam edir; kəskin böyrək çatışmazlığı dövrü -3-9 gün davam edir; sağalma dövrü.
Uzunmüddətli sıxılma sindromu (Travmatik toksikoz, Kraş-sindrom)
Uzunmüddətli sıxılma sindromu (Travmatik toksikoz, Kraş-sindrom) (ing. Crush syndrome) — Bədənin hər hansı bir hissəsinin 2-4 saat və daha çox sıxılması nəticəsində zədələnmiş yerdən distalda yerli qan dövranının pozulmasına və yumşaq toxumaların dağılmasına uzunmuddətli sıxılma sindromu deyilir. == Tarixi == Sindromu ilk dəfə 1918-ci ildə Birinci Dünya müharibəsi zamanı fransız cərrah Kenyu (E. Quenu, 1918) tərəfindən təsvir edilmişdir. 1941-ci ildə, İkinci Dünya müharibəsi dövründə, alman təyyarələri tərəfindən Londonun bombalanması zamanı qurbanların müalicəsində iştirak edən İngilis alimi Bayuoters (E. Bywaters) Bu sindromu araşdırılması zamanı nozoloji müstəqil bir vahid olaraq təcrid etmişdir (qurbanların % 3,5-də müşahidə edilmişdir). == Kliniki əlamətləri == Bu sindromun əsas kliniki əlamətləri sıxılmış toxumalar azad olduqdan sonra başlayır. Uzunmüddətli sıxılma sindromu toxuma və üzvlərdə baş vermiş zədəyə görə aşağıdakı qaydada təsnif olunur: toxumanın sıxılma növünə görə (sıxılma, əzilmə); yerləşməsinə görə (yuxarı, aşağı ətraflar, çanaq, qarın, döş); müştərəkliyinə görə (örtük toxumaların cırılması, sınıqlar, damar, sinir, daxili üzvlərin, baş-beyin və onurğa beyin zədələnmələri ilə); qarışıqlığına görə (yanıq, donma, şüalanma, zəhərləyici maddələrin iştirakı ilə); dərəcəsinə görə (yüngül, orta, ağır); dövrünə görə (sıxılma, erkən şok, böyrək çatışmazlığı, gecikmiş fəsadlar və sağalma); fəsadlarına görə (ətrafların, daxili üzvlərin sıxılması, irinli infeksiyanın inkişafı). == Yaranma səbəbəi == Təbii fəlakətlər (zəlzələ), texniki (şaxtaların uçması), istehsalat, nəqliyyat qəzaları, partlayışlar (bomba) zamanı insan bədəninin hər hansı bir hissəsi üzərinə sıxıcı amillərin (beton, dəmir lövhələr, ağır mexanizmlər, torpaq, ağac) təsirindən toxumalar dağılır (əzilir, didilir), sıxılır və yerli qan dövranı pozulur. Sıxılmış toxumalarda irimənfəzli arterial və venoz damarların sıxılması ilə əlaqədar mikrosirkulyasiya pozulur. Toxumalarda kəskin hipoksiya, metabolik asidoz inkişaf edir və işemik nekroz yaranır. == Uzunmüddətli sıxılma sindromu dövrə ayrılır == Uzunmüddətli sıxılma sindromunun kliniki gedişi üç dövrə ayrılır: şok dövrü - ödemin artması və damar çatışmazlığı 1-3 gün davam edir; kəskin böyrək çatışmazlığı dövrü -3-9 gün davam edir; sağalma dövrü.
Verilənlərin sıxlaşdırılması
Verilənlərin sıxlaşdırılması (en. data compression), (ru. сжатие данных), (tr. veri sıkıştırma) – verilənlərin ötürülməsində, verilənlər bazasının idarəedilməsi sistemlərində, faksimil rabitəsində, proqramların və verilənlərin disklərdə saxlanmasında, informasiyanın daha səmərəli ötürülməsi və ya saxlanılması məqsədilə onların "sıxılması". Sıxlaşdırmanın ən məşhur üsullarından biri olan açar sözlərin kodlaşdırılmasında tez-tez rast gəlinən hər bir söz (məsələn, "the" və ya "here") ikibaytlı nişan ilə əvəz edilir; nəticədə mətn faylında hər bir belə sözə görə bir və ya daha artıq bayta qənaət edilir. A. Lempel’in və İ. Ziv’in işləyib hazırladıqları sıxlaşdırma üsulunda bütün artıq verilənlərin uzaqlaşdırılması nəzərdə tutulur. Verilənlərin sıxlaşdırılmasının müasir proqram və aparat vasitələrinin praktiki olaraq hamısı Lempel-Ziv alqoritminə (LEMPEL-ZIV CODING) əsaslanır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Əhali sıxlığı
== Dünya ölkələrinin əhali sıxlığı göstəriciləri ==
Əhali sıxlığına görə ölkələr siyahısı
Əhalinin dinamikası onun təbii artımını, doğum və ölüm göstəricilərinin fərqini müəyyən edir. Cəmiyyətin uzunmüddətli tarixi inkişafı əhalinin çox zəif artımı ilə xarakterizə olunur ki, bu da məhsuldar qüvvələrin inkişaf səviyyəsi ilə izah olunur. Demoqraflar əhalinin artım templərinin dəyişməsini 4 mərhələyə ayırırlar. Birinci mərhələ üçün yüksək doğum və nisbətən aşağı ölüm səciyyəvidir. Təbii artım bu mərhələdə kifayət qədər yüksəkdir. Bəzən bu mərhələni demoqrafik inqilab adlandırırlar. İnkişafda olan ölkələrin çoxunda vəziyyət demoqrafik keçidin bu mərhələsinə uyğun gəlir. Məhz bu demoqrafik partlayış adlanır. Bu ölkələrdə hər qadına 3–4 uşaq düşür. İkinci mərhələ çoxuşaqlı ailələrdən az uşaqlı ailələrə keçid kimi səciyyələndirilir.
Əhali sıxlığına görə ölkələrin siyahısı
Əhalinin dinamikası onun təbii artımını, doğum və ölüm göstəricilərinin fərqini müəyyən edir. Cəmiyyətin uzunmüddətli tarixi inkişafı əhalinin çox zəif artımı ilə xarakterizə olunur ki, bu da məhsuldar qüvvələrin inkişaf səviyyəsi ilə izah olunur. Demoqraflar əhalinin artım templərinin dəyişməsini 4 mərhələyə ayırırlar. Birinci mərhələ üçün yüksək doğum və nisbətən aşağı ölüm səciyyəvidir. Təbii artım bu mərhələdə kifayət qədər yüksəkdir. Bəzən bu mərhələni demoqrafik inqilab adlandırırlar. İnkişafda olan ölkələrin çoxunda vəziyyət demoqrafik keçidin bu mərhələsinə uyğun gəlir. Məhz bu demoqrafik partlayış adlanır. Bu ölkələrdə hər qadına 3–4 uşaq düşür. İkinci mərhələ çoxuşaqlı ailələrdən az uşaqlı ailələrə keçid kimi səciyyələndirilir.
Əhalinin sıxlığı
== Dünya ölkələrinin əhali sıxlığı göstəriciləri ==
Sıxçiçəkli bellevaliya

Digər lüğətlərdə