SIXINTI

is.
1. Çətinlik, qısıntı, yoxsulluq, ehtiyac, korluq, güzəran ağırlığı.
[Əmrah] başdan-ayağa sıxıntı, fəryadla yoğrulmuş bir həyatdan küsməkdə haqlı idi. M.Hüseyn.
Durnanın uşaqlığı sıxıntı içərisində keçmişdi. Ə.Sadıq.

□ Sıxıntı çəkmək1) maddi cəhətdən çətinlik çəkmək, korluq çəkmək, ehtiyac içində olmaq.
Min sıxıntı çəkirsən, güzəranın ağırdır; Dərdini eşitməyir tanrın, niyə, sağırdır? N.Rəfibəyli;

2) əzab çəkmək, əziyyət çəkmək.
[Aydəmir İnciyə:] İstəmirəm sən mənimçin bir sıxıntı çəkəsən, sənin adın çəkilsin. C.Cabbarlı.

2. Darısqallıq nəticəsində duyulan narahatlıq. Ailə bir otaqda sıxıntı içərisindədir.
[Kənd məktəbinin müəllimi:] Sizin evdə [müəllim] sıxıntı çəkər. Ə.Haqverdiyev.

Синонимы

  • SIXINTI utanma — karıxma — çaşma — pərtlik
  • SIXINTI qüssə — kədər — qəm

Антонимы

  • SIXINTI SIXINTI – SƏRBƏST Əksinə, sərbəst tərpənməsinə, adam içində sıxıntı çəkməməsinə çalışırdı (M.İbrahimov)
SIXILMAQ
SIXINTILI
OBASTAN VİKİ
Sıxıntı
Kədər və ya qəm — mənfi duyğu və ya bədbəxt olmaq hissi.
May sıxıntısı (film, 1999)
May sıxıntısı — 1999-cu ildə rejissor və ssenarist Nuri Bilgə Ceylanın çəkdiyi Türkiyə filmi. == Film haqqında == Rejissorun ilk rəngli filmi və avtobioqrafik seriyanın ardı kimi yadda qalır. Bu filmdə də "Qəsəbə"də olduğu kimi rejissorun valideynləri, əmioğlusu Emin Toprak və dostu Müzəffər Özdəmir çəkilir. Film Nurinin böyüdüyü Yenicədə çəkilir. Yenə sırf bir mövzu yoxdu. Rejissor görüntülərlə və tamaşaçı düşüncələri ilə uyğunlaşdırılmış film çəkir. Bu dəfə xronometraj 2 saatdan da çox olur. Amma bu dəfə də filmin büdcəsi çox az olduğundan açıqlanmağa ehtiyac duyulmur. "May buludları" "Siyad mükafatları"nda, "Antalya", "İstanbul", "Ankara", "Buenos Ayres" və "İsgəndəriyyə" film festivallarında bolluca mükafatlar qazanır və rejissorun ildən ilə daha iddialı olduğunu sübuta yetirir.

Значение слова в других словарях

отпи́ливаться бо́нна вя́нуть забо́йщицкий запре́ть ковыря́ть неонаци́стка пе́чень проситься на язы́к протара́нить семигла́вый со всего ма́ху собра́ть сосредота́чивать флейцева́ние тетка Чудское camera fish-eater gruntle lordship lubra perissad plunger-pump кимберлитовый