SIĞAL

is. [ ər. seyqəl]
1. Bir şeyin üzərinə əlini yavaş-yavaş gəzdirmək və ya ona xəfif-xəfif toxundurmaqla öz sevgisini, nəvazişini göstərmə.
□ Sığal çəkmək məc. – oxşamaq, tumarlamaq, sığallamaq.
Meh sığal çəkən zaman aqronomun telinə; Bir ovuc torpaq aldı o, fərəhlə əlinə. M.Rahim.
Dağların küləyi, bağların mehi; İncik ruhumuza bir sığal çəkir. B.Vahabzadə.

2. Cila, süs, bəzək.
□ Sığal vermək (vurmaq, çəkmək) – bəzək, süs vermək, yaraşıq üçün saçlarına, üst-başına səliqəli görkəm vermək.
Canan sığal vurub çıxır otaqdan; Nə gözəl yaraşır bu gediş ona. S.Vurğun.
O, fikrində bu məsələni vuruşdurduğu zaman Qərənfil Nərgizə sığal verdi. Ə.Vəliyev.
Gözə sürmə, tellərinə sığal çək; Sənə heyran olub çəmən, gül, çiçək. A.Şəmşir.

Синонимы

  • SIĞAL cila — süs — bəzək
  • SIĞAL tumar
SIĞA
SIĞALLAMA
OBASTAN VİKİ
Qanadlarıma sığal çək (film, 2008)
== Məzmunu == Film yeniyetmə qızın atası yaşında kişiyə sevgisindən bəhs edir. == Film haqqında == Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi "Bu meydan, bu ekran" müsabiqəsi çərçivəsində çəkilmiş və bu müsabiqənin 2008-ci ildəki qalibi olmuşdur. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi : Orxan Fikrətoğlu Quruluşçu rejissor : Samir Kərimoğlu Quruluşçu operator : Mətləb Yaquboğlu Rəssam : Tofiq Ağayev Prodüser : Cavid İmamverdiyev İşıq : Mətləb Yaquboğlu, Taleh Məhərrəmov Orijinal musiqi : H.O.S.T., Elvin Əmrahlı, Elxan Zeynallı, Fərhad Şabanov, Pərviz Ramizoğlu, Fərid Orduxan, Camal Əli, Əli Qara, Orxan Zeynallı Qrim : Milarə Kazımova Rejissor assistenti : Anar Mahmudov Operator köməkçiləri : Aqil Həsənov, Seynur Əhədov Montaj edən : Samir Kərimoğlu Qrafika və animasiya : Fərid Yusifoğlu, Əsgər Rəhimov Səs rejissoru : Pərviz Ramizoğlu Texniki dəstək : Butafilm, İlqar Nəcəf, Səbuhi Əhədov === Rollarda === Əli İsa Cabbarov İnna Xripunova İlahə Səfərova Nadir Musayev Səmimi Fərhad Taleh Məhərrəmov Ramin Şıxəliyev Mir Zahid Qafarov Mir Sadiq Ağayev === Filmi səsləndirənlər === Səbinə Abdullayeva Asif Rüstəmov == Sponsor == Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi == İstinadlar == == Mənbə == "Bu meydan, bu ekran-2008". //"Cinema News" jurnalı.- 2008.- iyun.- səh. 27.
Sığaloni
Sığaloni — Azərbaycan Respublikasının Astara rayonunun inzibati ərazi vahidində kənd. == Etimologiyası == Sığ talış dilindəki «daş», «a» birləşdirici sait, loni (lonu) «bulaq» mənasındadır (Daşlı bulaq kəndi).

Значение слова в других словарях

бытописа́тель общи́панный отопи́тельный по́дглази прожа́рить захло́пыванье как нельзя бо́льше коново́д набра́сывать пища́ль ра́зный bossism careerist hydraulicon insect-pollinator ode unclad Ural Mountains working bee крысолов мучиться плодиться приотворять разгромить старообрядец