SIĞALLAMAQ

f. Əllərini, barmaqlarını bir şeyin üzərində xəfifcə gəzdirərək onu hamar şəklə salmaq, düzəltmək; tumarlamaq. Saqqalını sığallamaq. Saçlarını sığallamaq. Telini sığallamaq.
// Masaj eləmək, ovmaq.
Əlacı üzülmüş Nərgiz gah oğlunu dilə tutur, gah qarıya kömək eləyib uşağın qarnını sığallayır. Ə.Vəliyev.

// Nəvaziş, mehribanlıq, riqqət, oxşama əlaməti olaraq əlini xəfifcə birinin başına və ya üstünə sürtmək, çəkmək.
Kosa isə öz işində olmaqla toyuqlardan tutub başını sığallayır və buraxırdı. S.Rəhimov.
Kabla Novruzqulu [uşaqları] öpüb, sığallayıb, hərəsinin ovcuna bir ağ pul bayramlıq basardı. H.Sarabski.

// Məc. mənada.
Ləpələr sığallayır nəhəng gövdəsini “Avrora”nın; Yuxulu bir ananın əli kimi. R.Rza.

Синонимы

  • SIĞALLAMAQ SIĞALLAMAQ (nəvaziş əlaməti olaraq əlini xəfifcə üstünə və başına sürtmək) Əmir yenə də qızının başını sığallayaraq sual verdi (M
  • SIĞALLAMAQ tumarlamaq — ovuşdurmaq — oxşamaq — ütüləmək — hamarlamaq
SIĞALLAMA
SIĞALLANMA

Значение слова в других словарях

запове́дник ретира́да стюард вы... желчнока́менная болезнь море́на ну́-кася очугуне́ть разреша́ться топоту́шка це́нный чуфыскать counting board crawlist desurfacing factionary heteropolar motorman paraselene referendary thyme добродетельный дура клавиша миллионный