SIĞIRÇI

(Ağstafa, Barana, Kəlbəcər, Qax, Qazax, Şəki, Şəmkir)
naxırçı. – Bizim kətdə bir yaxşı sığırcı var, malları vaxdında aparer, vaxdında da gətirer (Qazax); – Sığırçının nobata gələsi gün çatıy (Qax); – Sığırçının vəziyyəti çovanınkınnan yunuludu (Şəmkir)
SIĞIRBUĞA
SIĞIRDİLİ
OBASTAN VİKİ
Sığırçı durnalar
Sığırçı durnalar (lat. Aramidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinə aid heyvan fəsiləsi.
Motsartın sığırçını
Volfqanq Amadey Motsartın Vyanada yaşadığı illərdə (1782-1786) yaradıcılığında əsasən fortepiano konsertləri üstünlük təşkil edirdi. Kompozitor bu tip 15 musiqi yazmışdır. Hansı ki, bunların çoxu Mostartın instrumental yaradıcılığının zirvəsi hesab olunur. Motsart heyvanları çox sevirdi və daha çox da quşlara diqqət ayırardı. Kompozitor Sol mojor (G -DUR) konsertini yazdıqdan sonra onun final hissəsini (Allegretto) şəhərdə olan bir quş mağazası önündə oxumuşdur. Abert Hermana görə, «sığırçın bu melodiyanı özünəməxsus dəyişərək yenidən təkrarlamışdır, bu Motsartın xoşuna gəlmiş və həmən sığırçını almışdır». Motsartın xərclər dəftərində bu barədə qeyd var: «27 may 1784-ci il. Sığırçın quşu - 34 kr (kreyser). Qeydin yanında sığırçının ifa etdiyi melodiya yazılmışdır: Motsart əlavə olaraq yazmışdır: «Bu çox əla idi!». Motsartın qeydlərinə əsasən məlum olur ki, sığırçın fermatanı (səsin, pauzanın davam etdirilməsini bildirir) doğru yerləşdirmirdi.
Sığırçın
Sığırçın (lat. Sturnus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin sığırçınlar fəsiləsinə aid heyvan cinsi.
Sığırçınlar
Sığırçınlar (lat. Sturnidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinə aid heyvan fəsiləsi. == Haqqında == Möhkəm bədən quruluşu xırda ölçülü quşlardır. Dimdiyi nisbətən gödək, ayaqları güclüdür. Rənginə parlaq metallik tonlar vardır. Müxtəlif landşaftlarda məskunlaşır. Həşərat, giləmeyvə, meyvələrlə qidalanır. Faydalı quşlardı ancaq bəzi yerlərdə üzüm plantasiyalarına və giləmeyvələrə ziyan vurur. == Azərbaycanda yayılması == Azərbaycan faunasına 2 növü olan sığırçın və 1 növü olan mayna cinsləri daxil olur.
Adi sığırçın
Adi sığırçın (lat. Sturnus vulgaris) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin sığırçınlar fəsiləsinin sığırçın cinsinə aid heyvan növü. Azərbaycanda 4 yarımnövü qeydə alınmışdır. Qafqaz yarımnövü Samur, Dəvəçi ovalığını, Lənkəran sahəsini, Kiçik Qafqazın dağətəklərində məskunlaşır. Qalan 2 yarımnöv aran rayonlarda qışlamada müşahidə olunur. Yaşlı sığırçın qara rəngdə parlaq metallik çalarlıdır. Qanadları və quyruğu qonurdur. Payız-qış mövsümündə bütün bədəni sıx-ağ çillərlə örtülür. Cavanlar qonurdur. Sürü halında gəzir.

Digər lüğətlərdə

дистиллиро́ванный зажа́тость ко́кковый нескро́мность образно́й ощеря́ть пересви́стываться пообъе́сть сда́вленно трепа́ч огля́дка отрыга́ть су́дорожный тренажёрный платина apothecary cowboys and Indians holed miminy-piminy postmedieval supersensible жать загибать несвязный фаготерапия