SƏBAHƏDDİN

Ərəbcə “dinin sabahı” (gələcəyi) deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

SƏBA
SƏBİNƏ
OBASTAN VİKİ
Səbahəddin Şimşir
Səbahəddin Şimşir (türk. Sebahattin Şimşir; 9 fevral 1966, Balıkəsir ili) — Türkiyə tarixçisi, Azərbaycan siyasi mühacirət tarixinin araşdırıcısı, tərcüməçi, tarix elmləri doktoru, professor. == Həyatı == Səbahəddin Şimşir 9 fevral 1966-cı ildə Türkiyə Cümhuriyyətinin Balıkesir bölgəsinin Kayapa ilçəsinə bağlı İvrindi məhəlləsində anadan olmuşdur. Kayapa ibtidai məktəbini, Bandırma Şəhid Süleyman bəy orta məktəbini, Balıkesir Muharrem Hasbi Koray Liseyini bitirmişdir. 1990-cı ildə Ege Universitetinin Ədəbiyyat fakültəsinin Tarix bölümündən məzun olmuşdur. Təhsilini bitirdikdən sonra Ege Universitetinin Tarix bölümündə müəllim kimi çalışmağa başlamışıdr. Magistratura və doktorantura təhsilini Ege Universiteti Sosial Elmlər İnstitutunda (Sosyal Bilimlər Enstitüsü) tamamlamışdır. 2001-ci ildə de Balıkesir Universiteti Atatürk İlkeləri ve İnkılab Tarixi bölümündə müəllim kimi fəaliyyətə başlamışdır. 2002-ci ildə Balıkesir Universitetinin Tarix bölümündə Türk dünyası tarixi ixtisası üzrə dosent əvəzi, daha sonra dosent adını almışdır. 2004–2008-ci illərdə Qazaxıstanın Almatı şəhərindəki Abay Dövlət Pedaqoji Universitetində bölüm başkanı kimi fəaliyyət göstərmişdir.
Səbahəddin Əli
Səbahəddin Əli (d. 25 fevral, 1907 – ö. 2 aprel, 1948) — Türkiyə şairi və yazıçısı. == Həyatı == Səbahəddin Əli (1907-1948) Türkiyədə olduğu kimi, bizdə də ilk əvvəl hekayə və roman yazarı kimi tanınır. Əslində, ədibin həyatı və yaradıcılığı, haqqında daha çox söz deməyə imkan verir. Hazırda Bolqarıstan ərazisində qalan Eğridere qəsəbəsində əsgər ailəsində anadan olub. Atası ilə Çanaqqala döyüşü zamanı Edremitə köçür. Burada 1918-1921 illəri arası ibtidai təhsil alır. Atası yunan işğalı dövrü burada ticarətlə məşgul olur. Gənc yaşında içinə düşdüyü bu Anadolu kənd və qəsəbələri ilk romanı Kuyucaklı Yusif üçün qaynaq olur.
Mehmed Səbahəddin bəy
Mehmed Səbahəddin bəy (d. 13 fevral 1879 — ö. 30 iyun 1948) — türk siyasətçi, sosioloq və filosofu. Anası Osmanlı sülaləsinə mənsub olduğu üçün Sultanzadə olaraq anılır. == Həyatı == === İlk illəri === 1879-cu ildə İstanbulda dünyaya gəlmişdir. Anası Sultan Əbdülməcidin qızı və Sultan Əbdülhəmidin ögey bacısı Səniha Sultan, atası isə kaptan-ı dərya Xəlil Rüfət Paşanın oğlu Mahmud Cəlaləddin Paşa idi. Dövrün ən güclü alimlərindən xüsusi dərslər aldı və əsl qərbli kimi böyüdüldü. Sultan Əbdülhəmidin ən yaxın adamlarından biri olan atası Mahmud Paşa ədliyə naziri olduğu müddətdə Çırağan hadisəsinə adı qarışmış, bu səbəblə vəzifədən alınaraq haqqında məhkəmə prosesi açılmışdır. Bu müddət ərzində atası o və qardaşı Lütfullah bəyin təhsili ilə yaxından məşğul olmuş, Səbahəddin bəy fransız dilini öyrənmişdir. === Mühacirət illəri və siyasi fəaliyyəti === Atası Mahmud Paşa 1899-cu ildə Sultan Əbdülhəmidə olan müxalifliyi səbəbilə o və qardaşı Lütfullah bəylə birlikdə Avropaya qaçdı.

Digər lüğətlərdə

вы́горевший кастра́т ке́мпинговый колхо́з припря́тать разъе́здить расчётистый гра́дина комбри́г ла́ри ма́врский подстерега́ть полу́ндра ласить фартук aerobium alanine anomalous chitterling inefficacity mannishness parabomb revelatory арктический пересмотр