SƏBUH
SƏBUKEŞ
OBASTAN VİKİ
Səbuhi Abdullazadə
Səbuhi Mübariz oğlu Abdullazadə (18 dekabr 2001-ci ildə Sumqayıt şəhərində anadan olub) — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Sumqayıt FK klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Azərbaycanlı futbolçudur. == Klub karyerası == === Sumqayıt FK === Səbuhi Abdullazadə futbol oynamağa 2007-ci ildə, 5 yaşında, Sumqayıtın "Təhsil" İEOUGIM-də başlayıb. İlk məşqçisi Ağamusa Bağırov olub. Sumqayıt FK akademiyasının yetirməsidir. Akademiyanın 11, 13, 15 və 17 yaşa qədər yaş qruplarında çıxış edib. 2018-ci ilin iyun ayında əvəzedicilərin ("Sumqayıt-2") heyətində çıxış etməyə başlayıb və 2018/19 illər mövsümün yekunlarına əsasən, ölkə çempionatının bürünc medallarını qazanıb. 2 dekabr 2017-ci il tarixinndə, 15 yaşında olarkən, XIV turun oyunları çərçivəsində "Kəpəz"lə keçirilmiş qarşılaşmanın 83-cü dəqiqəsində meydana daxil olan Abdullazadə, Premyer Liqada debüt edərək, 2017/2018-ci il mövsümündə əsas heyətdə çıxış etmiş ən gənc futbolçu olaraq Azərbaycan futbolunun tarixinə düşüb. 2019-cu ilin iyul ayında Sumqayıt təmsilçisi Abdullazadə ilə 3 illik müqavilə imzalayıb. === Qarabağ FK === 2017-ci ilin dekabr ayında, icarə əsasında "Qarabağ"ın U-19 komandasına keçib və bu komandanın heyətində 15 oyun keçirərək, ölkə çempionatının gümüş medallarını qazanıb. 2018-ci ilin iyun ayında komandadan ayrılaraq, yenidən Sumqayıta qayıdıb.
Səbuhi Atababayev
Səbuhi Zahid oğlu Atababayev (3 aprel 1987, Bakı) — Azərbaycanlı rəssam, quruluşçu kino rəssamı. Rəngkar və quruluşçu rəssam kimi fəaliyyət göstərir. Bir çox ölkə və beynəlxalq sərgilərin iştirakçısıdır. Əsərləri ölkədə və ölkədən kənarda şəxsi kolleksiyalarda saxlanılır. Azərbaycan Rəssamlar İttifaqının və Beynəlxalq Fəal Sənətçilər Birliyinin (türk. Uluslararası Aktivist Sanatçılar Birliği) üzvüdür. "New York Film School"un və Moskva Ümumittifaq Kinomatoqrafiya İnistitutunun kino sənətinə aid seminarlarının iştirakçısıdır. 2012-ci ildən peşəkar quruluşçu rəssam və art direktor kimi də fəaliyyət göstərir. Bir çox filmlərin, serialların, kliplərin və sosial çarxların quruluşçu rəssamıdır. == Həyatı == Səbuhi Atababayev 3 aprel 1987-ci ildə Bakı şəhərində anadan olub.
Səbuhi Bayramov
== Həyatı ==
Səbuhi Cəfərov
Səbuhı Aslan oğlu Cəfərov — tarzən, Azərbaycan Respublikasının əməkdar artisti (2019), Azərbaycan Milli Konservatoriyasinin dosenti, əməkdar kollektiv S.Rüstəmov adına xalq çalqı alətləri orkestrinin konsertmeysteri-solisti, "Qızıl qələm" media mükafatı. == Həyatı == 1968-ci ildə Azərbaycan Respublikasinin Quba şəhərində ziyalı ailəsində anadan olmuşdur. Bakı Musiqi Akademiyasıni (1990-1995) fərqlənmə diplomu ilə bitirən Səbuhi Cəfərov həmin ildən Bakı Musiqi Akademiyasında müəllimlik fəaliyyətinə başlamışdır. Tələbələri dəfələrlə respublika müsabiqələrində laureat olmuş: 5 Beynəlxalq müsabiqədə laureat, 3 respublika müsabiqəsində "Qran Pri" mükafatına, 2 tələbəsi Rusiya səfirliyinin keçirdiyi müsabiqədə I və II yerlərə layiq görülərək laureat adını qazanmışdır. Səbuhi Cəfərov pedaqoji fəaliyyətində əldə etdiyi uğurlara görə dəfələrlə "Fəxri fərman"la təltif olunmuşdur. Respublika üzrə keçirilən müsabiqələrdə münsiflər heyətinin tərkibində və eləcə də 2020-ci il 17-24 fevral tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının təşkilatçılığı ilə keçirilən "World Harmony" Beynəlxalq müsabiqiəsində münsiflər heyətinin tərkibində olmuşdur. Elmi və dövrü mətbuatdakı fəaliyyətinə görə Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçilərinin Həmkarlar Ittifaqı (AzərKİVİHİ) Rəyasət İttifaqının (1 may 2013-cü il tarixli) qərarı ilə "Qızıl qələm" media mükafatı adına layiq gorülmüşdür. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 12 yanvar 2011-ci il tarixli qərarı ilə (protokol N 02-k) dosent elmi dərəcəsi alan Səbuhi Cəfərov hal-hazırda Azərbaycan Milli Konservatoriyasında dosent vəzifəsində çalışır. 06 Noyabr 2019-cu ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarının sərəncamı ilə Azərbaycan Respublikası Əməkdar Artisti fəxri adına layiq görülmüşdür. == Ailəsi == Ailəlidir.
Səbuhi Hacıyev
Səbuhi Hacıyev (27 fevral 1969; Xanlar – 14 yanvar 1990; Hacıkənd) – 20 yanvar şəhidi. == Həyatı == Səbuhi Hacıyev 27 fevral 1969-cu ildə Xanlar rayonunda anadan olub. === Vəfatı === Yanvarın 14-də Hacıkənd qəsəbəsində, «Beşulduz» yaxınlığında atışma getmiş, ölənlər və yaralananlar olmuşdur. Şahidlərin dediyinə görə yuxarıdan da hərbi vertolyotla atəş açılmışdır. Səbuhi növbəti terrorçuluq aktının qurbanı olmuş, 20 nömrəli vertolyotdan atılan güllədən həlak olmuşdur. == İrsi == Xanlar rayonunda küçələrin birinə Səbuhi Hacıyevin adı verilib. == Həmçinin bax == "20 Yanvar Şəhidi" fəxri adı alanların siyahısı Azərbaycan Respublikasının Azadlıq uğrunda mübarizlərinin siyahısı Şəhidlər Xiyabanında dəfn olunanlar == Xarici keçidlər == Qulu Kəngərli. 20 Yanvar şəhidləri (PDF). Bakı: Gənclik. 1992.
Səbuhi Hüseynli
Səbuhi Babək oğlu Hüseynli (2 may 1997; Maqsudkənd, Xaçmaz rayonu, Azərbaycan — 15 aprel 2021; Bakı, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Səbuhi Hüseynli 2 may 1997-ci ildə Xaçmaz rayonunun Maqsudkənd kəndində anadan olmuşdur. 2003-2009-cu illərdə Xaçmaz rayon Maqsudkənd kənd Ömər Ayatov adına tam orta məktəbdə təhsil almışdır. 2009-2014-cü illərdə Xudat şəhər Texniki Fənnlər təmayüllü məktəbdə təhsilini davam etdirmişdir. Ailəli idi, bir oğlu yadigar qaldı. == Hərbi xidməti == Səbuhi Hüseynli 2014-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət etmişdir. Ağdam və Tərtər istiqamətində xidmətini davam etmişdir. Hərbi xidmət müddətində 2016-cı ilin aprelin 2-dən 5-nə qədər davam edən Aprel döyüşlərində Talış kəndi istiqamətində yaxından vuruşmuş, fərqlənmişdir. Nümunəvi xidmətinə görə bir çox fəxri fərmanlar ilə təltif edilmişdir. Səbuhi Hüseynli 2020-ci ilin aprelindən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.
Səbuhi Hüseynov
Səbuhi Hüseynov (18 iyul 2000, Zəngilan) — Azərbaycanlı Badmintonçu, Azərbaycan milli yığmasının üzvü (2012-ci ildən). Badminton idman növü üzrə respublika birincisi, dəfələrlə Azərbaycan qızıl mükafatçısı və 5-ci Konya Rumi Beynəlxalq Uşaq oyunlarının bürünc mükafatçısı. 2017–2018 Badminton üzrə Azərbaycan Respublikası Ali Təhsil Müəssisələrinin komandaları arasında keçirilən çempionatın qızıl mükafatçısı. == İdman fəaliyyəti == 2011-ci ildən idmanın badminton növü ilə məşğul olur. === Nəticələri === BWF World Rakings Men's Doubles with Jahid Alhasanov best — 253 (4. fevral 2020). Badminton üzrə Azərbaycan Respublikası Ali Təhsil Müəssisələrinin Komandaları Arasında Keçirilən Çempionatın Qalibi (2017–2018) Bakı. == Portret == Badminton onun üçün sadəcə, idman növü deyil. Bu oyunu həyat tərzi adlandıran Səbuhi başqa növdə özünü təsəvvür etmədiyini deyir.
Səbuhi Həsənquliyev
== Həyatı == Səbuhi Həsənquliyev 11 aprel 2002-ci ildə Ucar rayonunun Boyat kəndində anadan olmuşdur. 2008-ci ildə Sumqayıt şəhər Cəbrayıl rayonu 5N-li məktəbində birinci sinifə başlayır. 2017-ci ildə həmin məktəbin 9-cu sinifini bitirərək peşə liseyinə daxil olur. == Hərbi xidməti == 2020-ci ildə peşə liseyini bitirdikdən sonra həmin ilin aprel ayında hərbi xidmətə yollanır. Səbuhi Böyük Vətən Müharibəsi zamanı xüsusi şücayət göstərmiş və gedən döyüşlər zamanı həlak olmuşdur. == Təltifləri == Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Səbuhi Həsənquliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Səbuhi Həsənquliyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Səbuhi Musayev
Səbuhi Rəfael oğlu Musayev (1987, Mustafaağalı, Bərdə rayonu – 2 aprel 2016, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib. == Həyatı == Səbuhi Musayev 1987-ci ildə Bərdə rayonunun Mustafaağalı kəndində anadan olub. Səbuhi Musayev ailəli idi, Fərid adında bir oğlu yadigar qalıb. == Hərbi xidməti == Kiçik çavuş Səbuhi Musayev 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu. Aprelin 7-si isə Səbuhi Musayev doğulduğu Bərdə rayonunun Mustafaağalı kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və kiçik çavuş Musayev uğrunda şəhid olduğu torpağa tapşırıldı. Səbuhi Musayev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edildi.
Səbuhi Məcidov
Səbuhi Ağalətif oğlu Məcidov (28 aprel 2002; Aşağı Güzdək, Abşeron rayonu, Azərbaycan — 29 sentyabr 2020; Suqovuşan, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Səbuhi Məcidov 28 aprel 2002-ci ildə Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində anadan olmuşdur. 2008-2019-cu illərdə Səmidxan Əzizov adına Abşeron rayon Aşağı Güzdək qəsəbə tam orta məktəbdə təhsil almışdır. Subay idi. == Hərbi xidməti == Səbuhi Məcidov 2020-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon Hərbi Komissarlığının çağırışına əsasən Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmət edirdi. Azərbaycan Ordusunun əsgəri olan Səbuhi Məcidov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Səbuhi Məcidov 29 sentyabr 2020-ci ildə Tərtər rayonunun Suqovuşan qəsəbəsi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Abşeron rayonunda dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Səbuhi Məcidov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Səbuhi Məcidov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Səbuhi Məcidov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Səbuhi Məmmədov
Səbuhi Məmmədov (gizir) — Azərbaycan hərbçisi. Səbuhi Məmmədov (əsgər, 2000) Səbuhi Məmmədov (əsgər, 1982) Səbuhi Məmmədov (nazir) — Naxçıvan Muxtar Respublikası Baş naziri.
Səbuhi Orucov
Səbuhi Vahid oğlu Orucov (20 yanvar 1993, Bakı – 26 oktyabr 2020, Laçın rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, Vətən Müharibəsinin şəhidi. == Həyatı == Səbuhi Orucov 1993-cü il yanvarın 20-də Bakı şəhərində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun çavuşu olan Səbuhi Orucov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Qubadlının və Laçın rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Səbuhi Orucov oktyabrın 26-da Laçın döyüşüşləri zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Səbuhi Orucov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Səbuhi Orucov ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Səbuhi Orucov ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Səbuhi Orucov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Səbuhi Orucov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Səbuhi Orucov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Səbuhi Qarayev
Səbuhi Qarayev (29 iyun 1980, Kəngərli, Ağdam rayonu) — Azərbaycanlı idman idarəçisi və məşqçi, "Qafqaz-Arena" İdman Klubunun təsisçisi və direktoru (2012–h.h.); Qəbələ İdman Klubunun ümumi işləri üzrə kordinatoru (2016–h.h.); Azərbaycan Respublikasının Əməkdar məşqçisi (2017); Azərbaycan Reqbi Federasiyasının vitse-prezidenti (2020–h.h.) İdmanın cüdo, sambo, ciu-citsu növləri ilə məşğul olmuş, bir neçə beynəlxalq və respublika miqyaslı turnirlərin qalibidir. A.R. Gənclər və İdman Nazirliyi tərəfindən 2019-cu ilin yekunlarına görə "Bədən Tərbiyəsi və İdmanın İnkişafında Xidmətlərinə Görə" fəxri diplomu, 2021-ci ildə şəxsən müdafiə naziri Zakir Həsənov tərəfindən “Azərbaycan ordusuna göstərdiyi maddi və mənəvi dəstəyə görə” fəxri fərmanı ilə təltif olunmuşdur. == Bioqrafiya == Səbuhi Həsən oğlu Qarayev 29 iyun 1980-ci ildə Ağdam rayonunun Kəngərli kəndində anadan olmuşdur. Orta təhsilini 1-6-cı siniflərdə Kəngərli kənd orta məktəbində, 7-8 ci siniflərdə Bakı şəhər 94 saylı, 9-11 ci siniflərdə isə 238 saylı məktəblərdə alaraq 1997-ci ildə Bakı Dövlət Universitetinə qəbul olmuşdur. 2001-ci ildə Bakı Dövlət Universitetinin bakalavr, 2003-cü ildə magistr pilləsini bitirmişdir. 2000-ci ildə cüdo üzrə tələbələr arasında Azərbaycan Çempionatında 3-cü, Ciu-citsu üzrə 2000-ci ildə Bakıda keçirilən Zaqafqaziya çempionatında 1-ci, Tbilisidəki Şərqi Avropa Çempionatında 2001-ci ildə 3-cü, 2003-cü ildə isə 1-ci yer olub. 2004-2005-ci illərdə Azərbaycan Ordusunda həqiqi hərbi xidmət keçmişdir, ehtiyatda olan zabitdir. 2012-2015 ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasında fəlsəfə doktorluğu pilləsində təhsil almış, lakin müdafiə etməmişdir. Cüdo üzrə idman ustalığına namizəd və 1 dekabr 2017-ci ildən Azərbaycan Respublikasının Əməkdar məşqçisidir.2012-ci ildən "Qafqaz-Arena" İdman Klubunun təsisçisi və direktorudur. Klubda 5 döyuş növü və futbol bölməsi fəaliyyət göstərir.
Səbuhi Qasımov
Səbuhi Telman oğlu Qasımov (12 noyabr 2001; Şəmkir rayonu, Azərbaycan — 18 noyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Səbuhi Qasımov 2001-ci il noyabrın 12-də Şəmkir rayonunda anadan olub. 2009–2018-ci illərdə C. Rüstəmov adına Şəmkir şəhər tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Səbuhi Qasımov 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Səbuhi Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Səbuhi Qasımov Xocavənd rayonu ərazisində gedən döyüşlər zamanı şəhid olub. Noyabrın 18-də Şəmkir rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Səbuhi Qasımov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Səbuhi Qasımov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Səbuhi Qəhrəmanov
Səbuhi Adil oğlu Qəhrəmanov (21 sentyabr 1988, Bərdə) — Azərbaycan ədəbiyyatşünası, filologiya üzrə fəlsəfə doktoru, naşir, AMEA-nın "Elm" nəşriyyatının direktoru , Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyasının kitab nəşri və kitab mədəniyyəti üzrə Elmi şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Avropa Elmi Redaktorlar Assosiasiyasında bölmə sədri == Həyatı == Səbuhi Qəhrəmanov 21 sentyabr 1988-ci ildə Bərdə şəhərində anadan olmuşdur. Gəncə şəhəri 24 saylı orta məktəbdə 1994-2005-ci illərdə təhsil almış, məktəbi fərqlənmə ilə bitirmişdir. 2006-cı ildən bu günə kimi ayrı-ayrı nəşriyyatlarla əməkdaşlıq etmiş, 400-dən çox elmi, elmi-kütləvi, bədii kitabın, eləcə də orta və ali məktəblər üçün dərslik və dərs vəsaitinin nəşrində redaktor, korrektor, tərtibatçı kimi yaxından iştirak etmişdir. === Təhsili === Səbuhi Qəhrəmanov 2005-2009-cu illərdə Bakı Dövlət Universitetində Nəşriyyat işi və redaktəetmə ixtisasının bakalavriat pilləsi — fərqlənmə diplomu ilə, 2010-2012-cu illərdə isə Bakı Dövlət Universitetində Nəşriyyat işi və redaktəetmə ixtisasının magistratura pilləsi — fərqlənmə diplomu ilə bitirmişdir. 2014-2018-ci illərdə AMEA Ədəbiyyat İnstitutunda dissertanturasında təhsil almış, 2018-ci ildə “Ədəbi-tarixi prosesin problemləri və istiqamətləri (XX əsrin 20-30-cu illəri)” mövzusunda dissertasiya müdafiə etmişdir. Tədqiqat işində 1920-1930-cu illər Azərbaycan ədəbiyyatının ayrıca mərhələ kimi dövrləşdirilməsi elmi obyektivlik mövqeyindən dəyərləndirilmiş, bolşevik işğalından sonra Azərbaycanda yaranan ictimai-siyasi mühitin ədəbiyyata təsiri, ədəbi prosesinin formalaşmasında həmin dövrün yaradıcılıq təşkilatları və mətbuatının rolu araşdırılmışdır. Bundan başqa, dissertasiyada 1920-1930-cu illərdə romantizm, maarifçi və tənqidi realizm ədəbi cərəyan və yaradıcılıq metodlarının yeni ictimai-siyasi mühitin təzyiqləri altında mövcudluğu, həmin dövrün ədəbi prosesinə təsiri araşdırılmış, sosializm realizmi metodunun formalaşma prosesi təhlil olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. 2018-2022-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət və bələdiyyə idarəetməsi ixtisasının bakalavriat pilləsini bitirmişdir. == Fəaliyyəti == 2011-2014-cü illərdə AMEA-nın "Elm" nəşriyyatında ədəbi redaktor, Nəşriyyat şöbəsinin müdiri vəzifələrində çalışmışdır.
Səbuhi Rəcəb
Səbuhi Rəhimli
Səbuhi Kamal oğlu Rəhimli (d. 22 mart 1970, Mirbəşir rayonu) — Qoroskop qəzetinin baş redaktoru, tədqiqatçı-jurnalist, avestaşünas, astroloq, Qarabağ müharibəsinin iştirakçısı. == Həyatı == Səbuhi Kamal oğlu Rəhimli 1970-ci il, martın 22-də Mirbəşir rayonunun (hazırkı Tərtər rayonu) Seydimli kəndində, müəllim ailəsində dünyaya gəlib. 1988–1990-cı illərdə Rusiyanın Xabarovsk diyarının Amur şəhərində hərbi xidməti keçib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib (1990–1995). Tələbəlik illərində könüllü olaraq Qarabağ müharibəsində iştirak edib, 1992-ci ildə aparılan döyüşlərdə ağır yaralanıb. 1990-cı illərdən ölkənin aparıcı qəzetlərində jurnalist kimi fəaliyyət göstərib, şöbə müdiri, redaktor vəzifələrində çalışıb. Elə həmin dövrdə özünü astrologiya sahəsində də sınayıb. 1999-cu ildən "Qoroskop" qəzetinin baş redaktoru kimi fəaliyyət göstərir. Qəzet 2018-ci ildə fəaliyyətini dayandırıb.
Səbuhi Sadıqov
Səbuhi Rövşən oğlu Sadıqov (9 may 1996, Biləsuvar rayonu – 5 noyabr 2020, Laçın rayonu) — Xüsusi Təyinatlı Qüvvələrin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Səbuhi Sadıqov 9 may 1996-ci ildə Biləsuvar rayonunda anadan olmuşdur. Əslən Füzuli rayonundan olan Sadıqov Səbuhi Bakı şəhəri Nərimanov rayonu 73 saylı tam orta məktəbdə təhsil almışdır. Uşaqlıq yaşlarından idmana böyük həvəsi olan Səbuhi Sadıqov kiçik yaşlarından karate, kikboks ilə məşğul olmuş, 8–9-cu sinifə kimi yüngül klublararası turnirlərdə iştirak etmişdir. Daha sonra sərbəst güləşlə məşğul olmağa başlayan Səbuhi Azərbaycan Güləş Federasiyasının milli yığmasının üzvü olmuşdur. O, respublika daxilində və beynəlxalq yarışlarda dəfələrlə müxtəlif dərəcələrlə təltif olunmuş, çempion adını qazanmışdır. MMA (Qaydasız döyüş) döyüş növü üzrə professional olaraq məşğul olmuşdur. Ultimax döyüş növləri federasiyasının üzvü idi. O, bir çox yarışlarda Azərbaycan Respublikasını təmsil edərək qazandığı naliyyətləri ilə bayrağımızı yüksəltmişdir. 2014-cü ildə Azərbaycan Respublikası Xüsusi Təyinatlı Qüvvələrdə 1il 6ay xidmət etmişdir.
Səbuhi Süleymanov
Səbuhi Ələkbər oğlu Süleymanov (19 aprel 1997, Bərgüşad, Ucar rayonu – 9 noyabr 2020, Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Səbuhi Süleymanov 19 aprel 1997-ci ildə Ucar rayonunun Bərgüşad kəndində anadan olmuşdur. Ucar rayon Bərgüşad kənd tam orta məktəbinin 9-cu sinfindən məzun olduqdan sonra Göyçay Peşə Liseyində təhsil almışdır. Subay idi. == Hərbi xidməti == Səbuhi Süleymanov 2016-cı ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. Hərbi xidmətinə həmin ilin 13 iyul tarixində başlamışdır. 13 yanvar 2018-ci ildə Silahlı Qüvvələrin Kinologiya Mərkəzində hərbi xidmətini bitirmişdir. O, həmin ilin 22 iyun tarixindən Kinologiya Mərkəzində kinoloq ixtisası üzrə müddətdən artıq xidmət edirdi. Azərbaycan Ordusunun əsgəri olan Səbuhi Süleymanov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində qumbaraatan olaraq iştirak etmişdir. Füzulinin, Cəbrayılın, Qubadlının, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur.
Səbuhi
Səbuhi — kişi adı. Səbuhi Xasayev — Səbuhi Musayev — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu. Səbuhi Əliyev — Səbuhi MəmmədovSəbuhi Məmmədov (gizir) — Azərbaycan hərbçisi. Səbuhi Məmmədov (baş nazir) — Naxçıvan Muxtar Respublikasının Baş naziri.Səbuhi ƏhmədovSəbuhi Əhmədov (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Səbuhi Əhmədov (gizir) — Azərbaycan Silahlı Qüvvələrinin giziriSəbuhi Hacıyev – 20 yanvar şəhidi. Səbuhi Rəhimli — Qoroskop qəzetinin baş redaktoru, tədqiqatçı-jurnalist Səbuhi Tağıyev — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. Səbuhi Əzizov — Səbuhi Rəcəb — Azərbaycan Sambo Federasiyasında Döyüş Sambosu üzrə sabiq vitse-prezident və peşəkar idmançı Səbuhi Cəfərov Səbuhi Hüseynli — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. Səbuhi Qarayev — Azərbaycanlı idman idarəçisi və məşqçi Səbuhi Qasımov — Azərbaycan Silahlı Qüvvələrinin.
Səbuhi Xasayev
Səbuhi Xasayev () — Gəncə şəhərində qulluqçu ailəsində anadan olmuşdu. 1980-ci ildə 5 saylı orta məktəbi Qızıl medalla bitirmişdi. Daşkənd Dövlət Universitetində hüquqşünas ixtisasına yiyələnmişdi. Daşkənddə prokuror köməkçisi işləyirdi. Tarixin ağır günlərində Gəncəyə qayıdaraq Qazax hərbi qarnizonunun prokurorluğunda baş müstəntiq vəzifəsində çalışmağa başlayıb. 1994-cü il martın 29-da leytenant Xasayev Gədəbəy rayonunun Şınıx bölgəsində xidməti vəzifəsini yerinə yetirərkən mina partlayışı nəticəsində faciəli surətdə həlak olmuşdu. == Həyatı == Xasayev Səbuhi Lüdviq oğlu 1963-cü il mayın 15-də Gəncə şəhərində qulluqçu ailəsində anadan olmuşdu. 1980-ci ildə 5 saylı orta məktəbi Qızıl medalla bitirmişdi. Əlaçı olan Səbuhi sinif yoldaşları arasında "milyonçu" deyə çağırılırdı. Səbəbi isə aldığı qiymətlərin hamısının əla olması idi.
Səbuhi İsgəndərli
Səbuhi Yaşar oğlu İsgəndərli (25 iyun 2001; Tərtər, Azərbaycan — 26 oktyabr 2020; Vejnəli, Zəngilan rayonu, Azərbaycan) — Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Səbuhi İsgəndərli 25 iyun 2001-ci ildə Tərtər şəhərində anadan olmuşdur. Uşaq yaşlarında ailəsi ilə birgə Şəki şəhərinə köçmüşdür. 2007-2016-cı illərdə Şəki şəhər 11 saylı tam orta məktəbdə, 2016-2017-ci illərdə Şəki şəhər 12 saylı tam orta məktəbdə, 2017-2018-ci illərdə Şəki şəhər 18 saylı tam orta məktəbdə təhsil almışdır. Subay idi. == Hərbi xidməti == Səbuhi İsgəndərli 2019-cu ilin iyulundan Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Çevik Hərəkat Dəstəsində müddətli həqiqi hərbi xidmət edirdi. Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının əsgəri olan Səbuhi İsgəndərli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Cəbrayılın, Füzulinin və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Səbuhi İsgəndərli 26 oktyabr 2020-ci ildə Zəngilanın azad edilməsi gedişatında rayonun Vejnəli kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. 29 oktyabr 2020-ci ildə Şəki şəhərində yerləşən "Dovşan düzü" qəbiristanlığında dəfn olunmuşdur.
Səbuhi Şahverdiyev
Səbuhi Zəhmət oğlu Şahverdiyev (10 avqust 1972, Naxçıvan) — Naxçıvan Muxtar Respublikasının keçmiş prokuroru, II dərəcəli dövlət ədliyyə müşaviri. Naxçıvan Muxtar Respublikasının Futbol Federasiyasının keçmiş rəhbəri. == Həyatı == Səbuhi Zəhmət oğlu Şahverdiyev 1972-ci il avqust ayının 10-da Naxçıvan şəhərində anadan olmuşdur. 1994-cü ildə Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat fakültəsini, 2001-ci ildə isə Naxçıvan Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir. II dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsindədir. Ailəlidir, iki övladı var. == Fəaliyyəti == 1996-cı ildən 2001-ci ilin sentyabr ayınadək Naxçıvan Muxtar Respublikası Daxili işlər orqanlarında müxtəlif məsul vəzifələrdə işləmiş, 2001-ci ilin sentyabr ayından Naxçıvan Muxtar Respublikası prokurorunun müavini vəzifəsinə təyin olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 7 may 2018-ci il tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikasının prokuroru vəzifəsinə təyin olunmuşdur. 31 yanvar 2023-cü ildə Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilmişdir.Səbuhi Şahverdiyev 21 iyul 2004-cü il tarixində keçirilmiş Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının növbədənkənar üçüncü konfransında federasiyanın rəhbəri seçilmişdir. O bu vəzifəni 2019-cu ilədək daşımışdır.
Səbuhi Əhmədov
Səbuhi Əhmədov (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi. Səbuhi Əhmədov (gizir) — Azərbaycan Silahlı Qüvvələri'nin giziri, şəhid.
Səbuhi Əliyev
Səbuhi Teyyub oğlu Əliyev (7 avqust 1983; Beyləqan rayonu, Azərbaycan SSR — 7 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Səbuhi Əliyev 1983-cü il avqustun 7-də Beyləqan rayonunun Əlinəzərli kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan Səbuhi Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Səbuhi Əliyev oktyabrın 7-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Səbuhi Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Səbuhi Əliyev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Səbuhi Əliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Səbuhi (film, 1941)
"Səbuhi" — rejissorlar Amo Bek-Nazarov və Rza Təhmasibin (ikinci rejissor) filmi. Bu film Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Azərbaycan Respublikasında dövlət varidatı elan edilən filmlərin siyahısına daxil edilmişdir. == Məzmun == Film Azərbaycan maarifçisi, dramaturqu və filosofu Mirzə Fətəli Axundovun həyat və fəaliyyətindən bəhs edir. Burada Mirzə Fətəli öz xalqının sədaqətli oğlu, dövrünün qabaqcıl ideyaları uğrunda alovlu mübariz kimi göstərilmişdir. Film Axundovun həyatının vacib detallarını göstərir: əlifba islahatı üçün Türkiyəyə səfəri, ilk tamaşa, xalqın maariflənməsi üçün verdiyi çabalar, mübarizə...Filmin əsas məziyyətlərindən biri budur: müəlliflər Axundov vasitəsilə xalqı ətalətdən, kədərdən, bədbinlikdən çırpılıb hərəkətə, mübarizəyə səsləyir. == Film haqqında == Film bəstəkar Tofiq Quliyevin kinoda ilk işidir. Film rejissor Rza Təhmasibin kinoda ilk işidir. == Səhv == Filmdə Axundovla Tubu xanımın toyunda Üzeyir Hacıbəyovun "O olmasın, bu olsun" komediyasından bir musiqi səslənir. Halbuki bəstəkar bu əsəri dramaturqun ölümündən 32 il sonra 1910-cu ildə yazıb. == Filmin heyəti == === Filmin üzərində işləyənlər === Ssenari müəllifi : Mikayıl Rəfili Quruluşçu rejissor : Amo Bek-Nazarov İkinci rejissor : Rza Təhmasib Quruluşçu operator : Dmitri Feldman Operator : Əsgər İsmayılov Bəstəkar : Tofiq Quliyev Rəssam (eskizlər) : V. Kaplunovski Səs operatoru : Ağahüseyn Kərimov Qrim rəssamı : Georgi Parisaşvili Rejissor assistenti : M. Y. Volodin, Qəmər Salamzadə, Aleksandr Popov Montaj üzrə Assitent : Zeynəb Kazımova Filmin direktoru : İ. Beqak, Teymur Hüseynov Geyim rəssamı : İsmayıl Axundov Rejissor Köməkçisi : M. Hüseynov Operator assistenti : Leonid Koretski Mahnı İfa edən : Zülfü Adıgözəlov( Aşıq Səttarın oxuduqları) (titrlərdə yoxdur) === Rollarda === İsmayıl Dağıstanlı-Axundov Hüseynqulu Sarabski-Aşıq Səttar Kazım Ziya-Şeyx Əli Leyla Bədirbəyli-Tubu Ələsgər Şərifov-Mirzə Şəfi Ağadadaş Qurbanov-Bakıxanov Möhsün Sənani-Vano L. M. Xotivari-Orbeliani K. Pipinaşvili-Abovyan L. Alekseyev-İvan Vladimir Belokurov (V. Belokurov kimi)-Bestujev Anatoli Smiranin-Roqov Xeyri Əmirzadə-Rəcəb İsmayıl Əfəndiyev-Rza Ə. Həsənov-Adıgözəl N. Perestiani-Knyaz Vorontsov Əli Qurbanov-Ağalarov Əhməd Qəmərlinski Rza Darablı Mustafa Mərdanov-Akademiya Rəisi Atamoğlan Rzayev Hacıməmməd Qafqazlı Mirvari Novruzova-Gülüş M. Kazavetti-Baron Rozen Vasili Nikolski-İdarə Rəisi Rüstəm Kazımov-Şeyxülislam Ə. Abbasov-Nuxalı Qoca == İstinadlar == == Mənbə == Şəmsəddin Abbasov.
Səbuhi Məmmədov (Baş Nazir)
Səbuhi Hidayət oğlu Məmmədov (1 may 1969, İbadulla, İliç rayonu) — Naxçıvan Muxtar Respublikasının Baş naziri. == Həyatı == Səbuhi Hidayət oğlu Məmmədov 1 may 1969-cu ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun İbadulla kəndində anadan olub. Orta təhsilini başa vurduqdan sonra Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının İqtisad fakültəsini "mühasibat uçotu, nəzarət və təsərrüfat fəaliyyətinin təhlili" ixtisası üzrə bitirmişdir. Akademiyanın dissertantı olmuşdur. Maliyyə üzrə iqtisadçıdır. Fransa Mərkəzi Bankının Bank-Maliyyə İnstitutunda Mühasibat Uçotu və Büdcənin İdarə Edilməsi, Almaniya Mərkəzi Bankında Pul Siyasəti və Nağd Pulların İdarə Olunması, Avstriya Mərkəzi Bankında Pul Vəsaitlərinin Uçotu və İdarəetmə mövzusunda uzunmüddətli kurs və seminarlarda iştirak edərək müvafiq sertifikatlar almışdır. Bir sıra beynəlxalq maliyyə və bank qurumlarında təcrübə mübadiləsi və xüsusi təlimlərdə iştirak etmişdir. Ailəlidir, 4 övladı var. == Fəaliyyəti == Əmək fəaliyyətinə 1991-ci ildə Azərbaycan Respublikası Aqrar-Sənaye Bankının Şərur rayon şöbəsində mütəxəssis olaraq başlayıb, ötən dövr ərzində baş mütəxəssis, şöbə rəisi, Birləşmiş Universal Səhmdar Bankının Şərur rayon filialının müdiri, Aqrarkredit Səhmdar Kredit Təşkilatının Naxçıvan Muxtar Respublika filialının müdiri, Kapital Bank Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan Muxtar Respublikası Baş İdarəsinin rəisi vəzifələrində işləyib. 2007-ci ilin yanvar ayından 2017-ci ilin fevral ayınadək Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri vəzifəsində çalışıb.
Səbuhi Məmmədov (gizir)
Səbuhi Hümbət oğlu Məmmədov (6 mart 1995; Bala Çaylı, Qazax rayonu - 1 oktyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) – Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Səbuhi Məmmədov 1995-ci il martın 6-da Qazax rayonunun Bala Çaylı kəndində anadan olub. 2001-2012-ci illərdə S.Həsənov adına Bala Çaylı kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Səbuhi Məmmədov 2013-cü ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2013-2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib. 2017-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində "gizir" hərbi rütbəsində xidmət edirdi. Azərbaycan Silahlı Qüvvələrinin giziri olan Səbuhi Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib. Səbuhi Məmmədov oktyabrın 1-də Murovdağ döyüşləri zamanı şəhid olub. Qazax rayonunun Çaylı kəndində torpağa tapşırılıb.
Səbuhi Məmmədov (nazir)
Səbuhi Hidayət oğlu Məmmədov (1 may 1969, İbadulla, İliç rayonu) — Naxçıvan Muxtar Respublikasının Baş naziri. == Həyatı == Səbuhi Hidayət oğlu Məmmədov 1 may 1969-cu ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun İbadulla kəndində anadan olub. Orta təhsilini başa vurduqdan sonra Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının İqtisad fakültəsini "mühasibat uçotu, nəzarət və təsərrüfat fəaliyyətinin təhlili" ixtisası üzrə bitirmişdir. Akademiyanın dissertantı olmuşdur. Maliyyə üzrə iqtisadçıdır. Fransa Mərkəzi Bankının Bank-Maliyyə İnstitutunda Mühasibat Uçotu və Büdcənin İdarə Edilməsi, Almaniya Mərkəzi Bankında Pul Siyasəti və Nağd Pulların İdarə Olunması, Avstriya Mərkəzi Bankında Pul Vəsaitlərinin Uçotu və İdarəetmə mövzusunda uzunmüddətli kurs və seminarlarda iştirak edərək müvafiq sertifikatlar almışdır. Bir sıra beynəlxalq maliyyə və bank qurumlarında təcrübə mübadiləsi və xüsusi təlimlərdə iştirak etmişdir. Ailəlidir, 4 övladı var. == Fəaliyyəti == Əmək fəaliyyətinə 1991-ci ildə Azərbaycan Respublikası Aqrar-Sənaye Bankının Şərur rayon şöbəsində mütəxəssis olaraq başlayıb, ötən dövr ərzində baş mütəxəssis, şöbə rəisi, Birləşmiş Universal Səhmdar Bankının Şərur rayon filialının müdiri, Aqrarkredit Səhmdar Kredit Təşkilatının Naxçıvan Muxtar Respublika filialının müdiri, Kapital Bank Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan Muxtar Respublikası Baş İdarəsinin rəisi vəzifələrində işləyib. 2007-ci ilin yanvar ayından 2017-ci ilin fevral ayınadək Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri vəzifəsində çalışıb.
Səbuhi Məmmədov (əsgər, 1982)
Səbuhi Şakir oğlu Məmmədov (21 oktyabr 1982; Mingəçevir, Azərbaycan — 30 sentyabr 2020; Suqovuşan, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin MAXE əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Səbuhi Məmmədov 21 oktyabr 1982-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur. Məktəbi bitirdikdən sonra 2000-2002-ci illərdə hərbi xidmətdə olmuşdur. 2011-ci ildə Silahlı Qüvvələrdə MAXE kimi isə başlamışdır. 3 övladı-iki oğlu və bir qızı var idi. == Hərbi xidmətləri == Səbuhi Məmmədov 2016 ci il Aprel döyüşlərində iştirak etmişdir. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Səbuhi Məmmədov Suqovuşan döyüslərində savaşıb. 30 sentyabr 2020-ci il tarixində Suqovuşan istiqamətində qəhrəmancasına şəhid olub. Mingəçevir Şəhidlər Xiyabanında dəfn edilmişdir.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Səbuhi Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Səbuhi Məmmədov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Səbuhi Məmmədov (əsgər, 2000)
Səbuhi Zahid oğlu Məmmədov (17 oktyabr 2000; Kəngərli, Tərtər, Azərbaycan — 28 sentyabr 2020; Suqovuşan, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Səbuhi Məmmədov 2000-ci il oktyabrın 17-də Tərtər rayonunun Kəngərli kəndində anadan olub. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Səbuhi Məmmədov Suqovuşan döyüslərində savaşıb. 28 sentyabr 2020-ci il tarixində Suqovuşan istiqamətində qəhrəmancasına şəhid olub. Tərtərdə dəfn edilmişdir.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Səbuhi Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Səbuhi Məmmədov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Значение слова в других словарях

анестезио́лог ильбюри́ кич ми́нный офи́т подсурьми́ть цук благоприобрете́ние волокни́стый господи́н грешно́ копы́тные кораблевожде́ние гайчить balladeer cool out dumb-bell fetch up impacted luffa purist semimetal tway zaffer сотворение