SƏBUN
SƏBÜK
OBASTAN VİKİ
Baxış bəy Səbur
Baxış bəy Səbur (27 avqust 1863, Mirzəcamallı, Şuşa qəzası – 1931, Daşkənd) — şair. == Həyatı == Baxış bəy Səbur 27 avqust 1863-cü ildə Şuşa qəzasının Vərəndə sahəsinin Mirzəcamallı (Şərifbəyli) obasında anadan olmuşdu. Şuşa real məktəbini bitirmişdi. Bir neçə dil bilirdi. Baxış bəy bir sürə Şuşa və Bakı şəhərlərində dövlət idarələrində çalışdıqdan sonra Özbəkistanın Daşkənd şəhərinə köçmüşdü. Daşkənd şəhərində Salman Mümtazın yazdığına görə "maarif və mədəniyyətə dəyərli köməyi olmuşdur". Baxış bəy Səbur 1931-ci ildə Daşkənd şəhərində vəfat edib. Əsəd bəy Vəzirin oğludur.Mir Möhsün Nəvvab öz ünlü təzkirəsində yazır: "Baxış bəy Əsəd bəyin oğludur. Qarabağın Şuşa əhalisindəndir. Bəhram bəy Fədainin kiçik qardaşı, Asinin bacısı oğlu və Zakirin nəvəsidir.
Əlipaşa Səbur Hüseynzadə
Əlipaşa Səbur və ya Əli Səbur (tam adı: Hüseynzadə Əlipaşa Fərəculla oğlu; 1885, Bakı, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası – 1934, Bakı, Azərbaycan SSR, ZSFSR, SSRİ) — Azərbaycan şairi. "Yeni füyuzat" jurnalının naşiri və məsul redaktoru. == Həyatı == Əlipaşa Hüseynzadə 1885-ci ildə Bakıda anadan olmuşdur. Atası Həbibulla Hüseynzadə dənizçi idi. İlk təhsilini Mirzə Həsib Qüdsinin və Molla Qafurun məktəbində almışdır. Sonra isə yeni üsulla açılan rus-müsəlman məktəbində oxumuşdur. 1899-cu ildə Həbib bəy Mahmudbəyovun məktəbini bitirib, Sultan Məcid Qənizadənin altı sinifli məktəbinə daxil olmuşdur. Maddi cəhətdən vəziyyətləri ağır olduğundan 17 yaşlı Əlipaşa 1902-ci ildə məktəbi buraxıb Hacıbaba Haşımovun kantorunda işləmişdir. Elmə, təhsilə sonsuz marağı olan Ə.Səbur hər cür çətinliklərə dözərək oxuyur, savad və bilik sahibi olur. O, yazıları ilə dövri mətbuatda çıxış edir, imzası qəzet və jurnal səhifələrində görünməyə başlayır.

Значение слова в других словарях

дёренный дюймо́вка изуче́ние ма́тушкин мних па́ссы плугово́й по-арчи́нски расква́ситься сожале́ние стрига́льщица кула́чество ме́сто заключения раска́шивание слабото́чник ферроспла́вный экрани́рование fasciate fortifiable oxygenate self-corrective измываться неряшливость слезник черника