səbzə
səbzəsiz
OBASTAN VİKİ
Mahir Səbzəliyev
Mahir Səbzəliyev (Səbzəliyev Mahir Mirzəxan oğlu; 11 fevral 1951, Ağsu rayonu) — Azərbaycan alimi, professor, riyaziyyat üzrə elmlər doktoru. == Həyatı == Mahir Səbzəliyev 1951-ci ilin fevralın 11-də Ağsu rayonunda anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun riyaziyyat fakültəsindən məzun olmuşdur. 1982-ci ildə "Diferensial tənliklər, Kiçik parametr daxil olan xüsusi törəməli diferensial tənliklər nəzəriyyəsinin bəzi məsələləri" elmi işini müdafiə edərək riyaziyyat üzrə elmlər namizədi elmi dərəcəsini almışdır. 2013-cü ildə "Diferensial tənliklər, Sinqulyar həyəcanlanmış diferensial tənliklər nəzəriyyəsinin bəzi məsələləri" elmi işini müdafiə edərək riyaziyyat üzrə elmlər doktoru elmi dərəcəsini almışdır. == Fəaliyyəti == === Əmək fəaliyyəti === Mahir Səbzəliyev əmək fəaliyyətinə 1971-ci ildə Ağsu rayonunda riyaziyyat müəllimi kimi başlamış və 1977-ci ildən isə fəaliyyətinə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda aspirant, 1980-ci ildən isə həmin universitetdə böyük laborant kimi davam etmişdir. 1984-cü ildə "Xəzərdənizneftqazsənaye" ÜSB-nin Hesablama Mərkəzində böyük mühəndis vəzifəsində işə başlamış və 1988-ci ilə kimi bu vəzifəni icra etmişdir. 1988–2011 illərdə Azərbaycan Dövlət Neft Akademiyasının ali riyaziyyat kafedrasında baş müəllim, dosent kimi çalışmışdır. 2011–2016-cı illərdə isə həmin kafedranın müdiri vəzifəsini tutmuşdur. 2017-ci ildə həmin universitetinin ümumi və tətbiqi riyaziyyat kafedrasının professoru elmi adını almışdır.

Digər lüğətlərdə

бесконтро́льность ввек вы́ткнуть голови́ща голо́вушка домоустро́йство насыпно́й ненаро́ком подкра́ивать прижива́льческий пурита́нство сто́ить те́ма трутовико́вый горла́нить небеспреде́льный нераска́янный окоси́ть курик castleward heigh зазывать люстра силач смысловой