SƏDAYIL
SƏDİQƏ
OBASTAN VİKİ
Sədi
Sədi — ad. Sədi Şirazi — orta əsr fars ədəbiyyatı, qəzəl janrının ən görkəmli nümayəndəsi. Sədi Sani Qarabaği — XIX əsr Azərbaycan şairi.
Qarağan Sədi
Qarağan Sədi — Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 951-IIQ saylı Qərarı ilə Ağdaş rayonunun Qarağan Sədi kəndi Yuxarı Qəsil kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Qarağan Şıxlar kəndi mərkəz olmaqla, Qarağan Şıxlar kənd inzibati ərazi dairəsi yaradılmışdır.
Sədi (Cəbrayıl)
Sədi — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == Toponimikası == Kəndin adı Sədili variantında da qeydə alınmışdır. Yerli əhalinin məlumatına görə, kəndi Sədi adlı şəxs saldığına görə belə adlandırılmışdır. Əslində oykonim azərbaycanlıların etnogenezində iştirak etmiş sədulu tayfasının adı ilə bağlıdır. == Coğrafiyası və iqlimi == Kənd Arazboyu düzənlikdə yerləşir. == İqtisadiyyatı == Kənd əhalisinin əsas məşğuliyyətini heyvandarlıq təşkil edir.
Sədi (dəqiqləşdirmə)
Yaşayış məntəqələriSədi (Cəbrayıl) — Cəbrayıl rayonunda kənd. Qarağan Sədi — Ağdaş rayonunda kənd.
Sədi Abbasov
Abbasov Sədi İbad oğlu 1974, Qərvənd, Ağdam rayonu - 27 iyul, 1994, Əfətli, Ağdam rayonu - şəhid olub. == Həyatı == Sədi Abbasov 1974-cü ildə Ağdam rayonunun Qərvənd kəndində anadan olub. 27 iyul 1994-cü ildə Ağdam rayonunun Əfətli kəndi uğrunda gedən döyüşlərdə həlak olmuşdur.
Sədi Bayramov
Sədi Bayramov (5 dekabr 1953, Dedoplistsğaro rayonu) — riyaziyyat üzrə elmlər doktoru, professor, 2015-ci ildən BDU-da çalışır. == Həyat və fəaliyyəti == 1953-cı il dekabırın 5-də Gürcüstan Respublikası, Siteli-Skaro rayonunun Eldar kəndində anadan olmuşdur. Orta təhsili 1969-cu ildə Qazax rayonu 3 saylı orta məktəbində almışdır. 1969-cu ildə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə qəbul olmuş, 1974-cü ildə həmin universitetin məzunu olmuşdur. 1974-1996-cı illərdə BDU-da və 1996-2015-ci illərdə Türkiyənin müxtəlif universitetlərində çalışıb.2015-ci ildən Bakı Dövlət Universitetində çalışır. Ailəlidir, 2 övladı və 4 nəvəsi var. == Təhsili, elmi dərəcəsi və adları == 1974-ci ildə BDU-nun Mexanika-riyaziyyat fakültəsini əyani bitirmişdir. 1974-cü ildə BDU-nun aspiranturasına qəbul olmuş və 1985-ci ildə “Fredholm operatorlar, komplekslər ailələri və qapanma əməliyyatlı Bool cəbrlərin K-nəzəriyyəsi” mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş və fizika−riyaziyyat elmləri namizədi elmi dərəcəsi almışdır. 2016-cı ildə “Cəbr və topologiyada qeyri-səlis strukturlar” mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş və fizika−riyaziyyat elmləri doktoru elmi dərəcəsi almışdır. == Əmək fəaliyyəti == 1974-1985 Asistent, Bakı Dövlət Universiteti, Azərbaycan.
Sədi Musayev
Sədi Süleyman oğlu Musayev (1 aprel 1978; Kəngərli rayonu, Azərbaycan SSR — 28 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Sədi Musayev 1978-ci il aprelin 1-də Kəngərli rayonunun Qıvraq qəsəbəsində anadan olub. 1985-1993-cü illərdə Qıvraq qəsəbəsində S. Əsədov adına 2 nömrəli tam orta məktəbdə təhsil alıb. 1996-2000-ci illərdə isə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində (BABKM) ali hərbi təhsil alıb. Ailəli idi. 2 övladı yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Sədi Musayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Sədi Musayev sentyabrın 28-də Füzulinin azad edilməsi zamanı Yuxarı Əbdürrəhmanlı istiqamətində şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sədi Musayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sədi Musayev ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Sədi Musayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Sədi Musayev ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Sədi Qəddafi
Sədi Qəddafi (25 may 1973 və ya 28 may 1973, Tərabülüs əl-Qərb) — Müəmmər əl-Qəddafinin övladlarından biri, Liviya Futbol Federasiyasının rəhbəri Liviya ordusunun komandanlarından birinin qızı ilə evlənib. Əvvəllər futbolla məşğul olan Səid bir müddət İtaliya komandalarından birində futbol da oynayıb. Hazırda Liviya Futbol Federasiyasının rəhbəridir. Futboldan ayrılandan sonra kino sənəti ilə də məşğuldur.
Sədi Süleymanov
Sədi Heydər oğlu Süleymanov (15 avqust 1973, Alpout, Göyçay rayonu – 3 iyun 1993) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Qarabağ müharibəsi şəhidi. == Həyatı == Süleymanov Sədi Heydər oğlu 1973-cü il avqust ayının 15-də Göyçay rayonunun Alpoud kəndində anadan olub. İlk təhsilini öz kəndlərində almışdır. 1989-cu ildə orta məktəbi bitirdikdən sonra sənədlərini 106 nömrəli texniki peşə məktəbinə verib. Sədi bu məktəbdə 6 aylıq sürücülük kursunu bitirib. == Hərbi xidməti == 1992-ci ilin martın 5-də Göyçay RHK tərəfindən hərbi xidmətə çağırılan S. Süleymanov Vətənə olan müqəddəs borcunu Daxili Qoşunların sıralarında şərəflə yerinə yetirməyə başlayır. Qoşunların Sumqayıt şəhərində yerləşən "N" saylı hərbi hissəsində xidmət edən Sədi qısa bir zamanda yoldaşlarının hörmət və etibarını qazanmağa nail olur. Ağır döyüşlər zamanı Sədi bir neçə mühasirəyə düşmüş, düşmənlə üz-üzə dursa da ölümün gözünə dik baxmış, yeddi günlük mühasirəni yarıb azad olmuşdur. Sədi çox igid və cəsur, pəhləvan cüssəli oğlan idi. Komandirinin və döyüş yoldaşlarının hörmətini qazanmışdı.
Sədi Şirazi
Sədi (fars. ابومحمد مصلح‌الدین بن عبدالله شیرازی‎; əsl adı Müslihiddin Müşrif ibn Abdulla; təq. 1210, Şiraz, Fars ostanı, Xarəzmşahlar dövləti – 9 dekabr 1292, Şiraz) – orta əsrlər fars ədəbiyyatının, qəzəl janrının ən görkəmli nümayəndələrindən biri. Sədinin əsərləri dünya ədəbiyyatında həm bədii keyfiyyəti, həm də daşıdığı dərin ictimai-sosial əhəmiyyətinə görə yüksək qiymətləndirilir. == Həyatı == Şirazda doğulan Sədi gənc yaşlarında ərəb ədəbiyyatını və İslam biliklərini öyrənmək üçün Bağdada köçür. Dağıdıcı monqol istilalarından sonra, Sədi səfərə çıxmaq qərarına gəlir və ömrünün böyük qismini İraqı, Anadolunu, Suriyanı, Misiri, həmçinin Mərkəzi Asiyanı və Hindistanı gəzməyə, orada yaşayan insanların həyat tərzi ilə tanış olmağa həsr edir. Doğma Şirazına ahıl yaşlarında qayıdır. Sədinin ən məşhur əsərləri "Bustan" (1257) və "Gülüstan"dır (1258). "Bustan" lirik janrda yazılmış islami nəsihətlərdən, dini baxımdan ədliyyə, təvəzökarlıq, bərabərlik kimi keyfiyyətlərin tərifindən ibarətdir. Bundan savayı əsər dərviş mədəniyyəti haqqında məlumat verir.
Sədi Yüzbəndi
Sədi Yüzbəndi (1918, Yüzbənd, Şərqi Azərbaycan ostanı – 1946, Təbriz) ― azərbaycanlı şair, aktyor. Azərbaycan Milli Hökuməti dövründə Şairlər məclisinin üzvü. Azərbaycan Milli Hökuməti süquta uğradıqdan sonra şah ordusunun silahlı dəstələri tərəfindən başı kəsilib. == Həyatı == Sədi İzzət oğlu 1918-ci ildə Qaradağ mahalının Yüzbənd kəndində anadan olub. Azərbaycan Demokrat Firqəsinə qoşulub. Firqənin Qaradağ Vilayət Komitəsində Əbdülsəməd İmraninin rəhbərliyi altında fədai kimi döyüşlərdə iştirak edib. Burada müxtəlif məsul vəzifələrə seçilib. 1945-ci ildə Təbrizdə "Vətən yolunda" qəzeti yanında təsis edilən Şairlər məclisinin üzvü olub. 1946-cı ildə isə Azərbaycan Milli Hökuməti tərəfindən milli-demokratik hərəkatda iştirak etdiyi üçün "21 Azər" medalı və leytenant rütbəsilə təltif olunub. "Ziddi-faşist", "Şairlər məclisi", Azərbaycan qəzet və jurnallarında şeirləri çap edilib.
Bustan (Sədi Şirazi)
Bustan (fars. بوستان‎) — Sədi Şirazinin 1257-ci ildə yazdığı lirik əsəri. Sədi Şirazi Şərq ədəbiyyatının ən görkəmli nümayəndələri olan Nizami, Füzuli, Firdovsi, Xəyyam və Hafiz kimi əsərləri dünya mədəniyyəti xəzinəsinə daxil olan şairlərdəndir. Qədim mənbələrin dediyinə görə Sədi ölməz iki əsər və çoxlu qəzəllər, qitə və rübailər yazıb yaradıb.Sədi Şirazinin iki ən məşhur əsəri «Gülüstan» və «Bustan»dır. Hər iki əsər 1654-cü ildə alman dilinə tərcümə edilərək ilk dəfə avropalılara təqdim edilib. == Məzmun == "Bustan" lirik janrda yazılmış islami nəsihətlərdən, dini baxımdan ədliyyə, təvəzökarlıq, bərabərlik kimi keyfiyyətlərin tərifindən ibarətdir. Bundan savayı əsər dərviş mədəniyyəti haqqında məlumat verir. Faydalı nəsihətlər, zərbi-məsəllər, incə duyğularla zəngin olan bu əsərlər Yaxın və Orta Şərq xalqları arasında xüsusi şöhrətə malikdir. == Nəşr və tərcümə == Əsər Mirmehdi Seyidzadə tərəfindən Azərbaycan dilinə tərcümə edilib və Bakıda nəşr olunub. "Bustan" 1964-cü ildə Bakıda, "Azərnəşr"də təkrar çap edilmişdir."Bustan" və "Gülüstan" 2004-cü ildə "Bustan" əsərinin 1964, "Gülüstan" əsərinin isə 1987 nəşri əsasında təkrar nəşrə hazırlanmış və Bakıda, Öndər nəşriyyatında 400 səhifədə, 25 min tirajla yenidən çap edilmişdir.Əsər 2017-ci ildə Bakı Kitab Klubunda 400 səhifədə yenidən çap edilib.
Gülüstan (Sədi Şirazi)
Gülüstan (fars. گلستان‎‎‎) — Sədi Şirazinin 1258-ci ildə yazdığı epik əsəri. Sədi Şirazi Şərq ədəbiyyatının ən görkəmli nümayəndələri olan Nizami, Füzuli, Firdovsi, Xəyyam və Hafiz kimi əsərləri dünya mədəniyyəti xəzinəsinə daxil olan şairlərdəndir. Qədim mənbələrin dediyinə görə Sədi ölməz iki əsər və çoxlu qəzəllər, qitə və rübailər yazıb yaradıb. O, 1291-ci miladi ilində vəfat edib.Sədi Şirazinin iki ən məşhur əsəri "Gülüstan" və "Bustan"dır. Hər iki əsər 1654-cü ildə alman dilinə tərcümə edilərək ilk dəfə avropalılara təqdim edilib. == Məzmun == "Gülüstan" epik formada təqdim edilmiş əhvalatlardan, lətifələrdən, hikmətli sözlərdən, məsləhətlərdən və qısa şeirlərdən ibarətdir. Faydalı nəsihətlər, zərbi-məsəllər, incə duyğularla zəngin olan bu əsərlər Yaxın və Orta Şərq xalqları arasında xüsusi şöhrətə malikdir. «Gülüstan»ın bir çox şeirləri sonralar zərbi-məsəl kimi dillər əzbəri olub. Tarixdə hələ heç bir kitab bu qədər zərbi-məsələ çevrilməmişdir.
Mir Sədi ağa
Mir Sədi ağa — övliya. == Həyatı == Mir Sədi ağa 1898-ci ildə Azərbaycanda Qubadlı rayonunun Mirlər kəndində dünyaya gəlmişdir. Mir Sədi ağa Nəqşibəndilik təriqətinin böyuk mürşidlərindən biri olmuşdur. Mir Sədi ağa Mir Həmzə Nigarinin soyundandır. Zəmanəsinin böyük övliyası olan bu zat sovet rejiminin repressiya qurbanlarındandır. Ömrünün 17 ilini fasilələrlə məhbəsdə keçirib. Kəramətlərilə məşhurdur. Bundan əlavə Mir Sədi ağanın qəzəlləri, şerləri və nəsihətləri vardır. 1961-ci ildə Qubadlı rayonunda dünyasını dəyişib.
Sadullah Sədi Əfəndi
Sadullah Sədi Əfəndi (Daday, Kastamonu ili – 21 fevral 1539, Konstantinopol) — Osmanlı alimi, müdərrisi və şeyxülislamı. == Həyatı == Kastamonuda dünyaya gəlmişdir. Kiçik yaşlarında atası İsa Çələbi ilə İstanbula gəlmiş, atası Murad Paşa məscidində molla olaraq fəaliyyət göstərmişdir. Atasından və bəzi alimlərdən dərslər aldıqdan sonra mədrəsə təhsili almışdır. Mədrəsə təhsilinin ardından əvvəlcə Başçı İbrahim mədrəsəsinə, daha sonra Ədirnədə, İstanbulda, Bursada müxtəlif mədrəsələrdə müdərris olmuşdur. Daha sonra qazılığa gətirildi və 1524-cü ildə İstanbul qazısı seçildi. 10 il bu vəzifədə qalmış, ardından 1533-cü ildə təqüdə çıxarılaraq Sahn-ı səman mədrəsəsinə müdərris təyin olunmuşdur.İbn-i Kamal Əfəndinin vəfatının səhəri günü 17 aprel 1534 tarixində Sədrəzəm İbrahim Paşanın da dəstəyi ilə şeyxülislamlığa gətirildi. Bu illərdə güclü mövqeyi ilə dini məsələlərdəki tarazlığı qorumuşdur. Eyni zamanda şair olan Sədi Əfəndi 1538-ci ildə evinin yaxınlığında Memar Sinana bir darül-kurra (Quran oxunan yer) inşa etdirmişdir. Sadullah Sədi Əfəndi 21 fevral 1539 tarixində vəfat etmişdir.
Sədi Sani Qarabaği
Sədi Sani Qarabaği (1854, Cinli – 1879, Amasya) — XIX əsr Azərbaycan şairi. == Həyatı == Sədi Ocaqqulu oğlu Sani 1854-cü ildə Qarabağın Cavanşir qəzasının Cinli kəndində doğulmuşdur. Təhsilini Şuşada və Türkiyənin Amasiya şəharində Hacı Mir Həmzə Seyid Nigarinin yanında almışdır. "Məclisi-fəramuşan" şairləri xüsusilə Həsənəli xan Qaradaği ilə yaxınlıq və dostluq etmişdir. Klassik üslubda, Azərbaycan və fars dillərində yazmış, bədii irsinin bir hissəsi qalmışdır. İtedadlı və məhsuldar şaır Sadi Sani 25 yaşında, 1879-cu ildə vəfat etmişdir.
Fərid Sədi Mələn
Fərid Sədi Mələn (1906, Van, Van vilayəti – 3 sentyabr 1988, Ankara) — Türkiyəli bürokrat, siyasətçi, Türkiyənin keçmiş Baş naziri. Fərid Mələn 1906-cı ildə Van şəhərində anadan olub. İbtidai və orta təhsilini Vanda alıb. 1928-ci ildə Bursa Erkek Liseyindən məzun olub. Əvvəl İstanbulda yerləşən və adı daha sonra Ankara Universiteti Siyasi Elmlər fakültəsi olan Dövlət Qulluğu Məktəbinə daxil olub. 1931-ci ilin iyulunda məzun olub. 1931-ci il 26 avqustda Bursa Maiyet memurluğunda dövlət qulluğuna daxil olub. 25 oktyabr 1932-ci ildə Maliyyə Müfəttişinin köməkçisi vəzifəsinə təyin edilib. 1 yanvar 1936-cı ildə dördüncü dərəcəli, 14 iyul 1939-cu ildə üçüncü dərəcəli, 26 yanvar 1940-cı ildə ikinci dərəcəli və 28 yanvar 1943-cü ildə birinci dərəcəli müfəttişliyə yüksəlib. 1 may 1940 – 27 noyabr 1941-ci il tarixləri arasında keçən əsgərliyində leytenant olub.
Hüseyn Məhəmmədzadə Sədiq
Hüseyn Məhəmmədzadə Sədiq (15 iyul 1945, Təbriz, Pəhləvilər İranı[d] – 21 avqust 2022, Tehran, Tehran ostanı, İran) — alim, dilçi, şair, türkoloq, professor. == Həyatı və təhsili == 1945-ci ildə Təbrizin Sürxab məhəlləsində anadan olmuşdur. Tehrana gedib orada Tehran Universitetində fars ədəbiyyatı üzrə bakalavr dərəcəsi, daha sonra Türkiyənin İstanbul Universitetində türk dili və ədəbiyyatı üzrə bakalavr dərəcəsi almışdır. Təhsilini Türkiyədə davam etdirərək, 1983-cü ildə həmin universitetdə fars, ərəb və türk dillərinin müqayisəli ədəbiyyatı üzrə doktorluq dərəcəsi almışdır. === Vəfatı === Tehranın Firuzgər xəstəxanasında avqustun 24-də beyin fəsadı xəstəliyindən dolayı vəfat edib. 25 avqust 25, 2022-ci ildə Təbriz şəhərinin "Vadi rəhmət" qəbristanlığında dəfn edilmişdir. == Fəaliyyəti == Müxtəlif dövrlərdə siyasi, ədəbi və ictimai fəaliyyətlə məşğul olub. 1979-cu il inqilabından sonra müxtəlif ədəbi nəşrlərin, o cümlədən türkcə buraxılan "Yoldaş" , "Yeni Yol", "Inqilab yolunda" ve "Bulleten" dərgisinin baş redaktoru olub. === Siyasi fəaliyyəti === İnqilabın ilk illərindən sonra ağır siyasi başqılar nəticəsində Hüseyn Düzgün siyasi fəaliyyətlərini dayandırıb və ədəbi-mədəni fəaliyyətlərlə məşğul olub. === Ədəbi-mədəni fəaliyyəti === İnqilabdan sonra ədəbi-mədəni fəaliyyətlərlə məşğul olub.
Qışlaq-i Sədikəndi (Biləsuvar)
Qışlaq-i Sədikəndi (fars. قشلاق سدي كندي‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 35 nəfər yaşayır (9 ailə).
Sədiyan
Sədiyan — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 298 nəfərdir ki onunda 159 nəfəri kişi, 139 nəfəri qadındır.
Sədiyar Rəhimov
Rəhimov Sədiyar Soltan oğlu — == Həyatı == Sədiyar Rəhimov 25 mart 1958-ci ildə İsmayıllı rayonu, Qalacıq kəndində anadan olmuşdur. 1971-ci ildə Qalacıq kənd orta məktəbinin 8-ci sinifini qurtarıb, Bakı şəhərində 1saylı fizika-riyaziyyat təmayüllü orta məktəbinə daxil olmuşdur. 1974-cü ildə həmin məktəbi bitirərək Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsinə daxil olmuşdur. 1977-1979-cu illərdə ordu sıralarında xidmət etmişdir. 1975-ci ildən AMEA-nın Fizika İnstitutunda işləyir. 1982-ci ildə BDU-nin Fizika fakultəsini bitirmiş, 1985-ci ildə Fizika İnstitutunun qiyabi aspiranturasına daxil olmuş və 1988-ci ildə oranı bitirmişdir. 1990-cı ildə “Ag-Sb-Te sistemində kinetik hadisələr” mövzusunda namizədlik dissertasiyasını, 2010-cu ildə isə “Yuxarıtemperaturlu ifratkeçirici Y-Ba-Cu-O, Bi-Sr-Ca-Cu-O sistemlərində elektrik yüklərinin və istiliyin daşınması hadisələri” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 1993-2003-cü illərdə böyük elmi işçi, 2003-cü ildən isə aparıcı elmi işçi, 2016-cı ildən laboratoriya rəhbəri və Fizika İnstitutunun İnnovasiya sektorunun rəhbəri vəzifəsində çalışır. == Əsas elmi nəticələri == Ag-Sb-Te sistemində kinetik hadisələr tədqiq edilmiş və alınan nəticələr ilk dəfə olaraq ikifazalı mühüt nəzəriyyəsi əsasında izah edilmişdir. 5000C temperaturunda kəskin soyudulmuş AgSbTe2 və Ag19Sb29Te52 tərkiblərinin yüksək həssas termoelektrik materialı kimı istifadə edilməsi tövsiyə edilmişdir.
Vəzir Sədiyev
Vəzir İsa oğlu Sədiyev (6 iyun 1961, Aşağı Qullar, Marneuli rayonu – 19 fevral 1993, Həsənriz, Kəlbəcər rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. == Həyatı == 6 iyun 1961-ci ildə Gürcüstan Respublikasının Marneuli rayonunun Aşağı Qullar kəndində anadan olmuşdur. Orta təhsilini Qərbi Azərbaycanda alan Vəzir daha sonra Tbilisi Ali Hərbi Artilleriya Məktəbinə daxil olur. == Döyüşlərdə iştirakı == Vəzir Sədiyev Əfqanıstan müharibəsində iştirak etmişdi. O, yüksək səviyyəli xidmətinə görə mayor rütbəsi də almışdı. Dəhşətli Xocalı soyqırımından sonra könüllü olaraq müharibəyə qoşulmağı qərara alır. Vəzir Laçın, Qubadlı, Füzuli, Ağdərə rayonlarında gedən döyüşlərdə iştirak etdi. Milli Orduda artilleriya hissələrinin yaradılmasında onun böyük xidmətləri olmuşdur. 1993-cü il 19 fevral Həsənriz kəndi uğrunda gedən döyüşlərdə cəsur komandir Vəzir Sədiyev qəhrəmancasına həlak oldu. == Ailəsi == Ailəli idi, bir övladı qalıb.
Şəhriyar Sədiq Əfşar
Şəhriyar Sədiq Əfşar (1971, Takab, Qərbi Azərbaycan ostanı) — ABŞ azərbaycanlılarından olan fizik və bir çox mükafat qazanan ixtiraçı.O,2004-cü ildə Harvard Universitetində Əfşar təcrübəsinin hazırlanması və həyata keçirilməsi ilə tanınır.
бранчли́во дива́нная колоту́н межродово́й оче́ртываться перекомпоно́вывать под ви́дом прилуча́ть Се́вер смежи́ться сни́зиться второ́е дуби́льня затесни́ться назализи́роваться продыша́ться разветвлённый расквартиро́вываться тре́звенничество романтик тресочник apartment house flock oracular photodrama