SƏDƏ

sədə çüşməx’:
(Qazax)
işıqlaşmaq. – Dan yerində sədə çüşəndə yola çüşdüx’
SƏDBARI
SƏDƏF
OBASTAN VİKİ
"Sədərək" un dəyirmanı
"Sədərək" un dəyirmanı — Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu ərazisində yeyinti sənaye müəssisəsi. == Haqqında == 2004-cü ildə istifadəyə verilmişdir. Gündəlik istehsal gücü 15 t-dur.
1 saylı Şərur-Sədərək seçki dairəsi
Aleksandra sədəflisi
Aleksandra sədəflisi (lat. Argynnis alexandra) — Pulcuqluqanadlılar dəstəsinə, Nimfalidlər fəsiləsinə aid növ., == Təsviri == Qanadları açılmış halda erkəklər 45 mm, dişilər isə 55 mm-dir. Qanadların üst tərəfi kərpici — qırmızı rəngdə olub, üzərində çoxlu sayda kiçik ləkələr vardır. Arxa qanadların alt səthi yaşıla çalan sədəf rəngli olub, üzərində gümüşü ləkələr vardır. Bu ləkələr qanadın əsasına doğru cəmlənmişdir. == Yayılması == Talış meşələri. == Həyat tərzi == Kol və ayıdöşəyi pöhrəliklərində, meşə talalarında və kənarlarında, yollar və cığırlar boyunda. Kəpənəklər mayın axırında iyulun ortalarına qədər uçur. Tırtıllar iyul – avqustda yerli bənövşənin- Viola caspia Kupff, yarpaqları ilə qidalanır. Puplar qışlayır.
Dəmirçi (Sədərək)
Dəmirçi — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Dəmirçi kənd inzibati-ərazi vahidi Şərur rayonunun tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 23 fevral 2021-ci il tarixli, 275-VIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun inzibati ərazi bölgüsünə daxil olan Dəmirçi kənd inzibati ərazi dairəsi tərkibindəki Dəmirçi kəndi Sədərək rayonunun inzibati ərazi bölgüsünə daxil edilmiş, Dəmirçi kənd inzibati ərazi dairəsi Şərur rayonunun tabeliyindən çıxarılaraq Sədərək rayonunun tabeliyinə verilmiş, Şərur rayonunun inzibati ərazisindən dövlət mülkiyyətində olan 4444 ha torpaq sahəsi Sədərək rayonunun inzibati ərazisinə birləşdirilmişdir. == Toponimikası == Oykonimin türkdilli "Dəmirçilər" tayfasının adı ilə bağlı olması ehtimal edilir. == Tarixi == === Tarixi abidələri === == Coğrafiyası və iqlimi == Kənd Şərur düzündə yerləşir. == Əhalisi == Əhalisi 6500 nəfərdən çoxdur, 1651 ev vardır (2021-ci il) == İdman == 2017-ci ilin iyun ayında Dəmirçi kənd stadionu istifadəyə verilib. Uzunluğu 105, eni isə 60 metr olan təbii ot örtüklü stadionun ərazisində 118 nəfərlik oturacaqlar quraşdırılıb. Stadionda muxtar respublika çempionatı üzrə oyunların, həm də rayon birinciliklərinin keçirilməsi nəzərdə tutulur. Stadionun açılışında Aralıq və Dəmirçi kənd futbol komandaları arasında yoldaşlıq görüşü keçirilib. Görüş Aralıq komandasının 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Heydərabad (Sədərək)
Heydərabad — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda qəsəbə.Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Sədərək qəsəbə inzibati ərazi dairəsi tərkibində faktik mövcud olan ərazi vahidi Heydərabad qəsəbəsi adlandırılmış və rayonun ərazi vahidləri uçot məlumatına daxil edilmiş, Heydərabad qəsəbəsi Sədərək qəsəbə inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu qəsəbə mərkəz olmaqla, Heydərabad qəsəbə inzibati ərazi dairəsi yaradılmışdır. == Tarixi == Qəsəbə, 1970-ci illərdə Azərbaycan prezidenti Heydər Əliyevin təşəbbüsü ilə yaradılmışdır. Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin 23 mart 2000-ci il tarixli qərarı ilə Sədərək kəndindən (İndi qəsəbə) ayrılmışdır. Bunun nəticəsində qəsəbə müstəqil idarə vahidi halına gəlmişdir. Ermənistanla sərhəddə yerləşdiyinə görə, dəfələrlə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən silahlı hücumlara məruz qalmışdır. 1992-ci ildə artilleriya mərmiləri ilə qəsəbə darmadağın edilmişdir. Bu səbəblə qəsəbə əhalisi məcburi köçkün olmuşdur. Məcburi köçkünlər Sədərək kəndində və Naxçıvanın digər bölgələrində məskunlaşmalı oldular. 1997-ci və 1998-ci illər arasında bərpa edilərək inşaat və yaxşılaşdırma işləri edildi və yeni ofis binaları, ictimai müəssisələr, ticarət mərkəzləri və s. inşa edildi.
Mirzə Cavad xan Sədəddövlə
Mirzə Cavad xan Hacı Mirzə Cəbbar oğlu Sədəddövlə (1856–1930) — Cənubi Azərbaycanın tanınmış şəxslərindən, ictimai-siyasi xadim. 1893-1896-cı illərdə İranın Belçikada səfiri, 1909-cu ildə 2 ay müddətində İranın baş naziri olmuşdur. == Həyatı == Mirzə Cavad xan Hacı Mirzə Cəbbar oğlu Sədəddövlə Xoy şəhərində anadan olmuşdu. Atası təzkirəçi idi. Babası isə Səfərəli Xoyi Cənubi Azərbaycanın tanınmış ziyalılarından idi. Mirzə Cavad xan Teleqraf idarəsində və qəzet redaksiyasında çalışmışdı. Bir müddət də Təbriz şəhərində "Müzəffəriyyə" mədrəsəsində işləmişdi. Əliqulu xan Müxbirəddövlə Azərbaycana gələndən sonra onun yanına işə düzəlmişdi. Müxbirəddövlə onu teleqrafa rəis təyin etmişdi. Mirzə Cavad xan sonra Xarici İşlər nazirliyinə daxil olmuşdu.
Naxçıvan-Sədərək magistral yolu
Naxçıvan-Sədərək magistral yolu — Azərbaycanı Türkiyə ilə birbaşa birləşdirən yeganə quru avtomobil yolu. == İnşa tarixindən == Naxçıvan-Sədərək magistralının tikintisinə 2008-ci ilin martında başlanmışdır. Yolun tikintisi 2010-cu ilə qədər mərhələli şəkildə aparılmış və 2010-cu ilin oktyabrından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə istifadəyə verilmişdir. == Texniki göstəriciləri == Dördzolaqlı yolun ümumi uzunluğu 87 kilometr, eni 23 metr, asfalt qatının eni 17,2 metrdir. Böyük İpək yolunun bir hissəsi sayılan bu magistral muxtar respublikanın Kəngərli, Şərur və Sədərək rayonlarını birləşdirir.Azəravtoyolun rəsmi saytında verilən məlumata görə yolun indeksi M-7-dir.
Novcadeh-i Sədət (Bostanabad)
Novcadeh-i Sədət (fars. نوجه ده سادات‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,918 nəfər yaşayır (431 ailə).
Qaraağac (Sədərək)
Qaraağac — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Sədərək qəsəbə inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Qaraağac kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Qaraağac kəndi Sədərək qəsəbə inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Qaraağackənd inzibati-ərazi vahidi yaradılmışdır.
Sədəf Budaqova
Sədəf Budaqova – Azərbaycanlı xanəndə (muğam ifaçısı), müğənni. == Həyatı == Budaqova Sədəf Mehdi qızı 1 fevral 1995-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2001-ci ildə Masazır qəsəbəsində 11 saylı orta məktəbdə təhsil almağa başlayıb, 2012–ci ildə bu məktəbi bitirmişdir. 2007-2012-ci illər ərzində Xırdalan şəhər musiqi məktəbində Xanəndə ixtisası üzrə Qasım Əliyevdən təhsil alır. 2012–ci ildə Asəf Zeynallı adına Musiqi Kollecinin Xanəndə ixtisası üzrə Azərbaycan və Özbəkistanın xalq artisti Gülyaz Məmmədovanın sinfinə daxil olaraq 2015-ci ildə Kolleci bitirir. Həmin ildə Azərbaycan Milli Konservatoriyasının Xanəndə ixtisası üzrə Xalq artisti, professor Mənsum İbrahimovun sinfinə daxil olur. 2019-cu ildən Sumqayıt Musiqi Kollecində müəllimə kimi çalışır. 2020-ci ildə Konservatoriyanı bitirir. 2022-ci ildən magistr pilləsi üçün yenidən Milli Konservatoriyada təhsil alır. == Fəaliyyəti == 2011-ci ildə Bakıda, Beynəlxalq Muğam Mərkəzində Gənclər və İdman, Mədəniyyət və Turizm Nazirliklərinin yardımı, Paşa Bankın baş sponsorluğu, İctimai Televiziya və Radio Yayımları Şirkətinin informasiya dəstəyi ilə "Kainat" Gənclik Mərkəzinin təşkil etdiyi III Beynəlxalq Uşaq Muğam Festivalında baş mükafat — "Qran–Pri" qazanıb.
Sədəf Tahiryan
Sədəf Tahiryan (fars. صدف طاهریان‎; 21 iyul 1988, Tehran) — İran aktrisası və model.
Sədəf adası
Sədəf adası (türk. Sedef Adası, yun. Τερέβινθος) — Türkiyəyə məxsus olan, Mərmərə dənizində yerləşən ada. Adalar arxipelaqının ən kiçik adasıdır. Bizans imperiyası dönəmində sürgün yeri kimi istifadə edilirdi. Əvvəlki adı Terebinthosdur. Əvvəllər dovşanın bol olması ilə əlaqədar dovşan adası belə deyilirdi. Ada 1850-ci ildə Topxana müdiri Fəthi Əhmət Paşanın mülkiyyətinə verilmişdir. O, adaya zeytun ağacları əkdirmişdir. Paşanın ölümündən sonra ada baxımsız qalmışdır.
Sədəf Çaxmaq
Sədəf Çaxmaq (türk. Sedef Çakmak; 9 iyun 1982) — Türkiyə siyasətçisi, LGBT fəalı. Çaxmaq Türkiyədə açıq şəkildə LGBT kimliyi ilə vəzifəyə gəlmiş ilk siyasətçidir. O, lezbiyandır. == Həyatı == Sədəf Çaxmaq 9 iyun 1982-ci ildə anadan olmuşdur. O, 2015-ci ildən bəri Cümhuriyyət Xalq Partiyasının İstanbul Başakşəhər bələdiyyəsi rayon məclis üzvüdür. Çaxmaq Türkiyədə açıq şəkildə LGBT kimliyi ilə vəzifəyə gəlmiş ilk siyasətçidir. Sədəf Çaxmaq Qalatasaray Universitetinin Sosiologiya Fakültəsindən bakalavr dərəcəsi ilə məzun olmuşdur. O, universitet illərində mülki cəmiyyət təşkilatlarında işləməyə başlamışdır. 2004-cü ildən bəri LGBT fəalı olaraq fəaliyyət göstərir.
Sədəfi buludlar
Sədəfi buludlar, Perlamutr buludları - Stratosferdə 20-26 km hündürlükdə müşahidə olunan xırda buz kristallarından və soyumuş su damlalarından ibarət ox nazik buludlardır.
Sədəfli
Sədəfli — Azərbaycan Respublikasının Qobustan rayonunun Bədəlli kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Kəndin keçmiş adı Sədəf Yekəxanası olmuşdur. Tədqiqatçıların ehtimalma görə, oykonim kəndin ilk sakinlərindən olan Sədəf adlı şəxsin adı ilə bağlıdır. == Tarixi == == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 335 nəfər əhali yaşayır. == Coğrafiyası və iqlimi == Kənd Mərəzə platosunda, Qarpızlı yaylasının yamacında yerləşir.
Sədənağac
Sədənağac (3 yanvar 1935-ci ildən: Güney) — Göyçə mahalının Basarkeçər rayonunda kənd. El arasında digər аdı Hаcı Qərib olub. == Tarixi və ərazisi == Göyçə mahalının ən qədim kəndlərindən olanSədənağac kəndi Göyçə gölünün sahilində, Basarkeçər-Çubuxlu yolunun üstündə, rayon mərkəzindən 25 km şimal-qərbdə, Basarkeçər –Çubuxlu yolunun üstündə, dəniz səviyyəsindən 2016 m hündürlükdə yerləşir. Kəndin eni 1,5 km, uzunluğu isə 3 km-dir. Kənd qərb tərəfdən Dərə kəndi ilə 3km, şərq tərəfdən Şişqaya kəndi ilə 7 km məsafədə həmsərhəd olaraq Kiçik Qafqaz sıra dağları cərgəsindəki dağ silsilələrinin: soldan İtkəlləsi yüksəkliyi, sağdan Qoca dağın ətəyində, Gədəbəy rayonunu (Qalakənd kəndindən keçməklə) Göyçə gölü ilə birləşdirən "Böyük yoxuş" yol aşırımının Göyçə gölü tərəfində yolun başlanğıcında, dağa qalxan hissəsində yerləşir. Bu yol Göyçə gölünün şimal sahilindən başlayaraq kəndin ortasından keçir və kənd qurtardıqdan sonra Yolçıxan ilə (Yolçıxan - yolun qayalıqlardan ibarət, təxminən 3-4 km uzunluğunda, yuxarı — dağa qalxan hissəsini göstərən toponim) Maralbulağı düzənliyinə qalxır, oradan Şahdağ silsiləsinin suayrıcındakı Qocadağ zirvəsinin (hündürlüyü 3317 m) sinəsində yerləşən "Mədədin yurdu" deyilən düzənlikdən keçib Böyükyoxuşa çatır və Qoca dağın sinəsindən aşağı şimala doğru enərək Şəmkir çayının sol sahili ilə Qalakənd kəndi, oradan isə Azərbaycanın digər bölgələri ilə birləşir. Sədənağac toponimi iki hissədən: "sədən" və "ağac" söz birləşmələrindən əmələ gəlmişdir. "Sədən" sözü farscada və azərbaycan dilində işlədilən "zədən" sözünün əsrlər boyu azca dəyişilmiş şəklidir. Mənaca "vurulmuş, zərbəyə məruz qalmış, zədələnmiş anlamındadır. Kəndin yerləşdiyi yer bir vaxtlar yüz illər yaşı olan nəhəng palıd ağaclarından ibarət qalın meşəlik olub.
Sədənrud mahalı
Sədənrud və ya Sərdərin mahalı — Şirvan xanlığının inzibati ərazilərindən biri. == Tarixi == Ucar, Göyçay, Sabirabad, Kürdəmir və Ağdaş rayonlarının ərazisində mövcud olmuşdur. Mahalın naibi Hacı Abdulla bəy idi. == Əhalisi == 1821-ci ildə 9 oba (Muğanlı, Türkman, Müsüslü, Murtı, Xəlilli, Kürd, Şıxlı, Bağırbəyli, Cakirli) və 37 kənddə(Bərgüşad, Qaracallı, Şıxəmir, Hacalı, Şəkili, Yalmən, Dulusçu çarxı Yenikənd, Qaziyan, Bığır, Çiyni, Çaxırlı, Əlikəndi, Şıxbəy, Mollahacılı, Qaraxıdır, Danabasan Türkədi, Məlikkəndi və Alpı, Kəlbəndə, Qurd, Şaharxı, Ləki, Çərəkə, Bevdəvil, Kürdşaban, Alxasova, Qulabənd, Çayarxı, Pirkəndi Küçəgədi, Qarabucaq, Şıxnəsir, Alpout, Şəkər, Keşxurd, Ərəb, Ərəb, Bozavand) 1210 ailə yaşayırdı. == İqtisadiyyatı == Sərdərin mahalının sakinləri əkinçilik, maldarlıq, xalçaçılıq, üzümçülük və baramaçılıqla məşğul olurdular. == İstinadlar == == Həmçinin bax == Şirvan xanlığı == Xarici keçidlər == Fariz Xəlilli-Tarix üzrə fəlsəfə doktoru. "Şirvan xanlığının süqutu: özündən sonra qalanlar…" (az.). Musavat.az. İstifadə tarixi: 2017-04-03. Fariz Xəlilli-Tarix üzrə fəlsəfə doktoru.
Sədəqiyan (Salmas)
Sədəqiyan (fars. صدقيان‎) - İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 954 nəfər yaşayır (197 ailə).
Sədəqə
Sədəqə (din)
Sədəqə (Urmiya)
Sədəqə (fars. صداقه‎) - İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 307 nəfər yaşayır (85 ailə).
Sədəqə (din)
Sədəqə — Allah rızası üçün verilən mal, pul, elm kimi insanın möhtac olduğu hər şeyə sədəqə deyilir. == Haqqında == Sədəqə Allaha yaxınlaşmaq, savab və mükafata nail olmaq üçün sidqi-ürəkdən verildiyinə görə sədəqə adlandırılmışdır. Bu kəlmələrin hər ikisi – sidq və sədəqə eyni kökdən törəmişdir. İnsan bir mənada Allaha olan sədaqətini sədəqə ilə göstərir. Bunu edərkən mükafatının axirətdə mütləq veriləcəyinə inanır. Hər kəsin maddi vəziyyəti eyni deyil. Kimi varlı, kimi isə kasıbdır. Müsəlmanlar arasında varlılar olduğu kimi kasıblar da hər zaman olmuşdur. Hamının mövqeyindən və vəziyyətindən asılı olmayaraq maddi-mənəvi müəyyən şeylərə ehtiyacı var. Bu səbəbdən varlı müsəlman “mən hər il zəkatımı verirəm” deyib xeyir işlərdən uzaq durmamalı, kasıb müsəlmanlar da “biz varlı deyilik” deyərək xeyirxahlıqdan geri qalmamalıdır.
Sədərək
Sədərək — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Sədərək qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Sədərək qəsəbəsi kənd statusuna aid edilmiş və Sədərək kəndi adlandırılmış, Sədərək qəsəbə inzibati ərazi dairəsi Sədərək kənd inzibati ərazi dairəsi adlandırılmışdır. Sədərək rayonunun mərkəzi Sədərək kəndindən Heydərabad qəsəbəsinə keçirilmişdir.Kənd eyniadlı rayonun mərkəzidir. Sədərək düzündə yerləşir. Sədərək adı haqqında toponimikada müxtəlif fikirlər mövcuddur. Oykonimi sedars (fars. “119 dara”), rang (fars. “yüz rang”), Sagt'ay (“Dədə Qorqud” qəhrəmanlarından biri), Quxur Sadd (vaxtila Sədərək da daxil olmaqla Naxçıvan erazisi belə adlanırdı) sözləri ilə əlaqələndirirlər. Lakin son tədqiqatlara görə, toponim ərəb dilindəki saddr (düşərgə) sözü və -ak şak.-sindən ibarətdir.
Sədərək (dəqiqləşdirmə)
Yaşayış məntəqələri Sədərək — Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda kənd. Sədərək rayonu — Azərbaycan Respublikasında, Naxçıvan Muxtar Respublikasında rayon. Sədərək yaşayış yeri — Sədərək nahiyəsi — Sədərək sultanlığı — Sədərək düzü —Digər Sədərək qalası — Sədərək körpüsü — Sədərək məscidi — Naxçıvan Muxtar Respublikasında məscid. Sədərək məscidi — Sədərək Ticarət Mərkəzi ərazisində məscid.
Sədərək FK
"Sədərək" — Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun futbol klubu. Naxçıvan Muxtar Respublikasının futbol çempionatında iştirak edir.
Sədərək Rayon Tarix-Diyarşünaslıq Muzeyi
Sədərək Rayon Tarix-Diyarşünaslıq Muzeyi — Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda fə­a­liy­yət gös­tə­rən ta­rix-di­yar­şü­nas­lıq mu­zeyi.­ == Muzeyin tarixi == Muzey 1978-ci il fevral ayının 23-də Ölkəşünaslıq muzeyi olaraq yaradılmış, 2000-ci il 26 iyun tarixdən isə Sədərək Rayon Tarix-Diyarşünaslıq Muzeyi kimi fəaliyyətini davam etdirmişdir. 2010-cu ildə Heydərabad qəsəbəsində bu mədəniyyət müəssisəsi üçün yeni bina ucaldılıb. İkimərtəbəli muzey binası 2 ekspozisiya zalı, fond və iş otaqlarından ibarətdir. 2002-ci il­də mu­ze­yin 4 böl­mə­si, 613 ekspo­na­tı olub. == Muzeyin eksponatları == Muzey arxeologiya, etnoqrafiya, tətbiqi sənət, xalçaçılıq, qədim silahlar, kənd təsərrüfatı alətləri, numizmatika, flora və fauna bölmələrindən ibarətdir. Muzeyin fonduna 2500-ə yaxın eksponat daxildir. Onlardan 1464-ü ekspozisiyada nümayiş etdirilir. Muzeydə numizmatika məmulatları, saxsı qablar və gildən hazırlanmış məişət və təsərrüfat alətləri, qədim toxuculuq alətləri, xalçalar və digər dəyərli eksponatlar nümayiş olunur.

Digər lüğətlərdə

го́мо ре́тис дееспосо́бный организацио́нный перели́вочный перечу́вствоваться премудрёный приходо-расхо́дный сре́тение флюориза́ция барме́нша вольнослу́шатель смех и го́ре стасо́вывание consular faithworthy insomuch that loop bearing mancus platy professionally vine-leaf завивать искрение неотступность прыть