SƏFİYYƏ

Ərəb mənşəlidir, “seçilmiş”, “saf”, “ən yaxşı” deməkdir. Təsfiyyəçi sözü ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

SƏFƏR
SƏFTƏR
OBASTAN VİKİ
Səfiyyə Sultan
Səfiyyə Sultan (təq. 1550 – 10 noyabr 1618, Konstantinopol) — 12. Osmanlı sultanı III Muradın xanımı və III Mehmedin anası, Validə sultan. == Saraydan öncəki həyatı == Sofia Bellicui Baffo adı ilə 1550-ci ildə Venesiyada dünyaya gəldi. Çox varlıqlı bir ailənin tək övladı olan Sofia dövrünə görə mükəmməl bir təhsil almışdı. Atası Leonardo Baffo Korsika adasının qubernatoru idi. Hələ 12 yaşındaykən Aralıq dənizində gəmiylə səyahət edərkən Osmanlı quldurlarına əsir düşmüşdür. Bir il sonra İstanbuldakı Pera kölə bazarına gətirilən Sofianın gözəlliyi dövrün hasəki sultanı Nurbanu Sultanın qulağına qədər gəlib çatır. Manisa sancaqbəyi olan oğlu şahzadə Muradın (III. Murad) dövlət işlərindən uzaq passiv xarakterindən narahat olan anası Nurbanu Sultan bir sərvət ödəyərək 13 yaşlı Sofianı kölə bazarından satın alaraq saraya gətirir. === Saraya gəlişi === 2 il boyunca dayanmadan hərəmxana təhili alan Sofianın adı dəyişdirilərək, mənası "arı, duru, saf gözəllik" olan Səfiyyə qoyulur.
Səfiyyə Dibirova
Səfiyyə (Sofiya) Hacı qızı Dibirova (1933, Qullar, Balakən rayonu – 31 yanvar 2015, Balakən rayonu) — Azərbaycan dövlət və partiya xadimi, Azərbaycan Kommunist Partiyasının Qax (1970–1982), Vartaşen (1963–1970), Zaqatala (1962–1963), Balakən (1960–1962) rayon komitələrinin birinci katibi, Balakən Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri (1958–1960). == Həyatı == Səfiyyə Hacı qızı Dibirova 1933-cü ildə Balakən rayonunun Qullar kəndində kolxozçu ailəsində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Nuxa şəhərinə gəlmiş və buradakı müəllimlər institutuna daxil olmuşdur. 1954-cü ildə ədəbiyyət diplomu ilə doğulduğu kəndə qayıdaraq məktəbdə müəllimlik etmişdir.Səfiyyə Dibirova 1954–1956-cı illərdə kənd məktəbində pioner baş dəstə rəhbəri, 1956–1957-ci illərdə Balakən rayon pionerlər evinin direktoru olmuşdur. 1957-ci ilin yanvar ayında o, Azərbaycan LKGİ Balakən Rayon Komitəsinin Pioner və məktəblilərlə iş şöbəsinin müdiri təyin olunmuşdur. İki aydan sonra isə Balakən Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədrinin müavini vəzifəsinə irəli çəkilmişdir.1958-ci ilin iyun ayında Səfiyyə Dibirova Sovet İttifaqı Kommunist Partiyası üzvlüyünə qəbul edilmiş və eyni ildə Balakən Rayon ZDS İcraiyyə Komitəsinin sədri vəzifəsinə təyin olunmuşdur. Həmin illərdə vəzifələrdə çalışmaqla bərabər, Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Dil və ədəbiyyat fakültəsinin qiyabi şöbəsində təhsil almışdır.1960-cı ildə Səfiyyə Dibirova Azərbaycan Kommunist Partiyası Balakən Rayon Komitəsinin birinci katibi vəzifəsinə irəli çəkilmiş və bu vəzifədə iki il çalışmışdır. 1962–1963-cü illərdə Azərbaycan KP Zaqatala Rayon Komitəsinin birinci katibi olmuşdur. 1963-cü ildə Vartaşen və Nuxa rayonları birləşdirildikdə Vartaşen Rayon Kolxoz-Sovxoz İstehsalat İdarəsi Partiya Komitəsinin katibi seçilmiş, iki il sonra bu rayonların ayrılması ilə Azərbaycan KP Vartaşen Rayon Komitəsinin birinci katibi kimi fəaliyyətini davam etdirmişdir. 1970-ci ildə Azərbaycan KP Qax Rayon Komitəsinin birinci katibi seçilmiş və 1982-ci ilin aprel ayına kimi bu vəzifədə çalışmışdır.Səfiyyə Dibirova Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü olmuş, Azərbaycan SSR Ali Sovetinin altı çağırış (5–10-cu çağırışlar) deputatı seçilmişdir.
Səfiyyə binti Hüyey
Səfiyyə binti Hüyey (ərəb. صفية بنت حيي‎; təq. 610, Mədinə – 670, Mədinə) — İslam peyğəmbəri Məhəmmədin həyat yoldaşlarından biri. Mədinə yəhudilərindən olan Bəni Nadir qəbiləsinin rəisi Hüyey ibn Əxtabın qızı. == Bioqrafiyası == Səfiyyə binti Hüyey təxminən 610-cu ildə anadan olmuşdur. Onun atası Huyey ibn Əxtab Məhəmməd peyğəmbərin və müsəlmanların qatı düşməni olduğu üçün ənsarlarla mühacirlər arasında çəkişmə fürsətini əldən verməmiş, Qüreyşlə ittifaqa girmişdir. İlk əri Sallam bin Mişkam əl-Qureyzə qəbiləsinin məşhur şairi idi, lakin onların evliliyi uzun sürməmişdir. Onun ikinci əri Bəni Nadir qəbiləsinin nümayəndələri arasında yüksək mövqeyə malik olan Kənan ibn ər-Rəbi ibn Əbu əl-Hukayk idi. == Xeybər döyüşü == Mədinənin yəhudi qəbilələri (Bəni Kayinuka, Bəi Nadir və Bəni Qureyzə) müsəlmanlarla bağladıqları müqavilələri pozduqdan sonra onlar qovulur və Bənu Nadir Xeybərdə məskunlaşır. Mədinədən qovulduqdan sonra Səfiyyənin atası Məhəmməd peyğəmbərlə düşmənçiliyindən əl çəkmir.
Səfiyyə binti Əbdülmüttalib
Səfiyyə binti Əbdülmüttalib (ərəb. صفية بنت عبدالمطلب‎, 570, Məkkə – 640, Mədinə) — Müsəlmanların sonuncu peyğəmbəri Məhəmməd peyğəmbərin bibisi, Zübeyr ibn Əvvamın anası. İslamda bütpərəst (İslam ədəbiyyatında müşrik) kişini öldürən ilk qadın səhabə kimi tanınır. == Bioqrafiya == 567-ci ildə Məkkədə anadan olmuşdur. Müsəlman olmadan əvvəl iki dəfə ərə gedir. Zübeyr ibn Əvvam ikinci evliliyindən idi. Məhəmmədin İslama dəvətini eşidən o, oğlu Zübeyrlə birlikdə İslamı qəbul etmişdir. İslamın yayılmasında peyğəmbərə dəstək verməsi ilə bilinir. O, oğlu Zübeyrlə birlikdə Məkkədən Mədinəyə hicrət etmişdir. O, müxtəlif müharibələrdə iştirak edib və müharibəyə gedən ilk müsəlman qadın kimi tanınıb.

Digər lüğətlərdə

Всевы́шний вы́мести гра́бельщик исповеда́льность конфискова́ться морализи́ровать топы́риться фосфори́тчик шипообра́зно кружковщи́на микрокефа́лия непредви́денность одори́ровать позитро́нный пудрить мозги́ четвертова́ться amoeban areaway D-day miscalculation protohuman thermovision привычный раскалывать самодеятельность