SƏFƏRALI

Əli zəfəri; Əli qələbəsi.
SƏFƏRAĞA
SƏFƏRALI
OBASTAN VİKİ
Qaçaq Səfəralı
Qədirli Səfəralı Nəcəfqulu oğlu (Qaçaq Səfəralı) — qaçaq, xalq qəhrəmanı. Qaçaq Səfəralı 1867-ci ildə Cəbrayıl qəzasının Yağlıvənd kəndində anadan olmuşdur. Rus istilasına qarşı uzun illər mübarizə aparmış, 1891-ci ildə Sibirə sürgün edilmişdir. On ilə yaxın bir müddətdən sonra Sibirdən qaçmağı bacarmışdır. Həbsxanadan qaçdıqdan sonra mübarizəsini davam etdirmiş, ömrünün son günlərini İranda keçirmişdir. Tağı Kərimlinin "Yağlıvəndin repressiya qurbanları" kitabı.
Səfəralı Məmmədov
Səfəralı Məmmədov — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. 16 oktyabr 1963-cü ildə Masallı rayonunun Sərçuvar kəndində anadan olmuşdur. 1981-ci ildə burada məktəbi bitirir və hərbi xidmətə çağırılır. 1983-cü ildə ordudan tərxis edilir. Krasnodar şəhərinə gələrək milis sisteminə daxil olur. 1990-cı ildə Bakı Xüsusi Orta Milis Məktəbinə göndərilir. Buranı leytenant rütbəsi ilə bitirən Səfəralı Qarabağa getmək istədiyini bildirir, ona Bakıda hava limanında iş təklif edilsə də, o, inadından dönmür. Subay idi. Səfəralı Məmmədov Ağdam rayonunda polis komandiri kimi döyüşlərə atılır. Sarışın olması, rus dilini səlis bilməsi ona ermənilər arasına təkbaşına getməsinə imkan verirdi.
Hacı Səfəralı hamamı
Hacı Səfəralı hamamı — Novxanı kəndində yerləşən Hacı Səfəralı hamamının tikintisi 1907-ci ildə başa çatıb. Ərazisinin itibucaqlı olması və o zaman əsas yola çıxması tikilinin planlaşdırılmasında bir çox mane yaradıb. Buna baxmayaraq, hamamın yerini təyin etdikdə islamın bütün qayda-qanunları ciddi şəkildə qorunub saxlanılıb. Hamamın içini planlaşdırmaq xüsusilə çətinlik yaradıb. Bununla belə, vacib tələb olunan qaydalara uyğun, ənənəyə sadiq layihələşdirilib və tikilib. Burada geniş giriş zalı və tualet, əhalinin sayına uyğun soyunub-geyinmə bölməsi nəzərdə tutulub. Soyunub-geyinmə otağı ilə çimmə zalının arasındakı kamera istiliyi rejimdə saxlamağa xidmət edir. Kvadrat şəkilli, arkalı çimmə zalı soyuq və isti su kameralarından ibarət olan hissəylə əlaqəli idi. Suqızdırma otağı başqa hamamlardakindan fərqli olaraq genişliyi ilə seçilir. Hamamı su ilə təchiz edən quyu da burada yerləşdirilib.
Hacı Səfəralı məscidi
"Hacı Səfəralı" məscidi — Azərbaycanın Abşeron rayonunun Novxanı qəsəbəsində məscid. == Tarixi == Məscid 1865-ci ildə usta Ağa Məhəmməd Qulu oğlu tərəfindən inşa edilmişdir. Məscid ilk vaxtlar kiçik bir təkyədən ibarət olmuşdur. 1904-cü ildə kənd sakini Hacı Səfəralı buranı genişləndirərək böyük bir məscid tikdirmişdir. Məscidə qərb tərəfdən birbərtəbəli mədrəsə bitişikdir. İbadətgahlara qarşı mübarizə Səfəralı məscidindən də yan keçməmiş, XX əsrin 30-cu illərində məscid bağlanmışdır. Məscidin binasından anbar kimi istifadə olunub. Repressiyalara baxmayaraq, novxanılılar məscidin tam məhv edilməsinə icazə verməmiş, məscidin taxıl anbarına çevrilməsinə nail olmuşdurlar. 60 illik fasilədən sonra – 1988-ci ildə məscid kənd dindarları tərəfindən bərpa edilib istifadəyə verilmişdir. Müstəqillik illərində məscid Abşeronun memarlıq ənənələrinə uyğun təmir edilmiş, əlavə olaraq iki minarə tikilmişdir.

Значение слова в других словарях