SƏFƏRBƏR
SƏFHƏ
OBASTAN VİKİ
Səfərbərlik
Səfərbərlik — müharibə elanı ilə əlaqədar olaraq, ehtiyatda olan müxtəlif yaşlıların və hərbi qulluğa yararlı olanların ordu sıralarına çağırışı. Azərbaycan Respublikası iqtisadiyyatının, icra hakimiyyəti orqanlarının, yerli özünüidarəetmə orqanlarının və təşkilatların müharibə dövrünün iş rejiminə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrin və xüsusi birləşmələrin müharibə dövrü üçün müəyyən edilmiş təşkilati-ştat strukturuna keçirilməsinə dair tədbirlər kompleksi. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 25-ci bəndinə əsasən, ümumi və qismən səfərbərliyin elan edilməsi, habelə səfərbərlik üzrə çağırılanları tərxis edilməsi Azərbaycan Respublikası Prezidentinin səlahiyyətindədir. Prezident müharibə elan etsə, fövqəladə və hərbi vəziyyət elan etsə, Milli Məclisə razılıq üçün təqdimat verir.
Xalq Səfərbərlik Qüvvələri
Xalq Səfərbərlik Qüvvələri (bəzən Xalq Səfərbərlik Komitəsi və Xalq Səfərbərlik Bölmələri olaraq da adlandırılır) (ərəb. الحشد الشعبي‎‎ al-Ḥashd ash-Shaʿbī) – daha çox Həşdi Şabi adı ilə də tanınan İraq dövləti tərəfindən maliyyələşdirilən, əsasən şiə müsəlman qruplarından ibarət olan, eyni zamanda sünni müsəlman, xristian və yezidi qruplarını da əhatə edən hərbi birləşmədir. Həşdi Şabi bölmələri bir qruplaşma kimi 2014-cü ildə yaradıldı və İŞİD-ə qarşı demək olar ki, hər bir böyük döyüşdə mübarizə apardı. 2018-ci ilin əvvəllərində İraqın o vaxtki Baş naziri olaraq Baş Komandan Heydər əl-Abadi tərəfindən tamamilə yenidən qurulandan sonra yeni İraq Respublika Qvardiyası adlandırıldı. Keçmiş Baş nazir "Xalq Səfərbərliyi döyüşçülərinin vəziyyətini uyğunlaşdırmaq üçün" qaydalar tərtib etdirdi və onlara İraq ordusunun digər birləşmələrində olduğu kimi maaş verdirirdi. == Loqotip və bayraq == Birləşmə tərkibindəki qrupların hər birinin ayrılıqda öz bayraqları olsa da, Xalq Səfərbərlik Qüvvələri olaraq İraq bayrağı ilə birlikdə üzərində "Al-Hashd Al-Sha'bi" ibarəli yazı olan sarı vəya ağ bayraq da istifadə edilir. == Adı == Rəsmi yerli adla əlaqədar olaraq, ərəbcə الشعبي (ash-Shaʿbī) kəlməsi xalq arasında deyildiyi kimi "xalq" və ya "populyar" kimi tərcümə olunur. Ərəb dilində الحشد (al-Hashd), səfərbərlik prosesindən daha çox səfərbər olunan bir qrup insan anlamı kimi - "səfərbərlik" mənasını verir. Digər mənalarda isə əl-həşd "izdiham", "qoşun", "dəstə", "toplaşmaq" və ya "birləşmək" kimi də tərcümə edilə bilər. == Formalaşması == Başlanğıc vaxtda yəni 2014-cü ildə Həşdi Şabi tərkibində Nuri əl-Malikinin dəstəyi ilə vuruşan yeddi milis qrupu var idi: Bədr Təşkilatı Əsaib Əhl əl-Həqq Xətaib Hizbullah Xətaib Seyyid əl-Şühəda Hərəkat Hizbullah əl-Nücəba Xətaib əl-İmam Əli Xətaib Cund əl-İmamKarnegi Orta Şərq Beyin Mərkəzi təmsilçiləri Faleh Cabar və Renad Mansour'un sözlərinə görə, Baş nazir Nuri əl-Maliki bu qüvvələri İŞİD-in meydana çıxması ilə mübarizə aparmaq və özünün sünni bölgələrində təsirini qorumaq üçün istifadə etdi.
Azərbaycanda hərbi səfərbərlik (1941)
Azərbaycanda hərbi səfərbərlik (1941) – Faşist Almaniyasının təcavüzkar məqsədlərinə qarşı Azərbaycanın hərbi, siyasi və iqtisadi potensialının səfərbər olunması. == Hitler Almaniyasının Azərbaycanla bağlı planları == 1941-ci il iyunun 22-də faşist Almaniyası SSRİ-yə xaincəsinə basqın etdi. 1940-cı il dekabrın 18-də təsdiq edilmiş SSRİ-yə hücum -"Barbarossa planı" ildırımsürətli müharibə strategiyasına əsaslanırdı. Məqsəd güclü, qəfil zərbə ilə sovet ordusunu darmadağın etmək, qışa qədər Arxangelsk-Həştərxan xəttinə çıxmaq idi.Hitler Almaniyasının qəsbkarlıq planında Azərbaycan, neft Bakısı xüsusi yer tuturdu. Hətta SSRİ-də yaşayan türkdilli xalqları -"müsəlman monqoloidləri, dağıdıcı qüvvə" hesab edən Hitler "Mənim mübarizəm" kitabında yazırdı ki, "onlar ali irqin qullarına çevrilməlidirlər".Almaniya hakimiyyəti Bakı neftini ələ keçirməyi Şərqdə istilaçılıq siyasətini reallaşdırmağın mühüm amili hesab edirdi. Rozenberqin "Qafqazın idarə olunması planı"na görə Azərbaycanda idarəedici orqan – "komissarlıq" yaradılmalı və iqamətgahı Tbilisidə yerləşəcək Qafqaz reyxkomissarlığına tabe edilməli idi. Faşist Almaniyası sovetlər üzərində qələbədən sonra İran körfəzinə, Hind okeanına qədər əraziləri zəbt etmək niyyətində idi. Türk xalqları yaşayan ərazilərdə Almaniyadan asılı oyuncaq "Böyük Türküstan" dövləti yaradılması planlaşdırılırdı. Bu dövlətin ərazisinə Şimali və Cənubi Azərbaycanla bərabər, Orta Asiya, Qazaxıstan, Başqırdıstan, Tatarıstan, Krım, Şimali Qafqaz, Qərbi Çin və Əfqanıstanın daxil olması nəzərdə tutulurdu.Hələ 1941-ci il martın 27-də Almaniyanın Kontinental Neft Cəmiyyətinə Bakıda neftin çıxarılması, emalı və daşınması ilə məşğul olacağı göstərişi verilmişdi. Artıq Azərbaycandakı iri sənaye müəssisələrinə "ali irqdən" rəhbərlər də təyin edilmişdi.
Türkman Briqadaları (Xalq Səfərbərlik Birlikləri)
Türkman Briqadaları (türk. Türkmen Tugayları, ərəb. الحشد التركماني‎) — İraq Silahlı Qüvvələrinin Xalq Səfərbərlik Birliklərinin parçası olan və İraq türkmanlarından ibarət hərbi briqada. Hərbi briqada 2014-cü ildə təsis edilmişdir. Komandiri Səid Yılmaz Nəcardır. Qrupun komandiri Səid Yılmaz Nəcər Türkiyəyönlü qrup İraq Türkmən Cəbhəsinin vahid türkmən milislərinin yaradılması təkliflərini rədd edib. Nəcar bu təklifi rədd etməsinin səbəbini qrupun həm şiə, həm də sünni türkmənlərdən ibarət olması, İraq Türkmən Cəbhəsinin isə sırf sünni olması ilə əlaqələndirib.25 sentyabr 2016-cı il tarixində 16-cı briqada Türkman Briqadalarının Həvicə hücum əməliyyatında iştirak edəcəklərini açıqlamışdır.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti
"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 13 fevral 2012-ci il tarixli Fərmanına əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının Hərbi Komissarlığı, Naxçıvan Muxtar Respublikasının Hərbi Komissarlığı, rayon, şəhər, paytaxtın rayonu hərbi komissarlıqları ləğv edilmiş və onların əsasında Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılmışdır. == Haqqında == Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Azərbaycan Respublikası vətəndaşlarının hərbi-vətənpərvərlik tərbiyəsi, müddətli həqiqi hərbi xidmətə çağırışaqədərki hazırlığı, həqiqi hərbi xidmətə çağırışı, ehtiyatda xidmətkeçməsi, səfərbərlik hazırlığı və səfərbərlik üzrə çağırışı, xüsusi hərbi ixtisaslar üzrə hazırlığı, ali təhsil müəssisələri tələbələrinin zabitlər hazırlanan xüsusi proqram üzrə hərbi hazırlığı, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrin sülh dövründə çağırışçılarla, səfərbərlik zamanı və müharibə dövründə Silahlı Qüvvələrin və digər silahlı birləşmələrin, habelə xüsusi birləşmələrin hərbi vəzifəlilərlə və hərbi-nəqliyyat vasitələri ilə, eləcə də mülki heyət vəzifələrində işləmək üçün vətəndaşlarla komplektləşdirilməsi sahələrində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Xidmət öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Xidmətin Əsasnaməsini və normativ hüquqi aktlarını rəhbər tutur. == Rəhbəri == Mürsəl İbrahimov — Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, Polkovnik.
Azərbaycanın Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (Azərbaycan)

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti

"Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012-2022)" yubiley medalı
"Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012–2022)" medalı — Azərbaycanın dövlət təltifi (medal). Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qurulmasının 10 illiyi münasibətilə təsis edilmişdir. == Təsis edilməsi == "Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012–2022)" medalı Azərbaycan Respublikasının 2020-ci il 6 oktyabr tarixli qanunu ilə təsis edilmişdir. Əsasnamədə deyilir: Maddə 1. Təltif edilən şəxslər "Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012–2022)" Azərbaycan Respublikasının yubiley medalı ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) həqiqi hərbi xidmət keçən və xidməti vəzifələrini nümunəvi yerinə yetirən zabitlər, gizirlər və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, həmin orqandan (qurumdan) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular, habelə həmin orqanda (qurumda) səmərəli fəaliyyət göstərən mülki işçilər və həmin orqanın (qurumun) fəaliyyətinin təşkilində və inkişafında xüsusi xidmətləri olan digər şəxslər təltif edilirlər. Maddə 2. Təltif edən orqan "Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012–2022)" Azərbaycan Respublikasının yubiley medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxsləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təltif edir. Maddə 3. Taxılma qaydası "Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012–2022)" Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır. == Təsviri == Medalın təsviri Azərbaycan Respublikasının 2020-ci il 6 oktyabr tarixli Qanunu ilə təsdiq edilmişdir.
"Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012–2022)" yubiley medalı

Digər lüğətlərdə

ня́нюшкин Пена́ты приду́шенно сго́рбленность альт зарожде́ние злоде́йка наверте́ться осна́щиваться отврати́тельный панкреати́т пардо́н плугово́й прожектори́ст пу́дрить мозги кому-л budworm Gretchen low-lying normalize operability unappreciative морозостойкий патронесса покусать только