SƏFƏRÇİN
SƏFƏRQULU
OBASTAN VİKİ
Səfərəli Babayev
Səfərəli Yaqub oğlu Babayev – (15 mart 1923, Naxçıvan rayonu, Naxçıvan MSSR – 2003) coğrafiya elmləri doktoru, AMEA-nın müxbir üzvü. == Həyatı == S. Y. Babayev Naxçıvan MR-nın Babək rayonunun Əznəbürd-Təzəkənd kəndində anadan olmuşdur. 1954-cü ildə Azərbaycan Dövlət Qiyabi Pedaqoji institutu coğrafiya fakultəsini bitirmişdir. 1959-cu ildə Azərbaycan EA Coğrafiya İnstitutunun dissertantı olmuşdur. 1968-ci ildə "Naxçıvan MSSR-in təbii şəraiti və landşaftı" mövzusunda namizədlik müdafiə etmişdir. 2002-ci ildə isə "Naxçıvan MR-da Dədə-Qorqud toponimləri" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. == Elmi fəaliyyəti == 1937–1938-ci illərdə Babək rayonu Xıncab kənd yeddiillik məktəbində işləmişdir. 1948-ci ildə Azərbaycan LKGİ Naxçıvan Vilayət Komitəsinin katibi çesilmişdir. 1950–1952-ci illərdə Azərbaycan KP MK yanında İkiillik Partiya məktəbinin dinləyicisi olmuşdur. 1952–1955-ci illərdə Naxçıvan MR-sı Maarif Nazirliyinin məktəb inspektoru Naxçıvan rayon Partiya komitəsinin təbliğat-təşviqat şöbəsinin müdiri teyin olunub 1956–1957-ci illərdə Naxçıvan MR Maarif Nazirinin müavini 1957–1960-cı illərdə Muxtar Respublikanın maarif naziri vəzifəsində işləmişdir.
Səfərəli Məmmədov
Məmmədov Səfərəli İbrahim oğlu (30 dekabr 1929, Əhən, İsmayıllı rayonu – 22 mart 2010, Bakı) — Sosialist Əməyi Qəhrəmanı, SSRİ Dövlət Mükafatı Laureatı, Azərbaycan Respublikasının Əməkdar inşaatçısı, Bakı şəhərinin fəxri vətəndaşı, Prezident təqaüdçüsü == Həyatı == Səfərəli Məmmədov 30 dekabr 1929-cu ildə İsmayıllı rayonunun Əhən kəndində anadan olub. 1947-ci ildən Azərbaycan Sənaye Tikinti Nazirliyinin 4 nömrəli trestinin 48 nömrəli tikinti idarəsində 48 il çalışıb. Trestdə fəhləlikdən trestin Həmkarlar İttifaqının sədri vəzifəsinə qədər yüksəlmişdir. Səfərəli Məmmədov 22 mart 2010-cu ildə vəfat etmişdir.
Səfərəli Vəzirov
Vəzirov Səfərəli Ağarza oğlu (28 aprel 1929, Divəzər, Xızı rayonu – 9 noyabr 1982, Bakı) — qarmon ifaçısı. == Həyatı == Qarmon çalmağı atasından öyrənmiş, daha sonra məşhur qarmonçu Kor Əhəddən (1893-1942) və Teyyub Dəmirovdan (1908-1970) dərs almış, ondan musiqi, ifaçılıq sənətinin sirlərini daha mükəmməl mənimsəmişdir. Az müddətdə Səfərəli el arasında öz dəst-xətti ilə tanınır. Səfərəli qarmon ifaçılığını təkmilləşdirməklə bərabər 1948 ildə Xalq Təsərrüfatı İnstituna qəbul olunur. Tələbə ikən institutda yaratdığı x.ç.a. ansamblına rəhbərlik edir. 1951 ildə Polşada keçirilən Beynəlxalq musiqi festivalının qalibi olur. Onun ifasında 1953-cü ildə lentə alınmış bir sıra muğam («Çahargah» dəstgahı) və rəqslər («Qazaxı», «Kolxozu», «Azərbaycan», «14 nömrə», «Qaytağı», «Tərəkəmə», «Vağzalı»), həmçinin özünün bəstələdiyi «Pambıq çöllərində» kompozisiyası AzRT Fondunda qorunur. Səfərəli Vəzirovun oğlanları əməkdar artistlər Ədalət Vəzirov, Kamil Vəzirov, Ramiz, Babək, Qalib musiqi aləmində tanınmış musiqi ifaçılarıdır.
Dizac Səfərəli (Vərziqan)
Dizac Səfərəli (fars. ديزج صفرعلي‎) - İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 495 nəfər yaşayır (115 ailə).
Səfərəli bəy Kəbirli
Səfərəli bəy Kəbirli — Qarabağ xanı İbrahimxəlil xanın yaxınlarından biri, Zəngəzur mahalının naibi, poruçik. == Həyatı == Səfərəli bəy Əli bəy oğlu Kəbirli elinin Əlibəyli qışlağında dоğulmuşdu. Mədrəsə təhsili almışdı. Mehdiqulu xan Sarıcalı-Cavanşirə xidmət etmişdi. Səfərəli bəy Cəfərqulu xan Məhəmmədhəsən ağa oglu Sarıcalı-Cavanşirin lələsi idi. Cəfərqulu xan 1809-cu ildə lələsinin əlindən Qaravəlli kəndini almaq istəyirdi. Səfərəli bəy öncə Mehdiqulu xana, sonra Qafqaz canişininə şikayət etdi ki, bu obanı onun atası Əli bəy Muğandan gətirmişdir. Sonda obanı Səfərəli bəyə qaytarılar. Səfərəli bəy ruslara qulluq göstərmişdi. Öncə prapоrşik, sоnra 1820-ci il mart ayının 31-də Yermоlоvun əmri ilə pоruçik rütbəsi almışdı.
Səfərəli bəy Vəlibəyov
Səfərəli bəy Şıxhəsən bəy oğlu Vəlibəyov (1861, Şuşa – 31 avqust 1902, Şuşa) — Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının məzunu, görkəmli maarif xadimi, pedaqoq, publisist. Səfərəli bəy Vəlibəyov XIX əsr Azərbaycan pedaqoji tarixinin simalarından biridir. O, Zaqafqaziya (Qori) müəllimlər seminariyasını bitirən ilk üç Azərbaycanlıdan biri olmuş,[mənbə göstərin] ömrünün 16 ilini pedaqoji işə sərf etmişdir. Bu müddət ərzində C.Məmmədquluzadə, N.Nərimanov, S.S. Axundov kimi şəxsiyyətlər ibtidai təhsillərini Vəlibəyovdan almışdır. == Həyatı == Hacı Vəli bəy Kəbirlinin ikinci oğlu Şıxhəsən bəyin oğlu Səfərəli bəy Vəlibəyov 1861-ci ildə Şuşa şəhərində anadan olmuşdurş. Molla yanında təhsil alarkən ərəb və fars dillərinə mükəmməl yiyələnmişdir. 1875–1879-cu illərdə Şuşa şəhər rus məktəbində təhsil almışdır.1879-cu ildə Aleksey Çernyayevski tələbə toplamaq məqsədi ilə Şuşada olarkən gənc Səfərəli bəylə söhbət aparmış, zirək və bacarıqlı olduğunu görüb onu Zaqafqaziya Müəllimlər Seminariyasının nəzdində açılmış Azərbaycan bölməsinə aparmış, onu seminariyanın 2-ci sinfinə qəbul etmişdir. Seminariya həyatı, ordakı təlim-tərbiyə sistemi basqa seminaristlər kimi Səfərəli bəy Vəlibəyovun da mənəvi inkişafına müsbət təsirini göstərmişdir. Gələcək müəllim təhsilin ilk günlərindən başlayaraq özünü qabil və işgüzar bir gənc kimi göstərir, tədris fənlərinə dərindən yiyələnir, dünya ədəbiyyatı nümunələrini mütaliə edir, pedaqoqika elmi haqqında təhsil alır. == Fəaliyyəti == Qori müəllimlər seminariyası nəzdində açılmış ibtidai məktəbə müəllim olmadığına görə Çernyayevski özü rəhbərlik edirdi, məktəbdə şagirdlərə Azərbaycan və Rus dillərində dərs keçilirdi, onlar əsas şöbəyə hazırlanırdılar.
Səfərəli bəy Əbdürrəhmanbəyov
Səfərəli bəy Məşədi Hacı bəy oğlu Əbdürrəhmanbəyov (1878-17 may 1899)—Qarabağ bəylərindən. == Həyatı == Hacı bəyin ikinci oğlu Səfərəli bəy 1878-ci ildə Cəbrayıl qəzasının Əbdürrəhmanbəyli obasında dünyaya gəlmişdi. Molla yanında oxumuşdu. Özəl təsərrüfatını idarə etməklə keçinirdi. Səfərəli bəy 17 may 1899-cu ildə qaçaqlar tərəfindən öldürüldü. Hadisənin təfsilatı: Zəngəzur qəzasının Sisyan nahiyəsinin Pul kəndi yaxınlığında Əbdürrəhmanbəyli köçü qaçaqlarla üzləşdi. Qaçaqlardan Qaragüvəndikli Cabbar Hüseyn oğlu və Əbdülhəsən Bədəl oğlu Səfərəli bəydən qızıl pul tələb etdilər. Səfərəli bəy onlara bir neçə qoç təklif etdi ki, aparın şişlik çəkin. Qızılım yoxdur. Mübahisə edib, çəplşdilər.
Hacı Səfərəli bəy Səfərbəyov
Helan-i Səfərəli (Hurand)
Helan-i Səfərəli (fars. هلان صفرعلي‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 145 nəfər yaşayır (30 ailə).
Molla Səfərəli bəy Məlikhaykazov
Molla Səfərəli bəy Məlikhaykazov (1803, Xanyurdu – 1876, Xanyurdu) — azərbaycanlı din xadimi və şair. == Həyatı == Molla Səfərəli bəy Qarabağ xanlığının bəy ailələrindən biri olan Məlikhaykazovlar ailəsinə mənsubdur. 1803-cü ildə Qarabağ xanlığının Çiləbörd mahalının Xanyurdu məntəqəsində dünyaya gəlmişdir. Atası Ağacan bəy mülkədar olmuşdur. İbtidai təhsilini atasından almışdır. Bundan sonra Şuşadaki Beyt-ül Ədəb mədrəsəsində təhsilinə davam etmiş, sonda molla titulunu almışdır. Buradan Nəcəfə yollanmış, burada dini və dünyəvi elmlər üzrə təhsil almışdır.Din işlərlə yanaşı, Molla Səfərəli bəy Azərbaycan türkcəsində və farsca lirik şeirlər yazmışdır. Şeirlərinin əsas mövzusu əxlaq üzrə olmaqla, çox az bir hissəsi günümüzə qədər gəlib çıxmışdır.1876-cı ildə vəfat etmişdir. == Ailəsi == Gülbadam Xanımla ailə həyatı qurmuş və bu evlilikdən iki oğlu olmuşdur — Əli və Həsən bəylər.
Səfərəli İmamqulu oğlu Qarabaği
Usta Səfərəli (Səfərəli İmamqulu oğlu Qarabaği) (1788-1856) — Qarabağ xanlığının papaqçılarından biri == Həyatı == Səfərəli İmamqulu oğlu 1788-ci ildə Şuşa şəhərinin Qurdlar məhəlləsində anadan olmuşdu. Molla yanında oxumuşdu. Papaqçılıqla məşğul olmuşdu. Qarabağ xanlığının elitar təbəqəsinin papağını tikirdi. Usta Səfərəli 1856-cı ildə Şuşa şəhərində vəfat edib. == Ailəsi == Usta Səfərəli Xədicə ilə ailə qurmuşdu. Zeynal, Həsən, Həzrətqulu, Məmmədqulu adlı oğlanları, Püstə adlı qızı vardı. == Mənbə == Ənvər Çingizoğlu, Qarabağ xanlığı, Bakı, "Şuşa", 2007. Ənvər Çingizoğlu, Qarabağda sənət və sənətkarlar, Bakı: "Elm və Təhsil", 2011,-280 səh.
Usta Səfərəli
Usta Səfərəli (Səfərəli İmamqulu oğlu Qarabaği) (1788-1856) — Qarabağ xanlığının papaqçılarından biri == Həyatı == Səfərəli İmamqulu oğlu 1788-ci ildə Şuşa şəhərinin Qurdlar məhəlləsində anadan olmuşdu. Molla yanında oxumuşdu. Papaqçılıqla məşğul olmuşdu. Qarabağ xanlığının elitar təbəqəsinin papağını tikirdi. Usta Səfərəli 1856-cı ildə Şuşa şəhərində vəfat edib. == Ailəsi == Usta Səfərəli Xədicə ilə ailə qurmuşdu. Zeynal, Həsən, Həzrətqulu, Məmmədqulu adlı oğlanları, Püstə adlı qızı vardı. == Mənbə == Ənvər Çingizoğlu, Qarabağ xanlığı, Bakı, "Şuşa", 2007. Ənvər Çingizoğlu, Qarabağda sənət və sənətkarlar, Bakı: "Elm və Təhsil", 2011,-280 səh.
Aytən Səfərəliyeva
Aytən Səfərəliyeva — Jurnalist. == Həyatı == Aytən Səfərəliyeva 1983-cü il fevral ayının 2-sində anadan olub. 2000-ci ildə orta məktəb məzunu olub. 2001-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə qəbul olub. 2005-ci ildə eyni fakültənin beynəlxalq jurnalistika üzrə magistratura bölməsini bitirib. "Lider" telekanalında yayımlanan "Zəif Bənd" , "Milyonçu" verilişində redaktor vəzifəsində çalışıb. Hazırda Azərbaycan Televiziyasında yayımlanan "Sözün sirri" verilişinin müəllifi, eyni zamanda həmin telekanalda yayımlanan "Çoxbilmişlərdənsinizmi?" verilişinin redaktoru vəzifəsində çalışır. Bir sira layihələrin müəllifidir . Bu rola aktrisa kimi gəlişi təsadüfi idi.
Kamil bəy Səfərəliyev
Kamil bəy Səfərəliyev (1872 – 27 noyabr 1920) ― Bakı Şəhər Dumasının müvəqqəti sədri (1905–1907), Müsəlman Xeyriyyə Cəmiyyətinin üzvü. == Həyatı == Kamil bəy Səfərəliyev hərbçi idi. Çar ordusunda polkovnik rütbəsinə qədər yüksəlib. Ordudan tərxis olunub Bakıya qayıdandan sonra əvvəl bank sahəsində çalışıb. Sonralar Bakının meri olub. Bakıda bir çox sənaye obyektlərinin, binaların, həmçinin o vaxt Mixaylov, sonradan Əzizbəyov adına xəstəxananın tikintisi onun adıyla bağlıdır. Kamil bəy Səfərəliyev 1920-ci il noyabr ayının 27-də ürək tutmasından 48 yaşında vəfat edir. === Ailəsi === 1902-ci ildə Kamil bəy Səfərəliyev Azərbaycanın daha bir tanınmış nəslindən olan Qəmər xanım Əbülfət qızı Ziyadxanova ilə ailə qurubKövkəb Səfərəliyevanın atasıdır.
Kövkəb Səfərəliyeva
Kövkəb Kamil qızı Səfərəliyeva (3 yanvar 1907, Bakı – 27 iyun 1985, Bakı) — pianoçu, pedaqoq, professor, Azərbaycanın ilk pianoçu-pedaqoqu, metodist, publisist, maarifçi və təşkilatçı, Azərbaycan SSR xalq artisti (1972). == Həyatı == Kövkəb Kamil qızı Səfərəliyeva 1907-ci ildə Bakı şəhərində anadan olub. 1915-ci ildə səkkiz yaşlı Kövkəb Marinski adına ümumtəhsil məktəbinə daxil olur. Eyni vaxtda o həm də fortopiano sinfində musiqi dərsləri də alırdı. 1916-cı ildə isə təhsilini musiqi texnikumunda davam etdirir. 1917–18-ci illərdə artıq Azərbaycanda Demokratik Respublikasının yaradılması və bu yöndə baş verən siyasi olaylarla bağlı vəziyyət getdikcə dəyişməyə başlayır. 20-ci illərdə isə demokratik təbəqəyə qarşı kəskin repressiyalar başlayır. Bu repressiyaların təsiri Səfərəliyevlər ailəsindən də yan keçmir. Baş verən hadisələrlə bağlı keçirdiyi məşəqqətli əzablar nəticəsində Kövkəbin atası Kamil bəy Səfərəliyev 1920-ci il noyabr ayının 27-də ürək tutmasından 48 yaşında vəfat edir.1926-cı ildə Kövkəb Səfərəliyeva Musiqi texnikumunu bitirir və çox gənc olmasına baxmayaraq onu Türk qadın seminariyasına işə dəvət edirlər. Burada o ilk pedaqoji fəaliyyətinə başlayır.
Məhəmmədtağı Səfərəlibəyov-Sidqi
Məhəmməd Tağı Sidqi (tam adı: Səfərov Məhəmməd Tağı Kərbəlayi Səfər oğlu) — Azərbaycan maarifçisi, pedaqoq, şair, publisist, böyük mütəfəkkir, müəllim. == Həyatı == Məhəmməd Tağı Sidqi mədrəsə təhsili almış, klassik şərq poeziyasını və fəlsəfəsini mükəmməl öyrənmişdir. Gəncliyində ticarətlə məşğul olmuş, ailəsini dolandırmaq üçün çayxana açmışdı; çayxana, bir növ, ziyalıların, ədəbiyyat həvəskarlarının toplaşdığı mədəni mərkəz, qiraətxana rolu oynayırdı. Sidqi Ordubadda "Əxtər" (1892, maarifçi ziyalı Hüseyn Sultan Kəngərli ilə birgə), Naxçıvanda isə "Tərbiyə" ("Məktəbi-Tərbiyə", 1894) məktəbi təsis etmiş, xalq müəllimi kimi şöhrət qazanmış, ədəbi-mədəni tədbirlərin və teatr tamaşalarının əsas təşkilatçılarından olmuşdur. == Fəaliyyəti == Elmi-pedaqoji dəyərə malik yeddi dərsliyin ("Nümuneyi-əxlaq", "Töhfeyi-bənat, yainki Qızlara hədiyyə", "Müxtəsər coğrafiya risaləsi" və s.) müəllifidir (əlyazmaları Azərbaycan Mlli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanır). Sidqi müntəzəm surətdə bədii yaradıcılıqla da məşğul olmuşdur. Ordubadda fəaliyyət göstərən "Əncüməni-şüəra" ədəbi məclisinin fəal üzvlərindən idi. Pedaqoji fəaliyyəti ilə bilavasitə bağlı olan ədəbi irsi qəzəllərdən (300-dən çox), "Məsnəviyyati-mənəviyyə" adlı irihəcmli mənzumədən, "Kəbb Nəsir" mənzum hekayətindən, "Heykəli-insanə bir nəzər" ədəbi-fəlsəfı traktatından (1912-ci ildə kitab halında çap edilmişdir), 20-dən çox hekayədən ibarətdir. Sidqi Azərbaycan uşaq nəsrinin ilk yetkin nümunələrini yaratmışdır. "Məktəb hekayələri" kimi tanınan bu əsərlərdə ("Məktəbə davam", "Gözütox uşağın hekayəti", "Yalançı uşaq", "Səxavətli uşaq" və s.) o, özünün maarifçilik ideyalarını, pedaqoji görüşlərini, yüksək mənəvi-əxlaqi keyfiyyətləri bədii şəkildə təbliğ etmişdir.
Oleq Səfərəliyev
Oleq Səfərəliyev (13 oktyabr 1952, Talas rayonu[d], Cambul vilayəti) — Rejissor. Ssenari müəllifi. == Həyatı == == Filmoqrafiya == Murad-Sad (film, 1988) Çalışan adam (film, 1996) Əlvida, cənub şəhəri (film, 2006) == Mənbə == Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 816.
Qışlaq-i Səfərəlinüsrət (Biləsuvar)
Qışlaq-i Səfərəlinüsrət (fars. قشلاق صفرعلي نصرت‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 76 nəfər yaşayır (13 ailə).
Qışlaq-i Səfərəliqibəli (Biləsuvar)
Qışlaq-i Səfərəliqibəli (fars. قشلاق صفرعلي غيب علي‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 55 nəfər yaşayır (10 ailə).
Rüstəm Səfərəliyev
Sərəfəliyev Rüstəm Qasım oğlu (1909, Qoçəhmədli, Qaryagin qəzası – 1991, Bakı) — partiya və dövlət xadimi, Sosialist Əməyi Qəhrəmanı. == Həyatı == Sərəfəliyev Rüstəm Qasım oğlu 1909-cu ildə Füzuli rayonunun Qoçəhmədli kəndində anadan olub. Sosialist Əmək Qəhrəmanı (1949). 1929–1974-cü illərdə müəllim, Pedaqoji texnikumun direktoru, Bakıda məktəb direktoru, Keşlə rayonunun Xalq Maarif şöbəsinin müdiri, AKR MK aparatında təlimatçı, Şəki RK-nın katibi, Azərbaycan KP Balakən, Zaqatala, Bərdə, Göyçay Rayon Komitələrinin birinci katibi və s. vəzifələrdə işləmişdir. 1948-ci ildə dövlətə kənd təsərrüfatı məhsulların istehsalı və satışının yerinə yetirilməsində yüksək əmək göstəricilərinə nail olmuşdur. Sov.İKP 19, 25, 26 və AKP 18–30-cu qurultayların nümayəndəsi olmuş, 1951-ci ildən AKP MK üzvü idi. Azərbaycan SSR Ali Sovetinin (1, 5, 7–10-cu çağırış) deputatı idi. 4 dəfə Lenin ordeni, Qırmızı Əmək Bayrağı, "Şərəf nişanı" ordenləri və medallarla təltif edilmişdir. == Haqqında == Sosialist Əməyi Qəhrəmanı, uzun illər partiya və dövlət sahəsində çalışmış, tanınmış təsərrüfatçı Rüstəm Səfərəliyevə həsr olunmuş "Bizim katib" adlı film çəkilmişdir.
Rəhman Səfərəliyev
Rəhman Səfərəliyev — Azərbaycan həkimi, tibb elmləri doktoru, professor. == Həyatı == Rəhman Salah oğlu Səfərəliyev 3 iyun 1935-ci ildə Laçın rayonunun Minkənd kəndində mühəndis ailəsində anadan olub. Kiçik yaşlarındaikən Minkənd orta məktəbində təhsil almışdır. Sonradan Bakı şəhəri Balaxanı kənd orta məktəbində təhsilini davam etdirmiş, 1951-ci ildə həmin məktəbi "qızıl medalla" bitirmiş və 1951-ci ildə Azərbayacan Tibb İnstitunun Müalicə profilaktikası fakultəsinə daxil olmuşdur. 1958-ci ildə institutu fərqlənmə diplomu ilə bitirən R.Səfərəliyev 1960-cı ildə aspiranturaya qəbul olur və Moskva şəhərinə göndərilmişdi. 1962-ci ildə aspiranturanı bitirmiş, 1963-cü ildə müdafiə edərək tibb elmləri alimlik dərəcəsi almışdır. 1992-cı ildə Bakı şəhərində doktorluq işini müvəffəüiyyətlə müdafiə edərək tibb elmləri doktoru alimlik dərəcəsi almışdır. 1963-cü ildən başlayaraq əvvəlcə parazitologiya institutunda -klinik şöbədə həkim, -baş elmi işçi, sonralar Epidemologiya, gigiyena və peşə xəstəlikləri Elmi Tətqiqat institutunda 1996-cı ilədək mədə-bağırsaq Protozooları laborotoriyasının şöbə müdiri və sonralar professoru vəzifəsində çalışmışdır. Rəhman Səfərəliyev tibb elmləri doktoru, professordur. 125-ə qədər elmi işin müəllifidir.
Rəşad Səfərəliyev
Rəşad Səfərəliyev (tam adı: Rəşad Fərman oğlu Səfərəliyev; 2 oktyabr 2001; Xaçmaz, Azərbaycan — 27 sentyabr 2020; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rəşad Səfərəliyev 2001-ci il oktyabrın 2-də Xaçmaz rayonunda anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Rəşad Səfərəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşıb. Rəşad Səfərəliyev sentyabrın 27-də şəhid olub. Xaçmaz rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Səfərəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Samirə Səfərəliyeva
Samirə Elxan qızı Səfərəliyeva — Azərbaycan jurnalisti, televiziya aparıcısı. Samirə Səfərəliyeva 3 iyun tarixində Bakı şəhərində anadan olub. Valideynləri Səfərəliyev Elxan Nuruş oğlu və Səfərəliyeva Xədicə Həzi qızı Laçın rayonunda anadan olduqlarından uşaqlığı elə bu rayonda keçib.[mənbə göstərin] === Şəxsi həyətı === Ailəlidir. Ruslan (2003) və Mədinə (2011) adında iki övladı var. == Fəaliyyəti == 1981-ci ildə Nizami rayonundakı 129 nömrəli orta məktəbin 1-ci sinfinə gedib. 1991-ci ildə orta məktəbi bitirib, sənədlərini Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə verib. Lakin daxil ola bilməyib. Müxtəlif qəzetlərdə ştatdankənar müxbir kimi fəaliyyətə başlayıb. İlk yazısı isə Laçın rayonunda nəşr edilən “Laçın” qəzetində çıxıb.[mənbə göstərin]1993-cü ildə Qərb Universitetinin "Ümumbəşər siyasəti və iqtisadiyyatı" fakultəsinə daxil olub. Axşam şöbəsində oxuduğu üçün günortalar qəzet və jurnallarda jurnalistik fəaliyyətini davam etdirib.
Səfərəlibəyovlar
Səfərəlibəyovlar — Azərbaycan xalqının soylarından biri. == Soyun yaranması == Səfərəliyevlər nəslinin başçısı Səfərəli bəy köklü Bakılı olub. Pirşağının kəndxudası olan Səfərəli bəy yerli əhali arasında böyük nüfuza malik olub. Səfərəli bəyin nəvəsi – Kövkəb xanımın ulu babası Hacıağa Hüseynqulu bəy Səfərəliyev çar II Nikolay tərəfindən "bəy" titulu almışdı. Hacıağa Hüseynqulu bəyin ailəsində 5 oğul böyümüşdü: İsmayıl bəy, Dadaş bəy, Ağa Rəhim bəy, İbrahim bəy və Tağı bəy. == Soyun tanınmış nümayəndələri == Səfərəli bəy — Pirşağının kəndxudası Tağı bəy Səfərəlibəyov — mühəndis. İsmayıl bəy Səfərəliyev — məşhur Azərbaycan xeyriyyəçisi, milyonçu, Müsəlman Xeyriyyə Cəmiyyətinin türk hərbi əsirlərə nəzarət üzrə təyin edilmiş nümayəndəsi. Kamil bəy Səfərəliyev Kövkəb Səfərəliyeva — pianoçu, pedaqoq, professor, Azərbaycanın ilk pianoçu-pedaqoqu, metodist, publisist, maarifçi və təşkilatçı (1972), Azərbaycan SSR xalq artisti (1972).
Səfərəliyev
Səfərəliyev — soyad. Ədalət Səfərəliyev Xanlar Səfərəliyev Rəhman Səfərəliyev Oleq Səfərəliyev Zülfiqar SəfərəliyevToponimSəfərəliyev — Samux şəhərinin keçmiş adı.
Səfərəliyeva Şölə
Şölə Cavanşir qızı Səfərəliyeva (29 avqust 1984, Bakı) — Azərbaycan müğənnisi. Azərbaycan Respublikasının əməkdar artisti. == Həyatı == Şölə Cavanşir qızı Səfərəliyeva 29 avqust 1984-cü ildə Bakı şəhərində anadan olub. 1991-ci ildə 200 saylı BMLK-da orta təhsilə başlayıb. 1992-ci ildə 21 nömrəli musiqi məktəbinin fortepiano sinfinə qəbul olub. 2 oktyabr 1995-ci ildə əfsanəvi " Qaya " kvartetinin solisti, Rauf Babayevin musiqi məktəbində başladığı vokal sinfinə qəbul olub, "Bəri Bax" uşaq ansamblının solisti kimi fəaliyyətə başlayıb. 11 illik vokal sinfini bitirib. == Ailəsi == (Atası) Səfərəliyev Cavanşir Xalid oğlu 15.08.1958, (anası) Səfərəliyeva Sona Sabir qızı 09.06.1959 (qardaşı) Səfərəliyev Elçin Cavanşir oğlu 13.02.1986 == Təhsili == 2001-ci ildə İctimai-Siyasi universitetin Azərbaycan dili və ədəbiyyatı filologiya fakültəsinə daxil olub. Təhsil illərində şairlər Zöhrab Tahir, Nəriman Həsənzadə, görkəmli tarixçi alim İqrar Əliyev, politoloq Aydın Mirzəzadədən dərs alıb. 2019-cu ildə Azərbaycan Milli Konservatoriyasının populyar musiqi və caz fakültəsinin magistr pilləsinə (solo oxuma) qəbul olub.
байт грязни́ть мозгля́к напа́костничать потра́фиться ры́царственный синони́мика спире́я тонне́ль безбу́рность брести́ гекто... жа́берный ионосфе́рный обраба́тывать обруга́ться стра́ждущая brush cutter cinnabaric doomsday familiarize ferry service microcassette sufficient оброк