SƏFƏVİ

[ ər. ] 1501-1737-ci illərdə Azərbaycanda və İranda hakimiyyət sürmüş məşhur azərbaycanlı sülalə.
SƏFƏRXANA
SƏFƏVİLƏR
OBASTAN VİKİ
Bədiüzzaman mirzə Səfəvi
Bədiüzzaman Mirzə Səfəvi (həmçinin 1624-cü ildən sonra Şahnəvaz xan) — Səfəvi sülaləsindən gələn şahzadə və Böyük Moğol imperiyası sarayında ən güclü əmirlərdən biri. Moğol imperatoru Sultan Şahcahanın hakimiyyəti dövründə onun gücü özünün zirvəsinə çatmışdır. Bədiüzzaman Mirzə Səfəvi moğol imperatoru Övrəngzibin və onun oğlu şahzadə Murad Baxşın qayınatası olmuşdur. == Həyatı == Sultan Rüstəm mirzənin oğlu idi. Bədiüzzaman Mirzə Səfənin aid olduğu Səfəvi sülaləsi tirəsinin kökü I İsmayılın oğlu Bəhram Mirzəyə gedib çıxırdı. O, Nauras Banu Bəyimlə evlənmişdi. Nauras Bəyim Mirzə Məhəmməd Şərifin qızı idi və onların bu evlilikdən iki oğlanları və beş qızları olmuşdu. Onların övladlarından biri də Dilras Banu Bəyim idi ki, keçmiş şahzadə Muhi-ud-din, yəni imperator adı ilə Övrəngziblə 1637-ci ildə evlənmişdi. Övrəngzib moğol imperatoru Sultan Şahcahanın üçüncü oğlu idi. Onun bir digər qızı Övrəngzibin kiçik qardaşı Murad Baxşla 1638-ci ildə ailə qurmuşdu.
Bəhram Mirzə Səfəvi
Əbil-Fəth Bəhram Mirzə Səfəvi (7 sentyabr 1517, Marağa, Şərqi Azərbaycan ostanı – 1549) — sənətçi və ədib şahzadə. == Həyatı == 7 sentyabr 1518-ci ildə Şah İsmayıl Xətai və Şah Sultanın ikinci övladı olaraq dünyaya gəlmişdir. Saray təhsili almışdır. == Fəaliyyəti == İctimati fəaliyyətə ilk dəfə 11 yaşında Xorasan vilayətinin hakimi kimi başlamışdır. Herat qalasında Qazi xan Təkəlinin qəyyumluğu altında yaşayan Bəhram Mirzənin hakimiyyəti özbəklərin hücumları ilə kölgələnmişdi. 1532-ci ilin yazından 1533-cü ilin oktyabrına qədər mühasirədə qalan Bəhram Mirzə 1533-cü ildə qardaşı Sam mirzə Səfəvi ilə əvəz olundu. 1534-cü ildə Azərbaycanı Osmanlıya qarşı qoruyan Bəhram, 1536-cı ildə Lahicana hakim təyin edildi. Lakin yerli xalqla əlaqəsi zəif olan Bəhram bu dəfə 1546-cı ildə Həmədana hakim təyin edildi. Əlqas mirzə Səfəvinin həbsində önəmli rol oynayan Bəhram 1550-ci ildə qəflətən vəfat etdi. == Ailəsi == İmadəddin Şirvaninin bacısı Zeynəbsultan xanım ilə evlənmişdir.
Habsburq-Səfəvi ittifaqı
Habsburq-Səfəvi ittifaqı — XVI əsrdə Osmanlı dövlətinə qarşı Habsburq sülaləsi ilə Səfəvi dövləti arasında qurulmuş ittifaq. == İlk əlaqələr == Şah İsmayılın hakimiyyəti dövründə ilk dəfə onunla V Karl və Macarıstan kralı II Ludviqlə Osmanlı dövləti əleyhinə ittifaq qurulması üçün fikir mübadiləsi edildi. Sonradan I Karl (Karlos) adı ilə İspaniya kralı olan V Karl ittifaq təklif etmək üçün Səfəvilər dövlətinə 1516 və 1519-cu illərdə elçi göndərir. Həmçinin də II Ludviq Maruni keşişlərindən olan Petrus de Monte Libanonu 1516-cı ildə eyni məqsədlə Səfəvi sarayına göndərir.Bu elçilərə dəqiq cavabın verilmədiyi güman edilir, lakin 1523-cü ildə Şah İsmayıl latınca yazıb, Petrus de Monte Libano vasitəsiylə V Karla göndərdiyi məktubda ona Osmanlı əleyhinə ittifaq təklif edirdi. Bu məktub 1524-cü ilin martında V Karl Burqosda olan zaman ona verilmişdi. Mənbələrdə dəqiq məlumat olmasa da, V Karlın bunu prinsip olaraq qəbul etdiyi düşünülür. Lakin 1524-cü ildəŞah İsmayılın ölməsi itifaqın qurulmasına mane oldu. == Osmanlı-Səfəvi müharibəsi == 1529-cu ilin fevral yının 18-də V Karl Osmanlıların Vyananı mühasirəyə almasından sonra təlaşa düşdü. O, Toledodan Şah İsmayıla elçi göndərdi, lakin Şah İsmayıl artıq 1524-cü ildə vəfat etmiş, onun yerinə isə oğlu Şah Təhmasib keçmişdi. V Karlın elçisi olan Saint Con de Balbi Şah Təhmasibə eyni anda Osmanlı imperiyasına şərqdən və qərbdən hücum etmək təklifi etdi.
Haşim mirzə Səfəvi
Haşim Mirzə (1752 - 1813) — Səfəvi şahzadəsi, Səfəvi xanı, Qəzvin hakimi. == Həyatı == Haşim mirzə 1752-ci ildə Məşhəddə doğulmuşdur. Uşaqlıq dövrü gərgin müharibələrə şahidlik etmişdir. Raziya Sultan 1776-cı ildə vəfat etdikdən sonra Səfəvi xənədanı başsız qaldı. Bundan sonra o, qardaşı Qasım mirzə ilə Kərim xan Zəndin himayəsində Qəzvinə getmişdir. Kərim xan onu Səfəvi şahı edəcəyinə söz versə də, 1779-cu ildə qəfil ölümü buna mane olmuşdur. Buna baxmayaraq Haşim mirzə Səfəvi başcısı və xanı kimi nüfuz və hörmət qazanmışdır. Siyasətdə müharibə yox, sülhü üstün tutan Haşim mirzə ölənə kimi də hakimi olduğu Qəzvini idarə etmişdir. Ömründə 1 ailə həyatı qurmuş və 2 qız övladı olmuşdur. Onları isə cavan yaşda itirmişdir.
Heydər mirzə Səfəvi
Heydər mirzə Şah Təhmasib oğlu Səfəvi (1554, İran – 1576, Qəzvin) — Səfəvi şahzadəsi, vəliəhd. == Həyatı == I Təhmasib öz oğlanlarından birinə - Heydər Mirzəyə inzibati işlərin idarə olunmasını çox erkən etibar etmişdi. 1571-ci ildə, 18 yaşı olanda Heydər Mirzəni Alessandri, əslində bütün işləri idarə edən şah müavini adlandırır. Yaşca Məhəmməd Mirzə və İsmayıl Mirzədən kiçik olmasına baxmayaraq, bu şərait tezliklə onda uzaq şöhrətpərəstliyin hisslərini gücləndirmiş, taxt-taca iddialarının oyanmasına səbəb olmuşdu. İskəndər bəy Münşinin yazdığı kimi, o, şahın rəğbətini ona görə qazanmışdı ki, hər işdə atasının razılığı ilə hərəkət edirdi. Venesiya səfiri Heydər Mirzəni alçaqboylu, lakin çox yaraşıqlı bir şəxs kimi təqdim edir. O, bacarıqlı natiq, qəşəng və mahir at çapan idi. Alessandrinin sözlərinə görə, o, adamların müharibə haqqında söhbətlərini dinləməyi xoşlasa da, həddən artıq zərif və demək olar ki, qadın təbiəti ilə özünü belə təmrinlərdən ötrü yararlı saymırdı. Dövlət işlərində onun təsir və rolu artmışdı. Qardaş və bacıları ona nifrət edir, həsəd aparırdılar.
Hüseyn şah Səfəvi
Şah Sultan Hüseyn və ya Sultan Hüseyn (1668[…], İsfahan – 1726[…], İsfahan), 1694–1722-ci illərdə hakimiyyətdə olan IX Səfəvi şahı. Mir Mahmud Hotakinin rəhbərlik etdiyi əfqan və puştun üsyançılar tərəfindən hakimiyyətdən devrilmişdir.Səfəvi hökmdarı Şah Süleymanın gürcü knyazının qızı olan Yelena Xatunla izdivacından dünyaya gəlmişdi. == Hakimiyyətə gəlməsi == Şah Süleyman Səfəvi 28 iyul 1694-cü ildə İsfahanda vəfat etdi. Şah Süleyman Səfəvi ölüm yatağlnda olarkən öz hərəm ağalarına və saray əyanlarına vəsiyət edir ki, əgər onlar imperiyanın güclənməsini istəyirlərsə kiçik oğlu Abbas Mirzəni şah elan etsinlər, əgər dinc şəraitdə yaşamaq istəyirlərsə böyük oğlu Sultan Hüseyn Mirzəni şah elan etsinlər. Hərəm ağaları və digər əyanlar Sultan Hüseyni seçdilər. Doqquz gün sonra yəni 6 avqust 1694-cü ildə Şah Süleymanın böyük oğlu Hüseyn Mirzə 26 yaşında Səfəvi dövlətinin şahı oldu. İlk görülən iş Şah Süleymanın dəfni idi. O, Qumda atasının və babasının yanında dəfn edildi. Bundan sonra 3 gün müddətinə müxtəlif şəhərlərdə ehsan verildi. Şah Sultan Hüseynin tacqoyma mərasimi əmir və əyanların iştirakı ilə keçirildi və bu dəfə onun tacını başına Şeyxülislam Məhəmməd Baqir Məclisi qoydu.
Həmzə Mirzə Səfəvi
Həmzə əs-Səfəvi — Məhəmməd şah Xudabəndənin oğlu, Səfəvilər dövlətinin şahzadəsi.
II Süleyman Səfəvi
II Süleyman Səfəvi (fars. شاه سلیمان دوم‎; iyun 1714, İsfahan – may 1763, Məşhəd), Süleyman şah Səfəvi, Mirzə Seyid Məhəmməd Məraşi —1749-cu ildən 1750-ci ilədək Xorasanda hakimiyyətdə olub. Səfəvi şahənşahı, Səfəvilər dövlətinin XII hökmdarıdır. == Həyatı == Mir Seyid Məhəmmədin anası Səfəvi şahı I Süleyman şah Səfəvi (II Şah Səfi)-nin qızı idi. Yəni o, ana tərəfdən Səfəvilər sülaləsindən idi. Məhz buna görə də o, İran taxt-tacına iddia edirdi. 1747-ci ildə Nadir şah öldürüldükdən sonra İranda və Azərbaycanda hakimiyyət uğrunda mübarizə başlandı. 1747-ci il iyul ayında hakimiyyətə Adil şah gəlsə də, çox keçmədən o, İbrahim şah tərəfindən məğlub edildi və hakimiyyətdən kənarlaşdırıldı. Lakin İbrahim şahın da hakimiyyəti uzun çəkmədi. Beləki o, 1748-ci ildə Məşhəd üsyançıları tərəfindən məğlub edildi və öldürüldü.
Səfəvi
Səfəvilər dövləti — 22 dekabr 1501-ci ildən 8 mart 1736-cı ilə qədər bugünkü Azərbaycan, İran, Ermənistan, İraq, Əfqanıstan, qərbi Pakistan, Türkmənistan, şərqi Türkiyə, Özbəkistanın kiçik hissəsi və Rusiyanı (Dağıstan) ərazilərini əhatə etmiş dövlət. Dövlətin əsasını I İsmayıl 1501-ci ilin iyul ayında Təbrizdə özünü şah elan etməklə qoymuşdur. İsmayılın tərəfdarlarından ibarət olan qızılbaşlar ordusunun nüvəsini türk tayfaları təşkil etmişdir. Səfəvi dövlətinin yaranmasına dəstək verən Qızılbaş tayfaları bunlardır: Şamlı, Rumlu, Mosullu, Pornak, Şeyxavənd, Çəpni, Bayat, Xınıslı, Təkəli, Baharlı, Qaramanlı, Sədlu, Bayburtlu, Varsaq, Evoğlu, Qaracadağlı, Ustaclı, Zülqədər, Əfşar, Qacar. Səfəvilər dövləti, həmçinin müasir Azərbaycan milli və dini kimliyinin formalaşmasında böyük tarixi rol oynamışdır. Səfəvilər həmçinin 3 barıt imperiyasından biridir. == Səfəvilər sülaləsinin mənşəyi == Dövlətin adı onu idarə edən sülalə ilə bağlı olaraq "Səfəvilər dövləti" və ya "Qızılbaş dövləti" adlandırılmışdır.Səfəvilər dövlətinin ilk paytaxtı Təbriz olmuşdur. Sonradan dövlətin paytaxtı Səfəvi-Osmanlı müharibələri səbəbindən öncə müvəqqəti (1548), sonra isə birdəfəlik (1555) Qəzvinə köçürülmüşdür. I Şah Abbas hakimiyyətə gəldikdən sonra isə paytaxt 1598-ci ildə İsfahan şəhərinə köçürülmüşdür. Paytaxtın İsfahana köçürülməsindəki səbəblər: "Böyük sürgün" siyasətinə əsaslanaraq Osmanlı ilə müharibə sərhəddindən uzaqlaşmaq Ticarət yollarının istiqamətini İran körfəzinə keçirməklə Osmanlılara iqtisadi cəhətdən zərbə vurmaq.Səfəvilər dövlətinin qurucusu I İsmayılın ana dili Azərbaycan türkcəsi olmuşdur.
Məhəmməd Səfəvi
Xacə Məhəmməd Səfəvi — Səfəvi sülaləsinin üzvü və şahzadələrdən biri. == Haqqında == Xacə Məhəmməd Səfəvi Səfəvi ordeninin rəhbəri Şeyx Cüneydin (1447-1460) oğludur. O, Şeyx Cüneydin çərkəz əsilli cariyədən olan oğludur. Onun ögey və böyük qardaşı olan Şeyx Heydər atası Şeyx Cüneyddən sonra Səfəvi ordeninin rəhbəri olmuşdur. Məhəmməd Səfəvinin qardaşı oğlu olan Şah İsmayıl (1501-1524) isə Səfəvi dövlətinin əsasını qoymuşdur. Məhəmməd Səfəvinin Xacə Cəmşid adlı bir digər qardaşı da olmuşdur. O, Şeyx Heydərin cənubi Dağıstana olan yürüşü zamanı həyatını itirmişdir. Məhəmməd Səfəvinin yaşayan yeganə bacısı Şahpaşa Xatun Məhəmməd bəy Talışla evlənmişdir. Məhəmməd bəy Talış Xalxaldan idi. Sonradan Şah I İsmayılın ən yaxın komandanlarından birinə çevrilmiş və onun hakimiyyətə gəlməsində mühüm rol oynamışdı.
Nəvvab Səfəvi
Seyyid Nəvvab Səfəvi və ya Müctəba Mirluhi (farsca: سید نواب صفوی; 1924 – 25 dekabr 1955, Tehran) — İran ruhanisi, İslam fədailəri partiyasının qurucusudur. Onun qurduğu İslam fədailəri qrupu Şah hökumətini dəstəkləyən siyasətçilər başda olmaqla məşhur olan iranlıların öldürülməsindən məsuliyyət daşıyırdı. == Həyatı == Şəhid Nəvvab Tehrani Səfəvi 1924-cü ildə Tehranda, Haniabad şəhərində çox nəcib və inanclı ailə olan Seyid Müctəba Tehraninin ailəsində dünyaya gəlir. İbtidai dini təhsilini Abadanda alır. İbtidai təhsilini onda olan fitri istedad səbəbi ilə 7 ilə bitirən Seyid Nəvvab elə illər olurdu ki, bir il ərzində iki ilin təhsil nəticəsinə uyğun bilgi əldə edə bilir. Buna görə də o 10 illik təhsilini 7 ilə başa vuraraq təhsilinin davamı üçün İran-Alman sənət məktəbinə yollanır. Peşə məktəbini bitirdikdən sonra İranda neft şirkətlərindən birində işə düzələn Seyid Nəvvab bir gün iranlı bir şəxsi ayaqları altına salaraq döyən bir ingilisin özbaşnalığını seyr edincə buna susqun baxan iranlılara üzünü tutub: ”Siz çox səviyyəsiz adamlarsınız. Sizin qardaşınızı döyən İngilisə elə baxırsız ki, güya günahkar iranlıdır və o da İngilis torpağındadır. Hansı ki, onun günahi iranlı olmaqdan başqa bir şey deyildir”. Onun bu sözündən sonra İran fəhlələri ayağa qalxır və etiraza başlayırlar.
Səfəvi Astrabadı
Səfəvi Astrabadı və ya Astrabad vilayəti (həmçinin Gürgan da adlandırılır) — Səfəvi imperiyasının tərkibindəki vilayətlərdən biri olan Astrabad nəzərdə tutulur. Vilayət Səfəvi imperiyasının cənub-şərqində, həmçinin Xəzər dənizinin də cənub-şərqində yerləşmişdir. Vilayət şimaldan Atrek çayı, cənubdan Əlburz dağları, qərbdən Mazandaran vilayəti və şərqdən Cajarm ilə həmsərhəd olmuşdur. 1501-ci ildə Səfəvi imperiyasının əsasını qoyan I İsmayıl bundan sonra uzun müddət durmadan öz dövlətinin ərazisini böyütdü. Bu böyümə prosesinin bir parçası kimi Astrabad vilayəti 1510-cu ildə Səfəvi imperiyasına birləşdirildi.Səfəvi imperiyasının sonuna doğru vilayət bu inzibati vahidlərə bölünməkdə idi: Girayi, Göklan, Hacılar, Cəlair, Kura-çupi və Yamut. Bu adların hamısı müxtəlif türk tayfalarının adlarından gəlməkdədir. Çünki bu bölgələrin idarə olunması bu tayfalara tapşırılmışdı və tayfa üzvləri də müvafiq olaraq orada məskunlaşmışdılar. Qıpçaqlar və türkmənlərdən bəzi tayfalar vilayətin şimalında yaşamaqda idilər və nominal olaraq Səfəvi imperiyasına tabe idilər.1589-cu ildən 1598-ci ilə qədər Yaka türklərindən olan Saen-xanilər vilayət üzərində hakimiyyəti ələ keçirdilər. Müvəqqəti olaraq vilayətdə hakimiyyətə sahiblənmiş Saen-xanilərin bu bacarmasının əsas səbəbi həmin zaman effektiv Səfəvi hakimiyyətinin olmaması idi. Onların hakimiyyəti I Abbasın dövrünə qədər davam etdi.
Səfəvi Gürcüstanı
Səfəvi Gürcüstanı və ya Gürcüstan vilayəti — Səfəvi imperiyasının indiki Gürcüstan ərazisində yerləşən vilayətlərindən biri. Vilayət əsasən imperiyaya tabe etdirilmiş iki şərqi Gürcüstan krallıqlarından - Kartli və Kaxetidən, qismən də Mesxeti atabəyliyi torpaqlarından təşkil edilmişdi. Tiflis şəhəri bu vilayətin inzibati mərkəzi olmaqla birlikdə, həm Kartli çarlarının taxtının yerləşdiyi yer, həm də vilayətdəki Səfəvi hakimiyyətinin əsas dayaq məntəqəsi idi. Bura da həmçinin önəmli Səfəvi zərbxanalarından biri də yerləşməkdə idi. Bölgədəki Səfəvi hakimiyyəti müxtəlif zamanlarda Baqrationi sülaləsindən olan kraliyyət ailəsi nümayəndələrinin taxt-taca təyin edilməsi və ya taxt-tacdan məhrum edilməsi yolu ilə tənzimlənirdi. Bəzi vaxtlarda bu hakimlər şiəliyə də keçirdi və onlar xan ya da vali kimi təyin edilirdilər. Şərqdəki gürcü krallıqları XVI əsrin əvvəllərində Səfəvi imperiyasına tabe etdirilmişdilər, bu zaman onların hökmdarları din dəyişdirməmişdi. Şah İsmayılın dövründə Tiflisdə qızılbaş ordusu saxlanılırdı, lakin iki tərəfli münasibətlər əsasən ənənəvi vassallıq prinsiplərinə əsaslanmaqda idi. XI Davud (David) 1562-ci ildə Kartli taxtına Səfəvi şahı I Təhmasib tərəfindən təyin olunmaqla birlikdə, Səfəvi şahları tərəfindən bu vəzifəyə təyin edilmiş ilk gürcü kralı oldu. Onun bu təyinatı təxminən iki əsirdən çox davam edəcək Səfəvi hakimiyyətinin simvolu hesab edilə bilər.
Səfəvi Kürdüstanı
Səfəvi Kürdüstanı və ya Səfəvi imperiyasının Kürdüstan bəylərbəyliyi — Səfəvi imperiyasında mövcud olmuş bəylərbəyliklərindən və ya inzibati vahidlərindən biri. Ərazisi tarixi dövrlər ərzində siyasi və hərbi yeniliklərə görə dəyişmişdir. == Tarixi == 1501-ci ildə yaranan Səfəvi imperiyası sürətlə ətraf ərazilərə yayılmaqda idi. Bu yayılma nəticəsində 1508-ci ildə o dövrki Kürdüstan ərazisinin yerli hakimi Səfəvi hökmdarı I İsmayılın ali hakimiyyətini qəbul etdi.Kürdüstan Səfəvi imperiyasına daxil olan 5 inzibati vahiddən biri idi və vali tərəfindən idarə edilirdi. Bu vali demək olar ki, müstəqil hakim idi. Vali çox zaman yerli hakim ailələrdən birinə aid olmaqla birlikdə, muxtariyyət üçün gəlinmiş kompromisə əsasən şah tərəfindən seçilirdi. Buna baxmayaraq, onlar irsi şəkildə hökmranlıq edirdilər. Nadir hallarda bölgə valiləri vilayətə dəxli olmayan yerlərdən olan şəxslərdən təyin edilirdi. Belə hallar çox zaman problemə səbəb olurdu. Məsələn, 1680-ci illərdə vilayətə Şah Süleyman tərəfindən yerli şəxslərdən olmayan məmurun vali təyin edilməsi qarşıdurmaya səbəb olmuş və sonda həmin vali vilayətdən qovulmuşdu.
Səfəvi Luristanı
Səfəvi Luristanı — Səfəvi imperiyasının qərbdə yerləşən inzibati vahidlərindən biri. Bu bölgənin ərazisi müasir İran İslam Respublikasının İlam ostanı və Luristan ostanlarının ərazilərinə uyğun gəlir. Luristan vilayəti imperiyanın müəyyən qədər muxtariyyətə malik olan 5 vilayətindən biri idi və şah tərəfindən təyin edilən vali və ya hakim tərəfindən idarə edilirdi. == Tarixi == Luristan vilayəti imperiyanın müəyyən qədər muxtariyyətə malik olan 5 vilayətindən biri idi və şah tərəfindən təyin edilən vali və ya hakim tərəfindən idarə edilirdi. Vali çox zaman yerli əsilzadə ailələrindən biri olur və şah tərəfindən təyin edilirdi, lakin buna baxmayaraq, valiliyin irsi ötürülməsi geniş yayılmışdı.Vilayət özü də öz növbəsində 3 daha kiçik inzibati vahidə bölünürdü - Xavə, Sadmarə və Xürrəmabad. Xürrəmabad özü birbaşa vilayətin hakimi tərəfindən idarə edilirdi. XII əsrin sonlarından etibarən Kiçik Luristan Xurşidi sülaləsi tərəfindən idarə edilirdi. XVI əsrdən etibarən Luristan deyə adlandırılan bölgə təqribən İranın müasir İlam ostanı və Luristan ostanlarının ərazilərinə uyğun gəlir. 1501-ci ildə yaradılmış Səfəvi imperiyası genişlənərək 1508-ci ildə Luristan bölgəsini də özünə qatmışdır. Bu ildə Luristan bölgəsinin hökmdarı Səfəvi şahı I İsmayılın ali hakimiyyətini qəbul etmişdir.
Səfəvi Qəndəharı
Səfəvi Qəndəharı və ya Səfəvi imperiyasının Qəndəhar vilayəti — Səfəvi imperiyasının Qəndəhar şəhərinin ətrafından ibarət, şərqdə yerləşən vilayətlərindən və Xorasan inzibati bölgəsinin 4 əyalətindən biri. Qəndəhar özü də daha kiçik inzibati vahidlərə bölünmüşdü. Onlar bu bölgələr idi: Bost-Qeresx, Zəmindavar, Duki, Çutiyali, Qərmsir-e Qəndəhar, Guriyan və Həzaraların tayfa bölgəsi. Sonuncuya Qalat bölgəsi də daxil idi. == Tarixi == === Səfəvi imperiyasının Qəndəharı ələ keçirməsi === Böyük Moğol imperiyası ilə Səfəvi imperiyasının münasibətləri Şah İsmayıl dövründə müttəfiqliyə əsaslanırdı. Əmir Teymurun soyundan gələn Moğol sülaləsi babalarının Orta Asiyada yerləşən taxtını geri qaytarmaq istəyirdi və bunun üçün Səfəvi imperiyası ilə birlikdə fəaliyyət göstərirdi. Şah Təhmasib dövründə isə, ortaq özbək düşmənlərinin mövcudluğuna rəğmən, böyük siyasi və iqtisadi mərkəz olan Qəndəhar şəhərinə hakimlik uğrunda mübarizə başlandı və şəhər əldən-ələ keçdi. Şah Təhmasib Qəndəharı geri qaytarmaq üçün 1537-ci ildə yürüşə başladı. Qəndəharın moğol hakimi Xacə Kalan müqavimətsiz şəhəri qızılbaşlara təslim etdi. Şah Budaq xan Qacarı şəhərin hakimi təyin etdi, lakin 1538-ci ildə Moğol padşahı Hümayunun qardaşı Mirzə Kamran qoşunla Qəndəhara gələrək qızılbaşları oradan sıxışdırdı.
Səfəvi Xuzistanı
Səfəvi Xuzistanı və ya Xuzistan vilayəti — Səfəvi imperiyasının cənub-qərbində yerləşən və müasir Xuzistan ostanı ilə ərazi baxımından üst-üstə düşən inzibati vahidlərindən biri. == Adı == Bölgənin qədim adı "Xuz torpağı" mənasına gələn Xuzistan sözüdür. Bu söz bölgədə eradan əvvəl III minillikdən məskunlaşan və eradan əvvək 539-cu ildə əhəmənilərin gəlişinə qədər mövcud olmuş qədim Elam dövlətindən gəlmişdir. Səfəvi imperiyasının Osmanlı imperiyasının təsirini azaltmaq üçün şiə ərəb tayfalarını bölgəyə dəvət etməsindən sonra regionun qərb hissəsi Ərəbistan olaraq bilinməyə başladı. İranşünas Rudi Mattheyə görə, Şah I Abbasın (1587-1629) hakimiyyəti dövründə ad dəyişikliyi baş vermişdir. Digər vilayət adları olan Kürdistan, Luristan kimi Ərəbistan sözü də milli mənaya malik deyildi.Bir qədər sonra bütün Xuzistan vilayəti Ərəbistan olaraq bilinməyə başladı. Bu dəyişikliyin nə zaman baş verdiyi bəlli deyildi. Rudi Mattheeyə görə, ilk dəfə Əfşarlı hökmdarı Nadir şahın (1736-1747) hakimiyyəti dövründə bu baş vermişdir. İranşünas Hüşəng Çehabi bunun XVIII əsrin ikinci yarısında baş verdiyini bildirir. Bir digər iranşünas Rocer Seyvori isə bu dəyişikliyin daha sonrakı dövrdə - XIX əsrdə meydana çıxdığını düşünür.
Səfəvi dövləti
Səfəvilər dövləti — 22 dekabr 1501-ci ildən 8 mart 1736-cı ilə qədər bugünkü Azərbaycan, İran, Ermənistan, İraq, Əfqanıstan, qərbi Pakistan, Türkmənistan, şərqi Türkiyə, Özbəkistanın kiçik hissəsi və Rusiyanı (Dağıstan) ərazilərini əhatə etmiş dövlət. Dövlətin əsasını I İsmayıl 1501-ci ilin iyul ayında Təbrizdə özünü şah elan etməklə qoymuşdur. İsmayılın tərəfdarlarından ibarət olan qızılbaşlar ordusunun nüvəsini türk tayfaları təşkil etmişdir. Səfəvi dövlətinin yaranmasına dəstək verən Qızılbaş tayfaları bunlardır: Şamlı, Rumlu, Mosullu, Pornak, Şeyxavənd, Çəpni, Bayat, Xınıslı, Təkəli, Baharlı, Qaramanlı, Sədlu, Bayburtlu, Varsaq, Evoğlu, Qaracadağlı, Ustaclı, Zülqədər, Əfşar, Qacar. Səfəvilər dövləti, həmçinin müasir Azərbaycan milli və dini kimliyinin formalaşmasında böyük tarixi rol oynamışdır. Səfəvilər həmçinin 3 barıt imperiyasından biridir. == Səfəvilər sülaləsinin mənşəyi == Dövlətin adı onu idarə edən sülalə ilə bağlı olaraq "Səfəvilər dövləti" və ya "Qızılbaş dövləti" adlandırılmışdır.Səfəvilər dövlətinin ilk paytaxtı Təbriz olmuşdur. Sonradan dövlətin paytaxtı Səfəvi-Osmanlı müharibələri səbəbindən öncə müvəqqəti (1548), sonra isə birdəfəlik (1555) Qəzvinə köçürülmüşdür. I Şah Abbas hakimiyyətə gəldikdən sonra isə paytaxt 1598-ci ildə İsfahan şəhərinə köçürülmüşdür. Paytaxtın İsfahana köçürülməsindəki səbəblər: "Böyük sürgün" siyasətinə əsaslanaraq Osmanlı ilə müharibə sərhəddindən uzaqlaşmaq Ticarət yollarının istiqamətini İran körfəzinə keçirməklə Osmanlılara iqtisadi cəhətdən zərbə vurmaq.Səfəvilər dövlətinin qurucusu I İsmayılın ana dili Azərbaycan türkcəsi olmuşdur.
Səfəvi imperiyası

Səfəvi incəsənəti
Səfəvi dövrü incəsənəti — 1501–1736-cı illərdə mövcud olmuş Səfəvilər dövlətinin incəsənəti. Bu, kitab və memarlıq baxımından incəsənətin yüksək səviyyəsi idi; bu dövrdə həmçinin keramika, metal, şüşə və bağlar baxımından da diqqət çəkirdi. Səfəvilər dövründə Azərbaycanda məişət keramikası və kaşı məmulatı istehsalı inkişaf etmişdi. Keçmişdə memorial məqsəd dağıyan türbələr Səfəvilər dövründə tamamilə dini mahiyyət kəsb edirdi.XVI əsrdə Səfəvilərin hakimiyyətə gəlməsindən başlayaraq Azərbaycan xalçaçılıq sənəti misli görünməmiş mükəmməlliyə çatdı və sənaye əhəmiyyəti qazandı. Dövrün miniatür rəssamları, xəttatları Azərbaycan ornamental incəsənət məktəbinin formalaşmasında mühim rol oynadı. Bu isə daha sonra Şərq incəsənətində və vahid Təbriz məktəbinin yaranmasında böyük təsirə səbəb oldu. XVI əsrin ikinci yarısından Cənubi Azərbaycanda inkişaf edən əfşan, ləçək-turunc, gülbəndlik kompozisiyaları Şimali Azərbaycan şəhərlərindəki toxucular tərəfindən mənimsənildi. == Tarixi kontekst == Səfəvi sülaləsinin hakimiyyətinin təməlləri XIV əsrin əvvəllərində yaradılmış Səfəviyyə ordeni ilə atılmışdı. Ordenin əsasını Şeyx Səfiəddin Ərdəbili qoymuş və ona öz adını vermişdi. Bu orden və sonradan bu orden əsasında yaradılmış dövlət İslamın Şiə məzhəbinin İsna əşəriyyə qolunun geniş yayılmasında mühüm rol oynamışdır.
Səfəvi mətbəxi
Səfəvi mətbəxi - Səfəvilər dövlətinin yaranmasından süqutuna qədər (1501-1736) mövcud olan mətbəx mədəniyyəti. == Səfəvi mətbəxi mənbə və tədqiqatlarda == Səfəvi dövrünə aid olan və hicri qəməri 1389, miladi tarixi ilə 2010-cu ildə “Süruş” nəşriyyatında işıq üzü görmüş iki kulinariya risaləsinin çap edilib. Farsca yazılmış hər iki risalə əslən əfşar türklərindən olan görkəmli İran alimi İrəc Əfşar tərəfindən nəşrə hazırlanmış və “Aşpəziyi-doureyi-Səfəvi” (“Səfəvi dövrünün aşpazlığı”) adlı kitabda yayınlanmışdır.İ.Əfşar kitaba “İşarə” adlanan ön söz yazmışdır. İranlı alim əvvəlcə aşpazlıq sənəti haqqında ərəbcə və farsca qaynaqlara dair müxtəsər məlumat vermiş, daha sonra isə nəşr etdirdiyi iki risalə barədə düşüncələrini oxucularla bölüşmüşdür. Ön sözün ardı olaraq yazdığı “İşarəyə əlavə” adlı bölümdə araşdırmaçı Şərq mətbəxinə dair qaynaqlar haqqında məlumatına bəzi dəqiqləşdirmələr və əlavələr etmişdir. Bunun ardınca İ.Əfşar özünün hazırladığı “Əski aşpazlıq biblioqrafiyası” adlı bölümü nəşr etdirmiş, burada fars və ərəb dillərində yazılmış aşpazlıq risalələrinin, kulinariya üzrə klassik mənbələrin və onlara dair müasir araşdırmaların siyahısına yer vermişdir. Daha sonra isə tədqiqatçı Səfəvi dövrünə aid hər iki aşpazlıq risaləsinin mətnini dərc etmişdir. Kitab şərhlər və göstəricilərlə təchiz olunmuşdur. “Karnamə dər babi-təbbaxi və sənəti-an” (“Aşpazlıq və onun sənəti haqqında iş kitabı”) və ya qısaca olaraq “Karnamə” adlandırılan ilk risalənin müəllifi I Şah İsmayıl dövrünün (1501-1524) aşpazı Hacı Məhəmməd Əli Bavərçi Bağdadidir. Müəllif əsərin bir yerində öz atasının Mirzə Budağın aşpazı olduğunu belə ifadə edir: “Fəqirin atası bu aşları mərhum şahzadə – Allah onun dəlilini nurlandırsın – Mirzə Budaq üçün bişirirdi.
Səfəvi sülaləsi
Səfəvilər (farsca. صفویان — Səfəviyan; ərəb əlifbası ilə azərbaycanca. صفوی‌لر — Səfəvilər) — indiki İran və Azərbaycan ərazisində hökm sürmüş şah sülaləsi, Səfəvi dövlətinin hökmdarları. XIV əsrin əvvəllərindən etibarən indiki İranın şimalındakı Ərdəbil bölgəsini və 1501–1722 və 1729–1736-cı illərdə indiki İranın bütün ərazisini idarə etdilər.İndiki İran, Azərbaycan, Ermənistan, İraq, Əfqanıstan, Türkmənistan və Türkiyənin şərq hissəsindəki varlığını qoruyub saxlayan tarixdə ilk dəfə Şiə Onikiciliyi Azərbaycan və İranın rəsmi inancı və varisi olduğu dövlətin hakim sülalələri olaraq qəbul etdi.Bu sülalənin ilk hökmdarı Güney Azərbaycannın Ərdəbil şəhərində anadan olan I İsmayıl (1501–1524) idi. Şərur yaxınlığında (Naxçıvanda) türkmanlar (Azərbaycan türklərinin əvvəlki adı) Ağqoyunlu dövlətinin hökmdarı Əlvənd Xanı məğlub etdikdən sonra İsmayıl zəfərlə Təbrizə girdi və 1501-ci ilin iyulunda özünü şah elan etdi. Əvvəlcə onun nəzarətində olan ərazilər yalnız Azərbaycanla məhdudlaşsa da, sonrakı 10 il ərzində indiki İranın böyük bir hissəsini öz hakimiyyəti altında birləşdirdi və qonşu İraq vilayətləri Bağdad və Mosulu da öz dövlətinə qoşdu.Yaradılan dövlətə ən çox Dövlət-i Qızılbaş (Qızılbaş dövləti) deyilirdi. Qızılbaş səltənəti və Qızılbaş mülkiyyəti adları da istifadə edilmişdir və şah Qızılbaş, padişah titulunu daşıyırdı.Təbriz şəhəri Səfəvi dövlətinin paytaxtı oldu; daha sonra paytaxt Qəzvinə, oradan da İsfahana köçürüldü. Səfəvilər özlərini "şahənşah" (krallar kralı) adlandırırdılar. Bununla yanaşı, Şiə İslamı dövlət dini elan edərək ön plana çıxardılar. Səfəvi dövründə şiəlik hakim cərəyan kimi quruldu.
Səfəvi təriqəti
Səfəvi təriqəti və ya Səfəviyyə — XIV əsrdə Cənubi Azərbaycanın Ərdəbil şəhərində sufi Şeyx Səfi əd-Din tərəfindən əsası qoyulmuş İslami təriqət. Zamanında Cənubi Azərbaycan, Şərqi Anadolu və Cənubi Qafqaz ərazilərində böyük siyasi təsirə malik olmuş Səfəvi təriqətinin müridləri ilk öncә Sünniliyә etiqad etsәlәr dә, daha sonra XVI əsrin əvvəlində Şiə məzhəbini rəsmi din kimi qəbul etmiş Səfəvilər dövlətinin əsasında durmuşdur.Ərdəbildə böyümüş Şeyx Səfi əd-Din İshaq, Şiraz gəzintisindən sonra Gilanda yerləşmiş və burada Şeyx Zahid Gilaninin tələbəsi olmuşdur. Daha sonra Zahidin qızı ilə ailə quran Şeyx Səfi əd-Din Zahidiyyə təriqətinin baş müridi olmuş və 1291-ci ildə Şeyx Zahidin vəfatından sonra təriqətin piri olmuşdur. O zamandan etibarən, təriqət Səfəviyyə adını daşımışdır. == Səfəviyyə şeyxləri == Şeyx Səfi Şeyx Sədrəddin Ərdəbili Şeyx Xacə Əlaəddin Əli Şeyx İbrahim Şeyx Cüneyd Şeyx Heydər Şeyx Sultan Əli Şah İsmayıl XətaiTəsəvvüf – (ərəbcə: تصوف) və ya Sufizm (ərəbcə: صوفية) — İslamda geniş yayılmış ezoterik dini və fəlsəfi cərəyan. Təsəvvüf İslam dinindəki mənəvi həyatın və əxlaqi dəyərlərin adıdır. Bu fəlsəfi – dini təlimdə insanın nəfsi ilə mücadilə edərək onu islah və tərbiyə etməsi, öz varlığından və dünyadan keçərək, Allaha qovuşması məqsədi izlənilir. Bəzi sufilərə görə, təsəvvüf sülhü olmayan bir savaş, nəfsə qul olmamaq, şeytana alçalmamaq, nəfsin nəsibini tərk edərək Haqqın nəsibini axtarmaq, zahirdən uzaqlaşıb batinə yaxınlaşmaq, əziyyətləri gizləmək, comərdlik, zəriflik və təmizlik olaraq qiymətləndirilir. Təriqət qurucusu olan başlıca sufilər bunlardır: Əbdülqədir Geylani (Qadiriyyə), Əhməd Yəsəvi (Yəsəvilik), Əhməd Rifai (Rifailik),Nəcməddin Kübra (Kübrəvilik), Şihabəddin Ömər Sührəverdi (Sührəvərdilik), Əbul-Həsən əş-Şazili (Şazilik), Hacı Bəktaş Vəli (Bəktaşilik), Mövlana Cəlaləddin Rumi (Mövləvilik), Bəhaəddin Nəqşibənd (Nəqşibəndilik), Hacı Bayram Vəli (Bayramilik), Nəimi Təbrizi (Hürufilik), Şeyx Səfiəddin Ərdəbili (Səfəvilik), Ömər Xəlvəti (Xəlvətilik). Lüğəvi mənası "yol" anlamına gələn təriqət təsəvvüfi mənada Allaha (c.c.) yetişmək ünü riayət olunan və bir sıra qayda və ayinləri olan yol deməkdir.
Səfəvi xanədanı
Səfəvilər (farsca. صفویان — Səfəviyan; ərəb əlifbası ilə azərbaycanca. صفوی‌لر — Səfəvilər) — indiki İran və Azərbaycan ərazisində hökm sürmüş şah sülaləsi, Səfəvi dövlətinin hökmdarları. XIV əsrin əvvəllərindən etibarən indiki İranın şimalındakı Ərdəbil bölgəsini və 1501–1722 və 1729–1736-cı illərdə indiki İranın bütün ərazisini idarə etdilər.İndiki İran, Azərbaycan, Ermənistan, İraq, Əfqanıstan, Türkmənistan və Türkiyənin şərq hissəsindəki varlığını qoruyub saxlayan tarixdə ilk dəfə Şiə Onikiciliyi Azərbaycan və İranın rəsmi inancı və varisi olduğu dövlətin hakim sülalələri olaraq qəbul etdi.Bu sülalənin ilk hökmdarı Güney Azərbaycannın Ərdəbil şəhərində anadan olan I İsmayıl (1501–1524) idi. Şərur yaxınlığında (Naxçıvanda) türkmanlar (Azərbaycan türklərinin əvvəlki adı) Ağqoyunlu dövlətinin hökmdarı Əlvənd Xanı məğlub etdikdən sonra İsmayıl zəfərlə Təbrizə girdi və 1501-ci ilin iyulunda özünü şah elan etdi. Əvvəlcə onun nəzarətində olan ərazilər yalnız Azərbaycanla məhdudlaşsa da, sonrakı 10 il ərzində indiki İranın böyük bir hissəsini öz hakimiyyəti altında birləşdirdi və qonşu İraq vilayətləri Bağdad və Mosulu da öz dövlətinə qoşdu.Yaradılan dövlətə ən çox Dövlət-i Qızılbaş (Qızılbaş dövləti) deyilirdi. Qızılbaş səltənəti və Qızılbaş mülkiyyəti adları da istifadə edilmişdir və şah Qızılbaş, padişah titulunu daşıyırdı.Təbriz şəhəri Səfəvi dövlətinin paytaxtı oldu; daha sonra paytaxt Qəzvinə, oradan da İsfahana köçürüldü. Səfəvilər özlərini "şahənşah" (krallar kralı) adlandırırdılar. Bununla yanaşı, Şiə İslamı dövlət dini elan edərək ön plana çıxardılar. Səfəvi dövründə şiəlik hakim cərəyan kimi quruldu.
Səfəvi şahları
Səfəvi şahı titulu 1501-ci ilin payızında I İsmayılın Cabanı və Şərur döyüşlərində qələbə qazandıqdan sonra Təbrizi tutub özünü şah elan etməsi ilə qəbul edilmiş və 1736-cı ildə Nadirin şah olmasından sonra bu sülalənin əlindən çıxmışdır. Bu siyahıda Səfəvi sülaləsindən olan şahların adları xronoloji ardıcıllıqla verilmişdir. Siyahıda həmçinin şahın adı, atasının adı, portreti, dövlət bayrağı, hakimiyyətinib başlanğıcı və sonu, tacqoyma tarixi və məlumatların mənbəyi göstərilmişdir. == Səfəvi şahlarının siyahısı == == Sülalənin sonrakı nümayəndələri == II Təhmasibin 1732-ci ildə Nadir xan tərəfindən şahlıq taxtından endirilməsindən sonra Səfəvi sülaləsinin hakimiyyəti faktiki olaraq sona çatmışdı. Lakin ən azından hüquqi olaraq 1736-cı ilə qədər hakimiyyətdə qalan Səfəvi sülaləsi 1736-cı ildə tamamilə hakimiyyətdən uzaqlaşdırıldı və Nadir xan özünü şah elan etdi. Lakin 1747-ci ildə onun ölümündən sonra imperiyada daxili müharibələr kəskinləşdi və Əfşar sülaləsindən olan şahlar bir-birini əvəz etməyə başladı.1748-ci ilin oktyabrında Nadir şahın gənc nəvəsi Şahrux hakimiyyətə gətirildi. İki aydan sonra Nadirin qardaşının oğlu İbrahim özünü şah elan etdi. Lakin məğlub edildikdən sonra qaçmağa məcbur oldu. Məşhəd şəhərinə girməyə çalışan İbrahimi şəhərdə olan Seyid Məhəmməd şəhərə buraxmadı. Seyid Məhəmməd yalnız ana tərəfdən Səfəvi nəslindən idi və onun anası Səfəvi şahı I Süleymanın qızı idi.
Cahangir şahın Səfəvi sarayına göndərdiyi elçilik (1619)
Cahangir şahın Səfəvi sarayına göndərdiyi elçilik —Böyük Moğol imperatoru Cahangir şahın Səfəvi Şah Abbasın sarayına göndərdiyi elçilik nəzərdə tutulur. == Zəmin == Şah Abbas taxta keçdikdən sonra həm Özbək xanlığını, həm də Osmanlı imperiyasını məğlub edib itirilmiş torpaqları geri qaytarmışdı. O, hələ hakimiyyətinin ilkin mərhələsində ikən moğollar Qəndəharı ələ keçirmişdi. Sırada geri qaytarılmağı gözləyən bölgələrdən başlıcası Qəndəhar olduğu düşünülürdü. Belə bir şəraitdə Cahangir şah məsələni diplomatik yolla həll etməyə çalışdı. == Elçilik == 1618-ci ildə Osmanlı imperiyasını bir daha məğlub edib sülhə məcbur edən Abbas hökmdarlığının ən möhtəşəm elçiliyini qəbul etmək üçün Qəzvinə qayıtdı. Bu elçilik heyəti Böyük Moğol imperatoru Cahangir tərəfindən göndərilmişdi və moğol əsilzadəsi Xan Aləm tərəfindən rəhbərlik edilirdi. Xan Ələm məşhur nəslə sahib idi və onun ulu əcdadları Abbasın böyük ilham aldığı və sevdiyi tarixi şəxsiyyət Əmir Teymurun xidmətçiləri olmuşdular. İspan elçisi Fiqueroa da həmin zaman Abbasın sarayında idi və o, Xan Aləmin mirvari sırğalar taxdığını, qiymətli daşlarla bəzədilmiş xəncər daşıdığını və İsfahandakı hind tacirləri tərəfindən inanılmaz dərəcədə zəngin kimi təsvir edildiyini bildirmişdir. Alamı 800-ə yaxın xidmətçi və bir neçə yüz gözətçinin müşayiəti ilə Hindistan faunasının ekzotik kolleksiyası müşayiət edirdi.
Dağıstan vilayəti (Səfəvilər)
Dağıstan vilayəti (fars. ولایت داغستان‎ Velāyat-e Dâghestân ) — indiki Dağıstan Respublikasının (Şimali Qafqaz, Rusiya) ərazisində mərkəzləşmiş Səfəvi dövlətinin vilayəti. Çox sayda yüksək rütbəli Səfəvi xadimləri ya bu vilayətdən gəlmə idilər ya da kökləri bura gəlib çıxırdı. == Tarixi == Dağıstandakı Səfəvi idarəsi təxminən iki əraziyə bölünə bilər: Aralarında Dərbəndin də olduğu və birbaşa Səfəvi cərgəsindən gələn hakimlər tərəfindən idarə olunan Dağıstanın cənubundakı bölgələr və əsasən, Səfəvilərə tabe olan yerli sülalələr tərəfindən idarə olunan, müxtəlif Dağıstan bölgələrini və feodal ərazilərini özündə birləşdirən şimal və qərb bölgələr. Bunlar ən əhəmiyyətliləri Terek çayının ətrafında yerləşən Qumuq Şamxalı və Xəzər dənizi sahillərində yerləşən, Usmi titulu ilə idarə olunan Qara Qaytaq idi. Terekin cənubunda yerləşən kiçik Endirey krallığı Terekdən bir qədər şimala doğru "tampon bölgə" yaradırdı. Müasir mənbələrdə onun əhalisi ümumi olaraq "Ləzgi" adlanırdı.Səfəvi şahları şamxalı özü təyin etsə də, namizəd həmişə yerli şahzadələrdən olmalı idi. Engelbert Kempferə görə şamxal da hakim adına sahib idi, ancaq bu simvolik bir titul kimi qəbul edilirdi. Qumuq şamxal ailəsinin üzvü Fətəli xan Dağıstani Sultan Hüseynin hakimiyyəti dövründə Səfəvi dövlətinin ən güclü şəxslərindən biri sayılan baş vəzir vəzifəsinə yüksələ bilmişdi.Şamxal və Usmi Səfəvi, Osmanlı və Rusiya İmperiyasını çox vaxt qarşı-qarşıya gətirsə də, uzun illər ərzində Səfəvilərə tabe hökumdarlar tərəfindən idarə olunurdu Usmilər 1606-cı ildən 1719-cu ilə qədər, şamxallar isə 1636-cı ildən 1719-cu ilə qədər Səfəvi başçılarına xərac vermişdi.1651-1653-cü illər Səfəvi-Rusiya müharibəsi zamanı uğurlu Səfəvi hücumu Terekin Azərbaycan tərəfindəki rus qalasının dağıdılması və qarnizonunun qovulması ilə nəticələndi. Ruslarla problem həll olunduqdan sonra o dövrün Səfəvi hökmdarı II Şah Abbas (1642-1666) "ov ustası" (mir şikar-başı) Allahverdi xana qızılbaş döyüşçülərin məskunlaşması və təhlükəsizliyi üçün Dağıstanda yeni qalalar inşa etməyi əmr etdi.
Don kazaklarının Səfəvilər dövlətinə yürüşləri (1667-1668)
Don kazaklarının Səfəvilər dövlətinə yürüşləri - XVII əsrin ikinci yarısında Xəzərsahili bölgələrə Don kazaklarının yürüşləri baş vermişdir. Onlardan 1668-ci ilin yayında Stepan Razinin başçılığı ilə Azərbaycan ərazisinə təşkil edilmiş kazak yürüşləri xüsusilə qeyd olunmalıdır. Bu yürüş zamanı kazaklar Dərbənddə sahilə çıxdılar, Niyazabadı, Şabranı qarət və talan etdilər. Lakin onların Bakıya yürüşü uğursuzluqla nəticələndi. Stepan Razin güclü müqavimətdən ehtiyat edərək şəhəri təcili surətdə tərk etməli oldu. Bu yürüşlərin nəticəsində Səfəvilər dövlətində ticarətə və sosial vəziyyətə böyük zərbə vuruldu.
Həşt-Behişt (Səfəvilər)
Haşt-Bəhəşt (fars. هشت‌ بهشت‎, azərb. Səkkiz cənnət bağı‎) — İranın İsfahan şəhərində yerləşən və Səfəvilər imperiyasının dövründə tikilən saray. 1669-cu ildə Süleyman şahın əmri ilə tikilib və hazırda İranın Mədəni İrs Təşkilatının himayəsi altında yerləşir. Həşt-Behişt Səfəvilərin hakimiyyəti zamanı İsfahanda tikilən qırxdan çox malikanələrdən bu günə qalmış yeganə saraydır. 1977-ci ildə saray qismən bərpa olundu. Üç il sonra o, memarlıq sahəsində Ağa Xan mükafatı ilə təltif olundu. Binanın özü və onun çoxsaylı otaqları planda səkkizüzlü formasındadır. Sarayın ərazisi tarixi park sayılır və turistlər üçün açıqdır. == Qalereya == == İstinadlar == == Ədəbiyyat == M. Bernardini, Hašt behešt (2), Encyclopædia Iranica, 2003-2012.
III Şah İsmayıl Səfəvi
III Şah İsmayıl (fars. شاه‌اسماعیل سوم‎; tam adı: Əbu Turab İsmayıl ibn Seyid Murtuza; 1733, İsfahan – 1773, Abadan, Xuzistan ostanı) — Səfəvilər xanədanlığından olan XIII İran şahənşahı. Hüquqi olaraq İran şahı olmuşdur. Dövləti onun adından Kərim xan Zənd və Raziya Sultan idarə etmişdir. == Həyatı == Şah İsmayıl 1733-cü ildə anadan olmuşdur. Sultan Hüseynin nəslindəndir, atası Seyid Murtuza Mirzə, anası Səfəvi hökmdarı Sultan Hüseynin qızı Məryəm sultandir. 1747-ci ildə Nadir şah öldürüldükdən sonra İranda və Azərbaycanda hakimiyyət uğrunda mübarizə başlandı. İranın cənubunda isə özlərinə Şiraz şəhərini mərkəz seçən fars Zəndlər sülaləsi hakimiyyət uğrunda mübarizə aparırdılar. Onlara çox gözəl aydın idi ki, Nadir şahın öldürülməsinin və Əfşarlar İmperiyasının parçalanmasının ən böyük səbəblərindən biri də məhz Səfəvilər sülaləsi amili idi ki, Kərim xan Zənd və Əli Mərdan xan Bəxtiyari də bundan məharətlə istifadə etdilər. Belə ki, 1747–1749-cu illərdə Əfşar Xanədanlığı özü də dərin siyasi böhran keçirirdi.
II Məhəmməd (Səfəvi hökmdarı)
Şah II Məhəmməd (1772 −1796) — Səfəvi şahzadəsi, Səfəvi şahı. == Həyatı == Şah II Məhəmməd Şah II Təhmasibin qız nəvəsi İsmət sultan Səfəvidəndir. Atası Seyid Murtuz Şah Sultan Hüseyn'in oğludur. 1773-cü ildə Şah III İsmayılın ölümündən sonra o qanuni İran şahı təyin edildi. Şah olduqdan sonra qohumu Haşim mirzə Səfəviyə toxunmadı. Onun himayəarı Ağa Məhəmməd xan Qacar idi. Şah Hindistan səfərində qəfildən ölmüşdür.
II Süleyman (Səfəvi hökmdarı)
II Süleyman Səfəvi (fars. شاه سلیمان دوم‎; iyun 1714, İsfahan – may 1763, Məşhəd), Süleyman şah Səfəvi, Mirzə Seyid Məhəmməd Məraşi —1749-cu ildən 1750-ci ilədək Xorasanda hakimiyyətdə olub. Səfəvi şahənşahı, Səfəvilər dövlətinin XII hökmdarıdır. == Həyatı == Mir Seyid Məhəmmədin anası Səfəvi şahı I Süleyman şah Səfəvi (II Şah Səfi)-nin qızı idi. Yəni o, ana tərəfdən Səfəvilər sülaləsindən idi. Məhz buna görə də o, İran taxt-tacına iddia edirdi. 1747-ci ildə Nadir şah öldürüldükdən sonra İranda və Azərbaycanda hakimiyyət uğrunda mübarizə başlandı. 1747-ci il iyul ayında hakimiyyətə Adil şah gəlsə də, çox keçmədən o, İbrahim şah tərəfindən məğlub edildi və hakimiyyətdən kənarlaşdırıldı. Lakin İbrahim şahın da hakimiyyəti uzun çəkmədi. Beləki o, 1748-ci ildə Məşhəd üsyançıları tərəfindən məğlub edildi və öldürüldü.
II Süleyman şah Səfəvi

II Təhmasib Səfəvi
II Şah Təhmasib (farsca: طهماسب) və ya Şah II Təhmasib (3 dekabr 1704, İsfahan – 11 fevral 1740, Səbzivar[d], Rəzəvi Xorasan ostanı) — Səfəvilər xanədanlığından olan X şahı (1722-1732). Səfəvilər xanədanlığından olan IX şah Sultan Hüseynin 3-cü oğlu. == Taxta çıxması == 1722-ci ildə Mir Mahmud Hotakinin başçılıq etdiyi əfqanlar Gülnabad döyüşündə Səfəvi dövlətinin hərbi qüvvələrini məğlub edərək paytaxt İsfahan şəhərini mühasirəyə alırlar. 8 ay davam edən mühasirə zamanı şəhərdə aclıq başlayır. Mühasirənin sonuna yaxın artıq şəhərdə küçə itləri belə qalmamışdı. Şah Hüseyn, bütün saray əyanları ilə Mir Mahmud Hotakinin qərargahına gedərək hakimiyyətdən əl çəkdiyini bildirir və şahlıq tacını Mir Mahmud Hotakinin başına qoyur. Qarşılığında isə ona sülalə üzvlərinin sağ qalacağına, özünə ehtiramla yanaşılacağına dair söz verilir. Lakin İsfahan hələ mühasirədə olarkən, şəhərdən kənarda olan Səfəvi qoşunlarından birinin başçısı Luristan valisi Əlimərdan xan Şah Hüseynə məktub yazaraq taxtdan imtina etməsini, qardaşı Abbas Mirzəni şah elan etməsini, Səfəvi qoşunun baş komandanı təyin etdiyi Ərəbistan valisi Seyid Abdullanın vəzifədən kənar edilməsini xahiş edir. Şah bütün tələbləri rədd edir. Əlimərdan xanın ikinci məktubunda şahdan şahzadələrdən birini ona qoşulması üçün göndərməsini xahiş edir.
II Təhmasibin Səfəvi taxtına geri gətirilməsi
II Təhmasibin Səfəvi taxtına geri gətirilməsi — bu hadisə 1729-cu ildə II Təhmasibin sərkərdəsi Nadir xanla əfqan Əşrəf Xotəki arasında baş vermiş bir sıra döyüşün nəticəsində mümkün olmuşdur. II Təhmasibin nominal olaraq taxtda oturmasına baxmayaraq, faktiki hakimiyyət Nadir xanın əlində cəmləşmişdi. Əfqanlar isə Səfəvi imperiyasının ərazilərinin böyük bir hissəsindən əbədi olaraq qovuldular və bir müddət sonra Nadir yürüş edərək onları yenidən tabe etdi. == İsfahanın işğalı və Təhmasibin şah olması == 1722-ci ildə Səfəvi imperiyası dərin böhran içində idi. Ölkənin iqtisadi sisteminin çökməsi ilə paraleldə, imperiyanın hər bir tərəfini üsyanlar bürümüşdü. Həm də bundan istifadə edən əfqanlar, ilk öncə Əfqanıstandakı Səfəvi hakimiyyətini ləğv edib, imperiyanın mərkəzi bölgələrinə doğru yürüşə başladılar. 1722-ci ilin martında paytaxt İsfahan mühasirəyə alındı. İsfahana doğru əfqan irəliləməsinin qarşısını almaq üçün Gülnabad adlanan yerdə iki tərəfin ordusu qarşı-qarşıya gəldi. Səfəvi ordusu sağ cinah, sol cinah və mərkəz olaraq üç hissəyə ayrılmışdı. Cinahlarda sayları 30 min olan süvarilər toplanmışdı.
II Şah Abbas Səfəvi
II Şah Abbas və ya Sultan Məhəmməd Mirzə (30 avqust 1632, Qəzvin – 26 oktyabr 1666, Damğan) — Səfəvi imperiyasının VII hökmdarı. Abbas Səfəvi hökmdarı I Səfi ilə çərkəz kökənli arvadı Anna Xanumun evliliyindən dünyaya gəlmiş, taxta çıxdığı zaman isə yalnız 9 yaşında olmuşdur. Buna görə də, onun adından hakimiyyəti atasının bir zamanlar baş vəziri olmuş Sarı Tağı icra etmişdir. Sarı Tağının naibliyi dönəmində Abbas o zamana qədər məhrum qaldığı əsilzadə təhsili almış, 1645-ci ildə, yəni hələ 15 yaşında ikən Sarı Tağını hakimiyyətdən uzaqlaşdıraraq real hakimiyəti öz əlinə alıb, saray bürökratiyasına öz adamlarını yerləşdirmişdir. Bununla da, onun mütləq monarxiyası başlamışdır. Abbasın hakimiyyəti dövrü sülh şəraiti və inkişafla xarakterizə edilir. O, bilərəkdən Osmanlı imperiyası ilə müharibədən imtina etmiş, şərq qonşuları olan özbəklərlə dostluq münasibətləri saxlamışdır. O, özünün hərbi bacarıqlarını və nüfuzunu Qəndəhar uğrunda Böyük Moğol imperiyası ilə aparılmış müharibə dövründə sübuta yetirməyi bacarmışdır. Onun istəyi ilə Səfəvi imperiyasının vassalı olan Kartli kralı Rüstəm xan Kaxetini 1648-ci ildə ələ keçirmiş, oranın üsyançı kralı I Teymuraz sürgünə getməyə məcbur olmuşdur. 1651-ci ildə I Teymuraz Rusiya çarlığının yardımı ilə öz taxtını geri qaytarmağa çalışsa da, ruslar Abbasın ordusu ilə yaşanmış münaqişə nəticəsində məğlub edilmişdir.
II Şah Səfi (Səfəvi hökmdarı)
II Şah Təhmasib Səfəvi
II Şah Təhmasib (farsca: طهماسب) və ya Şah II Təhmasib (3 dekabr 1704, İsfahan – 11 fevral 1740, Səbzivar[d], Rəzəvi Xorasan ostanı) — Səfəvilər xanədanlığından olan X şahı (1722-1732). Səfəvilər xanədanlığından olan IX şah Sultan Hüseynin 3-cü oğlu. == Taxta çıxması == 1722-ci ildə Mir Mahmud Hotakinin başçılıq etdiyi əfqanlar Gülnabad döyüşündə Səfəvi dövlətinin hərbi qüvvələrini məğlub edərək paytaxt İsfahan şəhərini mühasirəyə alırlar. 8 ay davam edən mühasirə zamanı şəhərdə aclıq başlayır. Mühasirənin sonuna yaxın artıq şəhərdə küçə itləri belə qalmamışdı. Şah Hüseyn, bütün saray əyanları ilə Mir Mahmud Hotakinin qərargahına gedərək hakimiyyətdən əl çəkdiyini bildirir və şahlıq tacını Mir Mahmud Hotakinin başına qoyur. Qarşılığında isə ona sülalə üzvlərinin sağ qalacağına, özünə ehtiramla yanaşılacağına dair söz verilir. Lakin İsfahan hələ mühasirədə olarkən, şəhərdən kənarda olan Səfəvi qoşunlarından birinin başçısı Luristan valisi Əlimərdan xan Şah Hüseynə məktub yazaraq taxtdan imtina etməsini, qardaşı Abbas Mirzəni şah elan etməsini, Səfəvi qoşunun baş komandanı təyin etdiyi Ərəbistan valisi Seyid Abdullanın vəzifədən kənar edilməsini xahiş edir. Şah bütün tələbləri rədd edir. Əlimərdan xanın ikinci məktubunda şahdan şahzadələrdən birini ona qoşulması üçün göndərməsini xahiş edir.
II Şah İsmayıl Səfəvi
II İsmayıl (fars. شاه اسماعیل دوم‎; 31 avqust 1533, Qəzvin – 24 noyabr 1577, Qəzvin) — Səfəvilər dövlətinin 3-cü şahı və I Təhmasibin oğlu. == İlkin həyatı == 28 may 1537-ci ildə Ərdəbildə doğulmuşdur. Atası I Təhmasib anası Sultanım bəyim Mosulludur. Atasının sıraca üçüncü, həyatda qalan ikinci oğlu idi (ən böyük qardaşı Əliqulu mirzə hələ 1529-cu ildə vəfat etmişdi). Hələ 1547-ci ildə Şirvan bəylərbəyi təyin olunmuşdu. Lələsi isə Göycə sultan Qacar idi. == Bəylərbəyi kimi fəaliyyəti == 1547-ci ildə Şirvanşah şahzadəsi Bürhan Əlinin hücumuna məruz qalmışdı, lakin bu hücumu dəf edə bilmişdi. 1554-cü ildə Ərzurumda İsgəndər paşa ilə Səfəvi ordusu arasında gedən döyüşdə qızılbaşlara sərkərdəlik edir və qaladan qıraqda gedən döyüşlərdə onun rəhbərlik etdiyi qoşun Osmanlını məğlub edir. Əxlat və Ərciş qalalarını ələ keçirir.
I Abbas Səfəvi
Şah Abbas, I Abbas Səfəvi və ya Böyük Şah Abbas (27 yanvar 1571, Herat – 19 yanvar 1629, Mazandaran ostanı) — Səfəvi imperiyasının V şahı və ən böyük Səfəvi şahlarından biri. O, Şah Məhəmməd Xudabəndənin üçüncü oğludur.Şah Abbasın Səfəvi imperiyasının hərbi, iqtisadi və siyasi baxımdan zirvədə olduğu dövrü formalaşdırmasına baxmayaraq, o, hakimiyyətə imperiyanın ən çətin zamanlarından birində gəlmişdi. Atası olan Şah Məhəmməd Xudabəndənin hakimiyyəti dövrü özbaşınalıq dövrü kimi xarakterizə oluna bilər. Mərkəzi hakimiyyətin zəifliyindən istifadə edən müxtəlif Qızılbaş tayfa əyanları şəxsi mənafeləri uğrunda mübarizəyə başlamış, həmçinin qeyri-türk olduğu və dövlət məsələlərinə çox müdaxilə etdiyi üçün I Abbasın anası Məhdi Ülyanı da öldürmüşlərdi. Həmçinin I Abbasın qardaşı və əsas vəliəhd hesab edilən Həmzə Mirzə də Osmanlı ilə müharibə dövründə sui-qəsqlə qətlə yetirilmişdir. Səfəvi imperiyasının əsas rəqibləri olan Osmanlı imperiyası və özbəklər imperiyanın qərb və şərq sərhədlərini ələ keçirmək və ya mütəmadi oraya yürüşlər həyata keçirməklə bu qarışıqlığı daha da çətinləşdirirdilər. 1587-ci ildə Qızılbaş sərkərdələrindən biri olan Mürşüdqulu xan Ustaclı bacarıqsız hesab edilən Məhəmməd Xudabəndəni 16 yaşlı şahzadə olan Abbasla əvəz etdi. 16 yaşında taxta çıxan Abbas Mirzə tezliklə bütün hakimiyyəti öz əlinə aldı. Onun rəhbərliyi altında Səfəvi impreriyasında çərkəzlərdən, gürcülərdən, ermənilərdən formalaşan qulam, yəni kölə-əsgərlər sistemi inkişaf etdirildi və hərbi, mülki inzibati sistemə inteqrasiya etdirildi. Ondan əvvəlki sələfləri tərəfindən yaradılmış, lakin onun dövründə inkişa etdirilmiş bu sistem sayəsində I Abbas ona tabe olmaq istəməyən Qızılbaş tayfa başçılarının güclərini azaldacağını planlamışdı.
I Süleyman (Səfəvi)
Sam Mirzə, daha sonra birinci sülalə adı II Şah Səfi (1648, İsfahan – 29 iyul 1694, İsfahan) adı ilə tanınmış, daha çox isə ikinci sülalə adı olan Süleyman adı ilə tanınmışdır. VIII Səfəvi hökmdarıdır, 1666-cı ilin 1 noyabr tarixindən 1694-cü ilin 29 iyul tarixinə qədər hökmdar olmuşdur. == Həyatı == Sam Mirzə 1648-c ilin fevral və ya mart ayında İsfahan şəhərində anadan olmuşdur. Onun atası özündən əvvəlki Səfəvi şahı II Şah Abbas, anası isə çərkəz mənşəli kəniz Nəkihət Xanumdur. Sam Mirzənin özündən kiçik 3 qardaşı olmuşdur: Həmzə Mirzə, İsmayıl Mirzə və Mirzə Əli Nağı. Bundan əlavə Sam Mirzənin adları bizə məlum olmayan 2 bacısı da olmuşdur. Sam mirzə uşaqlıq vaxtında şah hərəmində yaşamış və şah olana qədər demək olar ki buradan çıxmamışdır. Burada onun qeydinə xədim Ağa Nəzirə qalmışdır. Sam Mirzə şah elan ediləndə azərbaycan dilindən başqa hər hansısa dildə danışa bilmirdi. Şah elan edildikdən sonra belə fars dilində çox pis danışırdı.Sam Mirzə bütün xüsusiyyətləri ilə atası II Şah Abbasdan geri qalırdı, bu özünü onun hakimiyyəti dövründəki hadisələrə reaksiyasında da öz əksini tapmışdır.
I Süleyman (Səfəvi hökmdarı)

Digər lüğətlərdə

жанр мальчи́шничать непоправи́мый упо́рный вытрезвле́ние изжева́ть обсу́шка реставра́ция самонужне́йший троепе́рстие ханты́йский хороши́стка дзерен дублюр павун узень brickie precocial redfin бретелька вечереть вокруг дней зашибиться коллегиальный