SƏLYANƏ
SƏMƏDAĞA
OBASTAN VİKİ
Akif Səməd
Akif Səməd (22 iyul 1959, Qazax rayonu – 6 iyul 2004, Bakı) — Azərbaycanlı şair, jurnalist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1997). == Həyatı == Məmmədov Akif Səməd oğlu 1959-cu il iyulun 22-də Qazax rayonunun Aslanbəyli kəndində anadan olmuşdur. Burada orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil almışdır (1976-1982). 2004-cü il iyulun 6-da Bakıda vəfat etmiş, doğma Aslanbəyli kəndində torpağa tapşırılmışdır. == Yaradıcılığı == "Gənc müəllim" qəzeti və "Mərhəmət" jurnalı redaksiyalarında işləmiş, Azərbaycan Dövlət Teleradio Şirkətində redaktor vəzifəsində çalışmışdır. Tələbəlik illərindən bədii yaradıcılıqla ciddi məşğul olmuşdur. Şeirləri dövri mətbuatda dərc edilmişdi. "Qiblə yelləri" (1992), "Uzaqlardan gəlirik" (1994), "Adəmdən" (1995), "Özümə yol" (1996) kitabları nəşr olunmuşdur. === Əsərləri === "Qiblə yelləri" (1992), "Uzaqlardan gəlirik" (1994), "Adəmdən" (1995), "Ömrü özünə yaşasan" (1996) "Özümə yol" (2004) == Mənbə == XX əsr Azərbaycan yazıçıları,Ensiklopedik məlumat kitabı. Bakı, 2011.
Səməd
Səməd — Azərbaycanlı kişi adı. Səməd Vurğun — Azərbaycan şairi, Azərbaycanın ilk xalq şairi (1956). Səməd bəy Mehmandarov — Rusiya İmperator ordusunun tam artilleriya generalı.
Möhbəddin Səməd
Əliyev Möhbəddin Səməd oğlu (Möhbəddin Səməd) — publisist, nasir, ssenari müəllifi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1989), Jurnalistlər Birliyinin üzvü (1975), "Qızıl qələm" mükafatı laureatı (1985), Həsənbəy Zərdabi mükafatı laureatı (2000). == Həyatı == Möhbəddin Səməd 1942-ci il yanvarın 25-də Qərbi Azərbaycanın Noemberyan rayonunun Yuxarı Körpülü kəndində anadan olmuşdur. Burada orta məktəbi bitirmişdir (1948-1958). Əmək fəaliyyətinə Abşeron üzümçülük sovxozunda, sonra isə Bakı Şin zavodunda fəhlə kimi başlamışdır (1959-1966). Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil almışdır (1966-1972). "Bakı" axşam qəzeti və "Azərbaycan gəncləri" qəzeti redaksiyalarında (1972-1980) ədəbi işçi, "Kommunist" qəzeti redaksiyasında baş müxbir, ədəbi işçi (1980-1991) olmuşdur. Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində publisistika şöbəsinin müdiri, radio musiqi şöbəsinin müdiri işləmişdir (1991-1994). Hazırda orada Cənubi Azərbaycan Radio Verilişləri baş redaksiyasının baş redaktoru vəzifəsində çalışır (1994-cü ildən). Bədii yaradıcılığa orta məktəbdə oxuyarkən həvəs göstərmişdir. "Əsli" adlı oçerki 1958-ci ildə "Sovet Ermənistanı" qəzetində dərc olunmuşdur.
Səməd Abdullayev
Səməd Abdullayev (Sovet İttifaqı Qəhrəmanı) — Sovet İttifaqı Qəhrəmanı (17.11.1943). Səməd Abdullayev (şəhid) — I Qarabağ müharibəsi şəhidi. Səməd Abdullayev (əsgər) — əsgər, Vətən müharibəsi şəhidi.
Səməd Ağaoğlu
Ağaoğlu Səməd Əhməd bəy oğlu (1909, Bakı – 6 avqust 1982, İstanbul) — yazıçı, publisist və Türkiyənin dövlət və siyasi xadimi olmuşdur. Üç dəfə Türkiyə Böyük Millət Məclisinə deputat seçilmiş, baş nazirin müavini, dövlət naziri olmuşdur. == Həyatı və siyasi fəaliyyəti == Səməd Ağaoğlu 1909-cu ildə Bakıda dünyaya gəlmiş, hələ körpə ikən atasının Türkiyəyə mühacirəti ilə ömrünü, taleyini bu ölkəyə bağlamalı olmuşdur. Ankarada hüquq fakultəsini bitirdikdən sonra bir müddət Strasburqda işləmişdir. Bu illərdə yaradıcılığa başlamış, ilk qələm təcrübələrini sınaqdan keçirmişdir. Sonralar Fransada keçən illərini "Strasburq xatirələri" adlı kitabında əks etdirmişdir. Türkiyəyə döndükdən sonra bir sıra mühüm dövlət işlərində çalışmış, millət vəkili] seçilmiş, nazir vəzifəsi tutmuşdur. Siyasi baxışlarına görə bir müddət həbsdə yatmış, azadlığa çıxdıqdan sonra ömrünün sonlarına qədər bədii-publisistik yaradıcılıqla məşğul olmuşdur. 1960-cı ildə Calal Bayar — Adnan Menderes işinə görə, yəni 1960-cı il, 27 may dövlət çevrilişi ilə əlaqədar ömürlük həbs cəzasına məhkum olunmuş, 1964-cü ildə amnistiyaya buraxılmışdır. Ağaoğlu Səməd Əhmədbəy oğlu 1967-ci ildə ulularının vətəni Azərbaycanı ziyarət etmişdir.
Səməd Behrəngi
Səməd Behrəngi (24 iyun 1939, Təbriz – 31 avqust 1967 və ya 31 avqust 1968, Təbriz) — azərbaycanlı müəllim, tərcüməçi, nasir, publisist, İranda uşaq ədəbiyyatının banisi. Daha çox özünün Balaca qara balıq əsəri ilə tanınıb. Uşaqlar üçün yazdığı əsərləri daha çox sosial problemləri, cəmiyyətdəki haqsızlıqları qabartdığı üçün şah rejimi tərəfindən qadağan edilmişdi. 1957-ci ildən etibarən kənd məktəblərində dərs demiş kitablarla yanaşı çox sayda pedaqoji məqalələr və inşalar yazmışdır. Dostu Bəhruz Dehqani ilə birlikdə Azərbaycan türkləri yaşayan kəndləri gəzmiş burada Azərbaycan folkloruna aid nümunələri toplamışdır. Daha sonra Əhməd Şamlı, Füruğ Fərruxzad kimi müəlliflərin əsərlərini Azərbaycan türkcəsinə tərcümə etmişdir. 1967-ci il avqustun 31-də Xumarlı yaşayış məntəqəsi yaxınlığında Araz çayında müəmmalı şəraitdə boğulub. Fəaliyyətinə görə dəfələrlə təqiblərə məruz qalmağını əsas götürərək bir çox insanlar onun şah rejimi tərəfindən öldürülməsini iddia edirlər. Rəsmi mənbələr isə onun sadəcə çayda batdığını deyirlər. == Həyatı və təhsili == Səməd İzzət oğlu Behrəngi 24 iyun 1939-cu ildə Təbrizin Çərəndab məhəlləsində yoxsul bir ailədə anadan olub.
Səməd Bəşirli
Səməd Əlövsət oğlu Bəşirli (1976) — Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini. == Həyatı == 1976-cı ildə anadan olub. 1994–1998-ci illərdə Türkiyənin Qazi Universitetinin iqtisadiyyat və idaretmə elmləri fakültəsində bakalavr təhsili alıb. 1998–2000-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında politologiya ixtisası üzrə magistr təhsili alıb. 2000–2001-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olub. 2007–2008-ci illərdə Böyük Britaniyanın Birminhem Universitetində maliyyə ixtisası üzrə magistr proqramını bitirib. === Əmək fəaliyyəti === 1999–2016-cı illərdə ticarət, iqtisadi inkişaf, iqtisadiyyat və sənaye və iqtisadiyyat nazirliklərində aparıcı məsləhətçi, baş məsləhətçi, sektor müdiri, şöbə müdirinin müavini və şöbə müdiri vəzifələrində çalışıb. 2016–2019-cu illərdə Çində yerləşən Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) İnstitutu beynəlxalq təşkilatında şöbə müdiri vəzifəsində fəaliyyət göstərib. 2020–2022-ci illərdə İqtisadiyyat Naziriyində sənaye şöbəsinin müdiri və nazirin müşaviri vəzifəsində çalışıb. Azərbaycan Respublikasının Prezidentinin 22 iyun 2012-ci il tarixli Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib.Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 15 iyul tarixli Sərəncamı ilə iqtisadiyyat nazirinin müavini vəzifəsinə təyin edilib.
Səməd Canbaxşiyev
Səməd Canbağış oğlu Canbaxşiyev (19 mart 1972, Külüs, Şahbuz rayonu) — telejurnalist və aktyor. == Həyatı == 1972-ci il mart ayının 19-da Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Külüs kəndində anadan olub. 1990-cı ildə yaranan Naxçıvan Dövlət Kukla teatrının ilk aktyorlarındandır. 1992-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr kollektivi rejissoru və eyni zamanda Bakı Dövlət Universitetinin jurnalistika fakültələrinə (qiyabi təhsil) daxil olub.1997-ci ildə ADMİU-nu və 1998-ci ildə BDU-nu bitirib. 1993-cü ildə Naxçıvanda yaranan və Zabitlər Evində fəaliyyət göstərən "Meloman şou" qrupu və "7 ULDUZ" Şən və Hazırcavablar klubunun yaradıcılarındandır.1996-cı ildən Naxçıvan Dövlət Musiqili Dram teatrında aktyor və rejissor assistenti kimi çalışıb. Kukla teatrında 20-yə qədər, Dram teatrda isə 15-ə qədər rol oynayıb. 2000-ci il dekabrın 30-da Naxçıvan MR Ali Məclisi Sədrinin sərəncamı ilə Naxçıvan MR-nın Əməkdar artisti fəxri adına layiq görülüb. 2001-ci ildən Naxçıvan Dövlət Teleradio Verilişləri Komitəsində redaktor və baş redaktor vəzifəsində çalışıb. 2003-cü ildən Lider tv-nin Naxçıvan üzrə xüsusi müxbiri olub. 2009-cu ildə Kukla teatrında "Cik-cik xanım" adlı nağıl pyesi səhnələşdirilib.
Səməd Hüseynzadə
Səməd Sətdar oğlu Hüseynzadə (18 oktyabr 1998; Talıstan, İsmayıllı Azərbaycan — 2 oktyabr 2020; Ağdərə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Səməd Hüseynzadə 1998-ci il oktyabrın 18-də İsmayıllı rayonunun Talıstan kəndində anadan olub. 2020-ci ildə Azərbaycan Dövlət Aqrar Universitetini bitirdikdən sonra hərbi xidmətə yola düşüb. == Hərbi xidməti == 44 günlük İkinci Qarabağ müharibəsində iştirak edən Səməd Hüseynzadə Tərtərin Dəmirçilər kəndinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı düşmənin atdığı top atəşi nəticəsində şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Səməd Hüseynzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Səməd Hüseynzadə ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Səməd Hüseynzadə ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Səməd Hüseynzadə ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Səməd Hüseynzadə ​ölümündən sonra "Ağdamın azad olunmasına görə" medalı ilə təltif edildi.
Səməd Kərimli
Səməd İkram oğlu Kərimli (d. 16 dekabr 2000; Əliabad, Biləsuvar rayonu – ö. 8 noyabr 2020) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Səməd Kərimli 16 dekabr 2000-ci ildə Biləsuvar rayonunun Əliabad kəndində anadan olmuşdur. Kənd tam orta məktəbində təhsilini almışdır. == Hərbi xidməti == Səməd Kərimli Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan İkinci Qarabağ müharibəsində orduya qoşularaq Cəbrayıl, Füzuli və Qubadlı rayonları istiqamətində gedən döyüşlərdə vuruşmuşdur. 8 noyabrda Şuşa şəhəri uğrunda gedən döyüşdə düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına həlak olmuşdur. Şəhid Səməd Kərimli 9 noyabr 2020-ci il tarixində Biləsuvar rayonu Əliabad kənd məzarıstanlığında dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Səməd Kərimli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Səməd Kərimli ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Səməd Kərimli ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Səməd Kərimli ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Səməd Kərimli ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Səməd Mənsur
Səməd Mənsur (tam adı: Səməd Hacı Əhməd oğlu Kazımov; 31 yanvar 1879, Bakı – 3 yanvar 1927, Bakı) — şair və teatr xadimi. == Həyatı == Səməd Mənsur Kazımov 1879-cu ildə Bakıda anadan olmuş, ilk təhsilini rus-müsəlman məktəbində almış, sonralar davamlı mütaliə ilə biliyini artırmışdır.O 1907-ci ildə Bakıda düzələn "Səfa" cəmiyyətinin üzvü olmuş, teatr işlərində fəal iştirak etmişdir.Səməd Mənsur 1905-ci ildən sonra şeirləri ilə mətbuatda çıxış etmiş, 1918-ci ildə "Şeypur" jurnalında baş mühərrir olmuş, "Molla Nəsrəddin"də ədəbi parçalar, "Bəsirət" və "Tuti"də şeirlər çap etdirirmiş, xırda pyeslər yazmışdır. Şəmsəddin Sami bəyin "Gavəyi-Ahəngər" əsərini təbdil etmişdir. Bu əsər uzun illər səhnədən düşməmişdir. Səməd Mənsur ömrünün axırlarında Xalq Komissarları Sovetində ümumi idarə müdiri vəzifəsində çalışmışdır. O, 1927-ci il yanvarın 3-də Bakıda vəfat etmişdir. Səməd Mənsurun şairlik fəaliyyəti iki xətt ilə davam etmişdir.Birincisi satira, ikincisi romantika. Satirik şeirlərində şair Sabir yolunu tutaraq ictimai xəstəlikləri, köhnə münasibətləri qamçılamağa çalışmışdır. "İçkilər, oflar", "Ey həkim", "Qarabağlı", "Qələmim"4 belə şeirlərdəndir. Şəməd Mənsur satiralarında klassik şeirin təsvir vasitələrindən məharətlə istifadə etmişdir.
Səməd Mərdanov
Səməd Həşim oğlu Mərdanov (22 sentyabr 1909, Tiflis – 6 avqust 1939, Bakı) — Azərbaycan kinorejissoru. == Həyatı == 1935-ci ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsini bitirmişdir. Sovet kino rejissoru Sergey Eyzenşteynin tələbəsi və peşəkar təhsil almış ilk Azərbaycan kinematoqrafçılarından biri olan Mərdanovun yaradıcılığı milli kino sənətinin inkişafına təsir göstərmişdir. Mərdanov ilk sovet kinokomediyalarından olan "Mavi dənizin sahilində" (quruluşçu rejissor Boris Barnet; "Azərfilm" və "Mejrabpomfilm" (Moskva) kinostudiyalarının birgə istehsalı) filminin rejissorudur. Mərdanovun 1939-cu ildə çəkdiyi "Kəndlilər" (1940-cı ildə ekrana buraxılmışdır) tarixi-inqilabi bədii filmi Azərbaycan kinosunun qızıl fonduna daxildir. == Əlavələr == Aktyor Mustafa Mərdanovun qardaşıdır. == Filmoqrafiya == Köçərilər (film, 1933) Mavi dənizin sahilində (film, 1935) Kəndlilər (film, 1939) == İstinadlar == == Mənbə == Səməd Mərdanov Arxivləşdirilib 2007-05-17 at the Wayback Machine Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987.
Səməd Qurbanov
Səməd Qurbanov — XX əsrin 70-80-ci illərin tanınmış futbolçularından biridir. "Neftçi"nin tarixində xüsusi iz buraxıb. "Jiquli" ləqəbiylə tanınıb. Səməd Qurbanov 1953-cü il iyulun 10-da Qazaxda anadan olub. SSRİ-nin idman ustasıdır. Sol cinah yarımmüdafiəçisi mövqeyində çıxış edib. Futbol oynamağa 1965-ci ildə Qazaxda UGİM-də məşqçi F. İsmayılovun rəhbərliyi altında başlayıb. 1971-ci ildə Azərbaycanın gənclər yığmasının heyətində ümumittifaq "Ümid" kubokunun qalibi olub. 1971-ci ildə Bakının "Neftçi" komandasına qəbul olunub və 19 yaşından karyerasını bitirənədək bu komandanın əsas heyətində çıxış edib. "Neftçi"də, əsasən, 10 nömrəli formanı geyinib və 80-ci illərin əvvəllərində komandanın kapitanı olub.
Səməd Rzayev
Səməd Fizuli oğlu Rzayev (19 aprel 1995; Goranboy rayonu, Azərbaycan — 27 sentyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Səməd Rzayev 1995-ci il aprelin 19-da Goranboy rayonunun Səfikürd kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik çavuşu olan Səməd Rzayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Səməd Rzayev sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub. Goranboy rayonunun Səfikürd kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Səməd Rzayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Səməd Rzayev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Səməd Sabahi
Səməd Sabahi (1914, Bakı – 1978, Tehran) — Azərbaycan və İran rejissoru, aktyoru və ssenaristi. == Həyatı == Səməd Sabahi 1914-cü il Bakıda zəhmətkeş ailəsində doğulub. Bu vaxt ailə yaşadığı Mərənd şəhərinin Miab kəndindən yenicə köçmüşdü. Səmədin böyük qardaşı Gəncəli Sabahi bu ailənin hekayəsini "Mənim günlərim" əsərində yazıb. Bu əsərdə minlərlə köçkün ailənin həyat və taleyi əks olunub. Birinci Dünya Müharibəsi və Böyük Rusiya inqilabı dövründə Səməd hələ uşaq ikən Bakı Konservatoriyasına daxil olur. Bura getməsinə səbəb teatr aşiqi və aktivisti olan böyük qardaşı idi. Oranı uğurla bitirən Səməd öz yolunu Bakı Rəssamlıq Məktəbində davam etdirir. Qısa zaman ərzində şəhərin gənc aktyorları arasında tanınmağa başlayır və Bakı, Gəncə səhnələrində yer alır. İkinci Dünya Müharibəsinin yaxınlaşması ilə hələ sovet vətəndaşlığını qəbul etməmiş iranlı mühacirlərin həyatında da dəyişiklik baş verir.
Səməd Sadıqov
Səməd Qurban oğlu Sadıqov (1903, Qaçağan, Borçalı qəzası – 22 mart 1989, Qaçağan, Marneuli rayonu) — Sosialist Əməyi Qəhrəmanı. Gürcüstan SSR ictimai xadimi. SSRİ-nin "Lenin" və "Qırmızı Əmək Bayrağı" ordenləri laureatı. == Həyatı == Səməd Qurban oğlu Sadıqov 1903-cü ildə Tiflis quberniyası, Borçalı Qəzasının Qaçağan kəndində doğulub. Uşaqlığı və gəncliyi Qaçağan kəndində keçmişdir. 1920–1927-ci illərdə Qaçağan kənd ümüumtəhsil məktəbində oxuyub. Ömrünun sonuna qədər Qaçaəan kəndində yaşamışdır. 22 mart 1989-cu ildə Qaçağan kəndində dünyasını dəyişmiş və 23 mart 1989-cu ildə Qaçaəan kənd məzarlığında dəfn edilmişdir. == Soykökü == == Fəaliyyəti == Səməd Qurbanov əmək fəaliyyətinə 1920-ci ildə başlamış Sovet hakimiyyəti qurulduqdan sonra isə Qaçağanda yardılan kənd təsərüffatı artelində taxıl becərilməsi ilə məşğul olmuşdur. 1930-cu ildən Borçalı Qəzası "Kommunizm" kolxozunda əmək fəaliyyətinə başlamışdır.
Səməd Seyidov
Seyidov Səməd İsmayıl oğlu (18 yanvar 1964, Bakı) — Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycan Respublikasının Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, psixologiya elmləri doktoru, professordur, Azərbaycan Dillər Universitetinin rektoru (2000–2015), Beynəlxalq Psixoloqlar Assosiasiyasının üzvü. == Həyatı == Səməd Seyidov 1964-cü il yanvarın 18-də Bakı şəhərində anadan olmuşdur. 1981–1986-cı illərdə Leninqrad Dövlət Universitetinin (indiki Sankt-Peterburq Dövlət Universiteti) Psixologiya fakültəsində təhsil almışdır. 1986-cı ildə Leninqrad Dövlət Universitetinin psixologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, 1989-cu ildə doktorluq dissertasiyasını müdafiə etmişdir və Leninqrad Dövlət Universitetində fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 1986-cı ildən Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda laborant, baş laborant, müəllim, baş müəllim, tədris işləri üzrə prorektor vəzifələrində çalışmışdır. 1994-cü ildə Psixologiya Doktoru elmi dərəcəsinə və daha sonra professor elmi dərəcəsinə yüksəlmişdir. 1998–2000-ci illərdə Azərbaycanın təhsil sistemini Avropa Şurasında təmsil etmişdir. 1999-cu ildən Azərbaycan Dillər Univesitetinin psixologiya kafedrasının professorudur. Müasir dövrün tələbləri səviyyəsində yazılmış 150-dən çox elmi əsər, dərslik, dərs vəsaiti və monoqrafiyanın, həmçinin psixologiya dərsliyinin, "Menecment psixologiyası", "Yaradıcılığın fenomenologiyası" və s. kitabların da müəllifidir.
Səməd Səfərov
Səməd Səfərov — aktyor, rejissor assistenti. == Həyatı == Səməd Səfərov 1957-ci ildə Salyanda anadan olub. 1980-cu ildə ÜİRT-nun Televiziya texnikası və radiorele rabitəsi fakultəsini bitirib. İstehsal avadanlıglarının programlaşdırılması və elektromexaniki ekspulatsiya mühəndisidir. Elektronika sahəsində 3 işinə müəlliflik şəhadətnaməsi alıb. 1990-ci il 20 yanvarda AZTV-nin enerji bloku partladıldıqdan sonra 22 yanvar tarixindən gizlin televiziya efiri yaradaraq 7 gun 40-50 km radiusda 8-ci kanal ilə hadisələrlə əlaqədar informasiyalar yaydığına görə SSRİ DTK-sının axtarışında olub. Lütfizadə haqqında 1 monoqrafiyası mətbuatda çap olunub. AZTV-də filmlərin cəklişləri ilə də məşgul olur. Tanınmış rejissor Məhərrəm Bədirzadənin filmlərində prodüser, rejissor assisenti və aktyor kimi fəalliyyət göstərir.
Səməd Səmədov
Səməd Səmədov (17 sentyabr 1946, Aşqabad – 24 iyul 2021, Bakı) — Azərbaycan estrada müğənnisi, xalq artisti. == Həyatı == 1946-cı il sentyabrın 17-də Aşqabadda anadan olub. 1948-ci ildə zəlzələ nəticəsində ailəsi ilə birlikdə Bakıya, İçərişəhər məhəlləsinə köçür. Müslüm Maqomayev, Fərhad Bədəlbəyli, Polad Bülbüloğlu kimi musiqi xadimləri ilə birgə Bülbül adına musiqi məktəbinin skripka sinfini bitirdikdən sonra A.Zeynallı adına Musiqi Məktəbinin nəzəriyyə sinfinə daxil olur. 1988-ci ildən Səməd Səmədov toylarda çıxış edir. Müğənniyə əsas popularlıq 1992-ci il tarixdə, Eldar Mansurovun Piruz Dilənçinin "Qızlar" adlı şerinə bəstələdiyi mahnını ifa etdikdən sonra gəlib. 2000-ci ildə əhali arasında aparılan sorğunun nəticələrinə görə Səməd Səmədov rəsmi olaraq "Toylar Kralı" adını qazandı. Ona bu adı Azərbaycan estradasının korifeyi Mirzə Babayev verib. Səməd Səmədov xalqın məhəbbətini özünün ən böyük uğuru hesab edir. O, Müstəqil 'Qrant' Milli İctimai Mükafatının ikiqat sahibi, 150 müxtəlif mahnının, 5 albomun, 20 klipin ifaçısıdır.
Səməd Sərdariniya
Səməd Sərdarniya — Azərbaycanın tanınmış tarixçi və tədqiqatçısı, bir neçə tarixi kitabın müəllifi. == Həyatı == Səməd Sərdariniya 1947-ci il mayın 11-da Təbrizin Əmirxiz məhəlləsində anadan olub. Orta təhsilini başa vurduqdan sonra Təbriz Universitetinin tarix fakültəsini bitirib. Salmas şəhərində 2 il hərbi xidmətdə olduqdan sonra Milli Radiotelevizya Təşkilatında işə qəbul olur və Tehrana köçür. Tehrana köçdükdən sonra Tehranda Milli Universitetdə hüquq ixtisası üzrə təhsil almağa başlayır. 1979-cu ildə də buranı bitirərək diplom alıb. == Fəaliyyəti == Tehran televiziyasında, Təbriz radiosunda çalışıb. 1979-cu il İran islam inqilabından sonra, professor Həmid Nitqi, Məhəmmədəli Fərzanə, Kərim Məşrutəçi (Sönməz), Mənzuri Xamneyi, Qulamhüseyn Beqdeli, Həsən Məcidzadə Savalan və Tehranda nəşr olunan Varlıq jurnalının təsisçisi Cavad Heyət ilə birlikdə həmin jurnalın işıq üzü görməsində böyük rolu olmuşdur. Jurnalın ən fəal yazarlarından olan Səməd Sərdariniyanın məqalələri xalqımızın tarixini təhrif edənlərə, dilimizi dananlara elmi baxımdan əsaslandırılmış, tutarlı cavablar kimi səslənib. Son on beş il ərzində Səməd Sərdariniya öz yaradıcılığında qeyri-adi məhsuldarlıq nümayiş etdirərək, bir-birinin ardınca dəyərli kitablar yazmışdı.
Səməd Sərdarniya
Səməd Sərdarniya — Azərbaycanın tanınmış tarixçi və tədqiqatçısı, bir neçə tarixi kitabın müəllifi. == Həyatı == Səməd Sərdariniya 1947-ci il mayın 11-da Təbrizin Əmirxiz məhəlləsində anadan olub. Orta təhsilini başa vurduqdan sonra Təbriz Universitetinin tarix fakültəsini bitirib. Salmas şəhərində 2 il hərbi xidmətdə olduqdan sonra Milli Radiotelevizya Təşkilatında işə qəbul olur və Tehrana köçür. Tehrana köçdükdən sonra Tehranda Milli Universitetdə hüquq ixtisası üzrə təhsil almağa başlayır. 1979-cu ildə də buranı bitirərək diplom alıb. == Fəaliyyəti == Tehran televiziyasında, Təbriz radiosunda çalışıb. 1979-cu il İran islam inqilabından sonra, professor Həmid Nitqi, Məhəmmədəli Fərzanə, Kərim Məşrutəçi (Sönməz), Mənzuri Xamneyi, Qulamhüseyn Beqdeli, Həsən Məcidzadə Savalan və Tehranda nəşr olunan Varlıq jurnalının təsisçisi Cavad Heyət ilə birlikdə həmin jurnalın işıq üzü görməsində böyük rolu olmuşdur. Jurnalın ən fəal yazarlarından olan Səməd Sərdariniyanın məqalələri xalqımızın tarixini təhrif edənlərə, dilimizi dananlara elmi baxımdan əsaslandırılmış, tutarlı cavablar kimi səslənib. Son on beş il ərzində Səməd Sərdariniya öz yaradıcılığında qeyri-adi məhsuldarlıq nümayiş etdirərək, bir-birinin ardınca dəyərli kitablar yazmışdı.
Səməd Tağızadə
Səməd Əmiraslan oğlu Tağıyev (Tağızadə) (1907, Nuxa – 17 noyabr 1978, Kirovabad) — Azərbaycan teatr aktyoru, Azərbaycan SSR əməkdar artisti (1943). == Həyatı == Səməd Tağıyev (Tağızadə) 1907-ci ildə Nuxada (hazırkı Şəki) anadan olmuşdur. Aktyorluq fəaliyyəti 1920-ci illərin sonunda bu şəhərdə başlamışdır. Aktyorun fəaliyyəti, əsasən, 1933–1955-ci illərdə Gəncə Dövlət Dram Teatrı ilə bağlıdır. Gəncədə işləyə-işləyə Şəki Dövlət Dram Teatrının da eyniadlı əsərlərin tamaşalarında Otello, Aydın, Oqtay Eloğlu, Vaqif rollarını ifa etmişdir. Dəvətlə Şəmkir, Qazax və Ağdaş teatrlarında da rollar oynamışdır.1955-ci ildə səsi tutulan aktyor səhnəyə çıxmasa da, teatrda truppa müdiri işləyib. 17 noyabr 1978-ci ildə Kirovabadda (hazırkı Gəncə) vəfat etmişdir. == Təltif və mükafatları == "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 17 iyun 1943 == İfa etdiyi əsas rollar == Gəncə Dövlət Dram Teatrında == İstinadlar == == Ədəbiyyat == İlham Rəhimli. Azərbaycan Teatr Ensiklopediyası (3 cilddə). 3-cü cild.
Səməd Vurğun
Səməd Vurğun (doğum adı: Səməd Yusif oğlu Vəkilov; 21 mart 1906, Yuxarı Salahlı, Qazax qəzası – 27 may 1956, Bakı) — Azərbaycan şairi, dramaturq, tərcüməçi, ədəbiyyatşünas, tənqidçi, Azərbaycanın ilk xalq şairi (1956), 2 dəfə "Stalin" mükafatı laureatı (1941, 1942) və 2 dəfə "Lenin" ordeni laureatı, Azərbaycan Yazıçılar İttifaqının sədri (1941–1948), Azərbaycan SSR Ali Sovetinin deputatı, Azərbaycanın Xarici Ölkələrlə Mədəni əlaqə Cəmiyyətinin sədri, Azərbaycan SSR EA-nın akademiki (1945) və vitse-prezidenti (1954–1956). Azərbaycan Elmlər Akademiyasının təsisçilərindən biridir. == Həyatı == Səməd Yusif oğlu Vəkilov 21 mart 1906-cı ildə Qazax qəzasının (hazırkı Qazax rayonu) Yuxarı Salahlı kəndində bəy nəslinə mənsub ailəsindən anadan olmuşdur. Kosalı ağaları, sonradan isə Vəkilovlar adlanan nəslin azı 400 illik tarixi məlumdur. Şairin anası da həmin nəsildəndir. Atası Yusif ağa kənddə, ömrünün son illərini isə Qazax şəhərində yaşamışdır. Gözəl saz ifaçısı olması məlumdur. Şair uşaqlıq illərini doğma kəndində keçirmiş, ibtidai təhsilini kənddəki rus-tatar məktəbində almışdır. Onun 6 yaşı olarkən anası Məhbub xanım 28 yaşında vəfat edir. Səməd atası Yusif ağanın və ana nənəsi Aişə xanımın himayəsində böyüyür.
Səməd ağa
Səməd ağa Vəli ağa oğlu Nəsibbəyov və ya Səməd ağa Kəsəmənli (1868, Zod, Yeni Bəyazid qəzası – 2 may 1918, Basarkeçər) — Göyçənin varlı bəylərindən, xeyriyyəçi. == Həyatı == Səməd ağa Vəli ağa oğlu Kəsəmənli 1868-ci ildə Göyçə mahalının Zod kəndində anadan olub. Atası Vəli ağadaan təsərrüfat işlərini öyrənmiş böyük var dövləti, geniş əraziləri olmuşdur. Böyük Məzrədən başlamış ta Kəlbəcərin Dəmirçidam kəndinə qədər və Dərə kəndi onun ixtiyarında olmuşdur. Göyçə mahalında elmə və təhsilə diqqət yetirən qabaqcıl adamlar sırasında Səməd ağanın xüsusi yeri vardır. O, yüksək mədəniyyətə malik olan bir şəxs kimi xalqın maariflənməsinə daim maraq göstərən, istedadlı və bacarıqlı uşaqların Avropanın böyük şəhərlərində təhsil almasına şərait yaradan, maddi köməklik göstərən adlı-sanlı bir tarixi şəxsiyyətdir. O, Avropanın məşhur təhsil ocaqlarında təhsil görmüş və beş dili mükəmməl bilən Mirzə Bəylərin və Mirzə Əsgərin təşəbbüsü ilə 1885-ci ildə Zod kəndində məktəb açır və məktəbin xərclərini öz üzərinə götürür. O həm də Mirzə Bəylərin və Hacı Əliş ağanın vasitəçiliyi ilə “Molla Nəsrəddin” jurnalının Göyçədə yayılmasına geniş imkan yaradanlardan biri olmuşdur. Daşnak generalı Sulikovun öldürülməsi tədbirinin təşkilatçısı olmuşdur. 2 may 1918-ci ildə Daşnak generalı Sulikovun başçılıq etdiyi terror qrupu zodlu (Göyçə mahalı) Səməd ağanı qətlə yetirirlər.
Səməd Əliyev
Səməd Əliyev — Azərbaycan alimi, fizika-riyaziyyat elmləri namizədi, dosent. == Həyatı == Səməd Əliyev 1959-cu il noyabrın 7-də Ermənistan Respublikası Amasiya rayonunda anadan olub. 1966-1976-cı illərdə Amasiya rayon orta məktəbində təhsil alıb. 1976-1981-ci illərdə BDU-nun mexanika-riyaziyyat fakültəsinin əyani şöbəsində təhsil alıb. 1983-1987-ci illərdə BDU-nun Mexanika-riyaziyyat fakültəsinin aspiranturasında təhsil alıb. 1987-ci ildə «Bir sinif üçüncü tərtib xüsusi törəməli qeyri-xətti diferensial tənliklər üçün qoyulmuş çoxölçülü qarışıq məsələnin tədqiqi» mövzusunda namizədlik dissertasiyası müdafiə edib və fizika-riyaziyyat elmləri namizədi adı alıb. 1986-cı ildən BDU-da çalışır. BDU-nun mexanika-riyaziyyat fakültəsinin riyaziyyat və onun tədrisi metodikası kafedrasında laboratorant (1986-1988), assisent (1988-1991), baş müəllim (1991-1998), dosent (1998-2000), Türkiyə Respublikasında (Afyon, İsparta) müəllim (2000-2007) və yenidən BDU-nun mexanika-riyaziyyat fakültəsinin riyaziyyat və onun tədrisi metodikası kafedrasında dosent (2007-ci ildən) vəzifəsində çalışır. Səməd Əliyev “Məktəb riyaziyyat kursunun elmi əsasları”, “Çoxluqlar nəzəriyyəsi və riyazi məntiqin əsas elementləri”, “Riyaziyyat (Hazırlq şöbəsində təhsil alan xarici tələbələrə)” dərslərini aparır. Elmi tədqiqat sahəsinə “Qeyri-xətti xüsusi törəməli diferensial tənliklər” və “Riyaziyyatın tədrisi metodikası” sahələri daxildir.
Abutalıb Səmədov
Abutalıb Qəmbər oğlu Səmədov (19 fevral 1961, Tovuz) — Azəybaycan siyasətçisi, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini (2008–2016), Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin sədri (2006–2008), Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı, Azərbaycan Naminə Alyans Partiyasının sədri (1994–2023). == Həyatı == 1961-ci il fevralın 19-da Tovuz şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. Rus dilini bilir. Evlidir, 3 övladı var == Siyasi fəaliyyəti == 1992–1993-cü illərdə Azərbaycan Milli İstiqlal Partiyasının yaradılması prosesində iştirak edib və Sumqayıt şəhər təşkilatının sədri olub. 1993-cü ilin mayında partiya üzvlüyündən çıxıb. 1994-cü ilin oktyabrında Azərbaycan Naminə Alyans Partiyasının təşkilat komitəsinə rəhbərlik edib və partiyanın sədri seçilib.1997–1998-ci illərdə Azərbaycan Respublikası Dövlət Qaçqınlar Komitəsi sədrinin müavini işləyib. 1990, 1995, 2000-ci illərdə parlament seçkilərində namizəd kimi iştirak edib, 2001-ci il yanvarın 7-də 99 saylı Şəmkir şəhər seçki dairəsindən deputat seçilmişdir Milli Məclisin İnsan hüquqları daimi komissiyasının üzvü olmuşdur. 2006–2008-ci illərdə Müəllif Hüquqları Agentliyinin sədri vəzifəsində fəaliyyət göstərmişdir. Abutalıb Səmədov Azərbaycan Naminə Alyans Partiyasının (ANAP) qurucusu, ilk və son sədri olmuşdur (17 noyabr 1994 – 2 mart 2023).
Akademik Ziyad Səmədzadə (film, 2010)
Akademik Ziyad Səmədzadə qısametrajlı sənədli televiziya filmi rejissor Miri Rzayev tərəfindən 2010-cu ildə çəkilmişdir. Azərbaycan televiziyasında istehsal edilmişdir. Film Azərbaycan Respublikası Milli Məclisinin deputatı, iqtisad elmləri doktoru, professor, görkəmli iqtisadçı Ziyad Səmədzadə haqqındadır. == Məzmun == Film Azərbaycan Respublikası Milli Məclisinin deputatı, iqtisad elmləri doktoru, professor, görkəmli iqtisadçı Ziyad Səmədzadənin həyatı və elmi fəaliyyətinə həsr olunmuşdur.
Aleksandr Səmədov
Aleksandr Səmədov (19 iyul 1984, Moskva) — əslən azərbaycanlı olan rusiyalı peşəkar futbolçu. Rusiyada doğulan, atası azərbaycanlı olan Səmədov Azərbaycan millisini deyil, Rusiya yığmasında oynamağı seçib. Verdiyi bu qərar tənqidlər və narazılıqlarla qarşılanıb. 2003-cü ildə isə Səmədov 19 yaşında millimizin Bakıda keçirilən təlim-məşq toplanışında bir dəfə iştirak edib. Bu toplanışdan sonra Səmədov bir daha millimizin toplanışlarında və oyunlarında iştirak etməyib. Aleksandr Səmədov 30 iyul 2019-cu ildə futbolçu karyerasını başa vurdu.
Aqil Səmədbəyli
Aqil Səmədbəyli (15 sentyabr 1968, Zərkənd, Basarkeçər rayonu) — azərbaycanlı siyasətçi, sosial elmlər namizədi. == Həyatı == Aqil Səmədbəyli Göyçə mahalının Zərkənd kəndində doğulub. Türkiyə Cümhuriyyətinin İstanbul şəhərindəki Mərmərə Universitetini bitirib. O, Türkiyədə sosial elmlər üzrə namizədlik dissertasiyasını müdafiə edərək elmlər namizədi alimlik dərəcəsi almışdır. == Siyasi fəaliyyəti == Aqil Səmədbəyli gənc yaşlarından siyasi və ictimai fəaliyyətlə ciddi məşğul olub. Türkiyədə təhsil aldığı illərdə "Gənc Aydınlar Hərəkatı"nı yaratmış və Başqan seçilmişdir. Hazırda "Bütöv Azərbaycan Birliyi"nin Mərkəzi Şurasının sədridir.2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 35 saylı Xətai üçüncü seçki dairəsi üzrə seçkilərdə iştirak etmiş, lakin deputat seçilə bilməmişdir. == Şəxsi həyatı == Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəyin qızı Çilənay Səmədbəylinin həyat yoldaşıdır. Azərbaycan Milli Məclisinin IV çağırışının Müsavat Partiyasından deputatı Arzu Səmədbəylinin qardaşıdır. Atası Həbib Səmədov 3 noyabr 2011-ci ildə, anası Nabat xanım isə 21 iyun 2015-ci ildə Bakı şəhərində vəfat ediblər.
Arzu Səmədbəyli
Səmədbəyli Arzu Həbib oğlu (10 may 1962, Zərkənd, Basarkeçər rayonu) — Azərbaycan Respublikasının Milli Məclisi III çağırış deputatı, (2005–2010) Milli Strateji Düşüncə Mərkəzinin (MSDM) qurucu üzvü kimi fəaliyət göstərir. == Həyatı == Arzu Səmədbəyli 1962-ci il mayın 10-da Ermənistan SSR-nin Basarkeçər rayonunun Zərkənd kəndində anadan olub. 1979-cu ildə Zərkənd orta məktəbini qızıl medalla bitirib.1979-cu ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna qəbul olmuş, 1984-cü ildə sənaye və mülki tikinti fakültəsini bitirmişdir.1984-cü ildən Azərbaycan Üzümçülük və Şərabçılıq Komitəsində mühəndis, böyük mühəndis, aparıcı mühəndis, birinci dərəcəli mühəndis işləyib. === Ailəsi === Arzu Səmədbəyli ailəlidir. 2 övladı var. Atası Həbib Səmədov 3 noyabr 2011-ci ildə, anası Nabat xanım isə 21 iyun 2015-ci ildə Bakı şəhərində vəfat ediblər. Siyasətçi Aqil Səmədbəylinin qardaşıdır. Siyasətçi Hafiz Hacıyevin uzaq qohumudur. == Siyasi fəaliyyəti == Arzu Səmədbəyli 1991-ci ildən Azərbaycan Xalq Cəbhəsinin şöbə müdiri, 1992-ci ildən Azərbaycan Xalq Cəbhəsi İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Respublikası müdafiə nazirinin baş referenti, 1993–1995-ci illərdə Azərbaycan Xalq Cəbhəsinin, 1995–2000-ci illərdə Azərbaycan Xalq Cəbhəsi Partiyasının İnformasiya və mətbuat mərkəzinin direktoru, təşkilat şöbəsinin müdiri vəzifələrində çalışıb.1998-ci ildə Əbülfəz Elçibəyin sədrlik etdiyi Bütöv Azərbaycan Birliyində (BAB) sədrin təşkilat məsələləri üzrə müavini təyin edilmişdir (Əbülfəz Elçibəyin sərəncamı ilə). 2000-ci ildə Azərbaycan Xalq Cəbhəsi Partiyası daxilindəki bölünmə zamanı Mirmahmud Mirəlioğlu liderliyindəki klassiklər qanadında fəaliyyət göstərməyə başladı.
Aygün Səmədzadə
Səmədzadə Aygün Ziyad qızı (11 yanvar 1967, Bakı) — Azərbaycan bəstəkarı, Azərbaycanın xalq artisti (2018), Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent. == Həyat və yaradıcılığı == Aygün Səmədzadə 1967-ci il 11 yanvarda Bakı şəhərində ziyalı ailəsində dünyaya gəlmişdir. İlk təhsilini Bülbül adına orta ixtisas musiqi məktəbində almış, 1985-ci ildə məktəbi qızıl medal və fərdi təqaüdlə bitirmişdir. Həmin ildə Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyasının) Tarix-nəzəriyyə fakültəsinə daxil olmuş, bir sıra respublika və ümumittifaq elmi-konfrans və müsabiqələrdə iştirakçı və qalib seçilmişdir. Üzeyir Hacıbəyovun anadan olmasının 100 illiyi ilə bağlı keçirilən müsabiqədə diplom, III respublika elmi konfransında ən yaxşı tələbə elmi-işinə görə qızıl medal, Zaqafqaziya ölkələri arasında keçirilən müsabiqədə I dərəcəli diploma layiq görülmüşdür. Konservatoriyanı fərqlənmə diplomu və Ü. Hacıbəyov adına fərdi təqaüdlə bitirdikdən sonra elə həmin ildən "Musiqi tarixi" kafedrasına müəllim kimi fəaliyyətə başlamış və Avropa ölkələrinin musiqi tarixi, Türkdilli xalqların musiqi mədəniyyəti, Musiqi tənqidi kimi fənnlərdən dərs demiş və həmin kafedranın dosenti (1990–2016) olmuşdur. Bəstəkar, musiqişünas Aygün Səmədzadə 2003-cü ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür. Aygün Səmədzadə 2003-cü ildə böyük türk bəstəkarı Əhməd Adnan Sayqunun yaradıcılığı ilə bağlı namizədlik dissertasiyasını müdafiə etmişdir. Bundan əlavə, Aygün Səmədzadə Azərbaycan musiqi tarixinə aid bir sıra elmi məqalələrin və publisistik yazıların, o cümlədən, "Azərbaycanda sənət himayədarlığının rolu", "Xurşudbanu Natəvan və Azərbaycan mədəniyyəti", "Şah İsmayıl Xətai və Azərbaycan mədəniyyəti", "Mir Mövsün Nəvvab", "Hacı Zeynalabdin Tağıyevin mədəniyyətimizin inkişafında xidmətləri", "Adnan Sayqun yaradıcılığının bəzi üslub xüsusiyyətləri" adlı məqalələrin müəllifidir. Aygün Səmədzadə bir çox tanınmış müğənnilərin repertuarında xüsusi yer tutan 200-dən artıq mahnının müəllifidir.
Azərbaycan (Səməd Vurğunun şeiri)
Azərbaycan — Azərbaycan şairi Səməd Vurğunun 1933-1935-ci illər ərzində yazıdığı şeir. == Yazılma tarixi == "Azərbaycan" şeiri 1933-cü ildə yazılmışdı. Bu şeir Vurğunun ideyasına görə "Azərbaycan" epopeyasının proloqudu, həmçinin həmin epopeyaya əsrlər boyu xalqın həyatı haqda olan daha bir neçə poema aiddi.1959-cu ildə şeir "SSRİ xalqları ədəbiyyatı üzrə müntəxəbat"a daxil edildi.Azərbaycanlı bəstəkar Ələkbər Tağıyev şeirin sözlərinə bəstələnən eyniadlı "Azərbaycan" mahnısını yazmışdı.Şeirin sətirləri şairin 1961-ci ildə Bakıda ucaldılmış postamentində həkk olunmuşdur. == Tərcümələr == Şeir rus, ingilis və s. dillərə tərcümə olunmuşdur. Rus dilinə tərcümənin müəllifi Adelina Adalis olmuşdur, Şeir yazılanan sonra Maksim Tank tərəfindən belarus dilinə tərcümə edilmişdir. Həmin tərcümə belarus dilində nəşrə hazırlanan "Sovet İttifaqının poeziya antologiyası"nda yer aldı.Şeiri ingilis dilinə Qledis Evans tərcümə etmişdi, və Mirzə İbrahimovun redaktəsi altında "Azerbaijanian Poetry: Classic, Modern, Traditional"-da (Moskva, 1969) dərc olunmuşdu. == İstinadlar == == Ədəbiyyat == Бабаев Г. Самед Вургун: Очерк творчества. — M.: Sovetsiy pisatel, 1981. — 271 səh.
Azərbaycan (şeir, Səməd Vurğun)
Azərbaycan — Azərbaycan şairi Səməd Vurğunun 1933-1935-ci illər ərzində yazıdığı şeir. == Yazılma tarixi == "Azərbaycan" şeiri 1933-cü ildə yazılmışdı. Bu şeir Vurğunun ideyasına görə "Azərbaycan" epopeyasının proloqudu, həmçinin həmin epopeyaya əsrlər boyu xalqın həyatı haqda olan daha bir neçə poema aiddi.1959-cu ildə şeir "SSRİ xalqları ədəbiyyatı üzrə müntəxəbat"a daxil edildi.Azərbaycanlı bəstəkar Ələkbər Tağıyev şeirin sözlərinə bəstələnən eyniadlı "Azərbaycan" mahnısını yazmışdı.Şeirin sətirləri şairin 1961-ci ildə Bakıda ucaldılmış postamentində həkk olunmuşdur. == Tərcümələr == Şeir rus, ingilis və s. dillərə tərcümə olunmuşdur. Rus dilinə tərcümənin müəllifi Adelina Adalis olmuşdur, Şeir yazılanan sonra Maksim Tank tərəfindən belarus dilinə tərcümə edilmişdir. Həmin tərcümə belarus dilində nəşrə hazırlanan "Sovet İttifaqının poeziya antologiyası"nda yer aldı.Şeiri ingilis dilinə Qledis Evans tərcümə etmişdi, və Mirzə İbrahimovun redaktəsi altında "Azerbaijanian Poetry: Classic, Modern, Traditional"-da (Moskva, 1969) dərc olunmuşdu. == İstinadlar == == Ədəbiyyat == Бабаев Г. Самед Вургун: Очерк творчества. — M.: Sovetsiy pisatel, 1981. — 271 səh.
Ağadadaş Səmədov
Ağadadaş Səmədov (d. 10 mart 1924) — İkinci Dünya müharibəsinin veteranı. == Həyatı == 1924-cü ilin mart ayının 10-da Lənkəran rayonunun Vilvan kəndində anadan olub. O, 1942-ci ildə Lənkəran Subtropik bitkiçilik texnikumunu bitirib. Elə həmin ilin oktyabırın 26-da müharibəyə yollanan Ağadadaş Səmədov 77-ci Azərbaycan diviziyasının 105-ci Taborunun tərkibində Mazdokdan Berlinə qədər döyüş yolu keçib. O, müharibədə böyük şücaət göstərib. Dəfələrlə ölümlə üz-üzə gəlib. Qəhərmanlığına görə 2 dəfə 3-cü və 2-ci dərəcəli Şöhrət ordenləri ilə təltif olunub. Lakin onun bu mükafatlandırma haqqında dəqiq məlumatı olmayıb. 1945-ci ilin dekabrında doğma kəndinə qayıdıb və 1980-cı ildə təqaüdə çıxana kimi orada aqronom işləyib.
Baba Səmədov
Səmədov Baba Səməd oğlu (1934, Vartaşen rayonu) — Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatı. == Bioqrafiya == 1934-cü ildə Azərbaycan SSR-nin Vartaşen rayonu, Daşagil kəndində (indiki Azərbaycanın Oğuz rayonundakı kənd) fəhlə ailəsində anadan olmuşdur. 1946-cı ildən — traktor sürücüsü, 1950-ci ildən — Şəki rayonunun Orjonikidze adına taxıl sovxozunda işlədi Baba Səmədov Səmədov uşaq yaşlarından traktorlarla maraqlanırdı və 11 yaşından etibarən traktor sürücüsünün köməkçisi, sonra isə sovxozda traktor sürücüsü kimi çalışırdı; traktor sürücüsü kurslarını belə bitirmədən 14 yaşında olan Baba Səmədov maraq dairəsi sayəsində çox təcrübə qazandı və hətta yaşlı, lakin daha az təcrübəli traktor sürücülərinə də dərs deyə bildi. Traktor sürücüsü kolxoz iclasında rasionalizasiya təklifi irəli sürdü — əvvəllər məhsul yığımında 7 nəfər iştirak edirdisə Səmədovun təklifi ilə traktor və maşın sürücüləri tarla əkinçilik, suvarma, məhsul yığımında iştirak etməyə başladı.Səmədov bu təklifi ilə dövlətə çox pul qazandırdı. Onuncu beş illik dövrdə Baba Səmədov taxılın yüksək məhsuldarlığına nail oldu. 1976-cı ildə maşınqayırma direktoru 180 hektardan planlaşdırılan 270 ton əvəzinə 381 hektardan 960 ton buğda götürdü. 1977-ci ildə Səmədov 533 hektar sahədən 1100 ton yüksək keyfiyyətli taxıl aldı. 1980-ci ildə Baba Səmədov 550 hektar ərazidən 920 ton taxıl götürmüşdür ki, bu da üç mövsüm norması idi. SSRİ Ali Sovetinin Rəyasət Heyətinin 23 fevral 1978-ci il tarixli fərmanı ilə sosialist rəqabətin dəki yüksək nailiyyətlərə, kənd təsərrüfatı məhsullarının istehsalı və dövlətə satılması ilə bağlı planların və sosialist öhdəliklərinin yerinə yetirilməsində göstərilən əmək şücaəti nə görə, 1977-ci ildə Baba Səməd oğlu Lenin ordeni ilə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür. Ölkənin ictimai-siyasi həyatında fəal iştirak etmişdir.
Birinci Səmədxanlı
Birinci Səmədxanlı — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Masallı rayonunun Birinci Səmədxanlı kəndi Şərəfə kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Birinci Səmədxanlı kənd inzibati ərazi vahidi yaradılmışdır. == Toponimikası == Etnotoponimdir. Əvvəllər Səmədxanlı adlandırılan bu kənddən sonralar başqa bir yaşayış məntəqəsi - İkinci Səmədxanlı ayrıldığı üçün kənd Birinci Səmədxanlı adlandırılmışdır. == Əhalisi == Əhalisi 922 nəfərdir.
Bərdə rayon Səməd Vurğun adına Mərkəzi Kitabxanası
Bərdə rayon Səməd Vurğun adına Mərkəzi kitabxanası — cəmiyyətin intellektual mədəni inkişafına kömək etmək, bu məqsədlə kitabxananın fondunu xüsusi nəşrlərlə, elektron resurslarla komplektləşdirməsini, oxucuların informasiya təlabatının ödənilməsini, aktual məsələlərin, milli-mənəvi dəyərlərin, hərbi vətənpərvərlik tərbiyyəsinin, görkəmli şəxsiyyətlərin, şair və yazıçıların, sənət adamlarının yubileylərinə həsr edilmiş tədbirlərin və kitab təbliğinin təşkilini həyata keçirir. == Tarixi == Bərdə rayon Mərkəzi kitabxanası 1957-ci ildən fəaliyyət göstərir. Kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması məqsədilə Sov.İKP MK 1974-cü ildə “Zəhmətkeşlərin kommunist tərbiyəsindəvə elmi-texniki tərəqqidə kitabxanaların rolunu artırmaq haqqında” qərarqəbul etdi. Bu qərarda müasir mərhələdə kitabxanaların ideoloji, mədəni-maarifvə məlumat funksiyaları müəyyənləşdirilmiş, kitabxanaların mərkəzləşdirilməsi məsələsi irəli sürülmüşdü. Bu qərarın qəbulundan dərhal sonra Azərbaycan KP MK onu həyata keçirmək üçün “Kitabxanaişi haqqında” xüsusi qərar qəbul etdi. Bu qərarda kitabxana işinin mərkəzləşdirilməsinə hərtərəfli kömək etmək rayon partiya komitələrinəbir vəzifə olaraq tapşırılmış, rayon xalq deputatları sovetləri icraiyyə komitələrinə kitabxana işinin yenidən qurulması üçün onların maddi-texniki bazalarının möhkəmləndirilməsinə kömək etmək, bina və kadrlatəmin etmək həvalə edilmişdi. Bu qərarın yerinə yetirilməsinə Azərbaycan KPMK-nın birinci katibi Heydər Əliyev bilavasitə nəzarət edirdi. Mərkəzi Komitənin qərarını yerinə yetirmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Soveti də respublikada kitabxanaişi haqqında qərar qəbul etdi. Kitabxana işinə bilavasitə rəhbərlik edən Azərbaycan Mədəniyyət Nazirliyi respublikada kitabxana işinin mərkəzləşdirilməsinə həsr edilmiş geniş kollegiya iclası keçirdi. Kollegiya respublikada kitabxana işinin mərkəzləşdirilməsinin proqramını, mərkəzləşdirmə planını və müddətini müəyyənləşdirən qərar qəbul etdi.
Cavid Səmədov
Səmədov Cavid (d. 14 may 1987, Azərbaycan, Bakı) — opera müğənnisi-bariton. Hal-hazırda Almaniya Federativ Respublikasının Nürnberq şəhərində yaşayır. == Bioqrafiya == Səmədov Cavid 14 may 1987-ci ildə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olmuşdur. Cavid Səmədov Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasını bitirmişdir. (Azərbaycan Respublikası Bakı şəhəri) Tələbəlik dövrundə opera sahəsində ustalığının artırılması məqsədilə Qalina Vişnevskaya tərəfindən Moskva şəhərində fəaliyyət göstərən “Opera mərkəzi” nə dəvət edilmiş və bu sənəti təkmilləşdirmişdir. Bundan sonra Cavid Səmədov İtalyanın Ozimo şəhərində yerləşən Opera sənəti Akademiyası və Pezaro şəhərində yerləşən Renato Tebaldi və Mario Del Monako adına Akademiyalarda təhsilini davam etdirmişdir. Təhsil müddəti zamanı o Vilyam Mateuzzi, Harriet Lawson, Lella Kuberli, Raina Kabayvanska, Antonio Yuvarra, Alla Simoni, Karlo Morqanti, Mario Melani, Sergio Seqalini, Tomas Hempson, Pyetro Spanyoli, Cinziya Forte, Verena Keller, Andreas Shuller və Kristina Muti kimi ustad sənətkarların ustad dərslərində iştirak etmiş, həmçinin İtalyanın Ozimo şəhərində yerləşən Opera Sənəti Akademiyasında Vinçenso De Vivonun rəhbərliyi altında vokal sənəti kursunu bitirmişdir. Cavid Səmədov öz opera sənəti karyerasına 2007-ci ildəM.F.Axundov adına Bakı Opera və Balet teatrında J.Bizenin “Karmen” operasında Eskamilyo partiyasını ifa etməklə başlamışdır. 2007-ci ildə Bülbül adına müsabiqənin laureatlarının Moskva şəhərində yerləşən “Yeni Opera” teatrında keçirilən Qala konsertində iştirak etmişdir.
Elgün Səmədov
Elgün İlham oğlu Səmədov (26 avqust 2001, Mehrili, Şəmkir rayonu – 6 oktyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elgün Səmədov 2001-ci il avqustun 26-da Şəmkir rayonunun Mehrili kəndində anadan olub. 2008–2019-cu illərdə İ. Mehdixanov adına Yuxarı Seyfəli kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Elgün Səmədov 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Elgün Səmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elgün Səmədov oktyabrın 6-da Madagizin azad edilməsi zamanı şəhid olub. Şəmkir rayonunun Mehrili kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elgün Səmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Elmin Səmədov
Səmədov Elmin Mirzəli (1 fevral 1996, Qızılağac, Salyan rayonu – 12 sentyabr 2022, Zəngilan rayonu) — şəhid. == Həyatı == 1996-cı il təvəllüdlü şəhid Səmədov Elmin Mirzəli oğlu Salyan rayonun Qızılağac rayonununda anadan olub. Maxe olaraq fəaliyyət göstərmişdir. == Hərbi Xidməti == 1996-cı il təvəllüdlü Səmədov Elmin Mirzəli oğlunun cənazəsi bu gün doğulduğu Salyan rayonunun Qızılağac kəndinə gətirilib. Şəhidin yaşadığı evdə təşkil olunan vida mərasimində Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, Milli Məclisin deputatı Jalə Əhmədova, hüquq-mühafizə orqanlarının rəhbərləri, ailə üzvləri, rayon ictimaiyyətinin nümayəndələri və yerli sakinlər iştirak etmişlər. Şəhid Elmin Səmədov Alçalı kənd qəbiristanlığında torpağa tapşırıldı.
Elnur Səmədov
Elnur Sədaqət oğlu Səmədov (11 mart 1988; İsmayıllı, Azərbaycan SSR — 12 sentyabr 2022; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, Vətən müharibəsi veteranı. == Həyatı == Elnur Səmədov 1988-ci il martın 11-də İsmayıllı şəhərində anadan olub. Sumqayıt Dövlət Universitetini (SDU) bitirib. Ailəli idi. Bir oğlu və bir qızı var idi. == Hərbi xidməti == Elnur Səmədov 2020-ci ilin sentyabrın-noyabr aylarında Vətən müharibəsi zamanı Murovdağ, Cəbrayıl və Füzuli istiqamətində gedən döyüşlərdə savaşıb. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən "Azərbaycan Bayrağı" ordeni, "Cəbrayılın azad olunmasına görə" medalı, "Füzulinin azad olunmasına görə" medalı və "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib. Elnur Səmədov 2022-ci il sentyabrın 12-də Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olub.
Elxan Səmədov
Elxan Səmədov (Azərbaycan Peşəkar Futbol Liqasının prezidenti (2022—bu günə kimi). == Həyatı == === Təhsili === Elxan Zakir oğlu Səmədov 1974-cü il 14 yanvar tarixində Bakı şəhərində anadan olub. 1980-1990-cı illərdə Bakı şəhəri 134 saylı orta məktəbdə oxuyub. 1990-1995-ci illərdə Azərbaycan Dövlət Dillər Universitetində təhsil alıb. 1995-1999-cu illərdə bu Univeristetin Aspiranturasında təhsilini davam etdirib. 2001-ci ildə İtaliyanın Turin şəhərində “International Labor Organization & Training Center” Mərkəzində təhsil alıb. 2006-cı ildə Filologiya elmləri namizədi dərəcəsinə yiyələnib. 2007-ci ildə ABŞ-nin paytaxtı Vaşinqton şəhərində yerləşən “Georgetown University”nin “International Law Institute”nda təhsil alıb. === İş təcrübəsi === 1993-1999 “Pennzoil Caspian Corporation” və “Caspian International Petroleum Company” (CIPCO neft konsorsiumu) şirkətlərində. 1999-2001 Təhsil Nazirliyində, Dünya Bankının Layihə İdarəetmə Qrupunda Təchizat şöbəsinin rəhbəri.
Elza Səmədova
Dr. Elza Səmədova Nizami qızı — Xəzər Universiteti Təhsil fakültəsinin dekanı. == Həyatı == == Elmi Fəaliyyəti == Elza Səmədova Xəzər Universitetinin Humanitar, Təhsil və Sosial elmlər fakültəsinin dekanıdır. Elza Səmədova 1993-2004 tarixləri arasında türk ləhcələri sahəsində Türkiyənin Erciyəs və Səlcuq Universitələrində bakalavr, magistr və doktora təhsili almış və türk ləhcələrinin müqayisəli morfologiyası və semantikası istiqamətində PH.D dərəcəsinə layiq görülmüşdür. Eyni zamanda 1993-1997 tarixləri arasında Türkiyənin Erciyəs universitəsində təhsil pedaqogikası istiqamətində bakalavr pilləsini bitirmişdir. O, tarixi və modern türk ləhcələri üzərində tədqiqatlar aparır. Onun, tarixi türk ləhcələri müasir türk ləhcələri arasındakı paralelliklər qurduğu araşdırmaları və müqayisəli qrammatika istiqamətindəki tədqiqatları uğur qazanmışdır. 2004 – 2008 tarixləri arasında Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi və Türk dünyası işlətmə fakültəsinin təhsil və tələbə şöbəsinin müdiri vəzifəsində işləmişdir.
Elşən Səmədli
Elşən Bayram oğlu Səmədli (19 fevral 1993; Yurdçu, Şərur rayonu, Azərbaycan — 1 dekabr 2020; Qubadlı, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi iştirakçısı. == Həyatı və hərbi xidməti == Elşən Səmədli 19 fevral 1993-cü ildə Şərur rayonunda Yurdçu kəndinə dünyaya göz açmışdır. Orta təhsilini bitirdikdən sonra hərbi xidmətə yollanan Elşən 2011-ci ildə müddətli həqiqi hərbi xidmətini başa vurmuşdur. 2016-cı ilin aprel ayının əvvəlində Dördgünlük müharibədə iştirak etmişdir. === İkinci Qarabağ müharibəsi === 27 sentyabr 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində Elşən Səmədli könüllü əsgər olaraq iştirak etmişdir. 42 gün ərzində müharibənin bir çox döyüşlərində vuruşmuşdur. Vətən Müharibəsi bitdikdən sonra Elşən Səmədli Qubadlıda xidmətini davam etdirmiş və 1 dekabr 2020-ci ildə xidmət zamanı minaya düşərək şəhid olmuşdur. 2 dekabr tarixində Suraxanıda torpağa tapşırılmışdır. Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elşən Səmədli ​ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi. == Təltifləri == (24.06.2021) — "Qubadlının azad olunmasına görə" medalı (ölümündən sonra) == İstinadlar == Bu gün, Şəhidimiz Səmədli Elşən Bayram oğlu doğum günündə anıldı.
Elşən Səmədov
Elşən Səlim oğlu Səmədov (20 iyul 1997; Göylər, Şamaxı rayonu, Azərbaycan - 2 aprel 2016; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Aprel döyüşləri şəhidi. == Həyatı == Elşən Səmədov 1997-ci il 20 iyulda Şamaxı rayonunun Göylər kəndində anadan olub. == Hərbi xidməti == Əsgər Elşən Səmədov, 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlər zamanı qəhrəmancasına şəhid oldu. Aprelin 9-da isə Elşən Səmədov, doğulduğu Şamaxı rayonunun Göylər kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Elşən Səmədov uğrunda şəhid olduğu torpağa tapşırıldı. Elşən Səmədov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.
Fazilə Səmədova
Fəzilə İbrahim qızı Səmədova (29 mart 1929, Şamaxı – 8 yanvar 2020, Bakı) — akademik, kimya üzrə mühəndis-texnoloq. == Həyatı == Fəzilə İbrahim qızı Səmədova 1929-cu ildə Şamaxıda, əslən indiki Ağsu rayonunun Bico kəndindən olan ailədə anadan olmuşdur. Babası bicolu Hacı Cəbi olmuşdur. Atası İbrahim Şamaxı peşə məktəbini bitirmişdir. Fəzilə kiçik yaşlarında olarkən atası Bakıya işləməyə göndərilir və ailəsi ilə birlikdə Şamaxıdan köçməli olur. Fəzilə 1946-cı ildə Bakının 132 nömrəli orta məktəbini qızıl medalla bitirir. Qardaşı kimi o da geoloq olmaq və ekspedisiyalara səyahət etmək istəsə də, məhz qardaşının təkidi ilə Azərbaycan Sənaye İnstitutuna (1992-ci ildən Azərbaycan Dövlət Neft Akademiyası adlanır) ərizə verərək, imtahansız instituta qəbul olunur. 1951-ci ildə institu bitirərək, kimya-texnoloq mühəndisi diplomu alır. Bir il Yeni Bakı Neftayırma zavodunda mühəndis işlədikdən sonra Azərbaycan sənaye İnstitutunun Elmi Şurasının qərarı ilə 1952-ci ilin dekabrında Qubkin adına Moskva Neft İnstitutunun aspiranturasına daxil olmuş və 1955-ci ildə aspiranturanı bitirmişdir. 1956-cı ildə Moskva Neft İnstitutunda "Sürtkü yağlarının kimyəvi tərkibinin onların istismar xassələrinə təsiri" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir..
Fuad Səmədov
Fuad İbrahim oğlu Səmədov — Fuad İbrahim oğlu Səmədov 1926-cı il iyul ayının 9-da Şamaxı şəhə­rində anadan olmuşdur.22 dekabr 1969-cu ildə Bakı şəhərində vəfat etmişdir. 1943-cü ildə onuncu sinfi əla qiymətlərlə başa vuran Fuad Səmədov Azərbaycan Sənaye İnstitutu­nun (indiki ADNA) geoloji-kəşfiyyat fakültə­sinə imtahansız qəbul olunur. O, 1944-cü ildə o vaxtlar ən böyük və şərəfli tələbə təqaüdü olan Stalin təqaüdü almağa layiq görülmüşdü. Fuad 1949-cu ildə institutu fərqlənmə dip­lomu ilə bitirir. O, 1949-1952-ci illərdə Azərdənizneft Birliyinin kəşfiyyat qazma trestinin Gürgan qazma kontorunun baş geo­loqu, 1952-1960-cı illərdə Gürganneft (in­diki Neft Daşlan NQÇİ) trestinin baş geoloq və direktor müavini, 1960-1963-cü illərdə Azər­baycan Elmlər Akademiyasının Dərin neft və qaz yataqlan problemləri institutunun elmi işlər üzrə direktor müavini, 1963-1969-cu illərdə Başdənizneft İdarəsinin baş geoloqu vəzifələrində işləmişdir. Neftçi Geoloq, Azərbaycanın əməkdar mühəndisi, Lenin Mükafatı Laureatı(1961), Geologiya-Minerologiya elmləri namizədi(1960), Neft Daşları NMİ-nin baş geoloqu(1952-1960), Dənizneft İB nin baş geoloqu (1963-1969), "Neftaniye Kamni" monoqrafiyasının müəllifi(1959) == Həyatı == 1949-cu ildə Azərbaycan Sənaye İnstitutunu bitirdikdən sonra Neft Daşlarında geoloq, Azərneftkəşfiyyat dəniz qazma idarəsində baş geoloq, Gürgəndəniz(indiki Neft Daşları) qazma idarəsində baş geoloq, 1952-ci ildən 1960-cı ilədək Neft Daşları neft mədən idarəsinin baş geoloqu vəzifəsində çalışmışdır. 1960-cı ildə F.İ. Səmədov Azərbaycan E.A.Dərin neft və qaz yataqlarının problemləri institutunda direktor müavini, 1961-1963-cü illərdə Başdənizneft idarəsində baş geoloq vəzifəsində işləmişdir. F.İ. Səmədov Neft Daşlarının Baş geoloqu işlədiyi zaman elmə xüsusi meyli olan mütəxəssisləri – Xoşbəxt Yusifzadə 1-ci mədənin, Ənvər Məmmədov 2-ci mədənin, Aslan Sultanov isə 3-cü mədənin böyük geoloqu təyin etdirmişdir. F.İ. Səmədovun Səngəçal-dəniz, Duvannı-dəniz, Bulla adası və Bahar qaz-kondensat yataqlarının mənimsənilməsində böyük rolu vardır. O, Lenin Mükafatı Laureatı adına layiq görülmüş, 1959-cu ildə Qırmızı Əmək Bayrağı ordeni, 1966-cı ildə Lenin ordeni ilə təltif edilmişdir.
Fərhad Səmədov
Fərhad Astan oğlu Səmədov (d. 23 aprel 1959, Qardabani, Gürcüstan SSR, SSRİ) — Başqırdıstan Respublikası baş Nazirinin müavini. Rusiya Federasiyasının fəxri kimyaçısı. Texnika elmləri namizədi. == Həyatı == Fərhad Astan oğlu Səmədov 23 aprel 1959-cu ildə Gürcüstanın Qardabani şəhərində anadan olub. Moskvada Mühəndis-İnşaat İnstitutunu bitirib. Texnika elmləri namizədidir. Əmək fəaliyyətinə 1982-ci ildə Azərbaycanda başlayıb, mühəndis və böyük mühəndis vəzifələrində çalışıb. 1994–1998-ci illərdə "Eksimer" Elm-istehsalat müəssisəsinin baş direktorunun müavini olub. 2000-ci illərin əvvəllərindən başlayaraq 2009-cu ilə qədər Başqırdıstanın iri müəssisələri olan "Kaustik" QSC-yə, "Soda" ASC-yə rəhbərlik edib.
Fərhad və Şirin (Səməd Vurğun)
Fərhad və Şirin — Səməd Vurğun tərəfindən 1941-ci ildə Nizami Gəncəvinin "Xosrov və Şirin" poemasının təsiri ilə yazılmış dram əsəridir. == Məzmunu == "Fərhad və Şirin" dramının əsas qəhrəmanı Fərhaddır. Fərhad Azərbaycan xalqının sənətkarı, sərkərdəsi və qəhrəman oğludur. O, təhlükəyə düşmüş vətəninin istiqlaliyyətini qorumaq, qaçırılmış sevgilisini xilas etmək uğrunda fədakarlıq göstərmək, vətənin şərəfini, özünün namusunu müdafiə etmək üçün yaradılmışdır. Dramda Fərhad müsbət bir obraz, mütərəqqi qüvvələrin rəmzi kimi tərənnüm edilir. Lakin xeyir qüvvələrin rəmzi kimi yaranan bu qəhrəman əsərdə şər qüvvələrin xəyanəti nəticəsində ölür. S. Vurğun Xosrovu işğalçı-depot kimi təqdim edir. Pyesdə Xosrovun Şirinə olan məhəbbəti əsl məhəbbət deyildir. O, Azərbaycanı İranla birləşdirmək məqsədi ilə bu yanlış sevgiyə uymuşdur. Bu, siyasi bir hiylədir.

Digər lüğətlərdə

каждодне́вно наса́ливать палати́н перевью́чивание разбива́ть конъюнкти́вный многостано́чник оцара́пывать перекле́ивать привлека́тельный шелкови́ца монотонный ревматик abandonee crafty freebooting non-arcking oriole vervain бройлерный крупица магнолиевые метаязык переучёт подставлять