SƏNƏMGÜL
SƏNİYYƏ
OBASTAN VİKİ
Səniyə xanım Sultan
Səniyə xanım Sultan (4 oktyabr 1843 – 1913) — Osmanlı sülaləsinin üzvü, Osmanlı xanım sultanı. == Həyatı == Səniyə xanım Sultan 4 oktyabr 1843-cü ildə Arnavutköy sahilsarayında dünyaya gəldi. Atası Sultan Mahmud və Sultan Əbdülməcid dönəmlərində müxtəlif vəzifələrdə xidmət etmiş Əhməd Fəthi Paşa, anası isə Sultan Mahmudun qızlarından Atiyə Sultandır. Ancaq hələ 7 yaşında ikən anası vəfat etdi və bacısı Fəridə xanımla birlikdə Fəriyə sarayına köçürüldülər. Burada xüsusi nəzarət altında böyüdülən xanım sultanlar mükəmməl təhsil aldılar. 1860-cı ildə Səniyə xanım Mustafa Nuri Paşanın oğlu Hüseyn Hüsnü Paşayla nigahlandı və yeni ailəsiylə birlikdə Fəriyə sarayında yaşamağa davam etdi. Ancaq 1867-ci ildə Misir xədivi İsmayıl Paşanın anası Hoşyar Qadınəfəndinin İstanbul ziyarəti əsnasında bu saray da xanım sultanların əlindən alındı və Səniyə xanım bacısını da yanına alaraq ailəsiylə birlikdə keçmiş məclis üzvü Rüfət Paşanın köşkündə məskunlaşdı. Ertəsi il bacısı Fəridə xanım Sultan Mahmud Nədim Paşayla evləndirildi. Buna baxmayaraq qısa zaman sonra bu 2 xanım sultan ailələriylə birlikdə doğulduqları Arnavutköy sarayına köçürüldülər və ömürlərinin sonunadək burada yaşadılar. 1899-cu ildə ərinin vəfatıyla dul qalan Səniyə xanımın bu nigahdan övladı olmadı və bir daha evlənmədi.
Səniyə İnşirah Qadınəfəndi
Səniyə İnşirah xanım (d. 10 iyul 1887 — ö. 10 iyun 1930) — son Osmanlı sultanı VI Mehmedin ikinci xanımı və gözdəsi. == Həyatı == İnşirah xanım 1887-ci ildə Əziz bəy Voçibenin qızı olaraq dünyaya gəlmişdir. Sultan V Mehmedin xanımlarından Dürrüadən xanımın qohumu idi. Çox gənc yaşlarında saraya verildi və burada saray tərbiyəsi aldı. Adı dəyişdirilərək Səniyə oldu. Sultan Əbdülməcidin xanımlarından Şayəstə xanımın nədiməsi oldu. Rəssamlığa meyli olan Səniyə İnşirah xanım bu əsnada Şahzadə Mehmedin nəzərini cəlb etdi. Şahzadə Mehmedin ilk xanımı Əminə Nazikəda xanım 2 qız uşağı dünyaya gətirmiş, ancaq həkimlər bir daha övladı olmayacağını bildirdikdən sonra Əminə xanım əri Vahidəddinə yenidən evlənməsi üçün icazə vermişdir.
Səniyə İnşirah xanım

Aişə Səniyəpərvər Sultan
Aişə Səniyəpərvər Sultan (1761, Bolqarıstan – 11 dekabr 1828, Konstantinopol) — 27. Osmanlı sultanı I Əbdülhəmidin üçüncü xanımı. == Həyatı == Doğum tarixi tam olaraq bilinməsə də, 1680-ci ildə dünyaya gəldiyi düşünülür. Bəzi mənbələrdə bolqar əsilli, bəzi mənbələrdə isə çərkəz əsilli olduğu qeyd olunur. Saraya nə vaxt alındığı məlum olmasa da, 1775-ci ildə Sultan Əbdülhəmidə təqdim edildiyi bilinir. Bu müddət ərzində 4 övladı dünyaya gəlmişdir: Şahzadə Əhməd, Əsma Sultan, Şahzadə Mustafa və Fatma Sultan. Ancaq bir oğlu və bir qızı uşaq yaşlarında vəfat etmişdir. 1789-cu ildə ərinin vəfatı ilə Köhnə saraya göndərildi. Sultan Səlimin səltənəti dönəmində oğlunun taxta çıxarılması uğrunda mübarizə apardı. Nəticədə çıxan Qabaqçı Mustafa üsyanıyla Sultan Səlim devrildi və oğlu IV Mustafa taxta çıxarıldı.
вприпры́жку иссуши́ть кару́ца луще́ние обломи́ть учини́ть бу́блик гуру́ мутаге́нный опохмели́ться прозели́тский СНГ чернокни́жный ирбис юрайдать agalactia alternating containerization dinner-time forthputting groom knit up pericentral pitched battle Transjordan