SƏNƏD
SƏNƏMMƏNZƏR
OBASTAN VİKİ
Sənəm Məmmədova
Sənəm Məmmədova (tam adı: Halayçı Sənəm Hacı qızı Məmmədova; 1887, Balakən rayonu – 1978) — dambur musiqi alətinin mahir ifaçısı. Balakən rayonunun Gülüzən kəndindəndir. Muğal adlı azərbaycan-türk tayfasının nümayəndəsidir. Haylaçı Sənəm 1928-ci ildə Aşıqların birinci qurultayında uğurla çıxış edərək, şeirlərində hayla janrını və simli çalğı aləti damburu vəsf etmişdir. Onun istifadə etdiyi dambur "beş telli" olmuşdur. Repressiya qurbanlarından biri olan, Ağsu rayonunun Qəşəd kənd sakini Aşıq Mirzə Bilal (1872–1937) Haylaçı Sənəmlə deyişmiş və aşıq onun sənətinə yüksək qiymət vermişdir.
Sənəm Çəlik
Sәnәm Çәlik (türk. Sanem Çelik) — Türkiyə teatr, teleserial və kino aktrisası, balerina. == Həyatı == Sənəm Çəlik 18 may 1975-ci ildə Türkiyə Cümhuriyyətinin İstanbulun Üsküdar Rayonunda anadan olmuşdur. 1983-cü ildə İstanbul Universiteti Dövlət Konservatoriyası nəzdində Musiqi və Balet Məktəbində balet bölümünə qəbul olmuşdur. Bu təhsil müəssisəsində 11 təhsil alan Sәnәm Çәlik peşəkar "Çağdaş Bale Topluluğu"nun tərkibində bir çox balet tamaşasının səhnələşdirilməsində iştirak etmişdir.
Sənəm Hacı qızı Məmmədova
Sənəm Məmmədova (tam adı: Halayçı Sənəm Hacı qızı Məmmədova; 1887, Balakən rayonu – 1978) — dambur musiqi alətinin mahir ifaçısı. Balakən rayonunun Gülüzən kəndindəndir. Muğal adlı azərbaycan-türk tayfasının nümayəndəsidir. Haylaçı Sənəm 1928-ci ildə Aşıqların birinci qurultayında uğurla çıxış edərək, şeirlərində hayla janrını və simli çalğı aləti damburu vəsf etmişdir. Onun istifadə etdiyi dambur "beş telli" olmuşdur. Repressiya qurbanlarından biri olan, Ağsu rayonunun Qəşəd kənd sakini Aşıq Mirzə Bilal (1872–1937) Haylaçı Sənəmlə deyişmiş və aşıq onun sənətinə yüksək qiymət vermişdir.
Ruben Sənəmyan
Ruben Sənəmyan (erm. Ռուբեն Սանամյան; 22 sentyabr 1976, Dilican) — Ermənistan hərbçisi, Ermənistan Silahlı Qüvvələrinin kapitanı, Ermənistanın Milli Qəhrəmanı. Ermənistan Prezidenti Armen Sarkisyanın 21 avqust 2020-ci il tarixli fərmanı ilə kapitan Sənəmyana milli qəhrəman adı verilmişdir.14 oktyabr 2020-ci il tarixində Sənəmyanın Qarabağ döyüşləri zamanı Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edildiyi məlumatı yayılmışdır. Lakin bu, daha sonra yalanlanmışdır. == Həyatı == Ruben Sənəmyan 22 sentyabr 1976-cı il tarixində SSRİ respublikalarından olan Ermənistan SSR-in Tavuş mərzinin Dilican şəhərində anadan olmuşdur. == Hərbi fəaliyyəti == Ruben Sənəmyan 1995–1997-ci illərdə Ermənistan Silahlı Qüvvələrinin ön cəbhəsinin hərbi hissələrindən birində müddətli hərbi xidmət aparmışdır. O, 2006-cı ildən bəri Ermənistan Silahlı Qüvvələrində müqaviləli hərbi qulluqçudur.Ruben Sənəmyan 2012-ci ildə də Azərbaycan-Ermənistan sərhədində döyüşüb. === Tovuz döyüşləri === Ruben Sənəmyan Tovuz döyüşlərində aktiv iştirak etmişdir. Ermənistan Müdafiə Nazirliyinin müşaviri Şuşan Stepanyan bildirib ki, Sənəmyan döyüş zamanı "Anvax hərbi mövqeyi istiqamətində rəqibin çoxsaylı hücumlarının dayandırmasını təşkil edərək, rəqibin işçi qüvvəsinə, silah-sursatına və hərbi texnikasına xeyli itki vermişdir".Erməni mətbuatının yazdığına görə, Sənəmyana Tovuz döyüşlərində başda general Polad Həşimov olmaqla yüksək rütbəli Azərbaycan zabitlərini bir atışla öldürdüyünə görə ona milli qəhrəman adı verilmişdir.14 oktyabr 2020-ci il tarixində Sənəmyanın Qarabağ döyüşləri zamanı Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edildiyi məlumatı yayılmışdır. == Mükafat və təltiflər == Ruben Sənəmyan 2012-ci ildə Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan tərəfindən ikinci dərəcəli döyüş ordeni ilə təltif edilmişdir.Ruben Sənəmyan Ermənistan Prezidenti Armen Sarkisyanın 21 avqust 2020-ci il tarixli fərmanı ilə Ermənistanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.

Значение слова в других словарях

белоли́кий вазо́н забия́ка изомери́я подклёвывать при́быльность ца́пфа це́нность энцефаломиели́т запуши́ть институционализи́ровать ма́ртовский наряду́ с тем что орехови́дный спири́тка amourette close-stand concessioner embracive mid-to-late pate stepdaughter student lamp абсурдный триктрак