SƏNƏT

is. [ ər. ]
1. Müəyyən hazırlıq tələb edən və sahibinin yaşaması üçün əsas mənbə sayılan əmək fəaliyyətinin bir növü; peşə. Özünə sənət seçmək. Sənət öyrənmək. Sənətini dəyişmək.
[Yusif] usta Xəlilin yanında qırx yaşında ikən sərraclıq sənətini bir il müddətində öyrənib Qəzvinə müraciət etdi. M.F.Axundzadə.
[Qurban Nənəxanıma:] [Şaqqulunu] istəmişəm sənətə qoyam ki, avara qalmasın, demisən ki, o neynir sənəti, cavan uşaqdı, qoy böyüsün. Çəmənzəminli.
…Qulam müəllim bütün sənətlər içərisində öz sənətini [müəllimliyi] çox yüksək tuturdu. S.Rəhimov.

// İş, peşə, məşğuliyyət.
Hacının sənəti hamamçılıq idi… C.Məmmədquluzadə.
Gördü ayı kəndli çəkir zəhməti; Var əcəb asudə, asan sənəti. // A.Səhhət.
Gəmi muzdurçuluğu … çox ağır sənətdir. S.M.Qənizadə

// Məc. mənada.
[Sultan bəy:] Qərəz ki, təklik bir sənət deyildir. Ü.Hacıbəyov.
Yaxşılıq insana bir sənət olsun; Dünya başdan-başa qoy cənnət olsun. S.Vurğun.

2. İncəsənətin qollarından hər biri. Musiqiçilik gözəl sənətdir. Bədii sənətin gücü. Sənət əsəri.
– Əsil tamaşaçılar [Səttarzadəni] görəndə musiqi aləminin, sənət dünyasının zənginliklərini bir daha xatırlayırlar. Mir Cəlal.

3. bax sənətkarlıq 2-ci mənada.
◊ Sənət məktəbi – ixtisaslı fəhlə hazırlayan məktəb.
[Aslan:] Mən sənət məktəbini təzə qurtarmış ustaların briqadiriyəm. S.Rəhman.
Sənət məktəbinə məxsus göy rəngli paltar Həsənlə Lətifə çox yaraşırdı. H.Seyidbəyli.

Sinonimlər (yaxın mənalı sözlər)

  • SƏNƏT SƏNƏT, PEŞƏ Tezliklə peşə yiyəsi, sənət sahibi olacaqlar (Ə.Vəliyev); İXTİSAS [Ənisənin] əmək bursasında bir ixtisası olmadığı üçün qeyd etməyirdilər
  • SƏNƏT peşə — iş — məşğuliyyət
SƏNƏM
SƏNƏTÇİ
OBASTAN VİKİ
Sənət
Peşə, iş, məşğuliyyət ya da sənət — insanın fiziki və mənəvi qüvvəsinin tətbiq sahəsi olub, xüsusi hazırlıq və iş təcrübəsi nəticəsində nəzəri biliklərə və təcrübi vərdişlərə yiyələnmiş insanın əmək fəaliyyətidir. Əməyin ilk bölgüsü müəyyən insan qruplarının və ya fərdin heyvandarlıqla və əkinçiliklə məşğul olması ilə başlandı. Qrupların və ya fərdlərin birinin heyvandarlıq, digərlərinin isə əkinçilik məhsullarına ehtiyacı yarandı. Beləliklə əmək məhsullarının mübadiləsi prosesi başlandı. Müxtəlif məhsulların mübadiləsi tədricən mürəkkəb xarakter aldıqca, yeni peşələrə, yəni tacirlərə ehtiyac yarandı. Bu peşə sahibləri əmək məhsullarının mübadiləsi ilə məşğul olmağa başladılar. Cəmiyyətin sonrakı inkişafı nəticəsində müxtəlif sənətlər və sənətkarlar, ovçular, dəmirçilər, daşyonanlar, xarratlar, dərzilər və sairə meydana cıxdı və bu da əmək bölgüsündə növbəti mühüm mərhələ oldu. == Peşə və ixtisaslar, onların seçimi == Hər hansı bir peşə (ixtisas) müəyyən qabiliyyət tələb edir, peşələrin (ixtisasların) hamısı üçün isə zəruri olan qabiliyyətlərin, məsələn, yaradıcılıq qabiliyyətinin olması vacibdir. Müəyyən peşəni və ya ixtisası öyrənmək və bu sahədə uğurla çalışmaq üçün insan peşənin şəxsiyyət qarşısında qoyduğu tələblərə uyğun olmalıdır və peşə (ixtisas) seçən şəxslərdən konkretlik, dəqiqlik, icra intizamı, səliqəlik tələb olunur. Bu keyfiyyətlər bəzən bir çox sahələrdə böyük əhəmiyyət kəsb etmir, lakin texnika ilə işləyən şəxslər üçün həyati əhəmiyyətə malikdir.
125 yaşlı sənət məbədi (film, 2008)
125 yaşlı sənət məbədi qısametrajlı sənədli televiziya filmi rejissor Faiq Abbasoğlu tərəfindən 2008-ci ildə çəkilmişdir. Film Naxçıvan televiziyasında istehsal edilmişdir. Film Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının 125 illiyinə həsr olunub. == Məzmun == Film Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının 125 illiyinə həsr olunub. 1922-ci ildə teatra Dövlət Dram Teatrı statusu verildi. Teatr həm romantik, həm də realist istiqamətdə inkişaf edirdi. Teatrın repertuarında dünya klassiklərinin əsərləri, həmçinin musiqili əsərlər əhəmiyyətli yer tutur. Bu teatrda istedadlı aktyor və rejissorların bir neçə nəsli yetişmişdir. 1965-ci ildə teatra görkəmli ədib Cəlil Məmmədquluzadənin adı verilmişdir.Filmdə teatrın tarixindən, burada çalışan teatr xadimlərindən bəhs olunur.
Monumental sənət
Monumental sənət — əzəməti və mühüm ideya məzmunu ilə fərqlənən, möhtəşəm və ümumiləşdirilmiş formalarda ifadə olunan plastik sənət növü. Monumental sənətə xatirə abidələri, binaların heykəltaraşlıq, boyakarlıq və mozaika bəzəkləri, vitrajlar, şəhər və park heykəltaraşlığı, fəvvarələr və s. daxildir (bəzən memarlıq əsərləri də monumental sənətə aid edilir). Monumental sənət vacib dövlət məsələlərinə, mühüm ictimai ideyaların geniş kütlə arasında təbliğinə və yayılmasına xidmət edir. Monumental sənət antaqonist sinifli cəmiyyətdə hakim ideologiyanı təcəssüm etdirir, realist incəsətin yüksəlişi dövründə qabaqcıl. demokratik və humanist ideyaların ifadəsinə çevrilir. == Tarixi == Monumental sənətin ilk nümunələri ibtidai cəmiyyətdə yaranmışdır. Menhirlərdə, dini heykəllərdə və qaya rəsmlərində təbiət qüvvələrinin əzəməti haqqında ibtidai insanın təsəvvürləri təcəssüm olunmuş, onun əmək vərdişləri öz əksini tapmışdır. Qədim Misirdə monumental sənət ictimai quruluşun sarsılmazlığı fikrinin möhkəmlənməsinə və hökmdarların şəxsiyyətinin ilahiləşdirilməsinə xidmət edirdi (Cizədə Böyük Sfinks heykəli). Qədim Yunanıstanda quldarlıq demokratiyasının yüksəlişi dövründə insan gözəlliyinə və ləyaqətinə inam hissləri ilə aşılanmış monumental sənət əsərləri yaradılmışdı (Afina Parfenonunun heykəltaraşlıq bəzəkləri).
Rəqəmsal sənət
Rəqəmsal sənət yaradıcılıq və ya təqdimat prosesinin bir hissəsi kimi rəqəmsal texnologiyadan istifadə edən bədii əsər və ya təcrübədir. 1960-cı illərdən kompüter sənəti və multimedia sənəti də daxil olmaqla prosesi təsvir etmək üçün müxtəlif adlar istifadə edilmişdir.Bəzi ilkin müqavimətdən sonra rəqəmsal texnologiyanın təsiri rəsm, ədəbiyyat, heykəltaraşlıq və musiqi/səs sənəti kimi fəaliyyətləri dəyişdirdi, eyni zamanda şəbəkə sənəti, rəqəmsal quraşdırma sənəti və virtual reallıq kimi yeni formalar çevrildi. Daha ümumi şəkildə rəqəmsal rəssam termini incəsənət istehsalında rəqəmsal texnologiyalardan istifadə edən rəssamı təsvir etmək üçün istifadə olunur. Geniş mənada "rəqəmsal sənət" kütləvi istehsal və ya rəqəmsal media üsullarından istifadə edən müasir incəsənətdir.Rəqəmsal sənət üsulları reklamlarda əsas media tərəfindən və vizual effektlər yaratmaq üçün film istehsalçıları tərəfindən geniş şəkildə istifadə olunur. Masaüstü nəşriyyat daha çox qrafik dizaynla əlaqəli olsa da, nəşriyyat dünyasına böyük təsir göstərmişdir. Həm rəqəmsal, həm də ənənəvi rəssamlar işlərini yaratmaq üçün bir çox elektron məlumat və proqram mənbələrindən istifadə edirlər. Vizual və musiqi sənətləri arasındakı paralelləri nəzərə alaraq, rəqəmsal vizual sənətin dəyərinin ümumi qəbulunun son üç onillikdə elektron şəkildə istehsal olunan musiqinin qəbulunun artması ilə eyni şəkildə inkişaf etməsi mümkündür.
Sənət hərəkatı
Sənət hərəkatı və ya incəsənət hərəkatı — müəyyən bir zaman müddətində (adətən bir neçə ay, il və ya onilliklər) və ya heç olmasa, qürur çağında bir qrup rəssamın ardınca gələn, müəyyən bir ümumi fəlsəfə və ya məqsəd daşıyan sənətdəki meyl və ya üslubdur. Hər bir ardıcıl hərəkətin yeni avanqard hərəkatı kimi qəbul edildiyi müasir incəsənətdə bədii cərəyanlar xüsusi əhəmiyyət kəsb edirdi.
Sənət xadimi
İncəsənət xadimi və ya artist — musiqi, dramaturgiya əsərləri, teatr tamaşaları, bədii filmlər, sənət məsələlərinə dair elmi əsərlər yaradan və incəsənətin inkişafında, habelə sənətkar kadrların hazırlanmasında və tərbiyə edilməsində xidmətləri olan bəstəkarlıqla, rejissorluqla, dirijorluqla, dramaturqluqla, ssenaristliklə, kinooperatorlıqla, sənətşünaslıqla və ədəbiyyatşünaslıqla məşğul olan şəxsdir.
Təsviri sənət
Təsviri sənət — incəsənətin bir növüdür. Dekorativ və ya tətbiqi sənətlərdən fərqli olaraq, əsasən estetik və ya gözəllik üçün hazırlanmış bir sənətdir, bu da saxsı qablar və ya metal işlənməsi kimi bəzi praktik funksiyaları yerinə yetirməlidir. İtalyan intibahı dövründə inkişaf etdirilən estetik nəzəriyyələrdə sənətkarın, məsələn, çaydanın istehsalı və bəzədilməsi ilə əlaqəli heç bir praktik mülahizələrlə məhdudlaşmadan təxəyyülünü tam ifadə etməyə və göstərməsinə imkan verən ən yüksək sənət hesab olunurdu. Bir sənət əsərinin yaradılması, bir mebel parçası ilə lazım ola biləcəyi kimi, xüsusi bacarıqlara sahib fərqli insanlar arasında iş bölgüsünü əhatə etməməsi də vacib hesab edildi. == Haqqında == Xalq arasında incəsənət sözünün mənası bacarıq, ustalıq deməkdir.Təsviri sənət hər hansı bir əşyanı fəzada düzgün qeyd etmək və yaxud fikrindən keçəni təsvir etmək bacarığıdı.Təsviri sənət deyəndə insanın bədii yaradıcılığı nəzərdə tutulur. Təsviri sənətə daxildir: rəsmqrafika boyakarlıq heykəltaraşlıqdekorativ tətbiqi sənət — bəzən memarlıq.Rəsm təsvirin əsasını təşkil еdir. Rəssam müəyyən tablоnu işləyərkən əşyaların fоrmasını, həcmini, mütitdə mövqеyini rəsm dilində əks еtdirir.Təsvirin həcmli, mühütin rеal görüntüsü üçün pеspеktiv və işıq-kölgə qanunlarına müraciət оlunur.Rəsm kоmpоzisiya ilə əlaqədardır.Kоmpоzisiya tablоnun ümumi quruluşu, ayrı- hissələrin əlaqəsi və оnların bir-birinə uyarlığı dеməkdir. == Tarixi == Təsviri sənətin ən qədim nümunələri arasında e.ə. VIII-V əsrlərdən qalmış Qobustan qaya təsvirləri, Kəlbəcər rayonunun Zalxa gölü ətrafında Ayıçınqılı və Pəriçınqıl dağlarındakı Tunc dövrünün başlanğıcına (e.ə. 3-cü minillik) aid rəsmlər, Ordubad şəhərindən şimalda Gəmiqaya dağlarındakı qayaüstü təsvirlər müstəsna əhəmiyyətə malikdir.
Dekorativ Tətbiqi Sənət
== Dekorativ — tətbiqi sənət == bu sənətə el arasında "xalq sənəti" də deyirlər. Bu sənətin xalçaçılıq, batik (kəlağayı), qobelen, dulusçuluq (keramika), toxuma və bədii tikmə, zərgərlik, bədii şüşə, bədii oyma (ağac, metal, daş, sümük üzərində oyma) və digər növləri vardır. Dekorativ -tətbiqi sənət, həmçinin bədii sənətin müxtəlif növlərini əhatə edir. Onların arasında döymə sənəti və zərgərlik, metal üzərində işləmələr, ağac, daş və sümük üzərində oyma naxış, xalçaçılıq, hörmə sənəti, ornamental toxuculuq və basmanaxış, toxuma və bədii tikmələr və bir çox digərlərini göstərə bilərik. == Xalçaçılıq == Azərbaycan xalçaçılıq sənəti — bədii yaradıcılığın xalqın mənəvi həyatı və məişəti ilə sıx bağlı çoxəsrlik ənənələri olan ən maraqlı sənətdən biridir. Azərbaycanda Qarabağ, Qazax, Gəncə, Təbriz, Şirvan, Abşeron və Quba kimi böyük xalçaçılıq məktəbləri olub. == Batik == Qədim sənət növü olub, kəlağayı mənasını verir. Kəlağayı — ipək sapdan toxunmuş dördkünc formalı qadın baş örtüyüdür. Azərbaycanın qərb zonasında buna "çarqat" da deyilir. Kəlağayı istehsalı Azərbaycanda qədimdən məlumdur.
Milli Sənət Qalereyası
Milli Sənət Qalereyası (ing. National Gallery of Art) - ABŞ-nin Vaşinqton şəhərində yerləşən muzey, rəsm qalereyası. Milli Sənət Qalereyasının indiki direktoru Erl Poveldir. MSQ-nin binası 1938-ci ildə ABŞ Konqresi tərəfindən inşa edilmişdir. 1940-cı ildən etibarən Milli Sənət Qalereyasına dünyanın müxtəlif yerlərindən dəyərli tarixi abidələr, heykəllər və rəsm əsərləri gətirilməyə başlandı. Andrey Mellonun şəxsi kolleksiyasını muzeyə bağışlaması MSQ-nin arxivini daha da zənginləşdirmişdir. Hal-hazırda Milli Sənət Qalereyasında 2000-dən çox heykəl, rəsm əsəri, dekorativ sənət əsərləri saxlanılır.
Ontario sənət qalereyası
Ontario bədii qalereyası (ingilis dilində:Art Gallery of Ontario) - Torontoda muzey, 45 min kv. metrlik sərgi sahəsi ilə Şimali Amerikada ən iri bədii muzeylərdən biridir. Muzeydə kolleksiyalar üç bölməyə ayrılır: Kanada incəsənəti, Avropa incəsənəti və Henri Murun heykəltəraşlıq əsərləri. == Tarixi == Ontario bədii qalereyasının əsası 1900-cü ildə Toronto bədii muzeyi adı ilə yaranmışdır. 1919-cu ildə muzeyin adı dəyişdirilərək Toronto bədii qalereyası adlandırılmışdır. 1966-cı iədən muzey indiki adını almışdır. == Kolleksiyası == Muzeydə hazırda 68 mindən çox eksponat nümayiş etdirilir. Avropa incəsənəti bölməsində Rembrantın, Kiçik Piter Breyqelin, Tintorettonun, Frans Xalsın, Van Qoqun, Klod Monenin, Pol Qoqenin, Edqar Deqanın, Renuarın və Pikassonun da əsərlər də vardır.
Təsviri sənət muzeyi
Təsviri Sənət Muzeyi (fr. Musée des Beaux-Arts; alm.
Liberal sənət təhsili
Liberal incəsənət təhsili ( latınca Şablon:Wikt-lang "azad" və Şablon:Wikt-lang "sənət və ya prinsipial təcrübə") Qərb ali təhsilində ənənəvi akademik kursdur. Liberal incəsənət incəsənət terminini konkret olaraq təsviri sənətdən daha çox öyrənilmiş bacarıq mənasında götürür. Liberal sənət təhsili liberal sənət dərəcəsi kursunda təhsilə və ya daha çox universitet təhsilinə istinad edə bilər. Belə bir təhsil kursu əsasən peşə, peşəkar və ya texniki, eləcə də dini əsaslı kurslarla ziddiyyət təşkil edir. Təhsil kurikulumu üçün “liberal incəsənət” termini Qərbdə klassik antik dövrə aiddir, lakin mənasını xeyli dəyişmiş, əsasən onu genişləndirmişdir. Qədim və orta əsrlər mənasında yeddi mövzu ritorika, qrammatika və məntiq triviumuna və astronomiyanın kvadriviumuna (çox vaxt daha çox astrologiya ), riyaziyyat, həndəsə və musiqiyə bölündü. Termin müasir mənası adətən bütün təbiət elmlərini, formal elmləri, ictimai elmləri, incəsənəti və humanitar elmləri əhatə edir.
Dünya Erotik Sənət Muzeyi
Dünya Erotik Sənət Muzeyi (ing. The World Erotic Art Museum) — ABŞ-nin Florida ştatının Mayami Biç şəhərində yerləşən muzey. Muzeyin sahibi Naomi Vilziqdir. == Tarixi == Daha əvvəldən gəzinti sərgilərlə xidmət edən muzey 2005-ci ildən Florida ştatında daimi bir məkana sahib olmuşdur. == Eksponatları == Bu muzeyin dünyanın ən böyük erotik sənət kolleksiyasına sahibdir.
Mixailov Sənət Məktəbinin binası
Mixailov sənət məktəbinin binası - Azərbaycanın Gəncə şəhərində yerləşir. XIX əsrə aid tikilidir. Hazırda bu tikilidən inzibati bina kimi istifadə olunur. Ünvan: Ozan küçəsi, 6.
Sənət yollarında (film, 1974)
== Məzmun == Film Bakı pionerlər evinin fəaliyyətindən, burada müxtəlif dərnəklərin uşaqların ixtiyarına verilməsindən danışılır.
Təsviri sənət muzeyi (Boston)
İncəsənət Muzeyi Bostonda (ing. The Museum of Fine Arts; qıs. MFA) — ABŞın ən böyük sənət muzeylərindən biri. 1870-ci ildə əsası qoyulub. Naqoya, Yaponiya da filialı yerləşir. Muzeyin ən böyük kolleksiyası Şimali və Cənubi Amerikada ikincidir, muzey direktoru isə Malkolm Rodjersdir (ing. Malcolm Rogers). == Muzeyin binası == Muzey 1876-cı ildə Con Sturqis tərəfindən hazırlanan Kapli meydanında neoqotik binasında açılmışdır. Kolleksiya Boston ateney kolleksiyasına əsaslanırdı. Muzeyin memarı Qay Louell tərəfindən inşa edilən Huntinqton prospektindəki (ing.
Təsviri sənət muzeyi (Gent)
Təsviri sənət muzeyi Gent şəhərində (nid. Museum voor Schone Kunsten, qıs.MSK) — Gent şəhərinin şərq hissəsində sənət muzeyi. Gent İncəsənət Muzeyi 1798-ci ildə təsis edilib, müasir Belçika ərazisində ilk muzeylərdən biridir . Orta əsrlərdən XX əsrin əvvəllərinə qədər olan dövrü əhatə edən mənzərəli kolleksiyanın müxtəlifliyi ilə məşhurdur . Muzeydə konfrans zalı, kitabxana, və kafe yerləşir. === Muzeyin ən məşhur eksponatları === "Müqəddəs İeronim dua edərkən" " İeronim Bosx "Xaç aparma" İeronim Bosx "Covanni Paolo portreti." Tintoretto 1561 "Kleptomanın portreti" Teodor Jeriko 1820 == Xarici keçidlər == Vikianbarda İncəsənət Muzeyi ilə əlaqəli mediafayllar var.
Təsviri sənət muzeyi (Hyuston)
Təsviri sənət muzeyi (ing. Museum of Fine Arts, Houston, qısaca MFAH) Hyustonda — ABŞ-də və Texasın ən böyük sənət muzeylərindən biri. Muzeyin daimi kolleksiyası 6 min ildən çox tarixi əhatə edir və 63 mindən çox eksponatı əhatə edir. == Muzeyin kolleksiyası == === Avropa rəssamlığı XV—XVI əsrlər === Avropa rəsmlərinin XV-XVI əsrlər kolleksiyası belə rəssamların əsərləri ilə təmsil olunur Roqir van der Veyden ("Madonna Uşaq ilə", 1454 sonra), Hans Memlinq («Yaşlı qadının portreti», 1468—1470), Sandro Bottiçelli («Körpə Məsihə sitayiş», təxminən 1500), Bartolomeo Veneto («Kişi portreti», 1512, və «Qadın portreti», 1520-е), Sebastyano del Pyombo («Anton Françesko», 1525), Birinci Lukas Kranax («Lukresinin özünə qəsdi», 1529), Yakopo Bassano və İkinci Françesko Bassano («Məsih Məryəmin, Martanın və Lazaryanın evində», 1576—1577), Domeniko Tintoretto («rus. Танкред, обращающий Клоринду в христианство», təxminən 1586—1600) и другие.
Təsviri sənət muzeyi (Nant)
Təsviri sənət muzeyi (fr. Musée d'arts de Nantes) — Nant şəhərində yerləşən İncəsənət Muzeyi. Ölkənin ən böyük beş regional muzeylərindən biridir. 1804-cü ildə açılıb. Muzeyin kolleksiyaları 12-ci əsrin sonundan 19-cu əsrin sonuna qədər olan dövrləri əks etdirən heykəllər və rəsmlərdən ibarətdir. Birinci mərtəbə, əsasən, 1950-1960-cı illərdə rəssamların yaradıcılığına xüsusi diqqət yetirərək Fransanın müasir incəsənətinə həsr olunub. Digər mərtəbələrdə İtalyan primitivistlərinin, impressionistlərin və müasir ustaların, xüsusən Vasili Kandinskinin əsərləri var.
Təsviri sənət muzeyi (Sevilya)
İncəsənət Muzeyi Sevilya şəhərində (isp. Museo de Bellas Artes de Sevilla) — Sevilya şəhərində yerləşən incəsənət muzeyi . == Tarix == Muzeyin hal-hazırda yerləşdiyi bina, əslində, Fernando III dövründə Pyotr Nolasko tərəfindən təsis edilmiş Merced Kalsada de la Asunon ordeni monastırına aiddir. 22 noyabr 1248-ci ildə şəhərin alınmasından sonra kral monastırın tikintisi üçün torpaq sahəsi ayırdı. Bina mudexar üslubunda memar Juan de Oviedo tərəfindən inşa edilmiş, 1668-ci ildə tikinti tamamlanmışdır. 1810-cu ildə Fransanın işğalı zamanı binanın yanması nəticəsində böyük ziyan dəymişdir. 16 sentyabr 1835-ci ildə bərpa və yenidənqurmadan sonra binada muzey açıldı. 1868-1869-cu illərdə bina yenidən qurulub. Bütün düzəlişlərdən sonra, binanın fasadı klassik xüsusiyyətlərə malikdir. == Kolleksiya == Muzeyin ilk kolleksiyası yaxın kilsə və monastırlar olan rəsm və heykəltəraşlıq əsərləri təşkil edir, belə işləri barokko üslubunda yazılmış Sevilya sənətçisi, üstünlük təşkil edir, burada dini incəsənət təmsil edilib.
Təsviri sənət muzeyi (Valensiya)
Təsviri sənət muzeyi — Valensiya şəhərində (isp. Museo de Bellas Artes de Valencia) — İspaniyada ən zəngin rəsm əsərlərindən birinə sahib incəsənət muzeyi.Muzey köhnə Turia çayının, parkın kənarında yerləşir. Müqəddəs Pius adlı 5-ci Katolik Kollecinin qədim binasıdır. Bina iki tarixi hissədən ibarətdir - əsl kollec və kilsə. Binanın kvadrat fasadları iki qüllələ bəzədilib, binanın köşeleri rustikdir, tavanı kütləvi vaza və toplarla bəzədilmiş, möhkəm bir balyustrada ilə taclanıb. Kilidin yarımdöşməli qübbəsi mavi keramika plitələrlə bəzədilmişdir və daha kiçik bir qübbə ilə yüksək tamburla taclanıb. Muzey İspan Vətəndaş müharibəsindən sonra bu binada yerləşdirilib, binanın hərbi bir xəstəxana olaraq istifadə edildiyi də bilinir. Muzeyin köhnə binası müharibə zamanı zərər gördü. Muzeyin daha sonra direktoru González Martí olmuşdur.
İraklion Təsviri sənət Muzeyi
İraklion Təsviri sənət Muzeyi (yun. Μουσείο Εικαστικών Τεχνών Ηρακλείου) — Yunanıstanda, Krit adasında yerləşən İraklion şəhərində müasir təsviri sənət muzeyi. == Tarixi == İraklion Təsviri sənət Muzeyi 2000-ci ildə yaradılmışdır. == Ümumi məlumat == Muzey Venizelos meydanı yaxınlığındakı Nimfon küçəsində keçmiş müqəddəs Mark kilsəsində təşkil olunmuşdur. Muzeydə Krit adasının məşhur tarixi və müasir incəsənətini əks etdirən sənət əsərlərinin kolleksiyası toplanmışdır. Bu eksponatların nümayişi ilə yanaşı, muzeydə müxtəlif musiqi kollektivlərinin konsertləri təşkil olunur, nəşriyyat işi aparılır, seminar və konfranslar keçirilir.
Milli təsviri sənət muzeyi (Santyaqo)
Milli təsviri sənət muzeyi (isp. Museo Nacional de Bellas Artes ) — Santyaqo şəhərində yerləşən bədii təsviri sənət muzeyi. == Tarixi == Muzey 1880-ci il 18 sentyabr tarixində "Milli İncəsənət Muzeyi" adı altında yaradılıb və Cənubi Amerikanın ən qədim muzeyi kimi tanınır. 1910-cu ildən, Forestal parkında xüsusi möhkəm binada yerləşib. Muzeyin binası Çili arxitekturası Emiliya Jekura memarlığı üzərində qurulmuşdur. Muzeydə 1976-cı ilin aprel ayında tarixi Çili abidəsi aşkar edilmişdir. 1985-ci ildə meydana gələn zəlzələ nəticəsində binaya ziyan dəymişdi. Yenidənqurma işləri üç il davam etdi.
Qarabağda sənət və sənətkarlar (kitab)
== Kitabın mövzusu == Yazıçı-jurnalist Ənvər Çingizoğlu və memarlıq doktoru Rizvan Qarabağlının "Qarabağda sənət və sənətkarlar" adlı kitabı işıq üzü görüb. Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun elmi şurasının qərarı ilə çap olunan kitabın elmi redaktoru AMEA-nın müxbir üzvü, professor Ş.Fətullayev-Fiqarov, redaktoru Vasif Quliyev, rəyçiləri sənətşünaslıq doktoru, professor Kübra Əliyeva, sənətşünaslıq üzrə fəlsəfə doktoru İmaş Hacıyev və memarlıq üzrə fəlsəfə doktoru Rahibə Əliyevadır. Kitabda ilkin olaraq Qarabağda sənət və sənətkarlar geniş təhlil edilib, memarlıq, xəttatlıq, metalişləmə, misgərlik, dəmirçilik, zərgərlik, toxuculuq, xalçaçılıq və s. tədqiq olunub. Nəşrdə Qarabağ Azərbaycanın qədim sənət, həm də mədəniyyət mərkəzi kimi göstərilib. Orta əsrlər dövrü dekorativ-tətbiqi incəsənət ustalarından beyləqanlı dulusçular Əli ibn Əzizi, Fədlun Beyləqani, Əhməd ibn Fədlunu, Xəttabi, Nəsiri, Yusifi, Təbrizi, ağac və döymə üzrə usta İzəddin İbrahimi və başqaları barədə məlumat verib. Kitabda “Qarabağ” sözünün mənası ilə bağlı Azərbaycanın və digər ölkələrin görkəmli alimlərinin maraqlı fikirləri də verilib. Bəzi tədqiqatçıların fikrinə görə, Qarabağ tarixi-etnoqrafik əyaləti adını qədim Qarabağ şəhərindən alıb. Toponimçi Rəmzi Yüzbaşov Qarabağ şəhərinin VII əsrdən mövcud olduğu və XVIII əsrdə süqut etdiyi fikrində olduğu verilir. Alman səyyahı (XVII əsr ) Adam Olearinin tərtib etdiyi xəritədə Qarabağ şəhəri indiki Füzuli rayonunun Horadiz dəmir yol stansiyasından şərqdə, cənubi Azərbaycanda, Aslanduz kəndi yaxınlığında Qarasuçayın Araz çayına tökülən mənsəbinə yaxın ərazidə olduğu göstərilib.
"Sənətkar" medalı
"Sənətkar" medalı — Azərbaycan Teatr Xadimləri İttifaqı tərəfindən təsis edilən mükafat. Azərbaycan Milli Peşəkar Teatrı günüdə dramaturqlara, yazıçılara səhnəmizdə xidmətləri olan sənət adamlarına təqdim olunur.
Abramtsevo-Kudrino oyma sənəti
Abramtsevo-Kudrino oyma sənəti — XIX əsrin sonlarında Moskva yaxınlığındakı Abramtsevo mülkünün yaxınlığında formalaşmış ağac üzərində oyma sənəti. Sənətkarlığın yaranması Abramtsevo mülkünün rəssamları və ilk növbədə 1882-ci ildə Savva Mamontovun mülkündə olan Xotkovo, Axtırka, Kudrino, Mutovki kəndlərindən olan oyma ustalarının oxuduğu və işlədiyi dülgərlik və oyma emalatxanası təşkil edən Yelena Polenova ilə sıx bağlıdır.Seminar təşkil edilərkən maarifləndirici fəaliyyətə, tələbələrdə yaradıcı əhval-ruhiyyənin yaradılmasına və saxlanmasına xüsusi diqqət yetirilmişdir. Seminarda oyma vərdişlərini öyrənməklə yanaşı, rəsm və rəngkarlığın əsasları öyrədilmişdir. Abramtsevo Muzey-Qoruğunda dərslər keçirilmiş, əmlakda böyük bir xalq sənəti kolleksiyası toplanmışdır. Seminarın məzunları hədiyyə olaraq öz işlərini təşkil etmək üçün alətlər almışdılar.1890-cı ildə tələbələrdən biri V. P. Vornoskov doğulduğu Kudrino kəndində öz istehsalatını qurmuş, Abramtsevo emalatxanasının sifarişi ilə işləməyə başlamışdır. Əvvəlcə kiçik olan bu emalatxana gələcək sənətkarlığın əsasını təşkil etmişdir. Kudrino emalatxanasında ornamental oymağın xüsusi üslubu formalaşmış, yastı relyefli oymağın həndəsi oyma ilə uğurlu birləşmələri tapılmış, utilitar əşyalarda oyma dekorasiyanın üzvi istifadəsi prinsipləri müəyyən edilmişdir. İşin ilk illərində peşəkar rəssamlar Vasili Sokolov, Sergey Malyutin və Əl Sənəti Muzeyinin işçiləri xüsusi "Vornoskov" üslubunun hazırlanmasında böyük köməklik göstərmişdilər.Vornoskovun və onun davamçılarının məhsulları – ritmik çiçək ornamentləri ilə örtülmüş çömçələr, tabutlar, çəlləklər, duzqablar, dekorativ qablar və vazalar ağacın təbii gözəlliyini vurğulamaqla müxtəlif tonlama ilə seçilir. Çiçək ornamenti təkcə oyma kəndli məmulatları və ev dekorasiyası nümunələrinə deyil, həm də köhnə çap kitablarının ornamental ekran qoruyucularına əsaslanır. Kudrino ustalarının ornamentinin inkişafı fərdi elementlərin bütün məhsulu əhatə edən möhkəm dekorativ kompozisiyaların birləşməsindən keçmişdir.
Aktyor sənəti
Aktyor sənəti və ya aktyorluq — aktyor və ya aktrisanın teatrda, televiziyada, kinoda, radioda və ya hər hansı digər mimetik vasitədə qabaqcadan tapşırılmış rolu canlandırması ilə səhnə surətinin yaradılması. == Proses == Aktyor sənətinin icrasında aktyora bədən quruluşu, danışıq tərzi, mimika, emosionallıq, müşahidə, habelə təxəyyül və yaddaş kimi məziyyətlər kömək edir. Aktyor tamaşada tərəfi-müqabilləri ilə sıx bağlıdır. Onun yaratdığı obraz əsərin ümumi məzmununun və ideya istiqamətinin tamaşaçıya çatdırılmasına görə qiymətləndirilir. Aktyor yaradıcılığının əsası təcəssümetdirmə prinsipidir. Daxili və xarici təcəssümetdirmə anlayışları mövcuddur. Mürəkkəb yaradıcılıq prosesinin bu iki tərəfi mahiyyətcə bir-biri ilə sıx bağlıdır. Təcəssümetdirmə prosesində hərəkət, hiss və fikir vəhdətdədir. Xarici təcəssümetdirmə üçün aktyor qrim və paltardan, bəzən isə maskadan istifadə edir, tələffüz, davranış, mimika və surətə zahiri əlamətlər verən bu cür başqa ünsürlər axtarıb tapır. Buna baxmayaraq, həqiqi təcəssümetdirmə üçün aktyor personajın daxili aləmini açmalı, düşüncə və həyəcanları ilə yaşamalıdır.
Alpaqut (döyüş sənəti)
Alpaqut (Alp: döyüşçü, Qut: müqəddəs) — Müqəddəs Döyüşçü mənasındadır. Turan coğrafiyasında yaşayan, Türk xalqlarının ortaq mədəni dünya görüşünü təmsil və təbliğ edən, eləcə də milli döyüş ənənələrini inkişaf etdirən, xüsusilə qədim Türklərin döyüş mədəniyyətini, müasir döyüş sənəti üzərində konsepsiyalaşdıran, dərin fəlsəfi ideoloji mənası olan və sirli qalan milli döyüş mədəniyyətinin qlobal mədəniyyətə çıxışını təşkil edən bir idman növüdür. Alpaqut döyüş sənəti, türk döyüş sənətləri üzrə araşdırmaçı, beynəlxalq dərəcəli idman ustası Kutsan Vasif Namazov tərəfindən, Türk xalqlarının qədim döyüş sənətlərindən götürülmüş və müasir döyüş sənətləri ilə sintezləşdirilərək qurulmuşdur. Alpaqut döyüş sənəti, Türk xalqlarının döyüş mədəniyyətindən qaynaqlandığı üçün, bu idman növünün markası "Turan döyüş sənəti" (Turan: türksoylu xalqların yaşadığı, böyük çöl adlanan coğrafiya) adlanır. Alpaqut döyüş sənətinin təlim proqramı 8 baza texnikalarından ibarətdir. İmtahan proqramı isə 4 üstüngü mərhələlərdən ibarətdir. Yarışma qaydaları isə 4 sistemdən ibarətdir. Bu sistemlər belə adlanır: 1) Aypara sistemi 2) Batur sistemi 3) Caymaz sistemi 4) Qurşaq sistemi. 5) KaçutQısa olaraq bu sistemləri əlifba sırasıyla A, B, C, G, və K də adlandırmaq olar. Bu döyüş sənəti bütün türk dünyasına aid olsada ancaq o bütün hüquqi haqlarla Azərbaycana məxsusdur.
Altamira Mağarası və Şimali İspaniyadakı Paleolit Mağara Sənəti
Altamira Mağarası və Şimali İspaniyadakı Paleolit Mağara Sənəti, İspaniyanın şimal bölgələrinin fərqli hissələrində yerləşən eramızdan əvvəl 35.000 ilə eramızdan əvvəl 11.000 il əvvəlki tarixi dövrləri əhatə edən və Avropadakı Paleolit dövrünün mağara sənətinin liderləri arasında təmsil olunan Altamira mağarası başda olmaqla, ümumi olaraq 18 mağaradan ibarət topluluqdur. Mağaralar, kütləvi bir şəkildə bir Dünya Mirası olaraq müəyyənləşdirilmişdir.Bu abidə 1985-ci ildə ümumidünya irs siyahısına daxil edilmişdir. 1876-ci ildə İspaniyanın Santander əyalətində həvəskar arxeoloq olan Marselino Sautuola və onun qızı Altamira mağarasının qaranlıqlarında polixrom təsvirlər aşkar ediblər. Altamiranın zalları 280 metrə qədər uzanır. Mağaranı üç hissəyə ayırmaq olar. Birinci hissə Böyük plafon adlanır. Üst paleolitin ən məşhur incəsənət əsəri hesab olunur. Buradakı təsvirlər yalnız oxradan və kömürdən istifadə ilə təsvir edilməsinə baxmayaraq qədim rəssamın ustalıqı sayəsində polixrom təəsüratı yaradır. Mərkəzi hissədə çoxsayda öküz, bizon, at təsvirləri diqqəti cəlb edir. Düzbucaqlı nişanlara, müxtəlif xətlərə rast gəlinir.
Altamira Mağarası Şimali İspaniyadakı Paleolit Mağara Sənəti
Saab 105 — Saab şirkəti tərəfindən hazırlanmış İsveç istehsalı olan reaktiv təlim təyyarəsidir. Təyyarə İsveç Hərbi Hava Qüvvələrində Sk 60 və Avstriya Hərbi Hava Qüvvələrində Saab 105Ö adı altında xidmətə qəbul edilmişdir.
Anar Şuşalı (kino sənətçisi)
Anar Şuşalı (tam adı: Həsənov Anar Bəybala oğlu; 1982, Stepanakert) — prodüser, redaktor. == Həyatı == Anar Şuşalı 1982-ci ildə Xankəndi şəhərində anadan olub. 1989-cu ildə Şuşa şəhər 4 N-li orta məktəbə gedib. 1992-ci il may ayının 8-də Şuşa şəhəri ermənilər tərəfindən işğal olunduqdan sonra məcburi olaraq Mingəçevir şəhərinə, ordan isə Bakı şəhərinə köçüb. Orta məktəbini Bakıda fəaliyyət göstərən Ağdam rayon 42 saylı məktəbdə davam etdirib. 2000-ci ildə məktəbi bitirib. Elə həmin il Azərbaycan İctimai-Siyasi Universitetinin jurnalistika fakültəsinə qəbul olunub. Qiyabi təhsil aldığı üçün 2001-ci ilin yanvar ayında həqiqi hərbi xidmətə gedib. Xidmətini başa vurduqdan sonra təhsilini davam etdirib. 2005-ci ildə universiteti fərqlənmə diplomi ilə bitirib.
Anar Əliyev (film sənətçisi)
Əliyev Anar Tofiq oğlu — aktyor, rejissor, prodüser == Həyatı == Anar Əliyev 1984-cü il yanvar ayının 8-də Bakı şəhərində anadan olub. 2001-ci ildən 2005-ci ilə qədər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Sənətşünaslıq fakültəsinin Kinoşünaslıq ixtisası üzrə təhsil alıb. Universiteti ferqlenme ile bitirdikden sonra 2000-ci ildən televiziya kanallarının bir çox verilişlərində redaktor, müxbir, prodüser vəzifələrində çalışıb. Həmçinin ilk dəfə "Azərbaycanfilm" kinostudiyasında fəaliyyətə Polşa kinematoqrafçılarının istehsalı olan "Yaz ərəfəsində" filmi ilə başlayıb.
Atamın sənəti (film, 1980)
Atamın sənəti qısametrajlı bədii süjeti rejissor Vaqif Mustafayev tərəfindən 1980-ci ildə ekranlaşdırılmışdır. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Filmin əsas mənası müdiriyyətlərdəki yeyinti və əyintilərdir. "Atamın Sənəti" mövzusunda inşa yazan şagird (H. Rəhimov) də atasının əliəyriliklərini üzə çıxarır. Əsas rolları Hacı İsmayılov və H. Rəhimov ifa edirlər. == Məzmun == Filmin əsas mənası müdiriyyətlərdəki yeyinti və əyintilərdir. "Atamın Sənəti" mövzusunda inşa yazan şagird (H. Rəhimov) də atasının əliəyriliklərini üzə çıxarır.
Avstraliya təsviri sənəti
Avstraliya təsviri sənəti — Avstraliyada və ya Avstraliya haqqında avstraliyalılar tərəfindən bu günə qədər yaradılmış hər hansı bir təsviri sənət nümunəsi. Bunlara aborigen, müstəmləkə, peyzaj, atelye, XX əsrin əvvəllərində Avropa modernizmindən təsirlənmiş rəssamlar, qravüraçılar, fotoqraflar və heykəltəraşlar, müasir incəsənət daxildir. Avstraliyada vizual sənətin uzun tarixi var. Aborigen sənətinin ən azı 30 min il yaşı olduğuna dair dəlillər mövcuddur. Avstraliya həm Qərb, həm də yerli Avstraliya məktəblərindən bir çox tanınmış rəssamları, o cümlədən XIX əsrin axırlarında Heydelberq plenerlərini və antipodlarını, Mərkəzi Avstraliyanın Hermansburq Məktəbindən akvarel rəssamlarını, Qərb Səhra İncəsənət Hərəkatı, ali modernizm və postmodern sənət üzərində işləmiş tanınmış sənətkarları dünyaya gətirmişdir. == Tarixi == Avstraliya İttifaqının yerli əhalisi qədim dövrlərdən həkketmə, bədii oyma, naxışvurma ilə məşğul olmuşdur. XVIII əsrin sonundan etibarən Avropa müstəmləkəçiliyi ilə əlaqədar Avstraliya İttifaqı təsviri sənəti Avropa müstəmləkəçiliyi ilə əlaqədar ingilislərin təsiri ilə formalaşmışdır. XIX əsrin ortalarında xalq həyatını əks etdirən realist qrafika (S. T. Gill), XIX əsrin ikinci yarısı–XX əsrin əvvəllərində isə təsviri sənətin milli simasını təyin edən A.. L. Büvelotun Barbizon məktəbinə yaxın realist rəssamlar qrupu (T. Y. Roberts, A. Striton, F. MakKabbin və başqaları) yaranmışdır. 1930-cu illərin ortalarında kubizm (F. Fayzell), sürrealizm (C. Qlison) və abstraksionizmin təsiri genişləndi.
Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi
Azərbaycan Milli Xalça Muzeyi — Azərbaycan xalqının milli mədəniyyətinin və incəsənətinin əvəzsiz xalça və xalq tətbiqi sənəti nümunələri ilə birgə müasir dövr rəssam və xalq sənətkarlarının ən nümunəvi əsərləri toplanan muzey. Azərbaycan Milli Xalça Muzeyi Azərbaycan SSR-nin Nazirlər Sovetinin 13 mart 1967-ci il tarixli 130 nömrəli sərəncamı ilə yaradılmışdır. 1967–1993-cü illərdə Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi, 1993–2014-cü illərdə Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi, 2014–2019-cu illərdə Azərbaycan Xalça Muzeyi, 2019-cu ildən bu günədək Azərbaycan Milli Xalça Muzeyi adlanır. Yarandığı dövrdə dünyanın yeganə ixtisaslaşdırılmış xalça muzeyi idi. Azərbaycan xalçasının milli bədii irsin ən önəmli tərkib hissələrindən biri kimi qorunub saxlanılması, əsaslı və hərtərəfli öyrənilərək geniş ictimaiyyətə təqdim edilməsi muzeyin yaradılmasının başlıca məramı olmuşdur. Muzey özündə 7 kolleksiyanı birləşdirir: "Xovlu xalçalar", "Xovsuz xalçalar", "Xalça məmulatları", "Bədii metal", "Keramika, şüşə, ağac, kağız", "Parça, geyim, tikmə" və "Zərgərlik məmulatları". == Məzmun == Azərbaycan xalqın maddi və mənəvi irsini təşkil edən Azərbaycan Milli Xalça Muzeyi dünyada xəzinəsindəki nadir xalçaların dəyərinə və əhəmiyyətinə görə ən böyük xalça kolleksiyası, xalça sənəti üzrə birinci, nüfuzlu, ixtisaslaşmış muzeydir. Arxeoloji materiallara əsasən Azərbaycanda xalçaçılıqla hələ tunc dövründən (e.ə. II minillik) məşğul olmuşlar. Azərbaycanda xalçaçılığın inkişafı haqqında Herodot, Klavdi Elian, Ksenofont kimi antik tarixçilərin, eləcə də orta əsr ərəb tarixçilərinin və Azərbaycan şairlərinin (Nizami Gəncəvi (XII əsr), Xaqani Şirvani (XII əsr)) əsərlərində məlumat verilmişdir.
Azərbaycan aşıq sənəti
Azərbaycan aşıq sənəti (az.-əbcəd آشیق صنعتی‎) — şifahi ənənəli Azərbaycan musiqi mədəniyyətinin ən qədim sahələrindən biri olan aşıq sənətinin mühüm tərkib hissəsidir. Aşıq sənətində musiqi, poeziya, təhkiyə, rəqs, pantomima, teatr sənəti elementləri üzvi şəkildə birləşmişdir. Aşıq şeirinin janrları olan qoşma, gəraylı, müxəmməs, ustadnamə, qıfılbəndlə yanaşı, qoşmanın təcnis, cığalı təcnis növlərindən ibarətdir.Aşıq musiqisinin ən geniş yayılmış növlərindən biri sazın müşayiətilə solo oxumaqdır. Sazda çalmaq tarixi inkişaf prosesində tədricən müstəqil bədii əһəmiyyət kəsb etmişdir. 2009-cu ildə Azərbaycan aşıq yaradıcılığı UNESCO-nun Qeyri-maddi mədəni irsin Reprezentativ Siyahısına daxil edilmişdir. == Etimologiya == Azərbaycan bəstəkarlıq məktəbinin əsasını qoymuş Üzeyir Hacıbəyov "aşıq" sözünü "eşq" (ərəbcə) ilə bağlayır. Professor M. Təhmasib aşığı hazırda az işlənən və qədim türk söz kökü olan "aş"dan törədiyini qeyd edir. Əslində isə "aş" kökündən düzəldilən "aşılamaq" feli bu gün də işlənir. Güman olunur ki, "aş" kökü "mahnı" yaxud "nəğmə" mənasında da işlənib, çünki "aşulamaq" — "oxumaq" deməkdir. Hazırda özbək dilində "aşulaçi" — "mahnı oxuyan, müğənni" deməkdir.Məlumdur ki, "varsaq" sözü "aşıq şeiri" yaxud "aşıq mahnısı (havası)" mənasını bildirir.
Azərbaycan döyüş sənətləri və oyunları
Azərbaycan döyüş sənətləri və oyunları — Azərbaycanda tarixən oynanılmış döyüş tipli idman növləri və oyunlar. Azərbaycan milli güləşi və zorxana əsas döyüş sənətləridir. "Kitabi-Dədə Qorqud"da (XIII–XV əsrlər) və "Koroğlu" dastanının Azərbaycan versiyasında (XVII əsr) döyüş sənətləri və meydan tamaşaları ilə bağlı məlumatlar verilir. Azərbaycan xanlıqları dövründə (XVIII əsrin II yarısı — XIX əsrin əvvəlləri) isə ordularda "bahadır" adlandırılan pəhləvanlar var idi. Məşhur Azərbaycan pəhləvanlarına "Altıaylıq pəhləvan" ləqəbli Əbdüləli Axundov, bakılı Şonu Abdulla, Sali Süleyman, Rəşid Yusifov daxildir. 2022-ci ildə pəhləvanlıq irsi "Pəhləvanlıq sənəti: ənənəvi zorxana oyunları, idman növləri və güləş" adı altında UNESCO səviyyəsində Azərbaycanın qeyri-maddi mədəni irsi elan edilmişdir. Zorxana döyüş sənətinə sinə oyunu, mil oyunu, yekba, səngi-daşqaldırma, kəbbadə, ayaqdöymə, çərxi, güləş daxildir. Azərbaycanda zorxananın keçirildiyi qədim yerlər Bakıdakı XV əsr İçərişəhər zorxanası və Ordubaddakı XVII əsr Qeysəriyyə abidəsidir. Bakını ziyarət edən XVIII əsr erməni müəllifi Artemi Araratski buradakı zorxanalarda yarışmaları, cambaz və pəhləvanları təsvir edir. Keçmiş dövrdə meydanda pəhləvanların güc sınamaq, güşt tutmaq, daş oynatmaq, kərən sındırmaq, buğa boynu əymək, ağırlıq qaldırmaq, ağırlıq dartmaq və s.
Azərbaycan kino sənəti (film, 1960)
Azərbaycan kino sənəti filmi rejissor Əlibala Ələkbərov tərəfindən 1960-cı ildə çəkilmişdir. Bakı Telestudiyasında istehsal edilmişdir. Filmdə Azərbaycanda kinematoqrafiyanın təşəkkül tapıb inkişaf etdirilməsi, bu sahədə çalışan sənət adamları barədə danışılır. == Məzmun == Filmdə Azərbaycanda kinematoqrafiyanın təşəkkül tapıb inkişaf etdirilməsi, bu sahədə çalışan sənət adamları barədə danışılır.
Azərbaycan kino sənəti (film, 1971)
Azərbaycan kino sənəti filmi rejissor Mirzə Mustafayev tərəfindən 1971-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Kinolent Azərbaycan milli kinosunun yarım əsrlik tarixindən, kinostudiyamızda çalışan sənətkarlardan, onların çəkdikləri filmlərdən bəhs edir. == Məzmun == Reklam-təbliğat filmidir. Kinolent Azərbaycan milli kinosunun yarım əsrlik tarixindən, kinostudiyamızda çalışan sənətkarlardan, onların çəkdikləri filmlərdən bəhs edir. == Filmin üzərində işləyənlər == Ssenari müəllifi: Ədhəm Qulubəyov Rejissor: Mirzə Mustafayev Operator: Mirzə Mustafayev == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər.
Azərbaycan müasir tətbiqi sənət ustaları (film, 2003)
Azərbaycan müasir tətbiqi sənət ustaları sənədli filmi rejissor Qəni Cavidan tərəfindən 2003-cü ildə çəkilmişdir. "Bravo" studiyasında istehsal edilmişdir. Film Azərbaycanın müasir tətbiqi sənətinin müxtəlif növlərindən və onun sənətkarlarından bəhs edir. == Məzmun == Film Azərbaycanın müasir tətbiqi sənətinin müxtəlif növlərindən və onun sənətkarlarından bəhs edir.
Azərbaycan tar ifaçılıq sənəti
Azərbaycan tar ifaçılıq sənəti —Azərbaycanda geniş istifadə edilən simli musiqi musiqi aləti. == Tar sözünün mənası == Bəzi dilçilər "tar" sözünün farskökənli olduğunu yazır. Ancaq sözün hər hansı dildə mövcudluğu hələ onun həmin dildə doğma olduğuna dəlalət eləmir. Hind-avropa dillərinin heçbirində "tar" kökünün məntiqli etimoloji və fonetik açıqlaması yoxdur. Altaist Sergey Starostin öz "Babil qülləsi" adlı etimoloji toplusunda "taram-/tera-" kökünün (saç, tel, sim) yalnız türk və altay dillərində mövcud olduğunu göstərib, belə ki: qırğız, qazax, noğay, başqırd, qaraqalpaq dillərində "taramış" biçimində; özbək, uyğur, şor, oyrat dillərində isə "taram" kimi. "Tar" və "taram" sözləri "daramaq" (1. saç daramaq, 2. dağıtmaq) feilindən törəyib , necə ki "saç" sözü "saçmaq"dan (ətrafa yayılmaq, dağılmaq) əmələ gəlib . Azərbaycan türkcəsində "tarım" sözü (bərk dartılıb çəkilmiş) indi də var. Mənasından belə bir sonuc çıxarmaq olar ki, "tar" sözü "daramaq" deyil, "dartmaq" feilinin törəməsidir.
Azərbaycan təsviri sənəti
Azərbaycan təsviri sənəti — Azərbaycan xalqının nümayəndələri tərəfindən yaradılmış təsviri sənət nümunələri. == Tarixi == === Qədim dövr === Azərbaycanda təsviri sənətin ən qədim nümunələri arasında e.ə. VIII–V əsrlərdən qalmış Qobustan qaya təsvirləri, Kəlbəcər rayonunun Zalxa gölü ətrafında Ayıçınqılı və Pəriçınqıl dağlarındakı Tunc dövrünün başlanğıcına (e.ə. 3-cü minillik) aid rəsmlər, Ordubad şəhərindən şimalda Gəmiqaya dağlarındakı qayaüstü təsvirlər müstəsna əhəmiyyətə malikdir. Qobustanın "Böyükdaş", "Kiçikdaş", "Cingirdağ", "Şonqardağ" və digər qayalarında həkk olunmuş rəsmlərdə, orada yaşamış qədim insanların həyat tərzi, məişəti, əməyi ilə əlaqədar təsvirlər xüsusi maraq doğurur. Burada ovçuluq, maldarlıq, əkinçilik və məişətin digər sahələri ilə bağlı müxtəlif süjetlər, səhnələr, insan və heyvan təsvirləri dinamik tərzdə həkk olunmuşdur. Qobustan qaya rəsmləri — piktoqramlar ibtidai icma quruluşundan feodalizm mərhələsinə kimi çoxəsrlik, uzun tarixi dövrü əhatə edir. Təsviri sənətin qədim nümunələri arasında dulusçuluq, daş və metal məmulatlarını bəzəyən dekorativ naxışlar, rəsmlər, qabartmalar (relyef təsvirlər), heykəllər mühüm yer tutur. Bunlardan kürə formalı qab (Naxçıvan MR-nın Şahtaxtı kəndi), ikibaşlı maral fiquru (Xocavənd rayonunun Dolanlar kəndi), üzərində 5 fantastik heyvan təsviri cızılmış tunc qab (Gədəbəy), aypara şəklində qızıl yaxalıq (Ziviyə), qızıl cam (Urmiya gölü yaxınlığındakı Həsənlu təpəsi), Qarabağ düzlərindən tapılmış keramik qablar öz zərifliyi, bədii kamilliyi ilə fərqlənir (e.ə. VIII–VII əsrlər).
Azərbaycanda Bədii Keramika sənəti
Azərbaycanda bədii keramika sənəti —Bədii keramika Azərbaycan sənətkarlığının ən qədim sahələrindən biri olub və bu günə qədər öz əhəmiyyətini saxlamışdır. Mütəxəssislər sənətin bu sahəsinin meydana çıxmasını Neolit dövrünə aid edirlər. Əvvəlcə, əsasən qadınların məşğul olduğu dulusçuluq eneolit dövründə tətbiq edilən bir sıra texniki nailiyyətlər və bədii təkamül nəticəsində müstəqil sənət sahəsinə çevrilmişdi. Yerli sakinlərdə estetik təsəvvürlərin formalaşması keramik məmulatda da tədricən dekorativ xüsusiyyətlərinin artmasına gətirib çıxarmışdır. Sadə həndəsi və nəbati motivlər əvvəlcə qoruyucu və ovsun mahiyyətli olmuş, tədricən, onların dekorativ xüsusiyyətləri kəşf olunduqca, bəzək sistemlərinə çevrilmişlər. İbtidai dövrdə zoomorf keramik qabların meydana gəlməsi qədim insanlarda totеmistik və animistik anlayışların yaranması ilə əlaqələndirilir. Bu məmulatların ayin təyinatlı olması həmin qabların yalnız qəbir inventarında rast gəlinməsi ilə izah olunur. Tunc və dəmir dövrü keramikasının ayrıca istiqamətini boyalı qablar mədəniyyəti təşkil edir. Tunc və dəmir dövrünü əhatə edən rəngli keramika mədəniyyəti bizə daha çox bədii ifadəli dekorasiyanın yeni imkanlarını və axtarışlarını nümayiş etdirir. Naxçıvanın Kültəpə adlanan nekropolunda aşkar olunmuş polixrom keramika bu sənətin yeni inkişaf mərhələsini əks etdirir.
Azərbaycanda miniatür sənəti
Azərbaycanda miniatür sənəti zəngin tarixə malikdir. == Tarixi == XV əsrin ortalarında Qaraqoyunlu və sonra Ağqoyunlu dövlətləri ərazisində geniş yayılmış Təbriz miniatür məktəbinin "türkmən" üslubu meydana gəldi. Bu üslubun bir çox miniatürləri nəinki Təbrizdə, həm də müasir Azərbaycan ərazisində yerləşən bəzi orta əsr şəhərlərində, Şirvanşahlar dövlətinin paytaxtı Şamaxıda ortaya çıxdı (Şamaxı antologiya əlyazması, 1468, Britaniya muzeyi, London). XIV əsrin əvvəllərində Elxani vəziri Rəşidəddinin emalatxanalarında işləyən rəssamların yaratdığı arxaik ənənələrin izləri XV əsr bakılı rəssam Əbdul Baqi Bakuvinin miniatürlərində də müşahidə olunur. Bakuvinin "At və sahibi" əsəri son dövr Yuan və erkən Min sülaləsi dövründə Çində çox məşhur olan döyüşçü təsvirinin İslami variantıdır.Orta əsrlərdə Azərbaycanda kitablara illüstrasiya çəkilməsi ənənəvi sənət idi. Bunlardan biri də XVIII əsrə aid Azərbaycan dilində yazılmış "Kəlilə və Dimnə" əlyazmasındakı sulu boya, lələk və mürəkkəblə çəkilmiş rəsmlərdir. Dövrün məşhur miniatüristləri Əvəzəli Muğani ("Kəlilə və Dimnə", 1809), Mirzə Əliqulu ("Şahnamə", 1850), Nəcəfqulu Şamaxılıdır ("Yusif və Züleyxa", 1887). Rəssam Mir Möhsün Nəvvabın da kitab miniatürləri dövrümüzə qədər gəlib çatmışdır. Onlardan ən məşhuru 1864-cü ildə "Bəhr ül-həzən" ("Qəm dəryası") əsərinə çəkdiyi 5 miniatürdür. Gürcüstanın Dövlət İncəsənət Muzeyində şərq minyatürləri kolleksiyasında Mirzə Qədim İrəvaniyə məxsus iki ədəd tamamən bir-birinə bənzəyən “Güllər və quşlar” miniatürləri saxlanılır.
Azərbaycanda teatr sənəti
Azərbaycanda teatr sənəti — Azərbaycan ədəbiyyatı ilə sıx bağlı olan sənət növlərindən biridir. Azərbaycanda teatr sənətinin kökləri xalqın fəaliyyəti, məişəti, şənlik və toy ənənələri, həmçinin dünyagörüşü ilə bağlıdır. Mərasim, ayin və oyunlardakı tamaşa elementləri müstəqil xalq teatrının yaranmasında mühüm rol oynamışdır. Azərbaycan xalq teatrı realist özəllik daşımış və əməkçi təbəqələrlə bağlı olmuşdur. Xalq teatrının repertuarını müəyyən etik məzmunlu kiçik tamaşalar (farslar) təşkil etmişdir. Azərbaycan peşəkar teatrının təşəkkülündə xalq teatrı əhəmiyyətli rol oynamışdır. == Tarixi == Kökləri qədim zamanlara gedib çıxan teatr sənətinin tarixi Azərbaycanda Mirzə Fətəli Axundovun 1873-cü ilin mart və aprel aylarında Bakıda səhnəyə qoyulan "Lənkəran xanının vəziri" və "Hacı Qara" tamaşalarından başlanır. Bununla peşəkar Milli teatrımızın, başqa sözlə, Akademik Milli Dram teatrının (AMDT) bünövrəsi qoyuldu.Əvvəllər müxtəlif qruplar şəklində "Nicat", "Səfa" , "Həmiyyət" mədəni-maarif cəmiyyətləri nəzdindəki teatr dəstələrində, həmçinin "Müsəlman Dram Artistləri İttifaqı", "Hacıbəyov qardaşları müdiriyyəti" şəklində tamaşalar verən teatr, 1919-cu ildən bu günədək Dövlət Teatrı statusu ilə fəaliyyət göstərir. Teatrın adı müxtəlif illərdə Hökumət teatrosu, Birləşmiş Dövlət Teatrosu, Azərbaycan Türk Dram Teatrosu və s. adlandırılmış, Dadaş Bünyadzadənin (1923–1933) və Məşədi Əzizbəyovun (1933–1991) adlarını daşımışdır.
Azərbaycanda yerli əhəmiyyətli dekorativ-tətbiqi sənət nümunələrinin siyahısı
Azərbaycanda yerli əhəmiyyətli dekorativ-tətbiqi sənət nümunələrinin siyahısı — Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli qərarı ilə təsdiq edilmiş və Azərbaycanda qeydiyyata alınması göstərilmiş yerli əhəmiyyətli dekorativ-tətbiqi sənət nümunələrinin siyahısı. Siyahıda ən qədim abidələr Xaçmaz və Şamaxıdakı XIV əsrə aid ərəb sənduqələridir.
Azərbaycanın təsviri sənəti
Azərbaycan təsviri sənəti — Azərbaycan xalqının nümayəndələri tərəfindən yaradılmış təsviri sənət nümunələri. == Tarixi == === Qədim dövr === Azərbaycanda təsviri sənətin ən qədim nümunələri arasında e.ə. VIII–V əsrlərdən qalmış Qobustan qaya təsvirləri, Kəlbəcər rayonunun Zalxa gölü ətrafında Ayıçınqılı və Pəriçınqıl dağlarındakı Tunc dövrünün başlanğıcına (e.ə. 3-cü minillik) aid rəsmlər, Ordubad şəhərindən şimalda Gəmiqaya dağlarındakı qayaüstü təsvirlər müstəsna əhəmiyyətə malikdir. Qobustanın "Böyükdaş", "Kiçikdaş", "Cingirdağ", "Şonqardağ" və digər qayalarında həkk olunmuş rəsmlərdə, orada yaşamış qədim insanların həyat tərzi, məişəti, əməyi ilə əlaqədar təsvirlər xüsusi maraq doğurur. Burada ovçuluq, maldarlıq, əkinçilik və məişətin digər sahələri ilə bağlı müxtəlif süjetlər, səhnələr, insan və heyvan təsvirləri dinamik tərzdə həkk olunmuşdur. Qobustan qaya rəsmləri — piktoqramlar ibtidai icma quruluşundan feodalizm mərhələsinə kimi çoxəsrlik, uzun tarixi dövrü əhatə edir. Təsviri sənətin qədim nümunələri arasında dulusçuluq, daş və metal məmulatlarını bəzəyən dekorativ naxışlar, rəsmlər, qabartmalar (relyef təsvirlər), heykəllər mühüm yer tutur. Bunlardan kürə formalı qab (Naxçıvan MR-nın Şahtaxtı kəndi), ikibaşlı maral fiquru (Xocavənd rayonunun Dolanlar kəndi), üzərində 5 fantastik heyvan təsviri cızılmış tunc qab (Gədəbəy), aypara şəklində qızıl yaxalıq (Ziviyə), qızıl cam (Urmiya gölü yaxınlığındakı Həsənlu təpəsi), Qarabağ düzlərindən tapılmış keramik qablar öz zərifliyi, bədii kamilliyi ilə fərqlənir (e.ə. VIII–VII əsrlər).
Azərbaycanın təsviri sənəti (film, 1961)
Azərbaycanın təsviri sənəti qısametrajlı sənədli televiziya filmi rejissor Əlibala Ələkbərov tərəfindən 1961-ci ildə çəkilmişdir. Azərbaycan Televiziyasında istehsal edilmişdir. == Məzmun == Filmdə Azərbaycanın təsviri sənəti və onun yaradıcıları haqqında danışılır.
I Ümumrespublika Dekorativ-tətbiqi sənət Festivalı
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2009-cu ilin fevral - dekabr aylarında "I Ümumrespublika Dekorativ-tətbiqi sənət Festivalı" keçiriləcək.Festivalın kçeirilməsində məqsəd qədim tarixi köklərə və zəngin ənənələrə malik Azərbaycan dekorativ-tətbiqi sənətinin müasir dövrdə inkişafı, respublikada gedən bədii yaradıcılıq proseslərinin, qazanılan uğurların, geniş ictimaiyyətə təqdim olunması, istedadlı gənclərin, yüksək sənət meyarlarına cavab verən dekorativ-tətbiqi sənət əsərlərinin aşkarlanmasıdır. Festival respublikanın bütün şəhər və rayonlarını əhatə etməklə beş regional mərkəzdə – Gəncə, Naxçıvan, Lənkəran, Şəki, Xaçmaz şəhərlərində təşkil ediləcək.

Digər lüğətlərdə

зажи́ток капитуля́ция колеба́тельно однокра́тность опосре́дствованный переквалифици́роваться поуди́ть прокрахма́ливаться усо́лье чудоде́йственно инкруста́тор нажа́ловаться соверше́нство спрессо́вывать темнова́тый aerotechnical Arctic Regions drew ejaculation intenerate leapingly sherif откусить практикум светловолосый