SƏNƏT
SƏNƏTKAR
OBASTAN VİKİ
Sənətçi
İncəsənət xadimi və ya artist — musiqi, dramaturgiya əsərləri, teatr tamaşaları, bədii filmlər, sənət məsələlərinə dair elmi əsərlər yaradan və incəsənətin inkişafında, habelə sənətkar kadrların hazırlanmasında və tərbiyə edilməsində xidmətləri olan bəstəkarlıqla, rejissorluqla, dirijorluqla, dramaturqluqla, ssenaristliklə, kinooperatorlıqla, sənətşünaslıqla və ədəbiyyatşünaslıqla məşğul olan şəxsdir.
Yaqub Rzayev (sənətçi)
Yaqub Kazım oğlu Rzayev (1898, Bakı – 1975, Bakı) — Azərbaycan vokalçı-aktyoru, Azərbaycan SSR əməkdar artisti (1940). == Həyatı == Yusif Dadaşov 1898-ci ildə Bakıda anadan olub. O, Üzeyir Hacıbəyovun "Koroğlu" operasındakı Koroğlu obrazında bu partiyanın ifaçısı Bülbüllə ilk roldaş (dublyor) olub.Lirik-dramatik tenor səsə malik Yaqub Rzayev Moskvadakı Böyük Teatra sənət təcrübəsi keçməyə göndərilmiş ilk peşəkar azərbaycanlı solist-ifaçıdır. O, 1975-ci ildə Bakıda vəfat edib.
Yekaterina Volkova (sənətçi)
Anar Şuşalı (kino sənətçisi)
Anar Şuşalı (tam adı: Həsənov Anar Bəybala oğlu; 1982, Stepanakert) — prodüser, redaktor. == Həyatı == Anar Şuşalı 1982-ci ildə Xankəndi şəhərində anadan olub. 1989-cu ildə Şuşa şəhər 4 N-li orta məktəbə gedib. 1992-ci il may ayının 8-də Şuşa şəhəri ermənilər tərəfindən işğal olunduqdan sonra məcburi olaraq Mingəçevir şəhərinə, ordan isə Bakı şəhərinə köçüb. Orta məktəbini Bakıda fəaliyyət göstərən Ağdam rayon 42 saylı məktəbdə davam etdirib. 2000-ci ildə məktəbi bitirib. Elə həmin il Azərbaycan İctimai-Siyasi Universitetinin jurnalistika fakültəsinə qəbul olunub. Qiyabi təhsil aldığı üçün 2001-ci ilin yanvar ayında həqiqi hərbi xidmətə gedib. Xidmətini başa vurduqdan sonra təhsilini davam etdirib. 2005-ci ildə universiteti fərqlənmə diplomi ilə bitirib.
Anar Əliyev (film sənətçisi)
Əliyev Anar Tofiq oğlu — aktyor, rejissor, prodüser == Həyatı == Anar Əliyev 1984-cü il yanvar ayının 8-də Bakı şəhərində anadan olub. 2001-ci ildən 2005-ci ilə qədər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Sənətşünaslıq fakültəsinin Kinoşünaslıq ixtisası üzrə təhsil alıb. Universiteti ferqlenme ile bitirdikden sonra 2000-ci ildən televiziya kanallarının bir çox verilişlərində redaktor, müxbir, prodüser vəzifələrində çalışıb. Həmçinin ilk dəfə "Azərbaycanfilm" kinostudiyasında fəaliyyətə Polşa kinematoqrafçılarının istehsalı olan "Yaz ərəfəsində" filmi ilə başlayıb.
Rasim İsmayılov (kino sənətçisi)
Rasim Rza oğlu İsmayılov (13 iyul 1936, Bakı – 5 may 2004, Bakı) — Azərbaycan kinooperatoru, kinorejissor, ssenari müəllifi, kino rəssamı, Azərbaycanın əməkdar incəsənət xadimi (1976). == Həyatı == Rasim İsmayılov 1936-cı il iyul ayının 13-də Bakıda anadan olub. 1958-ci ildə Bakı kinostudiyasında operator assistenti kimi fəaliyyətə başlamışdır. 1958–1962-ci illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun operatorluq fakultəsini bitirərək, "Azərbaycanfilm" kinostudiyasında quruluşçu-operator işləməyə başlayıb. 1963–1978-ci illərdə "Azərbaycanfilm" kinostudiyasında quruluşçu operator kimi, 1977-ci ildən isə quruluşçu rejissor kimi bir neçə bədii film çəkib. ADMİU-nun baş müəllimi olmuşdur. 5 may 2004-cü ildə vəfat edib. == Mükafatları == "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 23 dekabr 1976 Azərbaycan SSR Dövlət mükafatı — 1978 ("Sevinc buxtası" bədii filminə görə) == Filmoqrafiya == Adi əhvalat (film, 1991) Axırıncı aşırım (film, 1971) (tammetrajlı bədii film)-quruluşçu operator Alman klinikasına şəxsi səfər (film, 1988) (tammetrajlı bədii film)-ssenari müəllifi, quruluşçu rejissor Anın quruluşu (film, 1980) (tammetrajlı bədii film)-quruluşçu rejissor, quruluşçu operator Arxada qalmış gələcək (film, 2004) Arzu yolu ilə (film, 1964) Asif, Vasif, Ağasif (film, 1983) Babək (film, 1979) Cazibə qüvvəsi (film, 1964) Daha iki nəfər (film, 1965) Danışan işıqlar (film, 1965) Dədə Qorqud (film, 1975) Dörd bazar günü (film, 1975) Ənvər Həsənov. Yeddi oğuldan biri (film, 2007) Fransa qəhrəmanı (film, 1975) Gün keçdi (film, 1971) Xoşbəxtlik qayğıları (film, 1976) İmadəddin Nəsimi (film, 1973) İşgüzar səfər (film, 1982) Kinorejissor Arif Babayev (film, 2000) Qırmızılar, qaralar və başqaları (film, 1969) Mahnı qanadlarında (film, 1972) Mavi ekranın yolları (film, 1966) Məndə sığar iki cahan... (film, 1973) Möcüzələr adası (film, 1978) Nabran (film, 1975) Nəsimi (film, 1973) Rasim İsmayılov.
Tahir Bağırov (kino sənətçisi)
Tahir Məmməd oğlu Bağırov (1 yanvar 1951) — Azərbaycanın əməkdar mədəniyyət işçisi (2017). == Həyatı == Tahir Məmmədoğlu Bağırov 1 yanvar 1951-ci ildə anadan olmuşdur. O, 1975-ci ildən bu günə kimi Azərbaycan film kinostudiyasında İşıq şefi vəzifəsində çalışmışdır. İndiyə qədər bir çox Azərbaycan filmlərinin yaradıcı heyəti olub. Film İşıqlandırma sənətinin ustası sayılır. Azərbaycan dövlət Mədəniyyət və İncəsənət Universitenin birçox Rejissor, kinooperator tələbərinə işıq üzrə praktiki dərslər keçmişdir. == Təltif və mükafatları == 31 iyul 2017-ci ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə Azərbaycanın əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür.
Əsəd Əsədov (kino sənətçisi)
Əsəd Fərrux oğlu Əsədov (1 mart 1947, Bakı – 23 sentyabr 2023) — Səs operatoru, səs rejissoru, Azərbaycanın əməkdar mədəniyyət işçisi (2000), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2023-cü ildən). == Həyatı == Əsəd Fərrux oğlu Əsədov 1 mart 1947-ci ildə Bakıda anadan olub. Leninqrad Kino Mühəndisləri İnstitutunu bitirib (1970). 100-ə yaxın bədii və sənədli filmin, "Mozalan" satirik kinojurnalının 150-dən çox süjetinin səs rejissorudur. "Yaramaz" filminə görə dövlət mükafatı (1991), "Ailə" filmindəki işinə görə "ən yaxşı səs rejissoru" nominasiyasında "Qızıl Çıraq" mükafatına layiq görülüb (2003). Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür. Dövlət Mükafatı laureatıdır. 6 may 2023-cü ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.23 sentyabr 2023-cü ildə Bakıda vəfat etmişdir. == Filmoqrafiya == 777 №-li iş (film, 1992) (tammetrajlı bədii film) 777 №-li müəssisədə (film, 1988) (qısametrajlı bədii süjet-Mozalan № 129) 777 №-li sexdə (film, 1979) (qısametrajlı bədii süjet-Mozalan № 47) Abşeronda subtropik bitkilər (film, 1991) (qısametrajlı sənədli film) Adı Günəşlidir... (film, 1992) Adi əhvalat (film, 1991) Adsız su (film, 1985) Ağstafa Şərabçıları (film, 1992) Axtaran tapar (film, 1980) Ailə (film, 1998) (tammetrajlı bədii film) — səs operatoru Araqarışdıran (film, 1987) Arxada qalmış gələcək (film, 2004) Arxadan vurulan zərbə (film, 1977) Azərbaycan ipəyi (film, 1972) Azərbaycan və Nobel qardaşları (film, 1991) Azərbaycan kinosu-80 (film, 1996) Baba zeytun diyarında (film, 1992) Belə lazımdır (film, 1982) Bəyin oğurlanması (film, 1985) Biz qayıdacağıq (film, 2007) Cin mikrorayonda (film, 1985) Çalalar (film, 2000) Çarvadarların izi ilə (film, 1974) De ki, məni sevirsən!

Digər lüğətlərdə

-иком бе́лка канделя́бр клубневи́дно набалагу́риться обсече́ние распляса́ться ремиссио́нный репродукти́вный свива́ть хулига́нский альдеги́дный высокома́сличный зане ты mine clearing palingenesia strand-pulling Thermidorian tricycle интеллигенция область омолаживать промокать седалище