SƏRF

SƏRF I is. [ ər. ] Xərcləmə. Keyfə sərf eylədim də milyonlar; Yenə dövlətcə etibarım var (H.Cavid).

SƏRF II is. [ ər. ] Xeyir, mənfəət. Əlbəttə... Sərf eləmir axı (S.Qədirzadə).

SƏRF III is. [ ər. ] qram. Morfologiya. Sabahdan o mənə həmin sərf və nəhv kitabından dərs verməyə başladı (A.Şaiq).

SƏR
SƏRMAYƏ
OBASTAN VİKİ
Fənni-Sərfi-Türki
Fənni-Sərfi-Türki və ya Fənni-Sərfü nəhvi-Türki (Türk dilinin qrammatikası ya da Türk fənninin sərfi) - Mirzə Məhəmməd Əfşarın Azərbaycan dilinin qrammatikası üzrə bir dərslikdir. Bu əsər təxminən 19cu əsrin ikinci yarısında Azərbaycan dili qrammatikasına aid azərbaycanca yazılmış ilk əsərlərdən biri kimi öz zamanı üçün ən mükəmməl bir qrammatika dərsliyi olmuşdu. Əsər dilçi-mütəxəssislər, Azərbaycan dilinin tədrisi tarixi ilə məşğul olan tədqiqatçılar və geniş oxucu kütləsi üçün faydalı mənbədir. === Quruluşu === Fənni-sərfü nəhvi-türki əsəri qurulu-şuna görə müqəddimə (giriş), iki böyük hissə və hər hissə üzrə bir neçə bab və fəsildən, nəticə xarakterli Qüyudi-mübin (aydınlaşdırıcı qeydlər) adlı hissələrdən ibarətdir. Bu hissələrdə Azərbaycan dilinin fonetik, morfoloji və sintaktik quruluşları ayrı-ayrılıqda tədqiq olunmuş, öz dövrünə görə yenilik sayıla bilən bir sıra orijinal elmi müddəalar irəli sürülmüşdü. Girişdə M. Əfşarın Fənni-sərfü nəhvi-türki əsəri-nə qədər olan dövrdə və daha geniş şəkildə XIX əsrdə Azərbaycan dilçiliyinin tarixinə ümumi bir nəzər yetirilir, Azərbaycan dilçilik elminin formalaşmasına təsir edən müxtəlif amillər araşdırılır, ayrı-ayrı dilçilik kateqoriyala-rının inkişafı ilə bağlı qısa xülasələr şəklində icmal verilir. Qrammatik oçerk bölməsində əsərin Azərbaycan dilçiliyi tarxində yeri müəyyənləşdirilir, müxtəlif dövrlər-də bu əsərə müraciət etmiş dilçi-alimlərin fikirlərinəmü-nasibət bildirilir, əsərin quruluşu və hissələri haqqında yığcam məlumat verilir. Burada həmçinin ayrı-ayrı morfo-loji və sintaktik kateqoriyalar araşdırılmış, bu kateqoriya-ların izahında ənənəvi ərəb dilçiliyi və Avropa dilçiliyin-dən irəli gələn prinsiplərin nisbəti məsələsi aydınlaşdırıl-mış, müasir dilçiliyimizdə bu problemlərlə bağlı fərqli elmi görüşlərin şərhinə yer verilmişdi. Müqayisələr aparı-larkən təkcə Azərbaycan dilçiliyinin faktları ilə kifayətlə-nilməmiş, yeri gəldikcə ümumi dilçilik tarixinə aid nəzə-riyyə və konsepsiyalara da müraciət edilərək, əsərə tarixi-müqayisəli metod prizmasından qiymət verilmişdi.
Su sərfi
Su sərfi — axının canlı en kəsim sahəsindən bir saniyədə keçən suyun həcminə sərf deyilir. == Hesablanması == Su sərfi aşağıdakı düsturla hesablanır: Q = W ⋅ V m 3 / s a n {\displaystyle Q=W\cdot V{m}^{3}/san} (Q-su sərfi, W- en kəsiyi , V- suyun sürəti) Böyük sərflər adətən m 3 / s a n {\displaystyle {m}^{3}/san} , kiçik sərflər isə l / s a n {\displaystyle {l}/san} ilə ölçülür. Sərf axının əsas səciyyəvi elementlərindən biri hesab edilir. Müxtəlif hidrotexniki qurğuların, suvarma kanallarının layihələndirilməsində sərf məlumatlarından geniş istifadə olunur. Suvarma sistemləri üzrə su tələbatı qrafikləri, kanallar arasında su bölgüsü, təsərrüfatların suvarma və su dövriyyəsi planlarında sərf əsas göstərici kimi qəbul olunur.Sərf haqqında olan ölçmə məlumatlarına əsasən onun bir sıra hesabat göstəriciləri təyin edilir. Bu səciyyəvi göstəricilərə orta gündəlik, orta aylıq, orta illik, orta və ekstremal çoxillik sərflər daxildir. Bunlarla yanaşı, çayın daşqın, gursulu, azsulu fazalarına xas olan maksimal və minimal sərf göstəriciləri də təyin olunur. Axımı səciyyələndirən əsas göstəricilərdən biri də onun həcmidir. İstənilən vaxt üçün axımın həcmini sərf məlumatları əsasında müəyyən edilə bilər. == Maksimal sərf == Maksimal sərf çayların gursulu və daşqın dövrlərində əmələ gəlməklə ani vaxt və ya qısa müddətdə davam edir.
Sərfəli Sifariş Miqdarı
Sərfəli Sifariş Miqdarı modeli (ing. Economic order quantityEconomic order quantity) — bilinən ən qədim və ən çox istifadə edilən ehtiyatlara nəzarət metodu olub, ilk dəfə 1915-ci ildə Ford Harrisin nəşrlərində rast gəlinib. == Modelin şərtləri == Modeldən istifadə etmək rahat olsa da, bəzi şərtlərin ödənilməsi vacibdir. Bu şərtlər: Tələb müəyyən və sabitdir. Çatdırılma vaxtı- sifarişlərin verilməsi ilə təhvil alınması arasında müddət müəyyən və sabitdir. Sifariş edilən miqdar hissələrlə deyil, bütöv olaraq təslim edilir və sabitdir. Sifarişin təchiz olunma müddəti dəqiq bilinir və ya sıfıra bərabərdir. Əsas xərclər sifariş və ehtiyat saxlama xərcləridir ki, bunlar da il ərzində dəyişilmir. Güzəşt və endirimlər mövcud deyil.Əgər yuxarıda göstərilən şərtlərin biri və ya bir neçəsi ödənməssə SSM modelində dəyişikliklər edilərək istifadə olunur. == Modelin dəyişkənləri == Sm – Məhsulun sifariş miqdarı Sm/2 – Ortalama ehtiyat Sn – Sifariş vermə nöqtəsi D – İstehsalat tələbi (illik) T0 – Sifarişin dövrünün uzunluğu (Sm/d) d – İstehsalat tələbi (günlük) == Modelin qurulması == Sifarişlər partiya halında və bir dəfəyə təslim edilir, sabit bir tələb sürəti ilə istifadə edilir.

Значение слова в других словарях

ворсова́льный долготерпели́вый жигулёнок иконобо́рческий клубни́чка реда́ктор утира́ние хворости́на выса́живаться негро́ид переписа́ться противопоставля́ться турча́нка шо́рня advocatus diaboli Dover's powder fruiter hand-in-glove strumae sweet-and-twenty насулить нерв подсушиваться радиография усидчивость