SƏRHƏD
SƏRHƏNG
OBASTAN VİKİ
Sərhəddin Abdullayev
Sərhəddin Qubaddin oğlu Abdullayev (14 aprel 1939, Piral, Qusar rayonu) — Azərbaycan fiziki, Bakı Dövlət Universitetinin Fizika fakültəsinin "Nəzəri fizika kafedrası"nın professoru, fizika-riyaziyyat elmləri doktoru. == Həyatı == Sərhəddin Abdullayev 14 aprel 1939-cu ildə Qusar rayonunun Piral kəndində anadan olub. 1948-1958-ci illərdə Piral kənd orta məktəbində orta təhsil alıb. 1958-1963-cü illərdə Bakı Dövlət Universiteti fizika fakültəsində təhsil alıb. 1963-1964-cüillərdə – Quba rayonunun Qımıl kənd orta məktəbində fizika müəllimi kimi çalışıb. 1964-1967-ci illər – Bakı Dövlət Universitetinin Nəzəri fizika kafedrasında aspirantura təhsili alıb. 1970-ci ildə BDU-da “Lepton-lepton toqquşması zamanı bir sıra elektromaqnit və zəif qarşılıqlı təsir proseslərində polyarizasiya effektlərinin tədqiqi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. 1970-ci il 8 oktyabr – BDU-nun Elmi Sovetinin qərarı ilə (protokol №8)fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsinin verilməsi. 1974-cü il 16 may – Ali Attestasiya komissiyasının qərarı (protokol №6/ПТ) ilə nəzəri fizika kafedrası üzrə dosent elmi adı verilib. 1996-cı ildə AMEA-nın fotoelektronika İnstitutunda “Lepton-lepton toqquşması zamanı bir sıra elektromaqnit və zəif qarşılıqlı təsir proseslərində polyarizasiya effektlərinin tədqiqi” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.
Persia sərhəddində döyüş
Persia sərhəddində döyüş – maday və fars hərbi qüvvələri arasında ikinci qarşılaşma. Döyüş, Persia üçün ciddi qələbə sayılmasa da, cənub-qərbi Asiyada Mdiyanın hərbi təsirinin yox olmasına ciddi işarə olmuşdur. Bu döyüş I Kambizin şəxsən iştirak etdiyi ilk döyüş olmaqla yanaşı, həm də onun oğlu II Kirlə eyni cəbhədə – madaylara qarşı döyüşdüyü ilk döyüşdür. Farsların Persiaya müstəqillik qazandırmağı qarşılarına məqsəd qoyduqları bu döyüş madaylar və farslar arasında baş tutmuş ən ağır döyüş olmaqla iki gün davam etmişdir. Döyüş farsların cənuba doğru yürüşlərini genişləndirməyə imkan yaratmaqla yanaşı, madaylarla üçüncü toqquşma üçün də ruhlandırmışdır. Döyüş əsasən Dəməşqli Nikolay tərəfindən işıqlandırılsa da, Hirbə döyüşündən bəhs edən tarixçilərin əksəriyyəti bu döyüş haqqında da informasiya vermişlər. Lakin Herodot Persia sərhəddində baş vermiş bu döyüşdən bəhs etməmişdir. Əksər tarixçilər bir cəhətə diqqəti çəkirlər ki, Herodot madaylar və farslar arasında baş vermiş yalnız iki döyüş – birinci və sonuncu döyüşlərdən bəhs etmişdir. Bu döyüş iki qonşunun sərhəddində baş verən ilk böyük döyüş idi. Kir maday ordusunu geri çəkilməyə və qaçmağa məcbur etdi.
барбари́совый белоки́пенный досле́живать ориента́ция постро́чно прохрю́кать сока́мерница сорвиголова́ украинец язы́чница безро́гость землевладе́лец ковроде́л праязы́к силосоре́зка скомина aerocab devil's fig dolly-bird imperfect infanta Kara Sea two-shift переход пригласить