SƏRİN

Saymaq feili zəminində sayın (hörmətli) sifəti əmələ gəldiyi kimi, sər (тер­петь) feilindən də sərin sifəti yaranıb. Dilimizdə -ın4 şəkilçisinin feilə artırılması ilə düzələn adlar (ən çox da sifətlər) az deyildir: “дымиться” mənasında tut feili olub, sonra ondan tütün, sonuncudan isə tüstü kəlmələri törəmişdir; iyləmək mənalı bur feili olub, onun da əsasında burun ismi yaranıb və s. Lakin bunların əksəriyyəti kökə elə yapışmışdır ki, artıq müstəqil işlədilə bilmir. Sərin də belə kəlmələrdəndir, müasir dil baxımından o, sadə söz kimi qəbul olunur (düzəltməlik əlaməti itib). Belə zənn edirəm ki, soyuq kəlməsinin sinonimi olan sərin sözü bu sözlə bağlı deyil. Sonuncu sərin sözü sınmaq (“hava sındı” deyirik), səngimək kəlmələri ilə qohum ola bilər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

SƏRXOŞ
SƏRİŞTƏ
OBASTAN VİKİ
Nuri Sərinləndirici
Nuruyev Vüqar Rəşid oğlu və ya səhnə adı ilə Nuri Sərinləndirici (29 iyun 1979, Culfa rayonu) — Azərbaycan və Rusiya musiqiçisi; estrada müğənnisi. == Həyatı == Nuri Sərinləndirici 1979-cu il iyun ayının 29-da Azərbaycanın Naxçıvan MSSR-in Culfa rayonunda anadan olub.Nuri özü "Sərinləndirici" təxəllüsü haqqında demişdir: "Naxçıvanın Culfa rayonunda doğulub böyümüşəm. Uzun illərdir Rusiyada yaşayıram. Rusiyada ən çox öz həmyerlilərimizlə sıx əlaqə və ünsiyyətdə oluruq. Orda el şənlikləri və tədbirlərdə iştirak edəndə dostlarım deyirdilər ki, Nuri gəlsin oxusun sərinləyək (gülür). Elə bundan sonra elə mənə "Sərinləndirici" deməyə başladılar. == Karyerası == Ailədə musiqiçi olmamasına baxmayaraq Nuri 6 yaşından musiqiyə böyük maraq göstərib. 7 yaşında Nuri Culfa rayon musiqi məktəbinə (qarmon sinfi) daxil olub. Musiqi məktəbini bitirdikdən sonra Culfa rayonunda gənclərdən ibarət öz musiqi kollektivini yaradıb. 1995-ci ildə Bakıya gəlib və təhsilini Bakı şəhər Yasamal rayonunun 286 saylı orta məktəbində davam etdirərək, 11-ci sinfi də elə həmin məktəbdə bitirib.
Sərinbulaq
Sərinbulaq — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 93 nəfərdir. == Toponimiyası == Kənd salındığı ərazidəki eyniadlı soyuq sulu bulağın adı ilə adlandırılmışdır.
Sərincan
Sərincan — İrəvan xanlığının, Dərəçiçək mahalıda, İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indiki Ermənistan Respublikası Kotayk mərzində kənd. XIX əsrin ortalarından sonra kənd barədə mənbələrdə məlumat yoxdur.
Sərindizac (Üskü)
Sərindizac (fars. سرين ديزج‎) — İranın Şərqi Azərbaycan ostanının Üskü şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 872 nəfər yaşayır (213 ailə).
Sərinçavə (Piranşəhr)
Sərinçavə (fars. سرين چاوه‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 272 nəfər yaşayır (51 ailə).
Sərindərə
Sərindərə (Xudabəndə) — İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. Sərindərə (Mahnişan) — İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd.
Sərindərə (Mahnişan)
Sərindərə (fars. سرين دره‎) - İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 173 nəfər yaşayır (42 ailə).
Sərindərə (Xudabəndə)
Sərindərə (fars. سرين دره‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 243 nəfər yaşayır (36 ailə).

Digər lüğətlərdə

впереко́р вы́трястись зы́ркнуть напи́ливать нахо́дчиво неиску́сственность ракоусто́йчивый гури́йский одной ного́й в гробу перека́шивание приво́йный привста́ть стру́нка угледроби́лка фторопла́стовый armour-clad fortune-book herdman holiness Lew paralipsis начинающий предпосылка пресытить пропивать