SƏRZƏNİŞ

is. [ fars. ]
1. Qaxınc, danlaq, tənə, məzəmmət; başa qaxma.
Məmməd bəy Ağabəyimin sərzənişinin mənasını anladı. Çəmənzəminli.
[Arif:] Artıq yetişir bu sərzənişlər; Əfv eylə, qüsurə baxma, Xavər! H.Cavid.

□ Sərzəniş etmək – danlamaq, tənə etmək, məzəmmətləmək.
[Əmiri-topxanə:] Yəqinimdir ki, bu söz Bağır xana əsər edəcək, çünki dünən səlami-ammdə şah ona qəzəbnak olub sərzəniş edibdir ki, çaxır içib, məst olub, namaz qılmağa məscidə daxil olubdur. M.F.Axundzadə.

2. Sərzənişlə şəklində zərf – töhmətlə, tənə ilə, məzəmmətlə.
[Yaşlı kişi:] Başını sərzənişlə bulayıb, Şirinnaz töhmətedici bir baxışla mənə baxdı. S.Hüseyn.
Bülənd üzünü döndərib sərzənişlə qıza göz yetirdi. Ə.Əbülhəsən.

Sinonimlər (yaxın mənalı sözlər)

  • SƏRZƏNİŞ sərzəniş bax danlaq
SƏRVLİK
SƏS

Digər lüğətlərdə

кендо Ко́мпас нагово́рщик озона́тор пригреба́ть прия́тельница сейсми́чный солепромы́шленный эсэ́совцы дегенери́ровать инструме́нт опосре́дование по-сове́тски поло́жено сонасле́довать суко́нка Aberystwyth bespell brown rot jack-engine occultism phon- гидроцентраль иссекать собственнический