SƏXAVƏT

SƏXAVƏT – XƏSİSLİK Bu gözlənilməz səxavət zabiti son dərəcə sevindirdi (S.Vəliyev); Gözəllik xəsisliyi sevməməlidir (M.S.Ordubadi).

SƏHV
SƏXAVƏTLİ
OBASTAN VİKİ
Firuz Səxavət
Firuz Əmirxan oğlu Məmmədov (Firuz Səxavət) (23 avqust 1972, Gülablı, Ağdam rayonu) — xanəndə, muğam ustası, Azərbaycan Respublikasının əməkdar artisti (2005). Məşhur xanəndə Səxavət Məmmədovun qardaşıdır. == Həyatı == Firuz (Fehruz) Əmirxan oğlu Məmmədov 1972-ci il avqust ayının 23-də Ağdam rayonunun Abdal-Gülablı kəndində anadan olmuşdur. 1979–1990-cı illərdə Ağdam Abdal-Gülablı kənd məktəbində orta təhsil almışdır. 1985–1990-cı illərdə ilk musiqi təhsiliniXan Şuşinskinin adını daşıyan Ağdam musiqi məktəbində almışdır. İlk müəllimi, Qarabağ xanəndəlik məktəbinin ənənələrini qoruyub yaşadan, zənginləşdirən və bu gün də yeni gələn xanəndələr nəslinin təlim – tərbiyəsində əməyini əsirgəməyən Əlisəfa Hüseynov olmuşdur. 1984–1985-ci illərdə "Qarabağ bülbülləri" ansamblında fəaliyyət göstərmişdir. 1990–1992-ci illərdə Hərbi xidmət keçmişdir. 1994–1998-ci illərdə Azərbaycan Milli Konservatoriyasında professor Arif Babayevin sinfində ali təhsil almışdır. 2000-ci ildən Xətai rayonu 25 saylı musiqi məktəbində pedaqoji fəaliyyətə başlamışdır.
Seyran Səxavət
Xanlarov Seyran Əsgər oğlu — yazıçı, şair, nasir, tərcüməçi, 1980-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Seyran Səxavət 1946-cı il martın 23-də Füzuli rayonunun (keçmiş Qarabulax rayonu) Yağlıvənd kəndində anadan olmuşdur. Həmin kənddə orta məktəbi bitirdikdən sonra Natəvan adına Füzuli şəhər məktəbində direktorun köməkçisi vəzifəsində işləmişdir (1962-1964). Sonra ADU-nun şərqşünaslıq fakültəsində təhsil almışdır (1964-1970). Sovet Ordusu sıralarında əsgəri xidmət zamanı SSRİ Müdafiə Nazirliyində tərcüməçi olmuşdur (1970-1972). "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında xüsusi müxbir, ədəbi işçi kimi çalışmış, sonra iki il İranda tərcüməçi işləmişdir (1974-1976). Yenidən Bakıda "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında ədəbi işçi kimi fəaliyyət göstərmişdir (1976-1981). Sonra "Ulduz" jurnalı redaksiyasında nəsr şöbəsinin müdiri işləmişdir (1981-1991). Bədii yaradıcılığa 1962-ci ildən dövri mətbuatda çap etdirdiyi şeir, hekayə və publisist yazıları ilə başlamışdır. Həmin vaxtdan mərkəzi və respublika mətbuatı səhifələrində müntəzəm çıxış edir.
Səxavət Abbasov
Səxavət Rizvan oğlu Abbasov (25 aprel 2000, Xırdalan – 20 oktyabr 2020, Ərgünəş, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. ==== Həyatı ==== Abbasov Səxavət Rizvan oğlu 25 aprel 2000-ci ildə Xırdalan şəhərində dünyaya gəlib. Səxavət evin tək övladı idi. Orta təhsilini Xırdalan şəhər 1 nömrəli tam orta məktəbdə alıb. Güləşin yunan-roma növü ilə məşqul olan Səxavət həmdə musiqi bacarıqı ilə yadda qalıb. O dostları arasında şən zarafatçıl biri kimi tanınardı. Məktəbi bitirdikdən sonra hərbi xidmətə yola düşüb. ==== Hərbi Xidmət ==== Tovuz rayonunda N saylı hərbi hissədə xidmət göstərib ==== Qəhrəmanlıq hekayəsi ==== Abşeron rayonu, Xırdalan şəhər sakini, 20 yaşlı Səxavət Abbasov müharibə başlayanda könüllü olaraq cəbhəyə yola düşüb. Döyüşlərdə qorxmazlığı ilə seçilib və düşmənlə mübarizədə həmişə öndə olub. Anası ilə danışanda "məndən nigaran qalmayın, Vətən borcunu verib qayıdacağam" deyib.
Səxavət Baxışov
Səxavət Məmməd oğlu Baxışov (3 aprel 1979, Tüntül, Qutqaşen rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, İkinci Qarabağ müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı. == Haqqında == 3 aprel 1979-cu ildə Qəbələ rayonu Tüntül kəndində anadan olmuşdur.1994-cü ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olmuşdur və 1997-ci ildə oranı bitirərək, elə həmin ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuşdur. 2001-ci ildə Hərbi məktəbi "Tankçı" ixtasısı üzrə bitirmişdir. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Səxavət Baxışova "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.
Səxavət Hacıyev
Hacıyev Səxavət Əbi oğlu (d.01.12.1966-v.25.01.1993) — == Həyatı == Hacıyev Səxavət Əbi oğlu (01.12.1966–25.01.1993) Lerik rayonunun Rvarud kəndində anadan olmuşdur. 1974–1984-cü illərdə Rvarud kənd orta məktəbində oxumuşdur. 1984-cü ildə Bakı Politexnik Texnukumuna daxil olmuşdur.1984-cü ilin noyabrından 1986-cı ilin noyabrına qədər Həqiqi Hərbi xidmətdə olmuşdur. Səxavət hərbi xidmətdən sonra texnikumda oxudu və 1989-cu ildə oranı bitirmişdir. == Səxavət Zirvəsinin döyüş yolları == Erməni dığaları Moskvanın köməyi ilə Azərbaycan torpaqlarında yeni-yeni qəddarlıqlar törədirlər. Xocalı faciəsi bunların ən dəhşətlisi idi. Səxavət heç cür özünə yer tapa bilmirdi. O, 1992-ci ilin fevralın sonuncu günundə Bakıda Hərbi Qərargaha yollandı və könüllü olaraq Qarabağa getdi. Səxavətin ilk döyüş yeri qədim və əzəmətli Şüşa şəhəri oldu. Cəsur igid burda neçə-neçə döyüşdə fərqləndi, döyüş dostlarını mübarizəyə ruhlandırdı.
Səxavət Həsənov
Səxavət Həsənov (tam adı: Səxavət Alim oğlu Həsənov; 13 noyabr 1994, Gəncə – 3 noyabr 2020, Laçın rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Səxavət Həsənov Alim oğlu 13 noyabr 1994-cü ildə Azərbaycan Respublikasının Gəncə şəhərində anadan olmuşdur. Orta təhsilini Gəncə şəhər Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta məktəbdə almışdır. Məktəbi bitirdikdən sonra, müddətli hərbi xidmətə yollanmışdır. Hərbi xidmətini "N" saylı hərbi hava qüvvələrində nümünəvi əsgər kimi başa vurmuşdur. Uşaqlıqdan idmana böyük marağı olan Səxavətin, xidmətdə olduğu müddətdə daş qaldırma üzrə 1-ci yerə layiq görülərək, fəxri fərmanla təltif olunmuşdur. Səxavət Həsənov xidməti bitirdikdən sonra, müxtəlif yerlərdə, Gəncə Mallda mühafizəçi işləməyə başlamışdır. == Hərbi xidməti == Səxəvət Həsənov Alim oğlu 2020-ci ilin sentyabr ayında Gəncə şəhər Kəpəz rayon şöbəsinə könüllü olaraq müraciət edib və sentyabrın 23-də hərbi təlimlərə yollanıb. 27 sentyabr 2020-ci il tarixində İkinci Qarabağ müharibəsinin başlamasıyla, Səxavət Həsənov ordu sıralarına qatılmışdır və müxtəlif istiqamətlərdə döyüşərək böyük şücaət göstərmişdir. Ən son 3 noyabr 2020-ci il tarixində Laçın rayonunun azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmışdır.
Səxavət Məhərrəmov
Səxavət Məhərrəmov — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. == Həyatı == 5 dekabr 1973-cü ildə Qərbi Azərbaycanın Şörəyel mahalında Amasiya rayonunun Qaraçanta kəndində anadan olmuşdur. 1988-ci illərdə erməni faşistləri Azərbaycanlıları buradan deportasiya edərkən Səxavət Məhərrəmovun ailəsi 11 dekarda 1988-ci il tarixində Gümrü-Dilican-Qazax yolu erməni seperatçı quldur dəstələri tərəfindən Dövlət səviyyəsində Azəri Türklərinin kecidinə bağlandigından,Qar-Axan dag silsiləsinin,Qar-Axac dağ aşırımını keçərək Gürcüstanın Marneuli rayonunun Daştəpə kəndinə köç etmiş, 21 dekabr 1988-ci ildə isə daha münasib, Gürcüstanın Caqareco rayonunun Düzəyrəm kəndinə pənah aparmışlar.Səxavət Məhərrəmov Düzəyrəm kənd orta məktəbində 6 ay təhsilini davam etdirmişdir.1989-cu ilin iyun ayının 22-də ailəsi ilə birlikdə Qaradağ rayonunun Lökbatan qəsəbəsində daimi məskunlaşmışlar. Səxavət 1991-cı ildə burada 106 saylı məktəbi bitirir. Milli Azadlıq Hərəkatının fəal üzvlərindən biri olur. O, şer yazardı, musiqiyə, şerə həvəsi sonsuz idi. == Döyüşlərdə iştirakı == 1992-ci il 27 iyun Ağdərənin Kiçik Qarabəy (keçmiş Möhrətağ) kəndi uğrunda qanlı döyüşlər gedirdi onlarla erməni yarqlısı məhv edildikdən sonra bölmə geri dönərkən meşədə mühasirəyə düşür, Səxavət 19 yaşında canından əziz tutduğu vətən uğrunda qəhrəmancasına həlak oldu. == Milli Qəhrəman == Azərbaycan Respublikası prezidentinin 6 noyabr 1992-ci il tarixli 290 saylı fərmanı ilə Məhərrəmov Səxavət Ələmdar oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür. Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib. Lökbatan qəsəbəsindəki 106 saylı məktəbə qəhrəmanımızın adı verilib, burada büstü qoyulub.
Səxavət Məmmədov
Səxavət Əmirxan oğlu Məmmədov (23 oktyabr 1953, Gülablı, Ağdam rayonu – 30 sentyabr 1991, Azərbaycan) — Azərbaycan xanəndəsi. == Həyatı == Səxavət Məmmədov 1953-cü il oktyabr ayının 23-də Ağdam rayonunun Abdal-Gülablı kəndində anadan olmuşdur. Səxavətin də səsi "Segah"a yatımlı idi, ruhu "Segah"a bağlı idi. Oxuduğu mahnıların əksəriyyəti məhz "Segah" ladındadır. "Ay Bəri Bax", "Uca Dağlar", "Yar Bizə Qonaq Gələcək", "Ay Çiçək", "Sarı Bülbül" "Sona Bülbüllər" və s. 1971-ci ildə Asəf Zeynallı adına Musiqi Texnikumununa daxil olan Səxavət ustad xanəndə, xalq artisti Hacıbaba Hüseynovdan muğamın sirlərini öyrənir. 1976-cı ildə "Hümayun" xalq ansmblının solisti olur. 1983–88-ci illərdə Dövlət İncəsənət İnstitutunda təhsil alan Səxavət Məmmədov Azərbaycan muğamını bir çox ölkələrdə təmsil edir. Yaratdığı “Qarabağ” instrumental ansamblı isə xanəndənin şah əsərlərindən biri kimi bu gün də yaşayır. “Qarabağ” instrumental ansamblı Qarabağ hadisələrinin ilk illərində yarandı.
Səxavət Nur
Nurullayev Səxavət Xudabaxış oğlu (25 yanvar 1979, Quba) — radio və televiziya aparıcısı, aktyor. == Həyatı == Səxavət Nur (Səxavət Nurullayev) 25 yanvar 1979-cu ildə Qubada anadan olub.1996-cı ildə Bakıda 109 saylı orta məktəbi bitirib. 2000-ci ildə Təfəkkür universitetinin Hüquq fakültəsindən məzun olub. 1999-cu ildə Burç fm radiosunda dj fəaliyətinə başlayıb. 2001-ci ildə STV (indiki Xəzər TV) telekanalında ilk dəfə teleaparıcılığa başlayıb. Bir müddət "Kokteyl" musiqili-əyləncəli verilişin aparıcısı olub. 2003-cü ildə Lider TV-də yayımlanan "Teletime" intellektual-əyləncəli verilişinə dəvət olunub və 2007-ci ilin may ayına qədər Burç FM-də radioaparıcılıqla yanaşı, "Teletime"-ın aparıcısı olub. 2007-2009-cu illərdə AzTV-nin "Səhər" verilişinin, eləcə də 2007-ci ildə AzTV-də yayımlanan "Muğam Televiziya Müsabiqəsi"-nin aparıcısı olub. Bir sıra kütləvi tədbirlərin və bayramların aparıcılığını edib. 2009-cu ildə Bakıda keçirilən "Beynəlxalq muğam Festivalı"-nın aparıcılarından biri olub.
Səxavət Quliyev
Səxavət Quliyev (20 Yanvar şəhidi) — 20 Yanvar şəhidi. Səxavət Quliyev (şəhid) — I Qarabağ müharibəsi şəhidi.
Səxavət Sahil
Səxavət Sahil (1 yanvar 1982) — azərbaycanlı yazıçı, şair; Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü. == Həyat və fəaliyyəti == Səxavət Sahil 1982-ci il yanvarın 1-də anadan olub. 1999–2003-cü illərdə Azərbaycan Dövlət Neft Akademiyasında ali təhsil alıb. 2003–2004-cü illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçib. 2005-ci ildə Bakıdakı Niderland Jurnalistika Məktəbini bitirib. 2000–2006-cı illərdə "Gün" qəzetində çalışıb. 2006–2010-cu illər ərzində "Azad Azarbaycan" Televiziyasının Xəbərlər departamentində müxbir işləyib. 2010–2014-cü illərdə "Azad Azarbaycan" televiziyasında "Atvxeber.az" xəbər saytının rəhbəri olub. 2012–2014-cü illərdə Bakı Slavyan Universitetinin "Yaradıcılıq fakültəsi"ndə təhsil alıb. 2012-ci ildə yaratdığı "Avanqard.net" mədəniyyət portalının qurucusu və baş redaktorudur.
Səxavət Səttarov
Səxavət Qüdrət oğlu Səttarov (15 iyun 2001, Artupa, Astara rayonu – 6 noyabr 2020, Xocavənd rayonu) ― Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Səxavət Səttarov 15 iyun 2001-ci il Astara rayonunun Artupa kəndində anadan olmuşdur. == Hərbi xidməti == 2019-cu il iyul ayında həqiqi hərbi xidmətə çağırılıb. === İkinci Qarabağ mühairbəsində iştirakı === Azərbaycan Ordusunun əsgəri olan Səxavət Səttarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində savaşıb. 6 noyabr 2020-ci ildə Xocavənd rayonunun azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur . 18 noyabr 2020-ci ildə Artupa kəndində dəfn edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda" medalı ilə.25.12.2020-ci il tarixli Sərəncamına əsasən "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
Səxavət Talıbzadə
Səxavət Zeyniş oğlu Talıbzadə (1 yanvar 1998; Qaracalar, Saatlı, Azərbaycan — 3 oktyabr 2020; Suqovuşan, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin MAHHXHQ əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Səxavət Talıbzadə 1998-ci il yanvarın 1-i Salyan rayonunda anadan olmuşdur. Saatlı rayonunun Qaracalar kəndində doğulub. Ailədə bir bacı, iki qardaş olublar. 2014-cü ildə Saatlı rayonu Qaracalar kənd tam orta məktəbini bitirdikdən sonra Azərbaycan Dənizçilik Kollecinə daxil olub. 2016-cı ildə hərbi xidmətə çağırılıb və hərbi xidməti başa vurduqdan sonra 2018-ci ildə MAHHXHQ kimi xidmətini davam etdirmişdir. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Səxavət Talıbzadə Suqovuşan və Murov doyüşlərində iştirak edib. 3 oktyabr 2020-ci ildə Suqovuşanda şəhid olub. Salyanda dəfn edilmişdir.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Səxavət Talıbzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Səxavət Talıbzadə ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Səxavət Talıbzadə ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Ceyhun Talıbzadə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.
Səxavət İsmayılov
Səxavət Sabir oğlu İsmayılov (19 avqust 1997; Dünyamalılar, Beyləqan rayonu, Azərbaycan — 7 oktyabr 2020; Cəbrayıl, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Səxavət İsmayılov 19 avqust 1997-ci ildə Beyləqan rayonunun Dünyamalılar kəndində Sabir İsmayılovun ailəsində anadan olmuşdur. 2003-2014-cü illərdə orta təhsil almışdır. Subay idi. == Hərbi xidməti == Səxavət İsmayılov 2015-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, Naxçıvanda yerləşən "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət etmişdir. 2017-ci ildə hərbi xidmətdən tərxis olunmuşdur. 2020-ci ilin 14 iyul tarixində Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra səfərbərlik başlamışdır. Səxavət İsmayılov da səfərbər olunmuş, hərbi təlim toplantılarına çağırılmışdır. Azərbaycan Ordusunun əsgəri olan Səxavət İsmayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü atıcı olaraq iştirak etmişdir.
Səxavət Məmmədov (xanəndə)
Səxavət Əmirxan oğlu Məmmədov (23 oktyabr 1953, Gülablı, Ağdam rayonu – 30 sentyabr 1991, Azərbaycan) — Azərbaycan xanəndəsi. == Həyatı == Səxavət Məmmədov 1953-cü il oktyabr ayının 23-də Ağdam rayonunun Abdal-Gülablı kəndində anadan olmuşdur. Səxavətin də səsi "Segah"a yatımlı idi, ruhu "Segah"a bağlı idi. Oxuduğu mahnıların əksəriyyəti məhz "Segah" ladındadır. "Ay Bəri Bax", "Uca Dağlar", "Yar Bizə Qonaq Gələcək", "Ay Çiçək", "Sarı Bülbül" "Sona Bülbüllər" və s. 1971-ci ildə Asəf Zeynallı adına Musiqi Texnikumununa daxil olan Səxavət ustad xanəndə, xalq artisti Hacıbaba Hüseynovdan muğamın sirlərini öyrənir. 1976-cı ildə "Hümayun" xalq ansmblının solisti olur. 1983–88-ci illərdə Dövlət İncəsənət İnstitutunda təhsil alan Səxavət Məmmədov Azərbaycan muğamını bir çox ölkələrdə təmsil edir. Yaratdığı “Qarabağ” instrumental ansamblı isə xanəndənin şah əsərlərindən biri kimi bu gün də yaşayır. “Qarabağ” instrumental ansamblı Qarabağ hadisələrinin ilk illərində yarandı.
Səxavət Quliyev (şəhid)
Səxavət Bostan oğlu Quliyev (17 noyabr 1963 - 16 avqust 1992) — Qarabağ müharibəsi şəhidi. == Həyatı == Səxavət Quliyev 17 noyabr 1963-cü ildə Xocavənd rayonunun Muğanlı kəndində anadan olmuşdur. 1979-cu ildə Muğanlı kənd səkkizillik məktəbini bitirən Səxavət elə həmin ilin sentyabrında Martuni rayon 125 saylı Orta Texniki Peşə Məktəbinə daxil olmuşdur. 1982-ci ildə geniş profilli traktorçu - maşınist peşəsi üzrə bu məktəbin tam kursunu bitirərək ümumi orta təhsil almışdır. Elə həmin il O, hərbi xidmətə yollanmışdır. Hərbi xidmət müddəti bitdikdən sonra Səxavət "Kalinin" adına kolxozda işləməyə başlamışdır. Qarabağ müharibəsi başlanan vaxtlarda Xocavənd rayonunun Muğanlı kəndində özünümüdafiə dəstəsi yaradılmışdı. Səxavət də bu dəstənin fəal üzvlərindən biri idi. 1991-ci ildə Səxavət yeni yaradılmış Muğanlı kənd Milis Bölməsi sıralarına yazılmışdır. Onun son döyüşü 16 avqust 1992-ci ildə olmuşdur.
Rauf Əliyev (Səxavət oğlu)
Rauf Səxavət oğlu Əliyev (4 iyun 1994, Əbrəqunis, Naxçıvan Muxtar Respublikası – 22 oktyabr 2020, Hadrut, Xocavənd rayonu) — Aprel döyüşləri iştirakçısı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rauf Əliyev 1994-cü il iyun ayının 4-də Naxçıvan Muxtar Respublikası, Culfa rayonunun Əbrəqunus kəndində dünyaya göz açmışdır. == Təhsili == Orta təhsilini Nəsimi rayonu 19 nömrəli məktəbdə almışdır. 2011–2015-ci illərdə Azərbaycan Texniki Universitetinin İnformasiya və Texnologiya fakültəsini bitirmişdir. == Ailəsi == Subay idi. == Aprel döyüşləri == 2015-ci ildə hərbi xidmətə yollanmış və Aprel döyüşlərinin fəal iştirakçısı olmuşdur. Lələtəpə uğrunda gedən döyüşlərdə iştirak etmişdir == İş fəaliyyəti == Hərbi xidmətdən sonra əmək fəaliyyətinə Celt Colleges hazırlıq kurslarında ingilis dili müəllimi olaraq başlamış, daha sonra nüfuzlu İKT şirkətlərində aparıcı vəzifələrdə çalışmışdır. Sonuncu iş yeri və və çalışdığı vəzifə Azər-Türk Bankda proqramist vəzifəsi olmuşdur. Proqramlaşdırma üzrə bir çox beynəlxalq sertfikartları qazanmış, bir neçə xarici ölkədə proqramlaşdırma üzrə təlimlərdə iştirak etmişdir. İngilis, rus dillərini mükəmməl bilməklə yanaşı, həvəskar qitara ifaçısı olmuşdur.
Səxavət Məmmədov (Adgözəl oğlu)
Səxavət Adgözəl oğlu Məmmədov (24 may 1991, Papravənd, Ağdam rayonu – 29 sentyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Səxavət Məmmədov 24 may 1991-ci ildə Ağdam rayonunun Papravənd kəndində anadan olub. 1998-2009-cu illərdə Xəzər rayonu Şüvəlan qəsəbəsi İlqar Muradov adına 237 saylı məktəbdə təhsil almışdır. Ailəli idi, Dilək və Yusif adında 2 övladı yadigar qalıb. == Hərbi xidməti == 1 iyul 2009-cu ildə İmişli rayonunda N saylı hərbi hissədə həqiqi hərbi xidmətdə olmuşdur. 2014-cü ildən etibarən müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi Goranboyda yerləşən tank taborunda atıcı vəzifəsində Azərbaycan Silahlı Qüvvələrinində xidmətə başlamışdır. === Aprel döyüşlərində iştirakı === 2014-cü ilin sonlarında öz istəyi ilə ön cəbhəyə Tərtər rayonunda N saylı hərbi hissədə tuşlayıcı vəzifəsində xidmətini davam etdirib. Burada fəaliyyət göstərərkən, Aprel döyüşlərində iştirak edərək şücaət göstərmişdir. === Tovuz döyüşlərində iştirakı === 2020-ci ilin iyul ayında Tovuz döyüşlərində iştirak edərək öz xidməti yerinə dönmüşdür. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Ordusunun əsgəri olan Səxavət Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edərək şücaət göstərmişdir.
Səxavət Məmmədov (əsgər, 1991)
Səxavət Adgözəl oğlu Məmmədov (24 may 1991, Papravənd, Ağdam rayonu – 29 sentyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Səxavət Məmmədov 24 may 1991-ci ildə Ağdam rayonunun Papravənd kəndində anadan olub. 1998-2009-cu illərdə Xəzər rayonu Şüvəlan qəsəbəsi İlqar Muradov adına 237 saylı məktəbdə təhsil almışdır. Ailəli idi, Dilək və Yusif adında 2 övladı yadigar qalıb. == Hərbi xidməti == 1 iyul 2009-cu ildə İmişli rayonunda N saylı hərbi hissədə həqiqi hərbi xidmətdə olmuşdur. 2014-cü ildən etibarən müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi Goranboyda yerləşən tank taborunda atıcı vəzifəsində Azərbaycan Silahlı Qüvvələrinində xidmətə başlamışdır. === Aprel döyüşlərində iştirakı === 2014-cü ilin sonlarında öz istəyi ilə ön cəbhəyə Tərtər rayonunda N saylı hərbi hissədə tuşlayıcı vəzifəsində xidmətini davam etdirib. Burada fəaliyyət göstərərkən, Aprel döyüşlərində iştirak edərək şücaət göstərmişdir. === Tovuz döyüşlərində iştirakı === 2020-ci ilin iyul ayında Tovuz döyüşlərində iştirak edərək öz xidməti yerinə dönmüşdür. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Ordusunun əsgəri olan Səxavət Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edərək şücaət göstərmişdir.
Səxavət Məmmədov (əsgər, 1996)
Səxavət Vahab oğlu Məmmədov (12 sentyabr 1996; Paşabəyli, Ağdam rayonu, Azərbaycan — 9 noyabr 2020; Laçın rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Səxavət Məmmədov 12 sentyabr 1996-cı ildə Ağdam rayonunun Paşabəyli kəndində anadan olmuşdur. == Hərbi xidməti == Səxavət Məmmədov 2018-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu idi. Azərbaycan Ordusunun əsgəri olan Səxavət Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Suqovuşanın, Füzulinin, Qubadlının və Laçının azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Səxavət Məmmədov 9 noyabr 2020-ci ildə Laçın rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Ağdam Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Səxavət Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Səxavət Məmmədov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Səxavət Məmmədov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Səxavət Məmmədov ​ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Səxavət Məmmədov ​ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi. == Xatirəsi == Doğulduğu Ağdam rayonunun Paşabəyli kəndində xatirəsinə bulaq kompleksi açılmışdır.
Səxavət casusu (film, 1993)
Səxavət casusu (ing. Bounty Tracker) — 1993-cü ildə döyüş janrında çəkilən filmdir. == Məzmun == Erik Qauss adında mafiya qatillərinin idarəçisi şahidlərdən birinin mafiya başçısı Lui Sarazenə qarşı polislərə məlumat verəndən sonra şahidləri aradan götürməyə başlayır. Onların içində Pol Damon da olur. Pol Damon öldürüldükdən sonra onun qardaşı Conatan Los Anceles şəhərindən qayıdır. Conatan qatillərin əsl ovçusudur... == Rollarda == == Xarici keçidlər == Səxavət casusu — Internet Movie Database saytında.
Səxavət Məmmədov (20 Yanvar şəhidi)
Səxavət Məmmədov (tam adı: Məmmədov Səxavət Heydər Əli oğlu; 10 aprel 1958, Bakı – 20 yanvar 1990, Bakı) — 20 yanvar şəhidi. Azərbaycan Respublikasının Prezidentinin 31 mart 1998-ci il tarixdə fərmanı ilə ölümündən sonra 20 Yanvar Şəhidi fəxri adı verilmişdir. == Həyatı == Səxavət Məmmədov 1958-ci ilin 21 aprel tarixində Bakı şəhərində anadan olub. Bakıdakı 4 №-li avtonəqliyyat dəstəsində sürücü işləmişdir. 2 uşağı qalıb. O gecə axşam saat 23-də evə gəlib. Çörək yeyib geri qayıdıb. Daha evə gəlməyib. Səhər maşını Qədirli adına xəstəxananın yanından, «Xəzər» kinoteatrından «Olimp» mağazasına düşən yolda tapılıb. Səxavətin meyidi də Qədirli adına xəstəxanadan tapılıb.
Səxavət Məmmədov (Vətən müharibəsi şəhidi)
Səxavət Adgözəl oğlu Məmmədov (24 may 1991, Papravənd, Ağdam rayonu – 29 sentyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Səxavət Məmmədov 24 may 1991-ci ildə Ağdam rayonunun Papravənd kəndində anadan olub. 1998-2009-cu illərdə Xəzər rayonu Şüvəlan qəsəbəsi İlqar Muradov adına 237 saylı məktəbdə təhsil almışdır. Ailəli idi, Dilək və Yusif adında 2 övladı yadigar qalıb. == Hərbi xidməti == 1 iyul 2009-cu ildə İmişli rayonunda N saylı hərbi hissədə həqiqi hərbi xidmətdə olmuşdur. 2014-cü ildən etibarən müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi Goranboyda yerləşən tank taborunda atıcı vəzifəsində Azərbaycan Silahlı Qüvvələrinində xidmətə başlamışdır. === Aprel döyüşlərində iştirakı === 2014-cü ilin sonlarında öz istəyi ilə ön cəbhəyə Tərtər rayonunda N saylı hərbi hissədə tuşlayıcı vəzifəsində xidmətini davam etdirib. Burada fəaliyyət göstərərkən, Aprel döyüşlərində iştirak edərək şücaət göstərmişdir. === Tovuz döyüşlərində iştirakı === 2020-ci ilin iyul ayında Tovuz döyüşlərində iştirak edərək öz xidməti yerinə dönmüşdür. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Ordusunun əsgəri olan Səxavət Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edərək şücaət göstərmişdir.
Səxavət Şərifov
Şərifov Səxavət Əsəd oğlu (1965, Seyidlər (Zəngilan), Zəngilan rayonu – 1994, Füzuli rayonu) - Birinci Qarabağ müharibəsi şəhidi. == Həyatı və fəaliyyəti == Şərifov Səxavət Əsəd oğlu 1965-ci ildə Seyidlər kəndində anadan olub. Kənddə səkkizillik təhsil alaraq 1981-ci ildə Bakı şəhərində texniki peşə məktəbinə daxil olub və oranı qaynaqçı ixtisasına yiyələnməklə bitirib. 1983-1985-ci illərdə Rusiya SFSR Saratov şəhərində hərbi xidmət keçib. Tərxis olunduqdan sonra Sumqayıt şəhərindəki 1 nömrəli təmir tikinti trestində ixtisası üzrə əmək fəaliyyətinə başlayıb. === Ailəsi === Ailəli idi, bir qız övladı var. == Birinci Qarabağ müharibəsində iştirakı == 1992-ci ilin əvvəllərindən etibarən Zəngilan rayonunun Seyidlər kəndindəki özünümüdafiə batalyonunun tərkibində döyüşlərdə iştirak etmişdir. 1994-cü il yanvarın 9-da Füzuli rayonunun Seyidəhmədli kəndində döyüş zamanı aldığı güllə yarasından şəhdi olmuşdur. Sumqayıt şəhərində yerləşən Şəhidlər Xiyabanında dəfn edilib.
Səxavət Məmmədov (dəqiqləşdirmə)
Səxavət Məmmədov (xanəndə) (23.10.1953) — Azərbaycan xanəndəsi. Səxavət Məmmədov (20 Yanvar şəhidi) (10.04.1958) — 20 Yanvar şəhidi. Səxavət Məmmədov (əsgər, 1991) — Vətən müharibəsi şəhidi. Səxavət Məmmədov (əsgər, 1996) — Vətən müharibəsi şəhidi.
Sumqayıt: milli əsarət, ya milli səxavət? (kitab)
Sumqayıt: milli əsarət, ya milli səxavət? Həsən Sadıqov və Ramazan Məmmədovun müəllifi olduğu bu kitab Sumqayıt şəhəri haqqında böhtan xarakterli yalan məlumatlar yayan erməni və ermənipərəst yazarlara cavab məqsədi ilə Sumqayıt Dövlət Universitetinin əməkdaşları tərəfindən hazırlanmışdır.
Səxavət Quliyev (20 Yanvar Şəhidi)
Səxavət Quliyev (tam adı: Quliyev Səxavət Balay oğlu; 13 aprel 1940, İsaqlı, Cəbrayıl rayonu – 20 yanvar 1990, Bakı) — 20 Yanvar şəhidi. Azərbaycan Respublikasının Prezidentinin 31 mart 1998-ci il tarixdə fərmanı ilə ölümündən sonra 20 Yanvar Şəhidi fəxri adı verilmişdir. 1940-cı ildə Cəbrayıl rayonunun İsaqlı kəndində anadan olub. Nəsimi Rayon İstehlak Cəmiyyətində mağaza müdiri işləmişdir. 4 övladı qalıb. Yanvarın 19-cu gecəsi güllə səsi eşidəndə küçəyə çıxıb. Geri gəlməməsindən sonra qardaşı Mahir küçəyə çıxır. Səxavəti soraqlayanda cavab verirlər ki, onu vurdular. Mahir qardaşının arxasınca 5 nömrəli xəstəxanaya gedir. Qardaşı Səxavəti tapanda artıq o keçinmişdi.

Digər lüğətlərdə

ареопа́г испове́дать картели́рование лежебо́чина менто́л осо́бность парфюме́рия самоцве́тный толк эхо... затро́нуть за живое заштормова́ть исстёгивать обанкро́чивание пла́тина пока́том ча́стное обвинение blue ruin garbage collector mesial muff Peshawar Sassenach self-addressed гуцул