TƏDARÜK

is. [ ər. ] Bir şeyi qabaqcadan hazırlama; bir işi görmək üçün əvvəlcədən hazırlıq görmə; hazırlıq, ehtiyat. Yun tədarükü. Heyvanlar üçün yem tədarükü.
// Həmin şeylərin özü.
Bəylə xanımın çamadanı və yol tədarükü daşındı. Ə.Vəliyev.
□ Tədarük etmək (görmək) – (qabaqcadan) hazırlamaq, hazırlıq görmək, ehtiyat görmək.
[Əmir:] Mürəxxəssiniz, gedin, qoşun tədarük edin. Ü.Hacıbəyov.
[İmamverdi:] Gülpəri, tez ol, nahar tədarük et, Hacı Nəsir yol gəlib, acdır. S.S.Axundov;

// hazırlaşmaq, hazırlıq görmək.
[Kəblə Rəcəbəli:] Çox gözəl! Axşam üçün tədarük görərik. Ə.Haqverdiyev.

Sinonimlər (yaxın mənalı sözlər)

  • TƏDARÜK tədarük bax ehtiyat
  • TƏDARÜK hazırlıq — ehtiyat
TƏCRÜBİ
TƏDARÜKÇÜ
OBASTAN VİKİ
Aqrar Tədarük və Təchizat
“Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Prezidentinin 14 dekabr 2018-ci il tarixli 400 nömrəli fərmanı əsasında, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində yaradılıb. Cəmiyyət 22 iyul 2019-cu il tarixində isə Azərbaycan Respublikasının Vergilər Nazirliyində dövlət qeydiyyatına alınıb. == Cəmiyyətin İdarə Heyəti == "Aqrar Tədarük və Təchizat" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyəti sədr və iki üzvdən ibarətdir. İdarə Heyətinin üzvləri Azərbaycan Respublikası Kənd Təsərrüfatı naziri tərəfindən təyin olunur. İdarə Heyətinin sədri Aqil Quliyevdir. == Cəmiyyətin vəzifələri == "Ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması" elektron portalının operatoru funksiyasının həyata keçirilməsi; Elektron portalda qeydiyyatdan keçmiş istehsalçıların və satıcıların monitorinqinin aparılması; Fermerlərdən ərzaq məhsullarının satın alınaraq korporativ müştərilərə təchizatının həyata keçirilməsi; Fiziki və hüquqi şəxslərlə bağlanılmış müqavilə şərtlərinə uyğun olaraq ərzaq məhsullarının saxlanılması (anbar) və daşınması xidmətlərinin həyata keçirilməsi; Kənd təsərrüfatı və ərzaq məhsullarının yerli bazarda satışının təşkili məqsədilə satış obyektlərinin (yarmarkaların) təşkil edilməsi; Layihələr çərçivəsində fermerlərin maarifləndirilməsi və onlara dəstək göstərilməsi üçün tədbirlərin görülməsi; Dövlət proqramlarında nəzərdə tutulmuş Cəmiyyətə aid vəzifələrin yerinə yetirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi; == Fermerlər və satınalan qurumlarla əməkdaşlıq == “Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyəti "Ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması" tedaruk.az elektron portalının operatoru funksiyasını həyata keçirir. Elektron portal dövlət büdcəsinin vəsaitləri hesabına ərzaq məhsullarını satın alan dövlət müəssisə və təşkilatları ilə həmin məhsulları satmaq istəyən istehsalçı və satıcıları birləşdirən platformadır. Elektron portal ərzaq məhsullarının dövlət sifarişi ilə mərkəzləşdirilmiş qaydada satın alınmasını təkmilləşdirir, tədarük və təchizat prosesinin operativ həllini təmin edir, həmçinin vətəndaşlar arasında elektron xidmətlərdən istifadənin təşviqinə müsbət təsir göstərir. Portal həm istehsalçıların, həm də satınalan qurumların istifadəsi üçün açıqdır. === Elektron portal === Satınalan təşkilatlar növbəti il üzrə ərzaq məhsullarına tələbatları barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi formaya uyğun məlumatları hər il iyulun 1-dək Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə təqdim edirlər.

Digər lüğətlərdə

басы́ генита́лия застига́ть недове́сить обмундирова́ние туальдено́р басту́ющий визави́ досту́пно игру́шечник острогу́бцы кишкать abstinence genual hopper light narcissistic pro aris et focis ratably Rio Colorado богема бор верх норматив словопроизводный соложение