TƏFRİQƏ

is. [ ər. ]
1. Narazılıq nəticəsində araya ikitirəlik düşmə; ayrılma, ayrılıq, ittifaqsızlıq, ikitirəlik.
[Mirzə Heydər:] Belə təfriqədən burjua hökumətləri isə istifadə edirlər. Ə.Haqverdiyev.
O hələ uşaq ikən; Düşünmüş için-için; “Bu yollar, təfriqələr; Təriqətlər nə üçün?” B.Vahabzadə.

□ Təfriqə düşmək – ikitirəlik düşmək, ədavət düşmək, düşmənçilik düşmək.
Təfriqə salmaq – ikitirəlik salmaq, düşmənçilik salmaq.
Saldı arayə təfriqə gülçini-ruzgar; Ol gül yanında qalmadı bir etibarımız. S.Ə.Şirvani.

2. köhn. Qəzet səhifəsinin ayrılmış bir yerində hissə-hissə dərc olunan hekayə, məqalə və s.
3. köhn. bax vodevil.
Məstəli şah”dan sonra “Könülsüz” ünvanında bir pərdədə tərtib olunmuş təfriqə (vodevil) oynandı. F.Köçərli.

Sinonimlər (yaxın mənalı sözlər)

  • TƏFRİQƏ dağıntılıq — pərakəndəlik
  • TƏFRİQƏ ayrılma — ikitirəlik — nifaq

Etimologiya

  • TƏFRİQƏ Ərəbcə fərq, fəraq, firqə sözləri ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
TƏFƏRRÜAT
TƏFRİQƏÇİ
OBASTAN VİKİ
Xristianlıqda təfriqə
Xristianlıqda bölünmə yaxud xristian kilsəsinin parçalanması kilsədə əqidə ixtilafı nəticəsində baş verən hadisədir. Xristian kilsəsi ərslər boyunca dəfələrlə bölünmüşdür. Lakin qlobal miqysada bölünmə üç dəfə baş vermişdir. Birinci dəfə 451-ci ildə Xalkedon Kilsə Məclisində monofizitliyin rədd edilməsi ilə bir sıra şərqi kilsələr ortodoksal kilsədən ayrılmışdır. 1054-cü ildə ortodoksal kilsə parçalanaraq, pravoslav kilsəsi və katolik kilsəsi olmaq üzrə ikiyə bölünmüşdür. Axırda üçüncü dəfə, 1517-ci ildə başlanan Reformasiyanın nəticəsində katolik kilsəsindən ayrılan islahat hərəkatı zamanla protestant məzhəbinin yaranmasına səbəb olmuşdur. 451-ci ildə Xalkedonda (hal-hazırda Türkiyədə, İstanbulun Kadıköy bölgəsi) keçirilən IV Ümumdünya Kilsə Məclisində Konstantinopol arximandriti Evtixiyin təlimi rədd edilmişdir. Belə ki, Evtixiy Nestorun təlimini inkar edərək, onun əksi olan başqa bir ifrat fikir irəli sürürdü. Evtixiyə görə, İlahi və insani təbiət İsada tam olaraq bir-birinə qovuşmuşdur. Amma bu zaman İsadakı İlahi təbiət insani təbiəti üstələyir.

Digər lüğətlərdə