TƏHMİN
TƏHMİRAS
OBASTAN VİKİ
Təhminə (1993)
Təhminə Hüseynova
Təhminə Milani
Təhminə Milani (fars. تهمینه میلانی‎, 6 sentyabr 1960, Təbriz) — Azərbaycan əsilli İran rejissoru, ssenaristi, prodüseri . Təhminə Milani 6 sentyabr 1960-cı ildə Təbriz şəhərində anadan olmuşdur. Ali təhsilini 1986-cı ildə Tehranda Elm və Tenxologiya İnstutunda memarlıq ixtisası üzrə başa vurmuşdur . Bir müddət yardımçı ssenarist və rejissor köməkçisi işlədikdən sonra 1989-cu ildə rejissor olaraq ilk filmi "Uşaqların boşanması" filmi ilə karyerasına başlamışdır. Feminist baxışları ilə seçilən rejissor öz filmlərində qadın haqları, 1979-cu il İran İnqilabı ilə bağlı məsələlərə toxunmuşdur. Milani filmlərinin ən başlıca mövzularından biri mühafizəkar rejimdən əziyyət çəkən cəsarətli qadınlar olmuşdur. Onun ilk filmlərinin mövzusu əfsanə və rəvayətlərə söykənirdi. Məsələn 1990-cı ildə çəkilən "İç çəkiş əfsanəsi " filmində yazıçı kimi uğursuzluğa düçar olmuş bir qadının həyata bədbin baxışından söz açılır. Sonra o, dünyada daha böyük dərdləri olan amma hələ də xoşbəxt olmağı bacaran qadınlarla tanış olur.
Təhminə Rüstəmova
Təhminə Rüstəmova — () Bakı Dövlət Universitetinin müəllimi, professor[mənbə göstərin] 24 avqust 1927-ci ildə anadan olmuşdur. 1949-cu ildə ADU-nun Şərqşünaslıq fakültəsini bitirərək, Elmi Şuranın qərarı ilə fars dilçiliyi ixtisası üzrə aspiranturada saxlanılmışdır. 1954-cü ildə namizədlik, 1990-cı ildə doktorluq dissertasiyası müdafiə etmiş, 1991-ci ildə professor elmi adı almışdır. Fakültə Tədris-metodiki Şurasının sədri, vaxtilə Təhsil Nazirliyinin nəzdində Şərq dilləri Elmi-metodiki Şurasının üzvü, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında Şərq dilləri ilə bağlı seminar rəhbəri kimi ictimai işlərdə fəaliyyət göstərmişdir. 160-dan çox əsasən fars dilçiliyinə, qismən də ərəb və Azərbaycan dilçiliyinə aid elmi məqalələri müxtəlif jurnallarda çap olunmuşdur. Orta və ali məktəblər üçün 22 adda dərslik və dərs vəsaitinin müəllifidir. "Tərəqqi" medalı ilə təltif olunmuş, Əməkdar müəllim fəxri adına layiq görülmüşdür. Ailəlidir, bir övladı var. 1934–1944-cü illərdə 7 saylı Şəki şəhər orta məktəbdə oxuyub. 1944–1949-cu illərdə ADU-nun Şərqşünaslıq fakültəsinin fars şöbəsində təhsil alıb.
Təhminə (film)
Təhminə — 1993-cü ildə istehsal olunmuş Azərbaycan filmi. Filmdə əsərin baş qəhramanları olan Zaur (Fəxrəddin Manafov) və Təhminənin (Meral Konrat) melodram həyatından bəhs edir. Onları mühafizəkar cəmiyyətlə qarşı-qarşıya gətirir. Tanınmış professor Zeynallının (Həsən Məmmədov) oğlu atası və anası olmayan Təhminəyə aşiq olur. Zaurun anası Zivər xanım (Zərnigar Ağakişiyeva) və atası buna qarşı çıxır. Sonsuzluq və aralarındakı soyuqluq səbəbiylə Arifdən boşanan Təhminə Zaurla birlikdə yaşamağa başlayır. Bundan sonra hər gün Zivər xanım telefonla zəng edərək Təhminəni təhqir edir. Çox gözəl olduğundan işlədiyi yerdə bütün kişilərin diqqətini özünə çəkən Təhminə Zaurun qısqanclığına səbəb olur Bir müddət sonra Təhminəni iş yerindən Moskvaya peşəkar təyinatla göndərirlər. Zaur Təhminəni o qədər çox sevir ki, onun ardınca Moskvaya gedir. Zaurun ailəsi onun Təhminə ilə romantik münasibətini pisləyir və Zauru ailə dostunun 19 yaşlı qızı Firəngiz (Laura Rzayeva) ilə əvvəlcədən razılaşdırılmış evliliyə məcbur etməyə çalışır.
Təhminə (film, 1993)

Təhminə və Zaur
Təhminə və Zaur (sinql)