TƏLƏBƏ

TƏLƏBƏ (ali və texnikumda oxuyan adam) Əhməd tələbə vaxtı qruplarında olan yoldaşlarından heç nə ilə seçilmirdi (H.Abbaszadə); STUDENT (köhn.) Studentik. mey içib məst olarıq; Hər gecə bir qıza pabəst olarıq (A.Səhhət); TALİBƏ (qız tələbə).

TƏLƏBAT
TƏLƏBKAR
OBASTAN VİKİ
Tələbə
Tələbə — ali və orta ixtisas məktəblərində təhsil alan şəxs. Qədim Romada və orta əsrlərdə öyrənməyə maraq göstərən hər bir kəs tələbə adlanırdı. Tələbələr tədris müəsəsisəsində tədris prosesində mühazirələri dinləyir, seminarlarda iştirak edərək öz bilik səviyyələrini nümayiş etdirirlər. Bakalavriat və magistrant səviyyəsində tədris mövcud olan müəssisələrində tələbə adı bakalaviatura tələbəsi, magistratura tələbəsi kimi də işlənir. Bununla yanaşı bakalaviriant və magistrant adı da işlənir.
Məqsəd Tələbə
"Məqsəd Tələbə — Kim Ukraynada təhsil almaq istəyir?" (qaz. “Миссиям Студент — Украинада оқығыңыз келе ме?”) – viktorina formatında qurulmuş maarifləndirici və əyləndirici teleşou. Müsabiqə Azərbaycan və Qazaxıstanın 10-11-ci sinif şagirdləri üçün, Ukrayna Təhsil və Elm, Gənclər və İdman Nazirliyinin sifarişi ilə hazırlanıb. Şounun əsas mükafatı Ukraynada ali təhsil almaq üçün grantdır. Müsabiqənin çəkilişləri Ukraynada keçirilib, televiziya proqramları Qazaxıstan və Azərbaycanın Mərkəzi və reqional kanallarında nümayiş edilir. Şounun formatı Ukraynanın Euromedia şirkəti tərəfindən, Azərbaycanın (ATV) və Qazaxıstanın (“Хабар” və “Билим”) aparıcı kanalları ilə birgə işi nəticəsində, hazırlanıb və reallaşdırılıb. Teleşou, Ukraynanın Təhsil və Elm, Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yanındakı Azərbaycan Gənclər Fondunun dəstəyi ilə, və həmçinin Qazaxıstanda, Respublika İctimai İttifaqı — “Жас Ұлан” Vahid uşaq-gənclər təşkilatı”nın dəstəyi ilə çəkilir. Teleşou yaradmaq fikiri, Ukraynada təhsilin tanıdılması aləti kimi, əmələ qəlib və özündə intellektual və əyləndirici oyunu birləşdirən unikal format vasitəsi ilə həyata keçirilib. “Məqsəd Tələbə” maarifləndirici-əyləndirici şou formatının başqalarından fərqi ondadır ki, tamaşaçılar təkcə studiyada baş verən intellektual oyunu yox, həmçinin iştirakçıların layihə zamanı sərgüzəştlərini görürlər: səyahətlər, ekskursiyalar, iştirakçıların Ukraynanın müxtəlif şəhərlərində beş universitetinə gedişləri, Azərbaycan və Qazaxıstan tələbələri, universitetlərin administrasiyası ilə, və həmçinin Ukrayna və xarici şou-biznes ulduzları ilə görüşləri. Verilişin çəkilişləri, layihənin ilk mövsümündə şou iştirakçılarının ziyarət etdiyi, Ukraynanın beş universitetində aparılıb: T. Şevçenko adına Kiyev Milli Universiteti, Milli Aviasiya Universiteti, Karazin adına Xarkov Milli Universiteti, Odessa milli politexnik Universiteti, Kondratuk adına Poltava Milli Texniki Universiteti.
Tələbə yataqxanası
Tələbə yataqxanası, tələbə evi və ya sadəcə yataqxana; tələbələrin təhsil müddətində kütləvi qaldıqları məkanlara verilən addır. Yataqxanalar ümumiyyətlə ailələrinin yaşadığı şəhərdən fərqli bir şəhərdə yaşayan tələbələr tərəfindən istifadə olunur. Yataqxana tələbələri əsasən universitet tələbələridir. Yataqxanalar, həm universitetin bir hissəsi ola bilər, həm də şəxsi ola bilər.
Nəbi Məmmədov ( tələbə)
[mənbə göstərin] Nəbi Məmmədov (18 noyabr 1900) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına və xalq maarifi nazirinə müraciətinə əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. 1919-cu ildə Kiyev Dövlət Kommersiya İnstitutunun tələbəsi olmuş, maddi çətinlik üzündən təhsilini yarımçıq buraxıb geri qayıtmış və bütün sənədləri Kiyevdə qalmışdır. Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini bitirmək üçün yenidən Kiyevə göndərilmişdir. Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır.
Nəbi Məmmədov (tələbə)
[mənbə göstərin] Nəbi Məmmədov (18 noyabr 1900) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına və xalq maarifi nazirinə müraciətinə əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. 1919-cu ildə Kiyev Dövlət Kommersiya İnstitutunun tələbəsi olmuş, maddi çətinlik üzündən təhsilini yarımçıq buraxıb geri qayıtmış və bütün sənədləri Kiyevdə qalmışdır. Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini bitirmək üçün yenidən Kiyevə göndərilmişdir. Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır.
Tələbə Avtoqrafları (1976)
Filmdə yay tətili günlərində ali məktəb tələbələrinin tələbə-inşaat briqadalarında müxtəlif tikintilərdə çalışmalarından danışılır.
Tələbə Dünyası (qəzet)
Tələbə Dünyası — Bakı Slavyan Universitetinin nəşri "Tələbə dünyası" qəzeti Bakı Slavyan Universiteti rektorluğunun 28 avqust 2000-ci il tarixli qərarına uyğun olaraq universitetin rektorunun 14 sentyabr 2000-ci il tarixli 46 saylı əmri ilə təsis edilmişdir. Qəzetin ilk sayı 9 noyabr 2000-ci il tarixində nəşr olunmuşdur. 8 səhifədən ibarət olan "Tələbə dünyası" qəzetinin hər sayında 50-yə yaxın mövzularda müxtəlif rubrikalar altında universitetin müəllim, magistr və tələbələrinin məqalələri, şerləri dərc olunur. Qəzetdə hər iki dildə - həm Azərbaycan, həm də rus dillərində məqalələr dərc olunur. "Yaddaşımızı təzələyək", "Bura Vətəndir", "Tariximizin qan yaddaşı", "Slavyan dünyası", "Əsrlərdən gələn səslər", "Nobel mükafatı laureatları", "Hikmət xəzinəsindən", "Dahi şəxslərin həyatından", "Xalq təbabəti", "Bəşəriyyətin sirləri", "Tapın görək", "Bilirsinizmi", "Bunu bilmək lazımdır" və s. rubrikalarda ictimai, siyasi, mədəni, tarixi, elmi və digər mövzular barədə geniş məlumatlar verilir. Qəzetin hər sayında universitet həyatında baş verən yeniliklər, keçirilən tədbirlər, görüşlər geniş əhatə olunur. "Rektorluq səhifəsi", "Yeniliklər" və "Aktual" səhifələrində universitetin həyatı ilə bağlı olan bütün hadisələr geniş işıqlandırılır. Digər "Tanış olaq", "Rakurs", "Tərcümə", "Düşüncələr", "Tələbə yaradıcılığı" səhifələrində dərc olunan materiallar isə universitetin magistr və tələbələrinin intellektual səviyyəsinin yüksəlməsində, onların dünyagörüşünün formalaşmasında muhum rol oynayır. Hər tədris ilinin sonunda "Tələbə dünyası" qəzeti "Dünya tələbə gözü ilə" və "İstedadlı tələbə" adları altında müsabiqələr elan edir.
Tələbə Dünyası qəzeti
Tələbə Dünyası — Bakı Slavyan Universitetinin nəşri "Tələbə dünyası" qəzeti Bakı Slavyan Universiteti rektorluğunun 28 avqust 2000-ci il tarixli qərarına uyğun olaraq universitetin rektorunun 14 sentyabr 2000-ci il tarixli 46 saylı əmri ilə təsis edilmişdir. Qəzetin ilk sayı 9 noyabr 2000-ci il tarixində nəşr olunmuşdur. 8 səhifədən ibarət olan "Tələbə dünyası" qəzetinin hər sayında 50-yə yaxın mövzularda müxtəlif rubrikalar altında universitetin müəllim, magistr və tələbələrinin məqalələri, şerləri dərc olunur. Qəzetdə hər iki dildə - həm Azərbaycan, həm də rus dillərində məqalələr dərc olunur. "Yaddaşımızı təzələyək", "Bura Vətəndir", "Tariximizin qan yaddaşı", "Slavyan dünyası", "Əsrlərdən gələn səslər", "Nobel mükafatı laureatları", "Hikmət xəzinəsindən", "Dahi şəxslərin həyatından", "Xalq təbabəti", "Bəşəriyyətin sirləri", "Tapın görək", "Bilirsinizmi", "Bunu bilmək lazımdır" və s. rubrikalarda ictimai, siyasi, mədəni, tarixi, elmi və digər mövzular barədə geniş məlumatlar verilir. Qəzetin hər sayında universitet həyatında baş verən yeniliklər, keçirilən tədbirlər, görüşlər geniş əhatə olunur. "Rektorluq səhifəsi", "Yeniliklər" və "Aktual" səhifələrində universitetin həyatı ilə bağlı olan bütün hadisələr geniş işıqlandırılır. Digər "Tanış olaq", "Rakurs", "Tərcümə", "Düşüncələr", "Tələbə yaradıcılığı" səhifələrində dərc olunan materiallar isə universitetin magistr və tələbələrinin intellektual səviyyəsinin yüksəlməsində, onların dünyagörüşünün formalaşmasında muhum rol oynayır. Hər tədris ilinin sonunda "Tələbə dünyası" qəzeti "Dünya tələbə gözü ilə" və "İstedadlı tələbə" adları altında müsabiqələr elan edir.
Hüseynbala Məmmədov (tələbə)
Hüseynbala Cəfərqulu oğlu Məmmədov (d.22 oktyabr 1899, Dərbənd - ?) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. == Həyatı == 1917-ci ildə Dərbənd realnı məktəbini bitirmişdir. Parlamentin 1 sentyabr 1919-cu il tarixli qərarına əsasən, təhsilini davam etdirmək üçün Bonn Ali Kənd Təsərrüfatı Məktəbinə (Almaniya) göndərilir. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra xaricdə dövlət hesabına təhsil alan azərbaycanlı tələbələrin vəziyyətini öyrənən Azərbaycanlı Tələbələr İttifaqının 1923–1925-ci illər üçün məlumatında onun təhsilinin bitməsinə 6 ay qaldığı göstərilirdi. Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır.
Müəllim-tələbə (film, 1973)
Müəllim-tələbə (ing. The Student Teachers) — 1973-cü ildə Çak Norrisin iştirakı ilə çəkilən ABŞ filmidir. Filmin rejissoru Conatan Kaplandır. Müəllim-tələbə — Internet Movie Database saytında.
Məqsəd tələbə (veriliş, 2012)
"Məqsəd Tələbə — Kim Ukraynada təhsil almaq istəyir?" (qaz. “Миссиям Студент — Украинада оқығыңыз келе ме?”) – viktorina formatında qurulmuş maarifləndirici və əyləndirici teleşou. Müsabiqə Azərbaycan və Qazaxıstanın 10-11-ci sinif şagirdləri üçün, Ukrayna Təhsil və Elm, Gənclər və İdman Nazirliyinin sifarişi ilə hazırlanıb. Şounun əsas mükafatı Ukraynada ali təhsil almaq üçün grantdır. Müsabiqənin çəkilişləri Ukraynada keçirilib, televiziya proqramları Qazaxıstan və Azərbaycanın Mərkəzi və reqional kanallarında nümayiş edilir. Şounun formatı Ukraynanın Euromedia şirkəti tərəfindən, Azərbaycanın (ATV) və Qazaxıstanın (“Хабар” və “Билим”) aparıcı kanalları ilə birgə işi nəticəsində, hazırlanıb və reallaşdırılıb. Teleşou, Ukraynanın Təhsil və Elm, Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yanındakı Azərbaycan Gənclər Fondunun dəstəyi ilə, və həmçinin Qazaxıstanda, Respublika İctimai İttifaqı — “Жас Ұлан” Vahid uşaq-gənclər təşkilatı”nın dəstəyi ilə çəkilir. Teleşou yaradmaq fikiri, Ukraynada təhsilin tanıdılması aləti kimi, əmələ qəlib və özündə intellektual və əyləndirici oyunu birləşdirən unikal format vasitəsi ilə həyata keçirilib. “Məqsəd Tələbə” maarifləndirici-əyləndirici şou formatının başqalarından fərqi ondadır ki, tamaşaçılar təkcə studiyada baş verən intellektual oyunu yox, həmçinin iştirakçıların layihə zamanı sərgüzəştlərini görürlər: səyahətlər, ekskursiyalar, iştirakçıların Ukraynanın müxtəlif şəhərlərində beş universitetinə gedişləri, Azərbaycan və Qazaxıstan tələbələri, universitetlərin administrasiyası ilə, və həmçinin Ukrayna və xarici şou-biznes ulduzları ilə görüşləri. Verilişin çəkilişləri, layihənin ilk mövsümündə şou iştirakçılarının ziyarət etdiyi, Ukraynanın beş universitetində aparılıb: T. Şevçenko adına Kiyev Milli Universiteti, Milli Aviasiya Universiteti, Karazin adına Xarkov Milli Universiteti, Odessa milli politexnik Universiteti, Kondratuk adına Poltava Milli Texniki Universiteti.
Tələbə avtoqrafları (film, 1976)
Filmdə yay tətili günlərində ali məktəb tələbələrinin tələbə-inşaat briqadalarında müxtəlif tikintilərdə çalışmalarından danışılır.
Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi — Azərbaycan Respublikasının Prezidentinin 2016-cı il 11 aprel tarixli Fərmanı ilə yaradılmışdır. Dövlət İmtahan Mərkəzi dövlət qulluğu üçün kadrların seçilməsi, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun həyata keçirilməsi məqsədi ilə, habelə müqavilə əsasında dövlət orqanları, hüquqi və fiziki şəxslər üçün imtahanlar təşkil edən publik hüquqi şəxsdir. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 17 sentyabr tarixli Fərmanına əsasən çap mediası subyektinin təsisçisi ola bilən 10 dövlət orqanından biridir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycan Respublikasında Ali məktəblərə tələbə qəbulunu həyata keçirmək məqsədilə 1992-ci ildə Əbülfəz Elçibəyin sərəncamı ilə yaradılmış və Vurğun Əyyub tərəfindən idarə olunmuş mərkəzləşmiş qurumdur. Tələbə qəbulu TQDK tərəfindən mərkəzləşdirilmiş qaydada, test üsulu ilə həyata keçirilmişdir. 1993-cü ildən 1994-cü ilədək TQDK-ya 1992–1993-cü illərdə sədrin birinci müavini olmuş Kamran İmanov rəhbərlik etmişdir. Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası dövlət idarəetmə orqanlarının bir hissəsi olmaqla təhsil sistemində xüsusi yer tutur, öz fəaliyyətində müstəqildir və Azərbaycan Respublikasının Prezidentinə tabedir. Quruma Məleykə Mehdi qızı Abbaszadə rəhbərlik edib. TQDK-da 4 şöbə fəaliyyət göstərib: Təşkilat şöbəsi Sorğu-suallar şöbəsi Kompüter əməliyyatları şöbəsi Maliyyə-inzibati şöbə Komissiya 11 aprel 2016-cı il tarixli Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə ləğv edilib. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ləğv edilərək onların dövlət əmlakı Dövlət İmtahan Mərkəzinin (DİM) balansına verilmişdir.
Tələbə Turizmi üzrə Beynəlxalq Konfederasiya
Tələbə Turizmi üzrə Beynəlxalq Konfederasiya və ya qısaca İSTC — beynəlxalq turizm təşkilatıdır. Təşkilat 1981-ci ildən Ümumdünya Turizm Təşkilatının üzvü statusuna malikdir. Əsas məqsədi turizmin inkişafı və tələbə, gənclər və akademik birlik mübadiləsi vasitəsilə beynəlxalq qarşılıqlı anlaşmanı genişləndirməkdir. Onun vəzifələri sırasında inzibati və maliyyə yardımının göstərilməsi, marketinq xidmətlərinin həyata keçirilməsi və s. göstərmək olar. Mənzil-qərargahı Niderlandın paytaxtı Amsterdam şəhərində yerləşir.
Beynəlxalq Tələbə Günü
Beynəlxalq Tələbə Günü — 17 noyabr tarixində qeyd edilir. Bu tarix 1946-cı ildə Praqada çex vətənpərvər tələbələrin ildönümünə həsr olunmuş beynəlxalq tələbələr konqresində təsis edilib. Beynəlxalq Tələbə Günü gənclik romantika şənlik günü kimi qəbul edilsə də onun yaranma tarixi qanlı hadisələrlə bağlıdır. Faciəvi hadisələr 28 oktyabr 1939-cu il faşistlərin işğalı altında olan Çexoslovakiyada baş verib. Respublika Günü münasibətilə küçələrə axışan tələbə və müəllimlər faşist qoşunlarının zorakılığına məruz qalıb. Anoloji hadisələrin qarşısının alınması məqsədilə 1200 tələbə həbs edilərək konslaqerlərə aparılıb. Tələbə hərəkatının 9 fəal üzvü məhkəmənin hökmü olmadan edam olunub. Adolf Hitlerin qərarı ilə Çexiyanın bütün ali təhsil müəssisələrinin fəaliyyəti müharibə bitənə qədər dayandırılıb.
İskəndər bəy Sultanov (tələbə)
İsgəndər bəy Rüstəm bəy oğlu Sultanov (25 may 1897, Kürdhacı, Zəngəzur qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası – 1942, Zərəfşan, Buxara vilayəti) — Azərbaycan mühəndisi, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. 1916-cı ildə Bakı Kommersiya Məktəbini bitirmiş, Şuşa Qəza Polis İdarəsində işləmişdir. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini dağ mühəndisliyi sahəsində davam etdirmək üçün Berlin Universitetinə (Almaniya) göndərilmişdir. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra xaricdə dövlət hesabına təhsil alan azərbaycanlı tələbələrin vəziyyətini öyrənən Azərbaycanlı Tələbələr İttifaqının 1923–25-ci illər üçün məlumatında Sultanovun təhsilinin bitməsinə 2 il qaldığı göstərilirdi. İsgəndər bəy Azərbaycan Xalq Cümhuriyyəti ordusunda erməni istilaçılarına qarşı vuruşmuşdu. Qarabağın general-qubernatoru Xosrov bəy Sultanovun 1919-cu il on dörd iyul tarixli teleqramı: İsgəndər bəy 1935-ci ildə Almaniyadan qayıtmışdı. Həmin il tutularaq 10 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Avropada Tələbə Psixoloqlar Assosiasiyaları Federasiyası
Avropada Tələbə Psixoloqlar Assosiasiyaları Federasiyası (ing. European Federation of Psychology Students' Associations və ya qısaca EFPSA) — Avropa üzrə psixologiya assosiasiyaları tələbələrindən ibarət qeyri-hökumət tələbə təşkilatıdır. == Yaranması == Avropada Tələbə Psixoloqlar Assosiasiyaları Federasiyası 1987-ci ildə Portuqaliyada yaranıb. EFPSA 33 ölkəni və 11000 nəfər gənc psixoloqu əhatə edən ümumavropa təşkilatıdır. Təşkilatın əsas məqsədi gənc psixoloqlar arasında şəbəkə yaratmaqla onlar arasında elmi, təcrübi və mədəni mübadiləni həyata keçirməkdir. Təşkilatın fəaliyyət istiqamələrinə müxtəlif təlimlər, yay məktəbləri, konfranslar, araşdırma layihələri, mübadilə proqramları və s. daxildir. EFPSA-nın hər il keçirilən ənənəvi və ən böyük tədbiri illik konqresdir. İllik konqresə EFPSA-ya üzv olan 33 ölkədən 400-ə qədər gənc psixoloqlar və professor müəllim heyəti qatılır. == Azərbaycan və Avropada Tələbə Psixoloqlar Assosiasiyaları Federasiyası == Bu günə qədər təxminən 30-dan çox azərbaycanlı gənc bu təşkilatın müxtəlif tədbirlərində iştirak edib.
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ və ya Tələbə İttifaqı) Azərbaycanın 101 ali və orta təhsil müəssisəsini özündə birləşdirən ən böyük tələbə təşkilatlarından biridir. ATGTİ qeyri-siyasi, qeyri-kommersiya və qeyri hökumət təşkilatıdır. İttifaqın əsası 20 noyabr 2009-cu ildə qoyulmuşdur, 2010-cu ilin mart ayında isə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır. İttifaqın məqsədi ali məktəblərdə təhsilin inkişafına kömək olmaq, tələbələrin maraqlarını təmsil və müdafiə etmək, respublikanın ictimai, mədəni və sosial-iqtisadi həyatında onların fəal iştirakını təmin etməkdir. ATGTİ mütəmadi olaraq yerli təlimlər, seminarlar, konfranslar, milli və beynəlxalq yay düşərgələri, tələbə mübadilələri, tələbələrarası müxtəlif olimpiadalar, incəsənət müsabiqələri və digər bu kimi fəaliyyətlər təşkil edir.
UNEC 2015 Tələbə İdman Oyunları
Qazaxıstan Tibb Tələbələri Birliyi
Qazaxıstan Tibb Tələbələri Dərnəyi (Qazaxıstan: Qazaxıstan tibb təcrübələrinin təşkilatı, Qazaqstan meditsine jastarynyń organzatsııasy), 2014-cü ildə Qazaxıstandakı doqquz tibbi təhsil müəssisəsinin üzvlərindən ibarət bir tibb tələbəsi təşkilatıdır. KazMSA Beynəlxalq Tibbi Tələbə Dərnəkləri Federasiyasının (IFMSA) həqiqi üzvüdür. Qazaxıstanda tibbi təhsil verən doqquz müəssisə var: Astana Tibb Universiteti Qaraqanda Dövlət Tibb Universiteti SD Asfendiyarov adına Qazaxıstan Milli Tibb Universiteti Semey Dövlət Tibb Universiteti M. Ospanov adına Qərbi Qazaxıstan Dövlət Tibb Universiteti Cənubi Qazaxıstan Dövlət Əczaçılıq Akademiyası Qazaxıstan-Rusiya Tibb Universiteti Ahmet Yesevi Universiteti Qazax Tibb Universiteti Davamlı Təhsil, keçmiş Almatı Dövlət Doktorların Təkmilləşdirmə İnstitutu IFMSA-nın bütün fəaliyyətləri altı daimi komitədən biri ilə əlaqələndirilir: Tibbi Təhsil üzrə Daimi Komitə (SCOME) Peşəkar Mübadilə Komitəsi (KAPSAM) [1] Tədqiqat Mübadiləsi üzrə Daimi Komitə (SCORE) Xalq Sağlamlığı üzrə Daimi Komitə (SCOPH) HİV / AİDS (SCORA) daxil olmaqla Cinsi və Reproduktiv Sağlamlıq üzrə Daimi Komitə İnsan Hüquqları və Sülh Daimi Komitəsi (SCORP) Dərnəyin prinsipləri bunlardır: Dərnək hədəflərinə çatmaq üçün heç bir siyasi, dini, sosial, irqi, milli, cinsi və ya digər ayrı-seçkilik etməz. Dərnək tibb tələbələri arasında humanitar idealları təbliğ edir və bu səbəbdən də məsuliyyətli gələcək həkimlərin yaradılmasına töhfə verməyi hədəfləyir. Dərnək tibb tələbələrinin maraqlarını təqdim edir və mədəni, ətraf mühit, istirahət, həvəskar atletik, elmi və təhsil fəaliyyətləri təqdim edərək bugünkü tibbi mühitdə gələcək fürsətlərin səmərəli tətbiqini təşviq edir. Dərnəyin məqsədləri bunlardır: Qazaxıstandakı tibb peşəsinin, tibb və əczaçılıq işçilərinin sosial nüfuzunu artırmaq üçün Birliyin üzvü olan Qazaxıstandakı tibb tələbələrini birləşdirin və əlaqələndirin. Gənc tibb nəslinin mütəxəssislərinin formalaşmasında iştirak Digər dövlətlərdən və dərnəklərdən gələn tələbələr və kiçik həkimlərlə iş birliyinin həyata keçirilməsi. Tibb tələbələrini və gənc həkimləri dünya səviyyəsində praktik təcrübə və nəzəri tibbi biliklər qazanmağa təşviq etmək. Effektiv milli səhiyyə sistemi və tibbi təhsili olan müasir Qazaxıstanın yaradılmasına kömək etmək. Mövcud qanunvericiliyin yaradılması və tətbiqi, gənclər üçün elmi və təhsil və təlim proqramları və layihələr yaradılması.
Tələbələrin XXVIII Ümumdünya Yay Universiadası
Xaricdə təhsil almağa göndərilən azərbaycanlı tələbələr haqqında qərar
Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin həyata keçirdiyi ən mühüm tədbirlərdən biri də müxtəlif sahələrdə ali təhsilli mütəxəssislər hazırlamaq üçün yüz nəfər azərbaycanlı gəncin Avropanın ali məktəblərinə göndərilməsi olmuşdur. Azərbaycan Parlamentinin 1919-cu il sentyabrın 1-də keçirilən 70-ci iclasında Bakı Dövlət Universitetinin təsisi ilə yanaşı, 1919–1920 tədris ilindən başlayaraq, yüz nəfər azərbaycanlı gəncin Hökumət hesabına təhsil almaq üçün xarici ölkələrin nüfuzlu ali məktəblərinə göndərilməsi haqqında məsələ də müzakirə edilmişdir. Bu məsələ ilə əlaqədar Əhməd bəy Pepinovun məruzəsi ətrafında müzakirələrdə Rəhim Vəkilov, Abdulla bəy Əfəndizadə, Rza bəy Ağabəyov, Məmmədrza ağa Vəkilov, Qasım bəy Camalbəyov, Qara bəy Qarabəyli, Muxtar Əfəndizadə, Ağa Aşurov, xalq maarifı naziri Rəşid xan Qaplanov və b. çıxış edərək, ölkə iqtisadiyyatının elm, təhsil və mədəniyyətinin gələcək inkişafı üçün tələbələrin xarici ölkələrdə ali təhsil almağa göndərilməsinin əhəmiyyətini vurğulamışlar. 1919–1920 tədris ilində xaricdə təhsil almağa göndəriləcək tələbələr barədə Azərbaycanın Cümhuriyyəti Parlamentinin xaricdə təhsil almağa göndərilən azərbaycanlı tələbələrə vəsait ödənilməsi haqqında qərarı ilə bu iş üçün dövlət xəzinəsindən xalq maarifi nazirliyinin sərəncamına 7 milyon manat vəsait ayrılmışdı. Avropa ali məktəblərinə göndərilən hər tələbəyə ayda 400 frank təqaüd və 1000 frank yol xərci, Rusiya ali məktəblərinə göndəriləcək tələbələrə isə hər ay 3 min rubl təqaüd və 1000 manat yol xərci ayrılmalı idi. Xaricə göndəriləcək tələbələri seçmək üçün Xalq Maarifi Nazirliyi yanında Məhəmməd Əmin Rəsulzadə (sədr), Əhməd bəy Pepinov, Qara bəy Qarabəyov, Mehdi bəy Hacınski və Abdulla bəy Əfəndizadədən ibarət çox nüfuzlu münsiflər heyəti yaradılmışdı. Münsiflər heyətinin diqqətlə seçdiyi tələbələrdən 10 nəfərinin İngiltərəyə, 23 nəfərinin İtaliyaya, 45 nəfərinin Fransaya, 9 nəfərinin Türkiyəyə göndərilməsi nəzərdə tutulurdu. Nəticədə isə Xalq Maarifi Nazirliyi tərəfindən xaricə göndərilən tələbələrdən 49 nəfərinə Almaniyanın, 27 nəfərinə Fransanın, 4 nəfərinə İtaliyanın, 1 nəfərinə İngiltərənin, 6 nəfərinə isə Türkiyənin müxtəlif ali məktəblərinə göndərilmələri barədə rəsmi sənəd verilmişdi. Qalan 13 nəfər isə Rusiyaya göndərilməli idi.
Xarici Tələbələr (1968)
Xarici tələbələr (film, 1968)
İlin tələbəsi (film, 2012)
İlin tələbəsi — Karan Coharın rejissorluğu ilə 2012-ci ildə çəkilmiş olan hind romantik dram filmidir. 2019-cu ildə filmin davamı olan İlin tələbəsi 2 filmi çəkilmişdir. Onlar cavan, şöhrətpərəst və uduzmağın nə demək olduğunu bilməyənlərdir. Lakin vaxt gələcək, onlar həyatın əsl üzünü görəcəklər. Yeni dərs ilində dekan onların yalnız birinə "Ən yaxşı tələbə" adını qazanmaq üçün şans verir. Dərs və idmana olan maraq üzündən də bəzi hadisələr baş verir. Məsələn, qızların sevimlisi olan Rohan Nanda sadə və ciddi rəqibi Abhi Sinqhlə toqquşur. Zamanla bu toqquşma bir dostluğa çevrilsə də, sevgi kimi qüvvə onların dünyasına qədəm qoyduqdan sonra da bu imtahandan keçə biləcəklər? Kollecin birinci gözəli Şanaye özü də bilmədən onların dostluq münasibətini dağıda biləcəkmi?
İlin tələbəsi (film, 2019)
İlin tələbəsi 2 — Ssenari müəllifi Ərşad Syed olan və rejissor Punit Malhotra tərəfindən çəkilmiş 2019-cu il istehsalı Hindistan yeniyetmə romantik komediya filmidir. Baş rollarda Tiger Shroff, Tara Sutaria, Ananya Pandey və Aditya Sil oynamışdırlar. Film kollecdə ilin tələbəsi olmağa çalışan Rohan Sachdevin hekayəsindən bəhs edir. Filmin prodüserləri Karan Cohar, Yaş Cohar və Apoorva Mehtadır. Fox Star Studios filmin distribütoru və müştərək prodüseri kimi çıxış etmişdir. Filmin saundtrekini Vişal-Şekhar bəstələyib. Filmin çəkilişləri 2018-ci ilin aprelində Dehradunda başlayıb və 2018-ci ilin sentyabrında başa çatıb. Filmin premyerası 10 may 2019-cu ildə baş tutub. Ekrana çıxdıqdan sonra film ssenarisi qeyri-real vəziyyətləri və Hindistan məktəblərinin və kolleclərinin qeyri-real təsvirini verdiyinə və onları pislədiyinə görə tənqidçilərdən mənfi rəylər almışdır. Rotten Tomatoes saytında 6% reytinqə malikdir ki, bu da, hər hansı bir hind filminin malik olduğu ən aşağı reytinqlərdən biridir.
İsrail Tələbələrinin Antisemitizmə Qarşı Mübarizəsi
"İsrail Tələbələrinin Antisemitizmə Qarşı Mübarizəsi" Tələbə Birliyi 2011-ci ildə yaradılıb və əsas fəaliyyəti antisemitizmə, ksenofobiyaya və Holokost inkar edilməsinə qarşı internet portallarında mübarizədir.
Sərhəd qoşunlarının əlaçı tələbəsi
Sərhəd qoşunlarının əlaçısı – SSRİ-də 1969-da yaradılmış fəxri ad.
Tələbələrə maddi yardım
Tələbələrə maddi yardım (və ya tələbə maddi dəstəyi və ya tələbə yardımı) — təhsilini davam etdirən şəxslərə verilən maliyyə dəstəyi. Tələbə maliyyə yardımı təqaüdlər, qrantlar, tələbə kreditləri və iş üzrə təhsil proqramları da daxil olmaqla bir sıra formalarda ola bilər. Tələbələrə maliyyə dəstəyi göstərməyin bu üsullarının hər birinin öz üstünlükləri və çatışmazlıqları var. Bir çox ölkələrin tələbələri üçün bir növ maliyyə yardımı proqramı var. Hamı üçün nominal qiymətə təhsil verən ölkələrdə maliyyə yardımı ailənin iqtisadi vəziyyətindən daha çox təhsil statusu ilə yalnız üçüncü dərəcəli əlaqəyə malik ola bilər və tələbələrin maliyyə dəstəyi əsasən dolayıdır. Məsələn, Belçikada tələbə krediti sistemi yoxdur və bilavasitə dəstək yalnız aztəminatlı ailələrdən olan tələbələrə olur, tələbələrin çox məhdud hissəsinə yardım maddi cəhətdən yoxlanılmış qrantlar şəklində verilir.
Avropada Azərbaycanlı Tələbələrin Forumu
Forum of Azerbaijan Students in Europe or FASE (azərb. Azərbaycanlı Tələbələrin Avropa Forumu‎) Avropadakı azərbaycanlı tələbələr və gənc mütəxəssislər üçün hökumət tərəfindən təşviq edilən təşkilatdır. Milli maraqları təbliğ etmək üçün Azərbaycan hökuməti tərəfindən maliyyələşdirilib. Proqram təklifi ANTV tərəfindən irəli sürülmüşdür. Mərkəz Məzunlar Şəbəkəsi Gənclər Təşkilatına bağlıdır və Alumni Network (AN) Gənclər Təşkilatının sədri Emin Milli tərəfindən yaradılmışdır.
Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi — dövlət qulluğu üçün kadrların seçilməsi, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun həyata keçirilməsi məqsədilə, habelə müqavilə əsasında dövlət orqanları, hüquqi və fiziki şəxslər üçün imtahanlar təşkil edən publik hüquqi şəxs. Azərbaycan Respublikasının Prezidentinin 2016-cı il 11 aprel tarixli fərmanı ilə yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 17 sentyabr tarixli Fərmanına əsasən çap mediası subyektinin təsisçisi ola bilən 10 dövlət orqanından biridir. == Tarixi == === Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) === Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycan Respublikasında Ali məktəblərə tələbə qəbulunu həyata keçirmək məqsədilə 1992-ci ildə Əbülfəz Elçibəyin sərəncamı ilə yaradılmış və Vurğun Əyyub tərəfindən idarə olunmuş mərkəzləşmiş qurumdur. Tələbə qəbulu TQDK tərəfindən mərkəzləşdirilmiş qaydada, test üsulu ilə həyata keçirilmişdir. 1993-cü ildən 1994-cü ilədək TQDK-ya 1992–1993-cü illərdə sədrin birinci müavini olmuş Kamran İmanov rəhbərlik etmişdir. Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası dövlət idarəetmə orqanlarının bir hissəsi olmaqla təhsil sistemində xüsusi yer tutur, öz fəaliyyətində müstəqildir və Azərbaycan Respublikasının Prezidentinə tabedir. Quruma 2000-ci ildən Məleykə Mehdi qızı Abbaszadə rəhbərlik edib. TQDK-da 4 şöbə fəaliyyət göstərib: Təşkilat şöbəsi Sorğu-suallar şöbəsi Kompüter əməliyyatları şöbəsi Maliyyə-inzibati şöbə Komissiya 11 aprel 2016-cı il tarixli Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə ləğv edilib. === Dövlət İmtahan Mərkəzi (DİM) === Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ləğv edilərək onların dövlət əmlakı Dövlət İmtahan Mərkəzinin (DİM) balansına verilmişdir.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası Tələbə Gənclər Təşkilatı
Azərbaycan İdman Akademiyası (AİA) — Azərbaycanda ali təhsil müəssisəsi. Azərbaycan İdman Akademiyasının 90 illik tarixi var. Əsası 1930-cu ildə qoyulmuşdur. İlk illər institutda 11 kafedra yaradılmışdır. Tədris Azərbaycan, rus, gürcü və erməni dillərində aparılmış, əvvəlcə 3 illik, sonra isə 4 illik təhsil sistemi qəbul edilmişdir. 1936-cı ildən bu ali məktəb Zaqafqaziyada Dövlət Bədən Tərbiyəsi İnstitutu kimi fəaliyyətini davam etdirmişdir. Bu dövrdə institutda ictimai elmlər, anatomiya, biologiya, kimya, gigiyena, fizika, fiziologiya, riyaziyyat, bədən tərbiyəsinin texnikası və metodikası kafedraları açılmışdır. 1941-ci ildə başlayan İkinci Dünya müharibəsi dövründə institutun yüzlərlə müəllim və tələbəsi ölkəni müdafiə etmək üçün müharibəyə qoşuldu, arxa cəbhədə müalicə bədən tərbiyəsi vasitəsilə yaralı əsgərləri yenidən həyata qaytarmaq üçün çalışdılar. 1969-cu ildə institut üçün yeni binanın tikintisinə başlamış və 1972-ci ildə onun açılışı olmuşdur. 1998-ci ildə institutun bazasında Milli Olimpiya Akademiyası yaradılmışdır və o, Azərbaycanda Olimpiya ideyalarını, sağlam həyat tərzini, ədalətli oyun və davranış qaydalarını gənclər arasında, ümumiyyətlə, əhali arasında təbliğ etməyi öz üzərinə götürmüşdür.

Digər lüğətlərdə