TƏLƏBKAR

sif.is. [ ər. tələb və fars. …kar]
1. Çox böyük və ciddi şeylər tələb edən, hər şeyə çox ciddi yanaşan; ciddi, zabitəli. Tələbkar müəllim. Tələbkar sex rəisi.
[Salman] zəif və qorxaqlara özünü təpərli, tələbkar, amansız göstərirdi. M.İbrahimov.

2. bax müddəi 1-ci mənada. Qazı qabaqca tələbkarı danışdırır. “M.N.lətif.”

Sinonimlər (yaxın mənalı sözlər)

  • TƏLƏBKAR ciddi — zabitəli — sərt
  • TƏLƏBKAR 1. TƏLƏBKAR (çox ciddi və tələbkar olan) [Cövdət:] Əkinçizadə lakin çox tələbkardır; istəyir ki, dissertasiyam sanballı çıxsın (H

Antonimlər (əks mənalı sözlər)

  • TƏLƏBKAR TƏLƏBKAR – SƏHLƏNKAR Professorlar hər bir tələbəyə çox tələbkar yanaşırlar (M.Hüseyn); Səhlənkar adamdır, onu nəzarətsiz qoymaq olmaz (“Ulduz”)
TƏLƏBƏLİK
TƏLƏBKARLIQ

Digər lüğətlərdə