TƏMİZ

Fars sözüdür, natəmiz, təmizkar formaları da bunu sübut edir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

TƏMƏNNA
TƏMSİL
OBASTAN VİKİ
Təmiz Nohurlar
Təmiz Nohurlar (rus. Чистые пруды) — Moskva şəhərinin Basmannı rayonunun Bulvar halqasında yerləşən böyük nohur. Nohurun adı Turgenev Meydanı və Sretenski bulvarından Pokrovka küçəsinə doğru uzanan Çistoprudnı Bulvarına və Moskva Metropolitenindəki Çistye Prudı stansiyasına verilmişdir. Nohurlar Raçka çayı üzərində, XVII əsrdə Ağ Şəhərin divarları altından axan bəndlə meydana gəlmişdir. İndiki dövrdə, biri istisna olmaqla, bütün nohurlar kimi, çay da yeraltı axır . Təmiz Nohurlar su boruları sistemi ilə qidalanır. XVII əsrdə insanlar zibilləri və tullantıları çaya və gölməçələrə ataraq oranı "Çirkli Nohurlar" adlandırırdılar. 1703-cü ildə hovuzlar, yaxınlıqdakı Menşikov Qülləsini inşa edən Şahzadə Menşikov tərəfindən alınmışdır. Beləliklə, hovuzlar zibildən təmizlənmiş və yenidən əvvəlki vəziyyətinə qaytarılmışdır. "Təmiz" adlandırıldığı vaxtdan bəri, hovuzlar moskvalılar üçün gəzinti və istirahət üçün ən sevimli yerlərdən birinə çevrilmişdir.
Təmiz enerji
Dayanıqlı enerji — "gələcək nəsillərin öz ehtiyaclarını ödəmək qabiliyyətindən ödün vermədən bu günün ehtiyaclarını qarşılayacaq" şəkildə istehsal olunan və istifadə olunan enerji. Bu, onun ətraf mühitə olan təsirləri nəzərə alındıqda (baxmayaraq ki, dayanıqlı enerji konsepsiyası iqtisadi və sosial təsirləri də əhatə edir) yaşıl enerji və təmiz enerji konsepsiyaları yaxın olduğunu göstərir. Dünyanın elektrik, istilik, soyutma və transport gücünü dayanıqlı enerji vasitəsi ilə əldə etmək 21-ci əsrdə bəşəriyyətin qarşılaşdığı ən böyük çətinliklərdən biri olaraq qəbul edilir. Enerji istehsalı və istehlakı insanın səbəb olduğu və qlobal istiləşməyə gətirib istixana qaz emissiyasının 70%-ni təşkil edir. Dünya üzərində 1 milyarda yaxın insanın elektrik çatışmazlığı ilə üz-üzədir və təxminən 3 milyad insan yemək bişirmək üçün odun, kömür və heyvan peyini kimi tüstülü yanacaqlardan istifadə edir. Bu və digər təbii yanacaqlar hər il təxmini 7 milyon insanın ölümünə səbəb olan hava çirkliliyini yaradan əsas faktorlardır. Ümumilikdə, günəş, külək və hidroelektrik enerji kimi bərpa edilən enerji mənbələrinin dayanıqlı olduğu düşünülür. Ancaq bioyanacaq istehsalı üçün meşələrin təmizlənməsi kimi bəzi yenilənə bilən enerji layihə aspektləri təbii yanacaq istifadəsindən daha zərərli problemlərin yarana biləcəyini göstərir. Nüvə energetikasıAtom enerjisi daha az karbon tələb edən mənbədir və külək və günəşlə müqayisədə daha təhlükəsiz görünür, ancaq radioaktiv tullantılar və böyük əzariskləri bu texnologiyanın dezavantajlarıdır. Dəyişən enerji mənbəyi olan orta miqdarda külək və günəş enerjisi şəbəkə enerjisi anbarı və tələbə cavab tədbirləri kimi əlavə infrastruktur olmadan elektrik şəbəkəsinə inteqrasiya edilə bilər.
Şövkət Təmiz
Şövkət Təmiz (1 sentyabr 1970) — PS və Brüssel-Kapital millət vəkili olan belçikalı siyasətçi. Şövkət Təmiz 1 sentyabr 1970-ci ildə Türkiyədə anadan olmuşdur, ancaq bir neçə il sonra ailəsi ilə Belçikaya köçmüşdür. Peşəkar olaraq dövlət qulluqçusu oldu. O, PS üçün siyasi cəhətdən aktiv olub. 2006-cı ildə bu partiya üçün Brüsselə seçildi. 2014-cü ildən bəri Brüssel-Kapital Məclisinin üzvüdür.
Təmiz idrakın tənqidi
"Xalis zəkanın tənqidi" (almanca Kritik der reinen Vernunft) — alman filosofu İmmanuel Kantın ən çox oxunan fundamental fəlsəfi əsəri. Fəlsəfə tarixində ən nüfuzlu əsərlərdən biri sayılır. Bu əsər "Tənqid" seriyasından ilk əsərdir, bundan sonra filosofun "Əməli idrakın tənqidi" və "Mühakimə qabiliyyətinin tənqidi" əsərləri işıq üzü görür. Kant bu əsərində o dövrün iki hakim fələsəfi cərəyanı - rasionalizm və empirizm arasındakı ziddiyəti yumşaltmağa cəhd göstərmişdir. Artur Şopenhauer özünün "Dünya iradə və təsəvvür kimi" əsərində "Xalis zəkanın tənqidi"ni nəzərdə tutaraq yazır: "Kantın təlimi onu dərk edən hər bir ağılda fundamental dəyişiklik yaradır".
Təmiz torpağın buddizmi
Təmiz torpağın buddizmi (çin. 净土宗 цзинтуцзун; yap. 浄土宗, дзёдо-сю; vyet. Tịnh Độ Tông, Tin Do Tonq), eləcə də amidaizm, amitoizm — Mahayana buddizmin məktəbi, Uzaq şərq buddizmin qolu. Daosizmin və buddizmin bir sıra ideyalarını özünəməxsus şəkildə sintez edən Daoanın şagirdi Huey-yuan icmanı – «sanqha»nı – hökmdara və hakimiyyətə qarşı qoyaraq və transsendental kontekstdə anlaşılan, yəni dünyanın fövqündə duran şəxsiyyət kimi qəbul edilən Vahid Tanrı – Amitabha – kultunu yaratmaqla dini dünyagörüşün, daha dəqiq deyilərsə, transsendental dinin formalaşma prosesini sona çatdırdı. Amidaizm adlandırılan bu din cəmiyyətdə hakim mövqe tutduqca Çin tarixinin orta əsrçilik dövrü başlayır. Amidaizm Çində buddizmin ilk variasiyası kimi təşəkkül tapdı. Bu, icmaçı variasiya idi. Konfutsiçilik cərəyanına daxil olanlar qeyri-aristokratik mənşəli legist ideyalarla barışdıqları üçün Çinin aristokratik ruhu özünü konfusiçiliyin dilində deyil, daha çox buddizmin dilində anlaya bildi və ifadə etdi. Aristokratik buddizm çan adlandırıldı və özünü icmaçı buddizmə – amidaizmə qarşı qoydu.
Təmiz şəhər ASC
Təmiz şəhər Açıq Səhmdar Cəmiyyəti — Bakı şəhəri ərazisində əmələ gələn bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi sistemini müasir standartlara uyğun qurmaq və idarə etməklə şəhərin ekoloji vəziyyətinin yaxşılaşdırılması işlərini həyata keçirən qurum. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2008-ci il 6 avqust tarixli “Bakı şəhərində məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında” sərəncama əsasən təsis olmuşdur. 2009-cu il martın 12-də “Təmiz Şəhər” ASC dövlət qeydiyyatına alınmış və öz fəaliyyətinə başlamışdır. Abşeron regionundakı mövcud ekoloji problemlərin planlı sürətdə həll edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 28 sentyabr 2006-cı il tarixində «Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı» təsdiq olunmuşdur. Bakı və Abşeron yarımadasının ekoloji durumunun sağlamlaşdırılmasında bu tədbirlər planının böyük əhəmiyəti vardır. Kompleks Tədbirlər Planında ətraf mühitin mövcud vəziyyətinin bərpasına yönəldilmiş bütün əsas fəaliyyət istiqamətləri öz əksini tapmışdır. Belə ki, Bakı buxtasının, Bibiheybət zonasının, H.Əliyev adına Beynəlxalq Hava Limanının ətrafının, Abşeron yarımadasının göllərinin, neftlə çirklənmiş torpaqların, lay suları altında qalmış sahələrin və digər istehsal tullantıları ilə çirklənmiş ərazilərin ekoloji vəziyyətinin yaxşılaşdırılması və digər məsələlər tədbirlər planında əks olunmuşdur. Kompleks Tədbirlər Planı üzrə təsdiq olunmuş vəzifələr üzrə Abşeron yarımadasında məişət tullantılarının yığılması, daşınması, yerləşdirilməsi ilə bağlı məsələlərin həll olunması da bu vəzifələr arasındadır. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2008-ci il 6 avqust tarixli “Bakı şəhərində məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında” sərəncama görə Bakı şəhərinin ərazisində əmələgəlmə mənbəyindən asılı olmayaraq, bütün bərk məişət tullantılarının yığılması, daşınması Bakı Şəhər İcra Hakimiyyətinə səlahiyyətində qalır. Sərəncama əsasən təsis olunan “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti isə Bakının ərazisində əmələ gələn bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi sistemini müasir standartlara uyğun qurmaq və idarə etməklə şəhərin ekoloji vəziyyətinin yaxşılaşdırılması işlərini həyata keçirir.
Abxaziyada gürcülərə qarşı etnik təmizləmə
Abxaziyada gürcülərə qarşı etnik təmizləmə, Abxaziyada gürcü qırğını və ya Abxaziyada gürcülərə qarşı soyqırımı (gürc. ქართველთა გენოციდი აფხაზეთში) (əsasən gürcü mənbələrində) — 1992–1993-cü illərdə Gürcü-abxaz münaqişəsi zamanı və 1998-ci ildə Abxaz separatçıları və onların tərəfdarları (ehtimal edilir ki, Rusiyadan olan könüllülər) tərəfindən Abxaziya ərazisində yaşayan gürcülərə qarşı törədilmiş etnik təmizləmə, qırğın və məcburi köçürmə prosesi. Hadisələr zamanı ermənilər, yunanlar, ruslar və mötədil abxazlar da öldürülmüşdür. Prosesin nəticəsi olaraq 200.000–250.000 arası mülki gürcü əhali məcburi köçkün vəziyyətinə düşmüşdür. Gürcülərə qarşı etnik təmizləmə və qırğınlar törədilməsi Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının 1994, 1996 və 1997-ci illərdə Budapeşt, Lissabon və İstanbul şəhərlərində keçirilmiş sammitlərində rəsmi olaraq təsdiqlənmiş, münaqişə zamanı hərbi cinayətlərin törədilməsi qeyd edilmişdir. 15 may 2008-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən qəbul edilmiş A/RES/62/249 qətnaməsində "etnik təmizləmə qurbanları da daxil olmaqla Gürcüstanın Abxaziya bölgəsindən olan bütün qaçqınlar və məcburi köçkünlərin öz torpaqlarına geri dönmə haqqının qorunması" xüsusi qeyd edilir, həmçinin "bütün BMT-yə üzv dövlətlər öz vətəndaşlarını Gürcüstanın Abxaziya bölgəsində mülk əldə etməkdən çəkindirməyə" çağırılır. BMT Təhlükəsizlik Şurası ərazidə atəşkəsə çağıran bir neçə qətnamə qəbul etmişdir. == Arxa plan == 1992–93-cü illər Abxaziya müharibəsindən əvvəl ərazidə əhalinin təxminən yarısını gürcülər, beşdə birini isə abxazlar təşkil edirdilər. Bunun əksinə 1926-cı ildə iki xalq təxminən balanslaşdırılmış saya malik idi, yerdə qalan əhali isə ruslar, ermənilər və yunanlardan təşkil olunmuşdu. Genişmiqyaslı gürcü və erməni köçləri tədricən bu xalqların sayının dəfələrlə artmasına səbəb olsa da, 1989-cu ilin nəticələrinə görə abxaz əhalinin sayı heç iki dəfə də artmamışdı: gürcü əhalinin sayı dörd dəfə artaraq 67,494-dən 239,872-ə çatmış, erməni əhalinin sayı iki dəfə artmış, rus əhalinin sayı isə altı dəfə artmışdı.
Erməni-Azərbaycan müharibəsi (1918-1920) zamanı etnik təmizləmələr və qırğınlar
Erməni-Azərbaycan müharibəsi (1918–1920-ci illər) Rusiya imperiyasının süqutundan sonra başlanmış və Azərbaycanda sovet hakimiyyətinin qurulmasının ilk aylarına qədər davam edən ADR və Ermənistanın iştirakı ilə Zaqafqaziyanın azərbaycanlı və erməni icmaları arasında baş vermiş qanlı silahlı münaqişədir. Əsasən Yelizavetpol (Gəncə) və İrəvan quberniyalarının etnik cəhətdən qarışıq rayonlarına nəzarət etmək üçün baş verən münaqişə hər iki tərəfdən kütləvi etnik təmizləmə və zorakılıq alovları ilə müşayiət olunmuşdur . == Səbəbləri == Rusiya Vətəndaş Müharibəsi zamanı etnik münaqişələrin öyrənilməsinə həsr olunmuş 1000 səhifəlik əsərin müəllifi (o cümlədən. h. erməni-azərbaycanlı), rus tarixçisi V. P. Buldakov etnik zəmində törədilən qırğınların səbəbləri haqqında fikirlərini bildirir. Beləliklə, aqressivliyin artması fizikada "kiçik təlaşların həddindən artıq böyüməsi" adlanan bir sxemə görə baş verir, burada həm sabit mənfi etnik nümayəndəliklər, həm də situasiya qorxuları aktivləşir. Buldakovun fikrincə, çoxölçülü münaqişənin tipik regionu olan Zaqafqaziyada və Şimali Qafqazda məhz bu baş verib . Poqromların ümumrusiya səbəbləri arasında o, insanları paxıllıq edən və xalqları eqoist edən imperiyanın irsini qeyd edir . Buldakov onu da qeyd edir ki, soyğunçuluq arzusu çox vaxt poqromla əlaqələndirilir; bu amil həmişə poqromları müşayiət etdiyi halda, etnik qırğınlar həm də təkcə mənimsəmə ilə deyil, həm də yad olanın "ritual" məhv edilməsi ilə xarakterizə olunur . İmperiyanın süqutu zamanı Azərbaycan və erməni xalqları arasında köklü XI əsrə söykənən dərin sosial antaqonizm yaranmışdı; Bundan əlavə, ermənilərlə azərbaycanlılar arasında etnik və dini zəmində qarşılıqlı düşmənçilik mövcud idi.
Etnik təmizləmələr
Etnik təmizləmələr — bir etnik qrupa məxsus olan insanların məcburi surətdə müəyyən ərazidən köçürülməsi siyasəti. Bir sıra hallarda "etnik təmizləmələr" əhalinin kütləvi köçürülməsi ilə yanaşı, məcburi emiqrasiya, deportasiya və genosid forması ala bilər. Etnik təmizləmələr dini və milli mənsubluqdan irəli gələrək siyasi, strateji və ideoloji səbəblərdən ola bilər. 1988-1994-cü illər Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində bir milyondan artıq Azərbaycanlı (qaçqınlar və məcburi köçkünlər, soyqırıma məruz qalanlar) etnik təmizləməyə məruz qalmışdır. Bu, Azərbaycanın ümumi əhali sayına nisbətdə dünya üzrə rekord göstəricidir. == Bəzi müasir etnik təmizləmələr == XX əsrdə çoxsaylı etnik təmizləmələr baş vermişdir. Azərbaycanlıların (150 mindən çox) 1948-1953-cü illərdə Ermənistandan (öz dədə-baba torpaqları olan Qərbi Azərbaycan ərazilərindən) deportasiya edilməsi. Azərbaycanlıların (300 minə yaxın) 1988-1991-ci illərdə Ermənistandan (öz dədə-baba torpaqları olan Qərbi Azərbaycan ərazilərindən) deportasiya edilməsi. Azərbaycanlıların (800 minə yaxın) 1988-1994-cü illərdə Rusiya və Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarının bir hissəsini işğalı nəticəsində Dağlıq Qarabağdan və ətraf ərazilərdən qovulması. Qırğıstanda 2010-cu ildə baş verən hadisələr.
Eynəkli təmizçi
Eynəkli təmizçi (lat. Cepphus carbo) — Təmizçilər fəsiləsinə aid dəniz quşu. == Təsvir == Bədəninin uzunluğu təqribən 38 sm-dir. Ayaqları qırmızı, dimdiyi qaradır. Heç bir yarımnövü yoxdur. == Yayılması == Sakit okeanın şimal-şərqində, Oxot dənizində, Rusiyanın Kuril adalarında və Yaponiyanın Hokkaydo adasında yayılmışdır. Eynəkli təmizçinin arealı Sakitokean təmizçisinin arealı ilə üst-üstə düşür, lakin sonuncu daha şimala nüfuz edir. == Davranış == Səhər və günortadan sonra aktivdir. Quşlar sahilə yaxın, 15–20 m-dən çox olmayan dərinliklərdə qidalanır. Balalar əsasən balıq, onayaqlı xərçəngkimilər və çoxilliklərlə qidalanır.
Kükürd qazından təmizlənmə üsulları
Kükürd qazından təmizlənmə üsulları — Sənaye müəssisələrində atmosfer havasına buraxılan tullantı qazları ayrı-ayrı zərərli kimyəvi birləşmələrdən təmizlənməsi üçün hər bir maddənin kimyəvi xassələri ilə şərtlənən spesifik üsuldur. == Kükürd qazı == Atmosferi kükürd qazı (SO2)ilə ən çox çirkləndirən mənbələr əlvan metallurgiya, istilik-energetika və sulfat turşusu istehsal qurğularıdır. == Qrupları == Havaya buraxılan qazları kükürd-4-oksiddən təmizləməyin üsullarını 2 qrupa bölmək olar: Sonradan sərbəst halda çıxarmadan təmizləmə; Utilləşdirmək məqsədilə sonradan sərbəst halda çıxarılmaqla təmizləmə. Kükürd qazından təmizlənən tullantı qazlar seçilən üsuldan asılı olaraq öncədən təmizləyici qurğunun işinə mane olan bərk hissəciklərdən, hidrogen-sulfiddən, nəmdən, oksigendən və başqa maddələrdən ayrılmalıdır. == Kükürd qazını zərərsizləşdirməyin üsulları == Kükürd qazını zərərsizləşdirməyin mühüm üsulları aşağıdakılardır: Maqnezit üsulu Əhəng üsulu Ammonyaklı tsiklik proses Ammonyak turşu üsulu Quru ammonyak üsulu Manqan-oksid üsulu İonitlərlə SO2-nin təmizlənməsi == Maqnezit üsulu == Burada tərkibində SO2 olan qazlar maqnezium-oksid suspenziyasından keçirilərək maqnezium-sulfitə çevrilir. == Əhəng üsulu == Bu üsulda qazlar əhəngli suspenziyadan keçirilir. Üsul ucuzdur və udulma tam gedir. == Ammonyaklı tsiklik proses == Burada qazlar ammonyak məhlulu ilə alçaq temperaturda absorbsiya edilir, sonra qızdırılaraq ondan sərbəst şəkildə ayrılır. Absorbsiya prosesində ammonium-sulfit və ammonium-hidrosulfit əmələ gəlir. == Ammonyak turşu üsulu == Bu üsulda kükürd qazı ammonium-sulfit məhlulu ilə udulur, sonra H2SO4 əlavə edilməklə ondan ayrılır.
Metanoldan yüksək təmizliyə malik hidrogenin alınması
Nasizmdən təmizlənmə
Nasizmdən təmizlənmə, nasistlərdən təmizlənmə və ya denasifikasiya (alm. Entnazifizierung‎) – Müttəfiq Dövlətlərin İkinci Dünya Müharibəsindən sonra Almaniya və Avstriya cəmiyyətlərində həyata keçirdiyi və Nasional Sosializmin təsirini mədəniyyət, cəmiyyət, iqtisadiyyat, mətbuat, hüquq və siyasət sahələrindən silmək üçün həyata keçirdiyi siyasəti təsvir edir. Siyasət çərçivəsində məsul təşkilat rəhbərləri və əlaqədar qurumlar birbaşa işdən çıxardıldı və həmin təşkilatlar bağlanıldı. Bu siyasətə müharibədən dərhal sonra keçirilən Potsdam konfransında qərar verildi. Siyasi cəhətdən həyata keçirilən tədbirlər Soyuq müharibənin başlaması ilə faktiki olaraq dayandırıldı. İkinci Dünya Müharibəsi dövründə Nasist Almaniyasının təslim olmasından sonra, Berlindən 26 km cənub-qərbdə yerləşən Potsdamda 1945-ci il 17 iyul ilə 2 avqust arasında təşkil edilən Potsdam Konfransı, xüsusilə Almaniya və Avstriyada nasizmdən təmizlənmə işlərinə başlamağa qərar verdi. Berlindəki Müttəfiq Komandanlığı 1946-cı ilin yanvarında fəaliyyətə başladı. Bu çərçivədə müəyyən şəxslər və təşkilatlar müşahidə altına alındı və bunlar haqqında qərarlar qəbul edildi. Bütün Müttəfiq Dövlətlər ümumi prinsiplərdə razılaşsalar da, onların nəzarəti altında olan ərazilərdə bunun həyata keçirilməsi çox fərqlənirdi. Nasizmin aradan qaldırılması fəaliyyətinə nasist rejiminin istifadə etmiş olduğu simvolların çıxarılması da daxildir.
Pəncərə təmizləyən
Pəncərə təmizləyən — pəncərə, güzgü və digər şüşə səthlərini təmizləyən insan.
Qəribə təsadüf və ya həmişə təmizlikdə (film, 1975)
"Qəribə təsadüf və ya həmişə təmizlikdə" (rus. Ирония судьбы, или С лёгким паром!) — rejissor Eldar Ryazanovun rejissorluğu ilə 1975-ci ildə çəkilmiş ikiseriyalı sovet filmi. SSRİ-də ilk nümayişi 1 yanvar 1976-cı il saat 17:45-də Mərkəzi Televiziyanın birinci proqramı ilə baş tutub. İlk nümayişin auditoriyası 100 milyon tamaşaçı təşkil edib; çoxsaylı tamaşaçı xahişi nəzərə alınaraq fevralın 7-də film təkrarən göstərilib. 1978-ci ilədək filmə televiziya vasitəsilə 250 milyon tamaşaçı baxmışdı. Film kinoteatrlarda 295 nüsxə ilə nümayiş olunaraq, 7 milyon tamaşaçı toplamışdı. 1977-ci ildə SSRİ dövlət mükafatına layiq görülüb. Film satirik animasiya ilə başlayır. Filmin əsasını eyni layihə əsasında tikilmiş eyni tipli binalar (hətta müxtəlif şəhərlərdə) təşkil edir. Daha sonra ekranda Pavliki görürük.
Suyun təmizlənməsi
Suyun təmizlənməsi — su olduqca qiymətli sərvətdir. Təbii su təchizatı mənbələrindən su kəmərinə verilən suyun keyfiyyətini müəyyən edilmiş norma göstəricilərinə çatdırmaq məqsədilə aparılan texnoloji proseslər kompleksi suyun təmizlənməsi adlanır. Su ehtiyatlarının özünün təmizlənməsi təbiət hadisələrindən biridir. Özünü təmizləmə bir çox faktorlardan (fiziki, kimyəvi və bioloji) asılıdır. Fiziki faktorlardan günəş enerjisini göstərmək olar. Günəş ultrabənövşəyi şüalarının təsiri nəticəsində zərərli mikroblar, bakteriyalar, virusların hissəciklərini məhv edir. Su ehtiyatlarına daxil olan çikləndirici maddələrin qarışdırılması, əridilməsi suyun özünü təmizləməsinin əsas fiziki faktorlarından biridir. Suyun özünü təmizləməsinin kimyəvi faktorlarına üzvi və qeyri-üzvi maddələrin oksidləşməsini göstərmək olar. Su ehtiyatların özünü təmizləməsində heyvan və bitki aləminin də rolu böyükdür. Suda yaşayan heyvanları su ehtiyatlarının sanitarı adlandırırlar və onlar suları özlərindən keçirərək təmizləyirlər.
Təmizlik
Təmizlik — insanın sağlamlığı və təbiətin mühafizəsi üçün lazım olan vacib amil. Böyük alimlər təmizliyi aşağıdakı mövzularla tədqiq etmişdir: A. Y. E(bədən-paltar-qida) təmizlik Ev (mətbəx-hamam-ayaqyolu) təmizliyi Ətraf mühit (tullantıların uyğun şəkildə uzaqlaşdırılması) təmizliyi Kifayət qədər təmiz suyun təmin edilməsi. Fərdi təmizlik deyiləndə bədən təmizliyi nəzərdə tutulur. Buradan da cilt, əl, ağız, burun, göz təmizliyi, saç, dırnaq, qoltuqaltı, üz, diş və ayaq baxımı nəzərdə tutulur. Dünya Səhiyyə Təşkilatının bədən təmizliyi, əl təmizliyi, ağız və diş baxımının əhəmiyyəti və mühafizəsi yollarına aid materiallar mövcuddur. Ancaq Dünya Səhiyyə Təşkilatının dırnaqların yoluxucu xəstəliklərdəki təsirinə, tüklərin təmizliyinə və yoluxucu xəstəliklərdəki roluna aid ciddi nəşrləri yoxdur. Fərdi təmizliyə baxmayaraq insan ətrafdan xəstəlik tapa bilər. İnsan nə qədər təmiz olursa olsun, ətraf mühiti təmiz olmasa, heç bir şeyə toxunmasa belə hava, külək, böcəklər və digər daşıyıcılar üzündən xəstələnə bilər.
Təmizləmə
Təmizləmə – çirkləndiriciləri kənar etmək məqsədilə aparılan texnoloji proseslər. Çirkab suların təmizləmə xüsusi bakteriya, ibtidailər və bəzi ali bitkilərin köməyilə aparılır. Metal məmulatları və tikinti materiallarının səthi xüsusi cihazla sulu kvars qumunu sıxılmış havanın şırnaqla verilməsi ilə aparılır. Çökdürmə yolu ilə tozların tutulması. Neft məhsulları bu üsulla təmizlənir. Qazların maye ilə təmasda olarkən bu üsuldan istifadə olunur. Yaşayış yerlərində toplanan tullantıların yığılması, daşınması və zərərsizləşdirilməsi üzrə görülən kompleks tədbirlər. Metal məmulatları və tikinti obyektlərinin səthi xüsusi cihazla sıxılmış havanı şırnaqla verməklə təmizlənir. Neft məhsullarının və yağ fraksiyalarının kükürd birləşmələrindən, asfalt-qatran maddələrindən sulfat turşusu ilə təmizlənməsi. Oksigen-asetilen lampasının alovu ilə metalların səthinin təmizlənməsi.
Təmizxan (film, 2002)
Təmizxan filmi (ing. Thamizhan) — Rejissor Məcid tərəfindən 12 aprel 2002-ci ildə kinoteatrlara verilən,Tamil dilində çəkilən Hindistan detektiv komediya filmidir.Hindistanın ilk detektiv komediya filmi adını alan Təmizxan filminin baş rolunu Vicay və Priyanka Çopra oynayır.Bu film Priyanka Çopranın çəkildiyi ilk filmdir.Çopra çox maraqlı debüt edib. Filmin çəkilişləri 2001-ci ildə başlayıb.Priya rolu üçün Triputasami gətirilir.Lakin,həmin vaxtlarda o,ağır qəza keçirir.Buna görə də,Priya roluna 2000-ci ilin Dünya Gözəli Priyanka Çopra gətirilir.Bu film onun ilk filmi olur. Surya problemləri qanuni yolla düzəldən,lakin,təmizlik xəstəsi olan vəkildir.Ona görə də,ona Təmizxan deyirlər.O,İş başında Priya adlı bir gözəl qıza vurulur.Ədalətli mühakimə etməkdə onun kimisi olmayan qaynanası Şaktivel öldürülür.Suryanın bacısı Caya cinayətkarların əlində acınacaqlı bir sonluqla qarşılaşır.Surya isə yeraltı başçıların suallarını inkar edir.Priya isə cinayətkarların başçısının qızıdır.Surya Priyayla evlənmək və cinayətkarları öldürmək planını fikirləşir.Hər hind filmi kimi bu film də xoşbəxt sonluqla-evliliklə bitir. İstehsalçı:Venkateşvaran Rejissor:Məcid Ssenari müəllifi:Çandrasekar Əsərin müəllifi:Məcid Bəstəkar:İmman Kinematoqrafiya:Ekambaram Redaktor:Vicayan Şirkət:GV Films Vaxt:162 dəqiqə İlk baxış tarixi:12 aprel 2002 Dil:Tamil Ölkə:Hindistan Vicay-Surya Priyanka Çopra-Priya Nassar-Şaktivel Revathi-Caya Puca-Şaktivelin qızı Vivek-Nandakumar Aşiş Vidyarti-Vidya Delhi Qaneş-Lakşminarayanan Vinu Çakravarti-vəkil Bhaşkar-Qaneşan Minnal Dipa-Priyanın sevgilisi Balaci-Suryanın dostu Çaruhasan Purnam Vişvinatan Besant Ravi Vinsent Roy Muthukalayi-sürücü Bayilvan Raqnatahan Film tənqidçilər tərəfindən xoş qarşılandı.Əsasən də,Çopra bəyənildi.Caya rolunu oynayan Revathidən başqa bütün rollar bəyənildi. Mahnılar İmman tərəfindən bəstələnib.İmman bu film çəkiləndə 17 yaşında idi və debüt edirdi.Filmdə mahnılardan birini həqiqətən də,Priyanka Çopra oxuyub.
Təmizçilər
Təmizçilər (lat. Alcidae) çovdarçıkimilər dəstəsinə aid quş fəsiləsi.
Təmizürəklilər üsyanı
Təmizürəklilər üsyanı (yaponca: 一向一揆, yəni İkko-İkki) 一Yaponiyada İkko təriqətini rəhbərliyi altında baş vermiş, 1488–1582-ci illəri əhatə edən üsyanlar. XV-XVI əsrlərdə baş vermiş üsyanlar içərisində İkko təriqətinin rəhbərliyi altında baş vermiş üsyanlar da vardı. Bu üsyanlar 1488–1582-ci illəri əhatə etmişdi və "İkko ikki" ("Təmizürəklilər üsyanı") adlanırdı. Üsyanın əsas iştirakçıları buddizm təriqəti Cyodo-şinsyu təriqətinin döyüşkən rahibləri idi. Bu təriqətə rahib Rennyo rəhbərlik edirdi. "İkko-ikki" üsyanlarında rahiblərlər yanaşı, kəndlilər, şintoizm din xadimləri və kiçik samuraylar da iştirak edirdilər. Onlar məmurlara və feodallara qarşı mübarizə aparırdılar. Dini pərdə altında baş vermiş daha geniş çıxışlar İşiyama, İse, Kaqa, Mikava, Noto, Sukai, Setsu, Etien ve Etiqo əyalətlərində baş vermişdir. İkko təriqətinin ən böyük çıxışlarından biri 1563-cü ildə Mikava əyalətində baş vermişdir. Bu üsyanlar XVI əsrin sonlarında səngidi.
Ermənistan–Azərbaycan müharibəsi (1918–1920) zamanı etnik təmizləmələr və qırğınlar
Erməni-Azərbaycan müharibəsi (1918–1920-ci illər) Rusiya imperiyasının süqutundan sonra başlanmış və Azərbaycanda sovet hakimiyyətinin qurulmasının ilk aylarına qədər davam edən ADR və Ermənistanın iştirakı ilə Zaqafqaziyanın azərbaycanlı və erməni icmaları arasında baş vermiş qanlı silahlı münaqişədir. Əsasən Yelizavetpol (Gəncə) və İrəvan quberniyalarının etnik cəhətdən qarışıq rayonlarına nəzarət etmək üçün baş verən münaqişə hər iki tərəfdən kütləvi etnik təmizləmə və zorakılıq alovları ilə müşayiət olunmuşdur . == Səbəbləri == Rusiya Vətəndaş Müharibəsi zamanı etnik münaqişələrin öyrənilməsinə həsr olunmuş 1000 səhifəlik əsərin müəllifi (o cümlədən. h. erməni-azərbaycanlı), rus tarixçisi V. P. Buldakov etnik zəmində törədilən qırğınların səbəbləri haqqında fikirlərini bildirir. Beləliklə, aqressivliyin artması fizikada "kiçik təlaşların həddindən artıq böyüməsi" adlanan bir sxemə görə baş verir, burada həm sabit mənfi etnik nümayəndəliklər, həm də situasiya qorxuları aktivləşir. Buldakovun fikrincə, çoxölçülü münaqişənin tipik regionu olan Zaqafqaziyada və Şimali Qafqazda məhz bu baş verib . Poqromların ümumrusiya səbəbləri arasında o, insanları paxıllıq edən və xalqları eqoist edən imperiyanın irsini qeyd edir . Buldakov onu da qeyd edir ki, soyğunçuluq arzusu çox vaxt poqromla əlaqələndirilir; bu amil həmişə poqromları müşayiət etdiyi halda, etnik qırğınlar həm də təkcə mənimsəmə ilə deyil, həm də yad olanın "ritual" məhv edilməsi ilə xarakterizə olunur . İmperiyanın süqutu zamanı Azərbaycan və erməni xalqları arasında köklü XI əsrə söykənən dərin sosial antaqonizm yaranmışdı; Bundan əlavə, ermənilərlə azərbaycanlılar arasında etnik və dini zəmində qarşılıqlı düşmənçilik mövcud idi.
Qəribə təsadüf və ya həmişə təmizlikdə
"Qəribə təsadüf və ya həmişə təmizlikdə" (rus. Ирония судьбы, или С лёгким паром!) — rejissor Eldar Ryazanovun rejissorluğu ilə 1975-ci ildə çəkilmiş ikiseriyalı sovet filmi. SSRİ-də ilk nümayişi 1 yanvar 1976-cı il saat 17:45-də Mərkəzi Televiziyanın birinci proqramı ilə baş tutub. İlk nümayişin auditoriyası 100 milyon tamaşaçı təşkil edib; çoxsaylı tamaşaçı xahişi nəzərə alınaraq fevralın 7-də film təkrarən göstərilib. 1978-ci ilədək filmə televiziya vasitəsilə 250 milyon tamaşaçı baxmışdı. Film kinoteatrlarda 295 nüsxə ilə nümayiş olunaraq, 7 milyon tamaşaçı toplamışdı. 1977-ci ildə SSRİ dövlət mükafatına layiq görülüb. Film satirik animasiya ilə başlayır. Filmin əsasını eyni layihə əsasında tikilmiş eyni tipli binalar (hətta müxtəlif şəhərlərdə) təşkil edir. Daha sonra ekranda Pavliki görürük.
Prayd təmizləməsi
Prayd təmizləməsi (ing. Pride's Purge) — İngilis inqilabı zamanı bir hadisədir, bu müddət ərzində polkovnik Tomas Prayd komandanlığı altında parlament ordusunun bir dəstəsi ölkədə kral hakimiyyətinin qorunmasını müdafiə edən presviterian deputatlarını İcmalar palatasından qovdu. Prayd təmizləməsi, mahiyyət etibarı ilə, dövlət çevrilişi idi, nəticədə İngiltərədə hakimiyyət respublikapərəst independentlərə keçdi. 1648-ci ildə kral I Karl əsir düşdü və hərbi əməliyyatlar demək olar ki, dayandırıldı. Uzunmüddətli parlament bərpa edilmiş kralın idarə edə biləcəyi bir sıra şərtlər hazırladı. Levellerlər və ordu, kompromis tapmaq səylərinə və Karlın məhkəməsi tələblərinə etiraz edən ərizələr təqdim etdi, Parlament bunu rədd etdi. Kralın parlamentin tələblərinə verdiyi cavablar Presviterianların ümid etdiyindən çox uzaq oldu. Lakin 5 dekabr 1648-ci ildə onlar məqbul elan edildi (lehinə 129, əleyhinə 83 səs). Английская буржуазная революция XVII века. Т. 1.
Qarabağda azərbaycanlıların etnik təmizləməsi
Qarabağda azərbaycanlıların etnik təmizləməsi — Birinci Dağlıq Qarabağ müharibəsində erməni separatçıları tərəfindən Dağlıq Qarabağda və onun hüdudlarından kənarda yaşayan Azərbaycan türklərinə, Azərbaycan kürdlərinə və Axısqa türklərinə qarşı törədilmiş olan etnik təmizlik. Birinci Dağlıq Qarabağ müharibəsindən əvvəl Dağlıq Qarabağda ən böyük etnik qrup ermənilər idi, ama, Şuşada və ya Xocalıda azərbaycanlıların çoxluq təşkil etdiyi bir neçə ərazilər var idi. Müharibədə erməni separatçı qüvvələri Ermənistanın köməyi ilə, bütün Dağlıq Qarabağ ərazisini və Dağlıq Qarabağdan kənarda yaşayan, tamamilə azərbaycanlıların və kürdlərin yaşadığı 7 rayonları “təhlükəsizlik kəməri” bəhanəsi ilə işğal etmişdilər. Bütün azərbaycanlılar və kürdlər qaçarkən erməni qüvvələrinin onları meşələn “ovladırdılar” diyə mühüm zəruri əşyaları özləri ilə aparmağa vaxt tapmaıyıb və evlərini tərk etməyə məcbur olan bütün azərbaycanlılar və kürdlər vəhşicəsinə həmin rayonlardan çıxarılmışdırlar. Azərbaycanlılara və axısqalılara qarşı olan ən böyük qırğın 1992-ci ilin fevralında, müharibənin başlanğıcında Xocalıda baş vermişdir. Bu qırğında ölənlərin sayı 500-dən 1000-ə qədərdir, rəsmi say isə 613-dür. Ümumilikdə 16.000-dən 30.000-ə qədər azərbaycanlı, axısqalı və kürd öldürülmüşdü, 724.000 ilə bir milyon arasında insan isə qovulub didərgin düşmüşdür. == Fon == Dağlıq Qarabağda dinc əhalinin ilk qırğınları 1988-ci ildə, regiondakı etnik ermənilər Dağlıq Qarabağ üzərində hakimiyyətin Azərbaycan Sovet Sosialist Respublikasından Ermənistan Sovet Sosialist Respublikasına tam dəyişdirilməsini tələb etdikdən sonra başlamışdılar. 1988-ci ilin sentyabr ayında ermənilər və azərbaycanlılar bir-birinə qarşı qırğın başlamış nəticədə Xankəndidən 3.100-dən çox azərbaycanlı qovulmuşdur və Şuşadan 1.409 erməni. 1991-ci ildə həm Ermənistan, həm də Azərbaycan SSRİ-nin dağılmasına az qalmış öz dövlət müstəqilliklərini elan etmişdirlər.

Digər lüğətlərdə