TƏQİYYƏ

müsəlmanın dini inancına görə həyatı üçün təhlükə yarandığı zaman öz inancının gizlətməsidir. Quranda bu barədə ayələr vardır (16: 106-109). İlahiyyatçılar müsəlmanların dini zəmində təqiblərə məruz qaldıqlarında inanclarını gizlətməyə icazə vermişdilər. Ancaq, bu halda müsəlman yalnız görünüşdə İslamdan çıxa bilər. Qəlbində isə müsəlman olaraq qalmalıdır. Müsəlman başqa dinin mənsubu olmağa məcbur edilərək o dinin buyuruqlarını yerinə yetirsə belə, müsəlman olaraq qalır. Belə olarsa o, öz dininin əmrlərini imkan olduqda gizli yerinə yetirməlidir. Bu vəziyyətdə Allah onların qəlbindəki inanca görə savablar yazır. Ancaq, qəlblərində də dindən çıxanlar üçün cəhənnəm əzabı vardır. Bununla belə, müsəlman gizli inancda qalmaqdan çəkinib, ölümə də gedə bilər. Bu onun istəyindən asılıdır. Təqiyyə İslam məzhəbləri arasında da tətbiq olunur. Əgər, bir İslam məzhəbinin ardıcılları başqa məzhəbin ardıcıllarını hədələyirlərsə, onda onların ilahiyyatçıları onlara təqiyyə etməyə icazə verir.
TƏQDİS
TƏQLİD

Значение слова в других словарях