Tərcümə etmək

1. Başqa dilin vasitələri ilə artıq ifadə olunmuş məzmun və formanı vəhdət kimi əks etdirən mətnin digər dilin vasitələri ilə düzgün və tam ifadə olunması. 2. Mətnin məzmunun üslubi və ekspressiv xüsusiyyətlərini saxlamaqla, onun başqa dilin vasitələri ilə tam və düzgün verilməsi. 3. Başqa işarələrlə, digər hədlərdə ifadə etmək.
Tərcümə ekvivalentliyi
Tərcümə fəaliyyəti
OBASTAN VİKİ
Tərcümə
Tərcümə — fikrin bir dildən digər dilə eyni məzmunda verilməsi. İlk dövrlərdə tərcümə ancaq insanlar tərəfindən edilirdi. Sonradan tərcümə maşın (ing. MT — Machine Translation) və kompüterdən istifadə edilməklə (ing. CAT — computer aided translation) edilməyə başlandı. Bu zaman onun keyfiyyəti insan tərcüməsindən çox geri qalır. Tərcümədə məqsəd ilkin materialla maksimum oxşarlıq təşkil etməkdir. Ancaq dillərin xüsusiyyəti, mədəniyyət fərqi və elmi terminlərin yayılması dərəcəsi tam tərcüməyə imkan vermir. Tərcümələr "şifahi" və "yazılı" tərcümələrə bölünür. Poetik tərcümə, yəni bir dildə yazılmış şeirin digər dildə bənzərini yaratmaq tərcümənin ən çətin növlərindən hesab olunur.
Müdafiə etmək
Vəkillik və ya müdafiə etmək bir və ya bir neçə məqsədə çatmaq üçün, özünün, başqa bir şəxsin və ya bir qrup şəxsin adından çıxış etmək, nümayəndəsi olmaq, hərəkət etmək, müəyyən məqsəd(lər)ə nail olmaq və ya müdafiə etmək üçün həyata keçirilən bütün işlərə aiddir. Bu kontekstdə qərar qəbul etmə proseslərinə təsir göstərməyi hədəfləyən vəkillik anlayışı lobbiçilik anlayışını da əhatə edir, lakin ən düzgün mənada lobbiçilikdən çox daha geniş anlayış sərhədlərinə malikdir. Vəkillik ümumiyyətlə siyasətlə əlaqəli anlayış olsa da, onun təkcə siyasi deyil, həm də iqtisadi, sosial və hətta diplomatik nəticələri də ola bilməkdədir. Bir şəxsin özünün fikir və düşüncə azadlığı ilə bağlı olub, bütün həyati məsələlərində müdafiə sistemini inkişaf etdirməsinə də vəkillik deyilə bilər. Hətta məhkəmələrdə də bunu əks istiqamətdə edən, yəni həqiqəti əks etdirməyən müdafiələr mövcuddur. Vəkillik ümumiyyətlə birbaşa nəzarət-tarazlıq mexanizmləri arasında sayılmasa da, əslində vətəndaş cəmiyyətinin dövlətə nəzarətinə verdiyi töhfələrinə görə bu sistemdə mühüm yer tutmuş hesab edilə bilər. Eynilə, bu mövzuya hakimiyyət bölgüsü nöqteyi-nəzərindən baxıldıqda, müntəzəm olaraq gündəmə gətirilən səlahiyyətlər arasındakı nəzarət-tarazlıq mexanizmlərinə oxşar bir fəaliyyət ilə vətəndaş cəmiyyətinin üç əsas səlahiyyətli orqanı olan qanunverici, icraedici və məhkəmə hakimiyyəti orqanları üzərində dövlətin varlığının səbəbi olan fərdin nəzarətini gücləndirməyə imkan verir. Bu mənada vəkillik, vətəndaş cəmiyyətini gücləndirərək demokratiyanın daha yaxşı bir formada həyata keçirilməsinə mühüm töhfələr verir.
Avtorizə tərcümə
Avtorizə tərcümə — müəllif tərəfindən bəyənilmiş və ya onun razılı ilə edilmiş tərcümə. Müxtəlif ölkələrin qanunvericiliyində bu sahə haqqında fərqli-fərqli hissələr var.
Bədii tərcümə
Bədii Tərcümə– ədəbi yaradıcılıq növü, bir dildə olan əsərin başqa dildə təcəssümü. B.t. tərcümə olunan əsərin obrazlar düzümünü başqa dilin ifadə vasitələri ilə ekvivalent ifadə etmək kimi mürəkkəb yaradıcılıq prosesidir. O, orijinal yaradıcılıqdan tərcümə obyektindən asılı olması ilə fərqlənir.B.t. sahəsində qədimdən bir-birinə zidd iki baxış hökm sürür: orijinalın mətninə yaxınlıq; oxucuların bədii qavrayışına yaxınlıq. Hər iki təmayülün dialektik vəhdəti daha səmərəli olur. Tərcümə olunan əsərin dilini bütün incəlikləri ilə, həmçinin ədəbi ana dilini dərindən bilmək, əsərdə haqqın da bəhs olunan ölkənin, xalqın həyatına, tarixinə və ədəbiyyatına, milli psixologiyasına və mənəviyyatına, tərcümə olunan müəllifin bütövlükdə yaradıcılığına bələd olmaq B.t.-nin əsas şərtlərindəndir.Azərbaycanda Bədii tərcümənin tarixi qədimdir.Orta əsrlərdə bir sıra əsərlər fars dilindən Azərbaycan dilinə (15 əsrdə Əhmədi təxəllüslü şair-tərcüməçi F. Əttarın “Əsrarnamə”, Şeyx Əlvan Şirazi Mahmud Şəbüstərinin “Gülşəni-raz”, M. Füzuli Ə. Caminin “Hədisi-ərbəin” əsərini) tərcümə olunmuşdur. Orta əsrlər də bir sıra nəsr əsərləri də Azərb. dilinə tərcümə edilmişdir:Məhəmməd ibn Hüseyn Nişatinin “Rövzət üş-şühəda” (Vaiz Kaşifi, “Şəhidlərbağı”) əsərinin “Şühədanamə” adı ilə tərcüməsi, eləcədə onun “Şeyx Səfi təzkirəsi” adlı tərcümə əsəri. 19 əsrin əvvəllərin də Əvəz Əli ibn Səfiqulu “Kəlilə və Dimnə”ni Azərb.
Google Tərcümə
Google Tərcümə — internet səhifələrini, mətnləri və ya yükləmiş olduğunuz sənədləri pulsuz tərcümə edən bir vasitədir. Google tərəfindən təmin olunur. İlk olaraq 28 aprel 2006 tarixində, Ərəb ilə İngilis arası tərcümə edərək xidmətə girmişdir. 20 milyard söz ehtiva edən Birləşmiş Millətlər Təşkilatının sənədləri üzərində öyrədilən bir proqramdır. Google Tərcümə 103 fərqli dil arasında anında tərcümə edən pulsuz bir tərcümə xidmətidir. Sözləri, cümlələri və veb səhifələri dəstəklənən dillərin bütün kombinasiyalarını çevirə bilər. Xüsusiyyətləri - Google Tərcümə, mətn, nitq, şəkil, sayt və ya real vaxt video daxil olmaqla bir çox mətn və media formatını bir dildən digərinə çevirə bilər. Müxtəlif səviyyələrdə 100-dən çox dili dəstəkləyir və 2013-cü ilin May ayına görə gündə 200 milyondan çox insana xidmət göstərir. Bəzi dillərdə Google Tərcümə, tərcümə edilmiş mətni tələffüz edə bilər, mənbə və hədəf mətndə müvafiq söz və ifadələri vurğulayır və tək söz daxil etmək üçün sadə bir lüğət kimi çıxış edə bilər. "Dili aşkar et" seçilsə, naməlum dildə mətn avtomatik olaraq müəyyən edilə bilər.
Hərfi tərcümə
Hərfi tərcümə – tərcümə edilmiş sözün və ya cümlənin tərcümə edildiyi dilin qrammatika və orfoqrafiya qaydalarına əməl edilmədən tərcümə edilməsi üsuludur. Əsasən hər bir sözün cümlə daxilindəki roluna fikir verilmədən, sadəcə olaraq sözün növünə müvafiq olaraq lüğətdəki birinci mənası əsas götürülərək edilmiş motamot tərcümə üsuludur.
Maşın tərcümə
Maşın tərcüməsi (ing. machine translation, rus. машинный перевод) — lüğətlər və tərcümə qaydaları toplusu əsasında mətnin bir dildən başqa bir dilə avtomatik çevrilməsi texnologiyası. Kompüterlərdən tərcümə üçün istifadə olunması ideyası 1947-ci ildə, ilk kompüterlərin yaranmasından dərhal sonra ABŞ-də irəli sürülüb. Maşın tərcüməsinin (Corctaun eksperimenti) ilk ictimai nümayişi isə 1954-cü ildə olub. Həmin sistem nə qədər primitiv olsa da (250 sözdən ibarət lüğət, 6 qaydadan ibarət qrammatika, bir neçə cümlənin tərcüməsi), eksperiment geniş resonans yaratdı: ADR-də, AFR-də, Bolqarıstanda, Çində, Fransada, İngiltərədə, İtaliyada, SSRİ-də, Yaponiyada bu istiqamətdə tədqiqatlara başlanıldı. Tərcümənin keyfiyyəti ilkin mətnin mövzusundan və üslubundan, eləcə də aralarında tərcümənin aparıldığı dillərin qrammatik, sintaktik və leksik qohumluğundan asılıdır. Bədii mətnlərin maşın tərcüməsinin keyfiyyəti, demək olar ki, həmişə qaneedici olmayıb. Texniki mətnlərdə isə azacıq redaktəyə ehtiyacı olan tərcümələr almaq mümkündür. Fəqət mükəmməl maşın tərcüməsi sisteminin yaradılması yarım əsr bundan öncə olduğu kimi, yenə də arzu olaraq qalır.
Sinxron tərcümə
Sinxron tərcümə - şifahi tərcümənin ən mürəkkəb növüdür. Sinxron tərcümə zamanı müəyyən informasiya vasitələrindən istifadə etməklə prosesi asanlaşdırmaq mümkündür. == Sinxron tərcümənin tarixi == Sinxron tərcümənin tarixi XX əsrin ortalarına təsadüf edir. İlk dəfə Nyürenberq məhkəməsini dinləmək üçün yığışanlar beynəlxalq səviyyədə sinxron tərcümədən bəhrələnmişlər. Həmin vaxtdan bəri hər il çoxlu sayda konfranslar keçirilir və iştirakçılar öz dillərində və ya beynəlxalq dillərdən birində iclasların gedişini təxminən eyni zamanda izləyə bilirlər. Hazırda sinxron tərcümə böyük sayda iştirakçıların və ya mətbuat nümayəndərinin təşrif buyurduqları bir sıra dillərin istifadə olunduğu görüşlər, diplomatik danışıqlar və bəzən də məhkəmə prosesləri kimi hüquqi şəraitlər üçün məqsədəuyğun və çox əlverişli sayılır. Bu da onunla əlaqədardır ki, ardıcıl tərcümədə hər bir nitqə ayrılan vaxt ikiqat artır, yəni məruzənin tərcüməsi də müəyyən vaxt aparır, beləliklə, ümumilikdə tədbirin sürəti faktiki olaraq yarıya bölünmüş olur. İşlənmə məkanına uyğun olaraq, sinxron tərcüməyə bəzən «BMT-stilli tərcümə» və ya «konfrans tərcüməsi» də deyilir. == Sinxron tərcümə Azərbaycanda == Azərbaycan müstəqillik qazandıqdan sonra paytaxtımız da bir çox beynəlxalq konfransların keçirildiyi ünvana çevrilmişdir. Nəticədə Azərbaycanda sinxron tərcüməçilərin hazırlanması bir problem kimi qarşıya çıxmışdır.
Tərcümə lüğəti
Tərcümə lüğəti — iki və daha artıq dillərin (onların bu və ya digər hissəsinin, yaxud hamısını) lüğət tərkibinin planlı şəkildə müqayisəsini əks etdirən lüğət. == Növləri == Ümumi leksika tərcümə lüğətləri — müəyyən qaydada düzülmüş müvafiq (adətən əlifba üzrə) tərcümə və (yaxud) digər dildə (müəyyən kontekstdə mümkün ekvivalentlərinin) sözlərin şərh edən lüğətlər. Elmi-texniki tərcümə lüğətləri iki cür olur: politexnik (ümumtexnik), ixtisas lüğətləri. Politexnik lüğətlərə elm və texnikanın bütün əsas qollarından terminlər, ixtisas lüğətlərində isə bir sahənin terminləri daxildir. Hər iki növ iki və çoxdilli ola bilər.
Tərcümə proqramları
Tərcümə proqramları dedikdə mətni bir dildən digər dilə çevirən tətbiqi kompüter proqramları nəzərdə tutulur. Tərcümə proqramları iki cür olur: Sözlərin ayrı-ayrılıqda tərcüməsini yerinə yetirən proqramlar – Polyglot, Lingvo, Lingvosoft Dictionary və s. Mətnin ümumi tərcüməsini yerinə yetirən proqramlar – Dilmanc, PROMT, Systran, SOKRAT, Cevirt və s.
Tərcümə sözlüyü
Tərcümə lüğəti — iki və daha artıq dillərin (onların bu və ya digər hissəsinin, yaxud hamısını) lüğət tərkibinin planlı şəkildə müqayisəsini əks etdirən lüğət. == Növləri == Ümumi leksika tərcümə lüğətləri — müəyyən qaydada düzülmüş müvafiq (adətən əlifba üzrə) tərcümə və (yaxud) digər dildə (müəyyən kontekstdə mümkün ekvivalentlərinin) sözlərin şərh edən lüğətlər. Elmi-texniki tərcümə lüğətləri iki cür olur: politexnik (ümumtexnik), ixtisas lüğətləri. Politexnik lüğətlərə elm və texnikanın bütün əsas qollarından terminlər, ixtisas lüğətlərində isə bir sahənin terminləri daxildir. Hər iki növ iki və çoxdilli ola bilər.
Tərcümə layihəsi
Tərcümə layihəsi — tərcümə fəaliyyəti ilə məşğul olan layihə. müəyyən bir mətnin və ya nitqin bir dildən başqa bir dilə çevrilməsi prosesinin planlı şəkildə həyata keçirildiyi fəaliyyətlər toplusudur. Bu layihələr təkcə tərcümənin özünü deyil, həm də onun idarə olunmasını, keyfiyyətin təmin edilməsini və vaxtında təhvil verilməsini əhatə edir. Tərcümə layihələri yazılı, şifahi, audiovizual və ya texniki mətnlərin tərcüməsi ilə əlaqəli ola bilər. Antuan Berman kimi tərcüməçi alimlər belə bir fikri müdafiə edirlər ki, hər bir tərcüməçi öz tərcümə layihəsini hazırlamalı, ona sadiq qalmalı və daha sonra tərcümənin tənqidini inkişaf etdirməlidir. Hər bir tərcüməçi yalnız öz tərcümə layihəsinə sadiq ola bilər. == Tərcümə layihəsinin xüsusiyyətləri == Planlı yanaşma məqsəd və məzmununa görə xüsusi bir plan üzrə idarə olunur. Komanda işində tərcüməçilər, redaktorlar, korrektəçilər, layihə menecerləri və digər mütəxəssislər iştirak edə bilər. Dil və mədəniyyət adaptasiyasında mətnin yalnız dil baxımından deyil, həm də mədəni kontekstə uyğun tərcümə olunması vacibdir. Ədəbiyyat, hüquq, texnika, elm, biznes və digər sahələrdə mətnlərin tərcüməsi layihənin məqsədindən asılıdır.
Annanı kəşf etmək
Annanı kəşf etmək — Anna Sorokinin həyatından bəhs edən və Cessika Presslerin Nyu-York jurnalında dərc olunan və "Anna Delvi Nyu Yorkun əyləncə dünyasının insanlarını necə aldatdı" adlı məqaləsindən ilhamlanaraq Şonda Rayms tərəfindən istehsal olunmuş dram janrında Amerikan miniserialıdır.Serial 11 fevral 2022-ci ildə Netflix -də yayımlanıb. Anna Sorokin rolunu Culiya Qarner canlandırır.Serial, tamaşaçılar və tənqidçilərdən əsasən müsbət rəylər aldı, xüsusilə Culiya Qarnerin aktyorluğu bəyənilib.
Əmanətə xəyanət etmək
== İslamda əmanətdarlıq == Əlidən nəql olunur ki, əmanətdarlıq imanın üstünlüyünün göstəricisidir və əmanəti istənilən halda sahibinə qaytarmaq vacibdir: "İmanın ən üstünü əmanətdarlıq, ən pis xislət isə xəyanətkarlıqdır." "Sənə etibar edib əmanət tapşıran şəxsə xəyanət etmə, hətta o sənə xəyanət etmiş olsa belə.Onun sirrini faş etmə, hətta əgər o sənin sirrini faş etmiş olsa belə." Peyğəmbər (s) əmanətə xəyanət edənin onun ümmətindən olmadığı qeyd edir: "Əmanəti əhəmiyyətsiz sayaraq bu səbəbdən onu zay edən kəs bizdən deyil." İslam peyğəmbəri (s) həmçinin etibarsız şəxsə əmanət tapşırılmamasını tövsiyə edir: "Allah etibarsız şəxsə əmanət tapşıran kəsin zamini deyil.
Azərbaycan Tərcümə Mərkəzi
Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi — Azərbaycan Yazıçılar Birliyinin nəzdində fəaliyyət göstərən Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi Nazirlər Kabinetinin 1989-cu il 6 mart tarixli qərarı ilə yaradılıb. == Tarixi == Mərkəzin ilk sədri tanınmış türkoloq alim Aydın Məmmədov olub. 1991–2014-cü illərdə Mərkəzə yazıçı Afaq Məsud rəhbərlik edib və 1989–2014-cü illərdə onun baş redaktorluğu ilə Mərkəzin rüblük nəşri olan "Xəzər" jurnalı işıq üzü görüb. 2014-cü ildən 2021-ci ilədək Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinə şair, tərcüməçi, esseist Səlim Babullaoğlu rəhbərlik edib . Mərkəz 1991–2007-ci illər ərzində 70-ə yaxın tərcümə əsərini ayrıca kitab kimi çap edib. 2014-cü ildən "Dünya ədəbiyyatı" Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin nəşri kimi dərc edilib. 2021-ci ilin iyul ayından Bədii Tərcümə və Ədəbi Əlaqlər Mərkəzinin sədri tərcüməçi, dramaturq Vaqif Əlixanlıdır. Dərginin qurucusu və ilk baş redaktoru Səlim Babullaoğlu, hazırkı baş redaktoru ədəbiyyatşünas, tərcüməçi Seyfəddin Hüseynlidir. Dərginin 2014–2017-ci illər ərzində Ukrayna, Rusiya, Oman, İran, İngiltərə ədəbiyyatları xüsusi sayı, "Dünya dramaturgiyası xüsusi buraxılışı" işıq üzü görüb. Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi 2014–2017-ci illərdə Ukraynanın "Vsesvti" jurnalı, Omanın Mədəniyyət Assosiasiyası, İranın Mədəniyyət Mərkəzi, Azərbaycan-Rusiya Mədəniyyət və Həmrəylik Mərkəzi, Serbiya və Moldova Yazıçılar İttifaqları, başqa təşkilatlarla əməkdaşlıq barədə Memorandum imzalayıb.
Azərbaycan tərcümə ensiklopediyası
Tərcümə çətinlikləri (film)
Tərcümə çətinlikləri (ing. Lost in Translation) — Sofiya Koppolanın rejissorluğu altında 2003-cü ildə çəkilmiş ABŞ istehsalı bədii film. Ekzistensional melodrama qərib Yaponiyada olan iki tənha amerikalı, yaşlı film ulduzu (Bill Mürrey) və cavan qadının (Skarlet Yohansson) qarşılıqlı münasibətindən bəhs edir. Filmin premyerası 29 avqust 2003-cü ildə Tellurayd Film Festivalında baş tutdu. Film 12 sentyabr 2003-cü ildə ABŞ-də Focus Features himayəsi altında məhdud prokata çıxdı və ilk həftəsonu 925.087 dollar gəlir əldə etdi. Üç həftə sonra distribütor əsəri geniş prokata yayımladı və 21 mart 2004-cü il tarixinədək dünya miqyasında 119 milyon dollar qazandı (filmin çəkiliş büdcəsi 4 milyon dollar idi). Kinolent "Oskar" mükafatının dörd nominasiyasını ("Ən yaxşı film" və "Ən yaxşı kişi rolu" (Bill Mürrey) daxil olmaqla) qazandı, ancaq yalnız birini, "Ən yaxşı orijinal ssenariyə" görə qazandı. Qızıl qlobus mükafatı da filmi görməzdən gəlmədi: mükafatlandırma mərasimində film üç kateqoriyada ("Ən yaxşı film — komediya və ya müzikl" daxil olmaqla) qalib gəldi və daha ikisinə namizəd oldu. On doqquz yaşlı Skarlet Yohansson və Bill Mürrey Britaniya Akademiyasının BAFTA mükafatının müvafiq olaraq "Ən yaxşı baş rol aktrisası" və "Ən yaxşı baş rol aktyoru" nominasiyalarında qalib gəldilər. Ümumilikdə, film 77 müxtəlif film mükafatı aldı və başqa 66-ya namizəd göstərildi.
Kompüter dəstəkli tərcümə
Kompüter dəstəkli tərcümə — İngilis abbreviaturası CAT olan tərcümə növü. Bu proqram tərcümə zamanı tərcüməçiləri dəstəkləyən kompüter proqramı ilə edilir. CAT-ı maşın tərcüməsi və ya kompüterləşdirilmiş tərcümə ilə qarışdırmaq olmaz, burada tərcümə prosesi heç bir insan köməyi olmadan, tərcümədən əvvəl və ya sonra az insan dəstəyi ilə baş verir. Xüsusilə, texniki sənədlər və istifadəçi təlimatları kimi istifadəçi mətnləri adlanan mətn növlərinin tərcüməsində, lokalizasiya proseslərində CAT proqramından tez-tez istifadə olunur. CAT proqramı üç əsas komponentdən ibarətdir: tərcümə yaddaşı, terminologiyanın idarə edilməsi və tərcümədə layihənin idarə edilməsi. O, həmçinin mətn redaktə proqramı ilə işləmək üçün lazımi interfeyslərə, sistemə əvvəllər edilmiş tərcümələri əlavə etmək üçün istifadə edilən uyğunlaşdırma proqramına və tərcüməçilərin müxtəlif fayl formatları ilə işləməsini təmin etmək üçün istifadə edilən mətn çeviricilərinə malikdir. == CAT proqramı == Belə proqram təminatı tərcümələri tərcümə vahidlərinə bölür və mənbə və hədəf mətn tərcümə vahidlərini uyğunlaşdırmaqla tərcümə yaddaşında saxlayır. Sonrakı tərcümələrdə eyni və ya oxşar tərcümə vahidlərinə rast gəlindikdə, tərcümə yaddaşı bu vahidləri tərcüməçi üçün əlçatan edir. Beləliklə, tərcüməçi oxşar cümlənin əvvəllər necə tərcümə olunduğunu öyrənir və tərcümədən yaddaşda istifadə edərək daha sürətli və ardıcıl tərcümə etmək imkanı əldə edir. CAT proqramı tərcümə yaddaşı kimi güclü verilənlər bazası proqramından və ya paralel mətnlərdən istifadə edir.
Səhv etmək insana xasdır
Errare humanum est (azərb. Səhv etmək insana xasdır‎) — latınca bir ifadənin ön hissəsi. İfadə o qədər məşhurdur ki, tam söynəlilməsinə ehtiyac duyulmur, yalnız cümlənin ilk hissəsi deyilməklə fikir aydın olur. İfadə tam şəkildə belədir: lat. "Errare (Errasse) humanum est, sed in errare (errore) perseverare diabolicum." Tərcüməsi: azərb.
Sıravi Rayanı xilas etmək
"Sıravi Rayanı xilas etməli" 1998-ci il amerikan filmi. Ən yaxşı kinodrama görə 1999-cu ildə Qızıl Qlobus mükafatını almışdır.
Azərbaycan Dövlət Tərcümə Mərkəzi
Azərbaycan Dövlət Tərcümə Mərkəzi – 23 may 2012-ci ildə Azərbaycan Respublikasının Prezidentinin İlham Əliyevin sərəncamı ilə yaradılmış, Azərbaycan dövlət dilindən düzgün istifadə, ölkədə dil və tərcümə sahəsinin mərkəzləşdirilmiş qaydada təşkili və tənzimlənməsi işini həyata keçirən dövlət qurumu. == Tarixi == Azərbaycan Respublikasının Prezidentinin 23 may 2012-ci il tarixli Sərəncamı ilə yaradılmışdır. == Haqqında == Mərkəzin fəaliyyətinin məqsədi dövlət dilindən düzgün istifadə və tərcümə işinin mərkəzləşdirilmiş qaydada təşkili və tənzimlənməsindən, Azərbaycan ədəbiyyatının beynəlxalq aləmdə, xarici ədəbiyyatın Azərbaycanda tanıdılmasından və təbliğindən ibarətdir. Mərkəzin fəaliyyət istiqamətləri aşağıdakılardır: dövlət dilindən düzgün istifadə və tərcümə işinin təkmilləşdirilməsi ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi; ictimai-siyasi, elmi-texniki, ədəbi-mədəni mübadilələrin və beynəlxalq əlaqələrin dil və tərcümə baxımından tənzimlənməsi və təkmilləşdirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsi; tərcümə işinin mərkəzləşdirilmiş qaydada aparılmasının təmin edilməsi, yüksək ixtisaslı tərcüməçi kadrların hazırlanmasının təşkili; Azərbaycan ədəbiyyatının beynəlxalq aləmdə, xarici ədəbiyyatın Azərbaycanda tanıdılması və təbliğinin təmin edilməsi, Azərbaycan və xarici ədəbiyyatın aparıcı nümunələrinin müvafiq olaraq xarici dillərə və dövlət dilinə tərcümə edilməsi və nəşri; tərcümə olunan materiallarda dövlət dilinin düzgün işlənməsi, elmi, texniki, tibbi, hüquqi və digər sahələrdə tərcümə prosesinin təşkili və təkmilləşdirilməsi üzrə tədbirlərin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi.
Koreya Ədəbiyyatı Tərcümə İnstitutu
Koreya Ədəbiyyatı Tərcümə İnstitutu (kor. 한국 문학 번역원, LTI Korea, əvvəllər Koreya Ədəbiyyatı Tərcümə fondu kimi tanınan) 1996-cı ildə Cənubi Koreya hökuməti tərəfindən Koreya ədəbiyyatı və mədəniyyətini xaricdə tanıtmaq və bununlada dünya mədəniyyətinə töhfə vermək məqsədi ilə təsis olunmuşdur. LTI Korea Koreya ədəbiyyatının yüksək keyfiyyətli tərcüməsini təmin etmək üçün tərcümələr və nəşrlərə sponsorluq edir, Koreya ədəbiyyatının ixrac bazasının gücləndirilməsi və Koreyalı və xarici naşirlər üçün bir şəbəkənin yaradılması üçün xaricə müxtəlif mübadilə proqramlarını təşkil edir. Həmçinin peşəkar tərcüməçilərə Koreya ədəbiyyatının tərcümə imkanlarını genişləndirməyə kömək edir. == Tarixi == 1996-cı il. Koreya Ədəbiyyatı Tərcüməsi Fondu təsis olundu. 2001-ci il. Fondun adı "Koreya Ədəbiyyatı Tərcüməsi İnstitutu" na dəyişdirildi, təşkilat böyüdü. Dr. Park Huan-Dok qurucu prezident təyin olundu.
Tərcümə çətinlikləri (film, 2003)
Tərcümə çətinlikləri (ing. Lost in Translation) — Sofiya Koppolanın rejissorluğu altında 2003-cü ildə çəkilmiş ABŞ istehsalı bədii film. Ekzistensional melodrama qərib Yaponiyada olan iki tənha amerikalı, yaşlı film ulduzu (Bill Mürrey) və cavan qadının (Skarlet Yohansson) qarşılıqlı münasibətindən bəhs edir. Filmin premyerası 29 avqust 2003-cü ildə Tellurayd Film Festivalında baş tutdu. Film 12 sentyabr 2003-cü ildə ABŞ-də Focus Features himayəsi altında məhdud prokata çıxdı və ilk həftəsonu 925.087 dollar gəlir əldə etdi. Üç həftə sonra distribütor əsəri geniş prokata yayımladı və 21 mart 2004-cü il tarixinədək dünya miqyasında 119 milyon dollar qazandı (filmin çəkiliş büdcəsi 4 milyon dollar idi). Kinolent "Oskar" mükafatının dörd nominasiyasını ("Ən yaxşı film" və "Ən yaxşı kişi rolu" (Bill Mürrey) daxil olmaqla) qazandı, ancaq yalnız birini, "Ən yaxşı orijinal ssenariyə" görə qazandı. Qızıl qlobus mükafatı da filmi görməzdən gəlmədi: mükafatlandırma mərasimində film üç kateqoriyada ("Ən yaxşı film — komediya və ya müzikl" daxil olmaqla) qalib gəldi və daha ikisinə namizəd oldu. On doqquz yaşlı Skarlet Yohansson və Bill Mürrey Britaniya Akademiyasının BAFTA mükafatının müvafiq olaraq "Ən yaxşı baş rol aktrisası" və "Ən yaxşı baş rol aktyoru" nominasiyalarında qalib gəldilər. Ümumilikdə, film 77 müxtəlif film mükafatı aldı və başqa 66-ya namizəd göstərildi.
Tərcümə çətinlikləri (film, 2004)
Tərcümə çətinlikləri (ing. Lost in Translation) — Sofiya Koppolanın rejissorluğu altında 2003-cü ildə çəkilmiş ABŞ istehsalı bədii film. Ekzistensional melodrama qərib Yaponiyada olan iki tənha amerikalı, yaşlı film ulduzu (Bill Mürrey) və cavan qadının (Skarlet Yohansson) qarşılıqlı münasibətindən bəhs edir. Filmin premyerası 29 avqust 2003-cü ildə Tellurayd Film Festivalında baş tutdu. Film 12 sentyabr 2003-cü ildə ABŞ-də Focus Features himayəsi altında məhdud prokata çıxdı və ilk həftəsonu 925.087 dollar gəlir əldə etdi. Üç həftə sonra distribütor əsəri geniş prokata yayımladı və 21 mart 2004-cü il tarixinədək dünya miqyasında 119 milyon dollar qazandı (filmin çəkiliş büdcəsi 4 milyon dollar idi). Kinolent "Oskar" mükafatının dörd nominasiyasını ("Ən yaxşı film" və "Ən yaxşı kişi rolu" (Bill Mürrey) daxil olmaqla) qazandı, ancaq yalnız birini, "Ən yaxşı orijinal ssenariyə" görə qazandı. Qızıl qlobus mükafatı da filmi görməzdən gəlmədi: mükafatlandırma mərasimində film üç kateqoriyada ("Ən yaxşı film — komediya və ya müzikl" daxil olmaqla) qalib gəldi və daha ikisinə namizəd oldu. On doqquz yaşlı Skarlet Yohansson və Bill Mürrey Britaniya Akademiyasının BAFTA mükafatının müvafiq olaraq "Ən yaxşı baş rol aktrisası" və "Ən yaxşı baş rol aktyoru" nominasiyalarında qalib gəldilər. Ümumilikdə, film 77 müxtəlif film mükafatı aldı və başqa 66-ya namizəd göstərildi.
Seksi idarə etmək (yarışma, 2020)
Too hot to handle — Böyük Britaniya istehsalı teleşou. Şouda iştirakçılara mövsüm müddətində əməl etmələri lazım olan qaydaları "Lana" adlı virtual köməkçi deyir.

Значение слова в других словарях