Tərcümə fəaliyyətinin sosial tənzimlənmə mexanizmi
tərcümənin sosial aspektinə kommunikativ yanaşmanın tədqiq olunmasına aiddir. Tərcümə nəzəriyyəsində ilk dəfə olaraq tərcümənin sosioloji problemləri rus alimi V.V.Andrianov tərəfindən nəzərdən keçirilmişdir. O, tədqiqatının predmeti kimi marksist interpretasiyasında sosial rolların bir sıra nəzəri anlayışlar əsasında formalaşmış tərcümə fəaliyyətinin sosial tənzimlənməsi məsələlərinə toxunmuşdur. Sosioloji aspektdə götürülən tərcümə V.V.Andrianovun araşdırmasında dillərarası gedən məqsədyönlü kontaktın qurulması və saxlanılması prosesi kimi nəzərdən keçirilir. Tərcümənin adekvatlığını isə onun mütərcim tərəfindən seçilmiş verbal və qeyriverbal vasitələrin ünsiyyətin sosial şəraitdə seçilməsidir ki, nəticədə başqa dildə ünsiyyətə girən insanda ilkin dildə olan kommunikativ konstruksiyalara reaksiyalar əmələ gəlir. Tərcüməçinin verbal və qeyri-verbal davranışında bir sıra sosial qaydaları müəyyənləşdirmək mümkündür ki, onlardan ali hərbi məktəblərdə tərcüməçi - referentlərin hazırlığında olunur.