Tərcümə mətnində zaman aspekti

bu, orjjinal mətnlə tərcümə mətni arasında zaman məsafəsi ilə şərtlənən kommunikativ dəyişiklikdir. Zaman aspekti iki əsas səviyyədə proyeksiyalaşır: mətnin maddi substratı səviyyəsində (qrammatik zaman) və mətnin semiotik funksiyası səviyyəsində (zaman mədəniyyət fenomeni kimi). Tərcüməçi üçün daha vacibi zaman proyeksiyasıdır ki, bu mətnin dərinləşdirilmiş ölçüsü olur. Tərcümədə isə bu ölçü orijinalın zamanın yaxınlaşdırılması (tarixiləşmə), yaxud onun uzaqlaşması (modernləşməsi) ilə ifadə olunur, bu isə tərcümənin kommunikativ mövqeyindən asılıdır. Orijinal mətndə realizə olunmuş mədəni kod tərcümə mətnində realizə olunan mədəni kodla öz intensivliyinə görə üst-üstə düşə də bilər, düşməyə də bilər (ümumiyyətlə, əksər hallarda üst-üstə düşmür). Belə ki, burada zamanın ya gecikməsi, ya da qabaqlanması özünü büruzə verir.
Tərcümə mətnində yeni üslubun tapılması
Tərcümə mətnində zamanarası amil
OBASTAN VİKİ
Tərcümə
Tərcümə — fikrin bir dildən digər dilə eyni məzmunda verilməsi. İlk dövrlərdə tərcümə ancaq insanlar tərəfindən edilirdi. Sonradan tərcümə maşın (ing. MT — Machine Translation) və kompüterdən istifadə edilməklə (ing. CAT — computer aided translation) edilməyə başlandı. Bu zaman onun keyfiyyəti insan tərcüməsindən çox geri qalır. Tərcümədə məqsəd ilkin materialla maksimum oxşarlıq təşkil etməkdir. Ancaq dillərin xüsusiyyəti, mədəniyyət fərqi və elmi terminlərin yayılması dərəcəsi tam tərcüməyə imkan vermir. Tərcümələr "şifahi" və "yazılı" tərcümələrə bölünür. Poetik tərcümə, yəni bir dildə yazılmış şeirin digər dildə bənzərini yaratmaq tərcümənin ən çətin növlərindən hesab olunur.
Zaman
Zaman və ya vaxt — fizikada və başqa təbiət elmlərində bizim kainatın ölçüsü kimi qəbul edilir. O ölçüləbilmə qabiliyyətinə malik olub kainatda baş verən istənilən materiya dəyişiklikləri ilə əlaqədardır. Zaman köklü fenomenlərlə izah oluna bilmədiyindən, o ölçmə yolu ilə qiymətləndirilir. Sİ vahidlər sistemində zaman saniyə (s) ilə ölçülür. Bunun əsasında dəqiqə, saat, gün və həftə əmələ gəlir. Təqvimdən asılı olaraq ay, il, əsr və minilliklər də mövcuddur. Zamanın ölçülməsi astronomiyanın qədim məsələlərindən biridir. Astronomiyada günəş günü və ulduz günü arasında fərq vardır. Bu fərq il boyu bir gün edir. Günəş günü Sİ vahidlər sistemində heç bir vahidə malik deyil.
Avtorizə tərcümə
Avtorizə tərcümə — müəllif tərəfindən bəyənilmiş və ya onun razılı ilə edilmiş tərcümə. Müxtəlif ölkələrin qanunvericiliyində bu sahə haqqında fərqli-fərqli hissələr var.
Bədii tərcümə
Bədii Tərcümə– ədəbi yaradıcılıq növü, bir dildə olan əsərin başqa dildə təcəssümü. B.t. tərcümə olunan əsərin obrazlar düzümünü başqa dilin ifadə vasitələri ilə ekvivalent ifadə etmək kimi mürəkkəb yaradıcılıq prosesidir. O, orijinal yaradıcılıqdan tərcümə obyektindən asılı olması ilə fərqlənir.B.t. sahəsində qədimdən bir-birinə zidd iki baxış hökm sürür: orijinalın mətninə yaxınlıq; oxucuların bədii qavrayışına yaxınlıq. Hər iki təmayülün dialektik vəhdəti daha səmərəli olur. Tərcümə olunan əsərin dilini bütün incəlikləri ilə, həmçinin ədəbi ana dilini dərindən bilmək, əsərdə haqqın da bəhs olunan ölkənin, xalqın həyatına, tarixinə və ədəbiyyatına, milli psixologiyasına və mənəviyyatına, tərcümə olunan müəllifin bütövlükdə yaradıcılığına bələd olmaq B.t.-nin əsas şərtlərindəndir.Azərbaycanda Bədii tərcümənin tarixi qədimdir.Orta əsrlərdə bir sıra əsərlər fars dilindən Azərbaycan dilinə (15 əsrdə Əhmədi təxəllüslü şair-tərcüməçi F. Əttarın “Əsrarnamə”, Şeyx Əlvan Şirazi Mahmud Şəbüstərinin “Gülşəni-raz”, M. Füzuli Ə. Caminin “Hədisi-ərbəin” əsərini) tərcümə olunmuşdur. Orta əsrlər də bir sıra nəsr əsərləri də Azərb. dilinə tərcümə edilmişdir:Məhəmməd ibn Hüseyn Nişatinin “Rövzət üş-şühəda” (Vaiz Kaşifi, “Şəhidlərbağı”) əsərinin “Şühədanamə” adı ilə tərcüməsi, eləcədə onun “Şeyx Səfi təzkirəsi” adlı tərcümə əsəri. 19 əsrin əvvəllərin də Əvəz Əli ibn Səfiqulu “Kəlilə və Dimnə”ni Azərb.
Google Tərcümə
Google Tərcümə — internet səhifələrini, mətnləri və ya yükləmiş olduğunuz sənədləri pulsuz tərcümə edən bir vasitədir. Google tərəfindən təmin olunur. İlk olaraq 28 aprel 2006 tarixində, Ərəb ilə İngilis arası tərcümə edərək xidmətə girmişdir. 20 milyard söz ehtiva edən Birləşmiş Millətlər Təşkilatının sənədləri üzərində öyrədilən bir proqramdır. Google Tərcümə 103 fərqli dil arasında anında tərcümə edən pulsuz bir tərcümə xidmətidir. Sözləri, cümlələri və veb səhifələri dəstəklənən dillərin bütün kombinasiyalarını çevirə bilər. Xüsusiyyətləri - Google Tərcümə, mətn, nitq, şəkil, sayt və ya real vaxt video daxil olmaqla bir çox mətn və media formatını bir dildən digərinə çevirə bilər. Müxtəlif səviyyələrdə 100-dən çox dili dəstəkləyir və 2013-cü ilin May ayına görə gündə 200 milyondan çox insana xidmət göstərir. Bəzi dillərdə Google Tərcümə, tərcümə edilmiş mətni tələffüz edə bilər, mənbə və hədəf mətndə müvafiq söz və ifadələri vurğulayır və tək söz daxil etmək üçün sadə bir lüğət kimi çıxış edə bilər. "Dili aşkar et" seçilsə, naməlum dildə mətn avtomatik olaraq müəyyən edilə bilər.
Hərfi tərcümə
Hərfi tərcümə – tərcümə edilmiş sözün və ya cümlənin tərcümə edildiyi dilin qrammatika və orfoqrafiya qaydalarına əməl edilmədən tərcümə edilməsi üsuludur. Əsasən hər bir sözün cümlə daxilindəki roluna fikir verilmədən, sadəcə olaraq sözün növünə müvafiq olaraq lüğətdəki birinci mənası əsas götürülərək edilmiş motamot tərcümə üsuludur.
Maşın tərcümə
Maşın tərcüməsi (ing. machine translation, rus. машинный перевод) — lüğətlər və tərcümə qaydaları toplusu əsasında mətnin bir dildən başqa bir dilə avtomatik çevrilməsi texnologiyası. Kompüterlərdən tərcümə üçün istifadə olunması ideyası 1947-ci ildə, ilk kompüterlərin yaranmasından dərhal sonra ABŞ-də irəli sürülüb. Maşın tərcüməsinin (Corctaun eksperimenti) ilk ictimai nümayişi isə 1954-cü ildə olub. Həmin sistem nə qədər primitiv olsa da (250 sözdən ibarət lüğət, 6 qaydadan ibarət qrammatika, bir neçə cümlənin tərcüməsi), eksperiment geniş resonans yaratdı: ADR-də, AFR-də, Bolqarıstanda, Çində, Fransada, İngiltərədə, İtaliyada, SSRİ-də, Yaponiyada bu istiqamətdə tədqiqatlara başlanıldı. Tərcümənin keyfiyyəti ilkin mətnin mövzusundan və üslubundan, eləcə də aralarında tərcümənin aparıldığı dillərin qrammatik, sintaktik və leksik qohumluğundan asılıdır. Bədii mətnlərin maşın tərcüməsinin keyfiyyəti, demək olar ki, həmişə qaneedici olmayıb. Texniki mətnlərdə isə azacıq redaktəyə ehtiyacı olan tərcümələr almaq mümkündür. Fəqət mükəmməl maşın tərcüməsi sisteminin yaradılması yarım əsr bundan öncə olduğu kimi, yenə də arzu olaraq qalır.
Sinxron tərcümə
Sinxron tərcümə - şifahi tərcümənin ən mürəkkəb növüdür. Sinxron tərcümə zamanı müəyyən informasiya vasitələrindən istifadə etməklə prosesi asanlaşdırmaq mümkündür. == Sinxron tərcümənin tarixi == Sinxron tərcümənin tarixi XX əsrin ortalarına təsadüf edir. İlk dəfə Nyürenberq məhkəməsini dinləmək üçün yığışanlar beynəlxalq səviyyədə sinxron tərcümədən bəhrələnmişlər. Həmin vaxtdan bəri hər il çoxlu sayda konfranslar keçirilir və iştirakçılar öz dillərində və ya beynəlxalq dillərdən birində iclasların gedişini təxminən eyni zamanda izləyə bilirlər. Hazırda sinxron tərcümə böyük sayda iştirakçıların və ya mətbuat nümayəndərinin təşrif buyurduqları bir sıra dillərin istifadə olunduğu görüşlər, diplomatik danışıqlar və bəzən də məhkəmə prosesləri kimi hüquqi şəraitlər üçün məqsədəuyğun və çox əlverişli sayılır. Bu da onunla əlaqədardır ki, ardıcıl tərcümədə hər bir nitqə ayrılan vaxt ikiqat artır, yəni məruzənin tərcüməsi də müəyyən vaxt aparır, beləliklə, ümumilikdə tədbirin sürəti faktiki olaraq yarıya bölünmüş olur. İşlənmə məkanına uyğun olaraq, sinxron tərcüməyə bəzən «BMT-stilli tərcümə» və ya «konfrans tərcüməsi» də deyilir. == Sinxron tərcümə Azərbaycanda == Azərbaycan müstəqillik qazandıqdan sonra paytaxtımız da bir çox beynəlxalq konfransların keçirildiyi ünvana çevrilmişdir. Nəticədə Azərbaycanda sinxron tərcüməçilərin hazırlanması bir problem kimi qarşıya çıxmışdır.
Tərcümə lüğəti
Tərcümə lüğəti — iki və daha artıq dillərin (onların bu və ya digər hissəsinin, yaxud hamısını) lüğət tərkibinin planlı şəkildə müqayisəsini əks etdirən lüğət. == Növləri == Ümumi leksika tərcümə lüğətləri — müəyyən qaydada düzülmüş müvafiq (adətən əlifba üzrə) tərcümə və (yaxud) digər dildə (müəyyən kontekstdə mümkün ekvivalentlərinin) sözlərin şərh edən lüğətlər. Elmi-texniki tərcümə lüğətləri iki cür olur: politexnik (ümumtexnik), ixtisas lüğətləri. Politexnik lüğətlərə elm və texnikanın bütün əsas qollarından terminlər, ixtisas lüğətlərində isə bir sahənin terminləri daxildir. Hər iki növ iki və çoxdilli ola bilər.
Tərcümə proqramları
Tərcümə proqramları dedikdə mətni bir dildən digər dilə çevirən tətbiqi kompüter proqramları nəzərdə tutulur. Tərcümə proqramları iki cür olur: Sözlərin ayrı-ayrılıqda tərcüməsini yerinə yetirən proqramlar – Polyglot, Lingvo, Lingvosoft Dictionary və s. Mətnin ümumi tərcüməsini yerinə yetirən proqramlar – Dilmanc, PROMT, Systran, SOKRAT, Cevirt və s.
Tərcümə sözlüyü
Tərcümə lüğəti — iki və daha artıq dillərin (onların bu və ya digər hissəsinin, yaxud hamısını) lüğət tərkibinin planlı şəkildə müqayisəsini əks etdirən lüğət. == Növləri == Ümumi leksika tərcümə lüğətləri — müəyyən qaydada düzülmüş müvafiq (adətən əlifba üzrə) tərcümə və (yaxud) digər dildə (müəyyən kontekstdə mümkün ekvivalentlərinin) sözlərin şərh edən lüğətlər. Elmi-texniki tərcümə lüğətləri iki cür olur: politexnik (ümumtexnik), ixtisas lüğətləri. Politexnik lüğətlərə elm və texnikanın bütün əsas qollarından terminlər, ixtisas lüğətlərində isə bir sahənin terminləri daxildir. Hər iki növ iki və çoxdilli ola bilər.
Tərcümə layihəsi
Tərcümə layihəsi — tərcümə fəaliyyəti ilə məşğul olan layihə. müəyyən bir mətnin və ya nitqin bir dildən başqa bir dilə çevrilməsi prosesinin planlı şəkildə həyata keçirildiyi fəaliyyətlər toplusudur. Bu layihələr təkcə tərcümənin özünü deyil, həm də onun idarə olunmasını, keyfiyyətin təmin edilməsini və vaxtında təhvil verilməsini əhatə edir. Tərcümə layihələri yazılı, şifahi, audiovizual və ya texniki mətnlərin tərcüməsi ilə əlaqəli ola bilər. Antuan Berman kimi tərcüməçi alimlər belə bir fikri müdafiə edirlər ki, hər bir tərcüməçi öz tərcümə layihəsini hazırlamalı, ona sadiq qalmalı və daha sonra tərcümənin tənqidini inkişaf etdirməlidir. Hər bir tərcüməçi yalnız öz tərcümə layihəsinə sadiq ola bilər. == Tərcümə layihəsinin xüsusiyyətləri == Planlı yanaşma məqsəd və məzmununa görə xüsusi bir plan üzrə idarə olunur. Komanda işində tərcüməçilər, redaktorlar, korrektəçilər, layihə menecerləri və digər mütəxəssislər iştirak edə bilər. Dil və mədəniyyət adaptasiyasında mətnin yalnız dil baxımından deyil, həm də mədəni kontekstə uyğun tərcümə olunması vacibdir. Ədəbiyyat, hüquq, texnika, elm, biznes və digər sahələrdə mətnlərin tərcüməsi layihənin məqsədindən asılıdır.
Məhəmməd Zaman
Məhəmməd Zaman və ya Məhəmməd Paolo Zaman Kermani (d. 1680-ci ildən əvvəl – ö. 1700-cü ildən sonra) — Səfəvi imperiyasında fəaliyyət göstərən məşhur rəssam və xəttat. Səfəvi imperiyası miniatür sənətində XVII əsrin ortalarında yaranmağa başlayan Farangi-Sazi üslubunun ən görkəmli nümayəndələrindən biri hesab edilir. == Həyatı == Təxminən 1680-ci ildə dünyaya gəlmiş, fəaliyyəti nəticəsində məşhur Səfəvi xəttatlarından və rəssamlarından birinə çevrilmişdir. Əslən Kermandan olsa da, Təbrizdə təhsil almışdır. II Şah Abbasın hakimiyyəti dövründə şah tərəfindən rəssamlıq sənəti alması üçün Romaya göndərilmişdir, lakin buradakı təhsili zamanı Katolik olmuş və Paolo adını qəbul etmişdir. Din dəyişdirdiyinə görə, Səfəvi imperiyasına geri döndükdən sonra problem yaşamışdır. Xristianlığı qəbul etməsinin aşkarlanmasından sonra Böyük Moğol imperiyasına qaçmış, moğol sülaləsi tərəfindən qəbul edilərək saraya yerləşdirilmişdir. O, rəssam və xəttat kimi italyan rəssamların texnikasından təsirlənmişdir.
Zaman (ad)
Zaman — Azərbaycanda kişi adı. Zaman Abdulla — Azərbaycanlı şair. Zaman Əsgərli — Azərbaycan ədəbiyyatşünası, tənqidçi, publisist.
Zaman (dəqiqləşdirmə)
Zaman — ölçülə bilən fiziki kəmiyyət. Həmçinin aşağıdakı mənalara da gələ bilər; Zaman — hadisələrin müəyyən ardıcıl gedişinin dərki; Zaman — Türkiyədə nəşr olunan gündəlik qəzet Zaman — qrammatikada hadisələrin gedişini təsvir edən forma.
Zaman (fizika)
Zaman və ya vaxt — fizikada və başqa təbiət elmlərində bizim kainatın ölçüsü kimi qəbul edilir. O ölçüləbilmə qabiliyyətinə malik olub kainatda baş verən istənilən materiya dəyişiklikləri ilə əlaqədardır. Zaman köklü fenomenlərlə izah oluna bilmədiyindən, o ölçmə yolu ilə qiymətləndirilir. Sİ vahidlər sistemində zaman saniyə (s) ilə ölçülür. Bunun əsasında dəqiqə, saat, gün və həftə əmələ gəlir. Təqvimdən asılı olaraq ay, il, əsr və minilliklər də mövcuddur. Zamanın ölçülməsi astronomiyanın qədim məsələlərindən biridir. Astronomiyada günəş günü və ulduz günü arasında fərq vardır. Bu fərq il boyu bir gün edir. Günəş günü Sİ vahidlər sistemində heç bir vahidə malik deyil.
Zaman (fəlsəfə)
Zaman fəlsəfədə baş verən hadisələrin ardıcıllığının insan tərəfindən dərk edilməsidir. Bu dəyişikliklər "zamanın istiqamətini" əsaslandırırlar. Zamanın mövcudluğunu Platon, Aristotel, Avqust, Leybnits, Kant kimi dahi filosoflar müxtəlif şəkildə təsvir etmişlər. Gündəlik həyatdan məlumdur ki, zaman dərk oluna bilməyən obyektlərdən asılı olmayaraq da mövcuddur. Buna görə də, zamanın təsvirində həmişə belə bir sual ortaya çıxırdı ki, zaman insanların düşüncəsində xüsusi baxış formalaşdıqdan sonra mövcud olmuş, ya da ondan asılı olmayaraq obyektiv, bərabərformalı və mütləq mövcuddur. Bu sualın cavabı əsrlər boyu fəlsəfənin, teologiyanın və mistikanın əsas mövzusu olmuşdur. Son zamanlarda fizika, astronomiya, neurologiya, xronopsixologiya və başqa elm sahələri də zamanın tədqiqində öz töhfələrini vermişlər. Zamanın mövcudluğu öz-özlüyündə problem yaradır, çünki, mövcudluq anlayışının vaxtla əlaqələndirilməsi çətindir. İnsan beynində aparılan son tədqiqatlar, molekulyar biologiya və psixologiya göstərmişdir ki, insanda dərketmə, düşünmə, yadasalma, vaxt hissi və şüur bir-biri ilə o dərəcədə sıx bağlıdır ki, onlar adi halda bir-birindən ayrıla bilməzlər. Zaman, düşüncə və insan şüuru birlikdə fəaliyyət göstərirlər.
Zaman Abdulla
Zaman Abdulla (tam adı:Abdullayev Zaman Məsimalı oğlu), (d.1938, Çaxırlı, Göyçə — ö. 09.08.2004, Bakı) – şair. == Həyatı == Abdullayev Zaman Məsimalı oğlu 1938-ci ildə Göyçə mahalının Basarkeçər rayonunun Çaxırlı (Qızılbulaq) kəndində anadan olub. Anası Zərnişan mahalın Daşkənd kəndində yaşayan Şahnazarlı nəslindən olan Çıraqəlinin qızıdır. 1941-ci ildə Böyük Vətən Müharibəsi başlayanda atası Məsimalı müharibəyə getmiş və bir daha geri qayıtmamışdır. Anası Zərnişan balaca 3 yaşlı Zamanı da götürərək ata evinə yəni Çıraqəli kişinin himayəsinə getmişdir. 1944–1954-cü illərdə Daşkənd kənd orta məktəbində oxumuşdur. Sonralar Zaman Abdullayev Qazaxıstanda, daha sonra isə Stavropolda yaşamışdır. O, sonda yenə doğma Göyçə mahalına qayıtmışdır. 1988-ci ildə məlum hadisələrlə əlaqədar olaraq Bakı şəhərinə köçmüşdür.
Zaman Məmmədov
Zaman Novruz
Zaman Novruz(ing. Zaman Nəzərəli oğlu Novruzov; d.7 noyabr 1932, Kürdəmir, Axtaçı k. - ö.14 avqust, 2005, Bakı) — nasir, publisist, Azərbaycan Xalq Yaradıcılığı Akademiyasının biologiya doktoru (1993), 2005-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == 1932-ci il noyabrın 7-də Azərbaycanda Kürdəmir rayonunun Axtaçı kəndində anadan olub. 1958-ci ildə Sabirabad şəhər orta məkətbini bitirib. 1958-63-cü illərdə Azərbaycan Dövlət Neft-Kimya İnstitunun sənaye iqtisadiyyatı fakültəsində, 1963-69-cu illərdə isə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinin axşam şöbəsində təhsil alıb. 1954-59-cu ildə Əmək fəaliyyətinə Azərbaycan Xalq Təsərrüfatı Şurasında mühəndis-texnoloq kimi başayıb. 1959-89-cu ildə Azərbaycan Daxili İşlər Nazirliyində baş exspert, baş müstəndiq, idarə rəisi işləmişdi. 1988-ci ildən Azərbaycan Ovçular Cəmiyyyəti birliyinə sədr seçilən Z.Novruz 1991-1993-cü illərdə Azərbaycan Dövlət Texniki Universitetində professor əvəzi fəaliyyət göstərmişdir. 2005-ci il avqustun 14-də Bakı şəhərində dünyasını dəyişmişdi.
Zaman Qarayev
Zaman Qarayev (1931, Böyük Dəhnə, Nuxa rayonu – 27 mart 2014, Bakı) — yazıçı, publisist, tənqidçi, ədəbiyyatşünas alim. 1961-ci ildən SSRİ Yazıçılar İttifaqının üzvü, filologiya elmləri namizədi (1976). == Həyatı == Zaman Sadıq oğlu Qarayev 1931-ci ilin yanvar ayında Şəki rayonunun Böyük Dəhnə kəndində dünyaya gəlib. 1937–1947-ci illərdə Böyük Dəhnə kənd məktəbində orta təhsil alıb. 1947-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuşdur. 1952-ci ildə ali təhsilini başa vuraraq Azərbaycan dili, məntiq və psixologiya müəllimi ixtisasına yiyələnmişdir. Təyinatla Goranboy rayonuna göndərilmiş, Goranboy kəndində yaşlılar orta məktəbinə direktor və ədəbiyyat müəllimi təyin edilmişdir. 1954-cü ildə doğma Şəki rayonuna qayıdan Zaman Qarayev əvvəlcə 1 saylı Kiçik Dəhnə kənd orta məktəbində, 1955–1961-ci illərdə Böyük Dəhnə kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi işləmişdir. Ədəbi mühitə daha yaxın olmaq, geniş yaradıcılıq fəaliyyəti ilə məşğul olmaq üçün Zaman Qarayev 1961-ci ilin yanvar ayında Bakıya köçmüş, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində redaktor vəzifəsində işləməyə başlamışdır. 1961-ci il 4 yanvar tarixində SSRİ Yazıçılar İttifaqına üzv seçilmişdir.
Zaman Universiteti
Zaman Universiteti — Kambocanın Pnompen şəhərində yerləşən ali təhsil müəssisəsi. == Tarixi == Universitetin əsası 2010-cu ildə qoyulmuşdur.
Zaman fəlsəfəsi
Zaman fəlsəfədə baş verən hadisələrin ardıcıllığının insan tərəfindən dərk edilməsidir. Bu dəyişikliklər "zamanın istiqamətini" əsaslandırırlar. Zamanın mövcudluğunu Platon, Aristotel, Avqust, Leybnits, Kant kimi dahi filosoflar müxtəlif şəkildə təsvir etmişlər. Gündəlik həyatdan məlumdur ki, zaman dərk oluna bilməyən obyektlərdən asılı olmayaraq da mövcuddur. Buna görə də, zamanın təsvirində həmişə belə bir sual ortaya çıxırdı ki, zaman insanların düşüncəsində xüsusi baxış formalaşdıqdan sonra mövcud olmuş, ya da ondan asılı olmayaraq obyektiv, bərabərformalı və mütləq mövcuddur. Bu sualın cavabı əsrlər boyu fəlsəfənin, teologiyanın və mistikanın əsas mövzusu olmuşdur. Son zamanlarda fizika, astronomiya, neurologiya, xronopsixologiya və başqa elm sahələri də zamanın tədqiqində öz töhfələrini vermişlər. Zamanın mövcudluğu öz-özlüyündə problem yaradır, çünki, mövcudluq anlayışının vaxtla əlaqələndirilməsi çətindir. İnsan beynində aparılan son tədqiqatlar, molekulyar biologiya və psixologiya göstərmişdir ki, insanda dərketmə, düşünmə, yadasalma, vaxt hissi və şüur bir-biri ilə o dərəcədə sıx bağlıdır ki, onlar adi halda bir-birindən ayrıla bilməzlər. Zaman, düşüncə və insan şüuru birlikdə fəaliyyət göstərirlər.
Zaman kapsulu
Zaman kapsulu — içərisində hazırlandığı zamana aid əşyalar qoyulan və əsas məqsədi gələcəkdə kapsulu tapan insanlar ilə ünsiyyət üsulu olan və arxeoloqlara, tarixçilərə və antropoloqlara kömək edən kapsuladır.
Zaman kəməndi
Zaman kəməndi və ya kəmənd paradoksu — zaman səfərinə görə keçmişdə olan hadisə gələcəkdə olan hadisənin nəticəsində olması. Onda keçmişdə olan hadisə də həmin gələcəkdə hadisənin qismən və ya tamamilə səbəbi olur.