Tərcümə nəzəriyyəsinin metadil problemi
əslində bu vasitəçi dil - əlaqəli problemidir. Bir tərəfdən, linqvistikada mübadilə dedikdə «ikinci sırada duran dil» başa düşülür, daha doğrusu, təbii dil üzərində qurulan mülahizələr. Burada müəyyən anlayışlar sisteminə müvafiq olan linqvistik nəzəriyyələr çoxluğundan söhbət gedə bilər ki, dillərin mühüm əlamətlərini əks etdirən və onların həm zahiri, formal, həm də daxili, məzmun tərəflərini təsvir etməyə imkan verir. Digər tərəfdən, dilçilikdə metadil dedikdə bəzən linqvistik təsvirin daha mücərrəd sxemi başa düşülür. Tərcümə prosesinə tətbiqən belə sxem aşağıdakıları özündə əks etdirir: a) elementar məna vahidləri cəmi; b) mətnin müvafiq parçasının yaranması tarixi; c) onun üslubi xarakteristikasını. Bax: həm də tərcümə metadili.